Məhkəmə qərarları › İş №2(102)-1537/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1537/2025

12.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntul
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1537/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X5 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:fərdi hesabına köçürülməmiş vəsaitin aylıq əmək haqqına uyğun köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-987/2025 nömrəli iş üzrə 31 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 “32 nömrəli şəhər poliklinikası”nın xx.xx.2024-cü il tarixdə verilmiş əmri ilə “32 nömrəli şəhər poliklinikası”nın təsərrüfat bölməsində mühafizəçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-maddəsinin “e” bəndinə əsasən işçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir.

2. Cavabdeh1 “32 nömrəli şəhər poliklinikası”nın xx.xx.2024-cü il tarixli, 23-k saylı əmrindən görünür ki, həmin əmr “32 nömrəli şəhər poliklinikası”nın təsərrüfat bölməsində mühafizəçi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək istifa də edilməmiş 126 məzuniyyət gününün son haqqı-hesabı əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83- cü maddəsinin 2-ci bəndinə uyğun olaraq son iş günü verilməsi barədə verilmişdir.

3. DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-63806/2024 nömrəli məktubda qanunvericiliyin tələbləri nəzərə alınmaqla İddiaçı sığorta stajının hesablanmasında güzəştin tətbiq olunmasının mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Həmin məktubda həmçinin göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən 280 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 200 6-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1- 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11.619,13 manat (2024cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır. Təqdim edilən sənədlərin surətlərinə xx.xx.2006-cı il tarixədək İddiaçı faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman onun sığorta stajının ikiqat nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması zamanı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə, əməliyyat-axtarış fəaliyyə ti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçqat ölçüdə daxil edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh1 X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 32 saylı Poliklinkasının rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulmasına görə əmək müqaviləsinin bağlandığı xx.xx.2006-cı ildən xx.xx.2012-ci il tarixə kimi fərdi hesabına köçürülməmiş pulun aylıq əmək haqqına uyğun köçürülməsi, əmək müqaviləsinə xitam verilərkən işlədiyi 2024-cü ilin yanvar ayının 1 və 3- cü tarixlərindəki günlər (bayram günləri) nəzərə alınmaqla son ödənclərin hesablanıb verilməsi, 7 iş ilində ist ifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının əmək stajına görə verilməsi nəzərdə tutulmuş əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi, əmək hüquqularının pozulması ilə əlaqədar ona vurulmuş mənəvi ziyana görə 6.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, ona verilmiş İT-1 ******* saylı əmək kitabçasına görə xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı il tarixdən Bakı şəhəri, 32 saylı poliklinkasmda işə qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə, yəni çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə başlayana qədər Bakı Energetika Texnikomunda oxumuşdur (1976-1981-ci illərdə). 1978- 1980-ci illərdə Orduda xitmət etmiş 32 saylı Bakı səhər Poliklinkasmda 17 il müddətdə işləmişdir. Lakin, işdən çıxarkən əmək hüququları pozulmuşdur. Belə ki, qanunsuz olaraq fərdi hesabına 2006-cı ildən deyil 2012-ci ildən başlayaraq pul keçirilmişdir. Nəticədə şəxsi hesabının sığorta hissəsində mühasibatlıq tərəfindən 6 il müddətində pul köçürülmədiyindən sığorta hissəsində toplanan sığorta kapitalının miqdarı az olmuşdur. xx.xx.2024-cü ildə pensiya kartı alarkən ona bildirmişlər ki, onun fərdi hesabının sığorta hissəsində 14.490 manat qeydə alınmışdır. Müvafiq icra hakimiyyəti orqanlarına müraciət etdikdə məlum olmuşdur ki, fərdi hesabının sığorta hissəsində 11.919,96 manat pul vardır. Buna görə də ona pensiya təyinatı zamanı aşağı həddə aylıq pensiya təyin edilmişdir. 32 saylı şəhər poliklinkasında işlədiyi 17 il müddətində dəqiq bilmədiyi illərə görə 7 halda əmək məzuniyyətindən istifadə etməmişdir. 2023-cü ilin noyabr ayının 15-dən xx.xx.2023- cü il tarixə kimi xəbəri olmadan müdiriyyət tərəfindən əmək məzuniyyətinə buraxılmışdır. Lakin, faktiki olaraq işləmişdir. Ona verilmiş məzuniyyətlər zamanı müddət düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 116-cı maddəsində əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən iş stajının müddətlərinə görə 2,4,6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin, ona bu əlavə məzuniyy ətlər verilməmişdir. İstifadə etdiyi məzuniyyətə görə kompensasiya şəklində şikayətdən sonra 1.833 manat pul ödənilmişdir. Bu hal 6 məzuniyyət haqqını ödəmir və əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Bütün ödəniclər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda verilməmişdir. 2024-cü ilin yanvar ayının 1 və 3-də işdə olduğu halda əmək haqqı ödənilməmişdir. Bu səbəblərdən X2 32 nömrəli Bakı şəhər Polinlinkasının baş həkimi X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında MN ******* nömrə li qərar qəbul edilmişdir. Bütün bu aşkar qanunsuzluqlara görə pozulmuş əmək hüquqları cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Cavabdehin təqsiri üzündən hesabına pul köçürülmədiyindən illərlə gözlədiyi pensiya məbləği az hesablanmışdır. Nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Hesab etmişdir ki, mənəvi ziyanın 6.000 manat məbləğində müəyyənləşdirilməsi ədalətli olardı.

6. Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X6 etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qanunsuz olaraq fərdi hesabına 2006-cı ildən deyil, 2012-ci ildən başlayaraq pul keçirilib. Nəticədə şəxsi hesabın sığorta hissəsində mühasibatlıq tərəfindən 6 il müddətində pul köçürülmədiyindən sığorta hissəsində toplanan sığorta kapitalının miqdarı az olm uşdur. Buna görə də pensiya təyinatı zamanı aşağı həddə aylıq pensiya təyin olunmuşdur. İşçi bu arqumentini təsdiqləyən heç bir sübut təqdim etməmiş, iş materiallarında olan heç bir sənəd bu faktı təsdiqləmir. Bu fakt həqiqəti əks etdirmir. İşçinin işlədiyi müddət ərzində bütün aylar üzrə əmək haqqından DSMF tutulmaları tutularaq ödənilmişdir. İşçinin illər üzrə tərtib olunmuş şəxsi vərəqəsi də bu faktı təsdiqləyir. Daha sonra iddiaçı ərizədə bildirir ki, işlədiyi müddətdə 7 dəfə, yəni 7 iş ili üçün əmək məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxarkən istifadə etmədiyi məzuniyyət günləri hesablanarkən iş stajının müddətinə görə ona ödənilməli olan əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. İşçinin şəxsi vərəqəsi və işçinin məzuniyyətə çıxması barədə çıxarılmış əmrlər də təsdiq edi r ki, işçi işlədiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə kimi cəmi 6 dəfə (6 iş ili üçün) məzuniyyət hüququndan istifadə etməmişdir (2007, 2009, 2010, 2012, 2015, 2016- cı illər üzrə). Məzuniyyət barədə çıxarılmış əmrlər də təsdiq edir ki, işçinin yalnız 6 iş ili üçün ödənilməmiş məzuniyyət haqqı mövcud olmuşdur. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyət lərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Göründüyü kimi işçinin əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi məzuniyyət günləri hesablanarkən yalnız əsas məzuniyyət günləri nəzərə alınır. İddiaçının əsas məzuniyyəti 21 gün olduğundan və 6 il üçün pul əvəzi ödəniləcəyi üçün toplamda 126 gün üçün pul əvəzi hesablanaraq iddiaçının hesabına ödənilmişdir. Məzuniyyət üçün pul əvəzi hesablanarkən əmək qanunvericilyinin tələblərinə tam şəkildə riayət olunmuşdur. Əmək Məcəlləsinin 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına-30,4-ə bölmək yolu i lə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddənin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçi xx.xx.2024-cü il tarixində işdən azad olunduğuna görə məzuniyyət hesablanarkən 2023-cü il ərzində ödənilmiş əmək haqlarına mütənasib olaraq 1 günlük məzuniyyət haqqı müəyyən edilərək 126-ya vurularaq ödəniləcək pul əvəzi müəyyən edilmişdir. Hesablama sənədi də təsdiq edir ki, işçiyə 2023-cü il üzrə hesablanmış 6453.09 manat əmək haqqı məbləği ayların sayına, yəni 12-yə bölünməklə orta aylıq əmək haqqı müəy yən edilmişdir. Orta aylıq əmək haqqı 537.76 manat olduğundan orta günlük əmək haqqı tapılarkən bu rəqəm 30.4-ə bölünmüş və nəticədə 1 günlük əmək haqqı müəyyənləşdirilmişdir. 1 günlük əmək haqqı 17,69 manat, 126 günlük məzuniyyət haqqı isə 2.228,94 manat təşkil etmişdir. Lakin, bu məbləğ gross (vergilər çıxılmadan hesablanmış) məbləğ olduğundan vergilər çıxıldıqdan sonra nett olaraq iddiaçının hesabına 1.833,72 manat pul köçürülmüşdür. İddiaçı iddia ərizəsində onu da qeyd edir ki, 2024-cü ilin yanvar ayının 1 və 3-cü günləri işdə olduğu halda son haqqhesabda bu nəzərə alınmamışdır. 2024-cü ilin yanvar ayı üçün tərtib olunmuş iş vaxtının istifadəsi haqqında cədvəldən də göründüyü kimi işçi həmin günlər işdə olmadığından mühasibatlıq tərəfindən ona əmək haqqı hesablanmamışdır. İddiaçı bu qə dər əsassız iddialarla kifayətlənməyərək əmək hüquqlarının pozulmasına görə ona mənəvi zərərin dəydiyini buna görə 6 min manat pulun tutularaq ödənilməsi tələbini irəli sürmüşdür. Göründüyü kimi iddiaçının heç bir əmək hüququ pozulmadığından ona hər hansı məbləğdə mənəvi zərərin dəyməsindən söhbət belə gedə bilməz.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu X6n Sosial Sığorta və X8 Mərkəzi Filialı ərizə (etiraz) ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən 280 manat avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta st ajı həmin Qanunun 22-1.2.1-221.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007- ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11.619,13 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır. Təqdim edilən sənədlərin surətlərinə xx.xx.2006-cı il tarixədək İddiaçı faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçı yaşa görə əmək pensiyasının məbləği qan unvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman onun sığorta stajının ikiqat nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması zamanı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxs lərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçqat ölçüdə daxil edilir. Qeyd olunan maddənin tələbləri nəzərə alınmaqla İddiaçı sığorta stajının hesablanmasında güzəştin tətbiq olunması mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanununa (Qanun) əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixədək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 9 0 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019cu ilin 1 yanvar tarixdən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixədək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.2024-cii il tarixdən Qanunun 22-1.1 -ci maddəsinə uy ğun olaraq avtomatlaşdırılmış qaydada 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmuşdur ki, İddiaçı əmək pensiyası xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007-ci ildən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 11.919,96 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və pensiyasının məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti ilə təqdim edilən sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrə (xx.xx.1981- xx.xx.1998, xx.xx.1999- xx.xx.2001-ci illər) faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, Qanunun 221.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır.” Göründüyü kimi İddiaçı iddia ərizəs ində qeyd etdiyi fərdi hesabının sığorta hissəsinə xx.xx.2006-cı il xx.xx.2012-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları köçürülməməsinə dair iddia tələbinin bu hissəsi əsassızdır və iş materiallarından da aydın olur ki, xx.xx.2007-ci ildən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 11.919,96 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. Bu səbəbdən də mübahisə Cavabdeh1 Açıq X6 ilə əlaqədar olduğu üçün 2(006)- 3653/2024 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində cəlb olunan Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və X8 mərkəzi filialına münasibətdə icraata xitam verilməsini xahiş edirik.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə iddianın “xx.xx.2006-cı ildən xx.xx.2012-ci il tarixə kimi fərdi hesabına köçürülməmiş pulun aylıq əmək haqqına uyğun köçürülməsi” hissəsinə münasibətdə cavabdehin təqdim etdiyi sənədlərə əsaslanaraq qeyd etmişdir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, işəgötürən tərəfindən təqdim edilmiş işçinin şəxsi vərəqəsindən görünür ki, iddiaçıya 2007-ci ilin may ayından 2023-cü ilin dekabr ayınadək fərdi hesabına aylıq əmək haqları köçürülmüşdür. İddiaçının bununla bağlı iddiada qeyd etdiklərinin öz şəxsi mülahizələri olmaqla heç bir hüquqi əsası yoxdur.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi sənədlərlə iddiaçının “7 iş ilində istifadə edilməmiş məzuniyyət üçün pul kompensasiyasının əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi” hissəsinin əsassız olması müəyyən edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı 126 gün olmaqla, həmin günlərə görə vergi tutulmaları çıxıldıqdan sonra ümumilikdə 1.833,72 manat kompensasiya ödənilmişdir.

11. İddianın “əmək müqaviləsinə xitam verilərkən işlədiyi 2024-cü ilin yanvar ayının 1 və 3-cü tarixlərindəki günlər (bayram günləri) nəzərə alınmaqla son ödənclərin hesablanıb verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə də iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.

12. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116, 144, 172-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı, apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamışdır. İddiaçıya verilmiş məzuniyyətlər zamanı müddət düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsin in 116-cı maddəsində əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən iş stajının müddətlərinə görə 2,4,6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin bu əlavə məzuniyyətlər verilməmişdir. İstifadə etdiyi məzuniyyətə görə kompensasiya şəklində şikayətdən sonra 1.833 manat pul ödənilmişdir. Bu hal 6 məzuniyyət haqqını ödəmir və əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda verilməmişdir. 2024-cü ilin yanvar ayının 1 və 3-də işdə olduğu halda əmək haqqı ödənilməmişdir. Belə ki, MPM-nin 8.1-ci maddəsində göstərildiyi kimi ədalət müh akiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilməmişdir. Məhkəmədə tərəfindən təqdim olunan hallar araşdırılmamışdır. MPM-nin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. Məhkəmə tərəfindən məhkəməyə bununla bağlı Əmək Müfəttişliyinə müraciət etdiyi barədə məlumat verməsinə baxmayaraq heç bir araşdırma aparılmamışdır. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaradır. 2024-cü ilin yanvar ayının 1 və 3 bayram günü olduğuna görə ikiqat ödəniş verilməli idi. Lakin həmin pul məbləği ödənilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Onun 7 gün məzuniyyəti olmuşdur. Lakin heç birinin pulu ödənilməyibdir. Dəfələrlə əmək qanunvericiliyinin tələblərinin pozulması barədə Əmək Müfəttişliyinə müraciət etmişəm. Həmin müraciətim əsasında baş həkim Əlisafa Hüseynov inzibati qaydada cəzalandırıblar. Amma bu baş həkimin səhvi deyildir. Bu səhv kadrlar şöbəsinin rəisi Ramilə və mühasib Mehribanın səhvidir. Ramiləyə 2023-cü ilin noyabr ayında pensiyaya çıxmağına az müddət qaldığını, verilməmiş 7-ci məzuniyyətini saxlamasını, son haqq hesabda verməsini söyləmişdir. Lakin o, özbaşına iddiaçının ərizəsi olmadan o işdə ola-ola noyabrın 15-dən iddiaçını məzuniyyətə göndərir. İddiaçının bundan xəbəri olmamışdır. Sığortanın da düzgün hesablanmadığını bildirir. Belə ki, 2007-ci ildən əmək haqqı 69 manat ola-ola 40 manat göstərilmiş, 40 manata görə vergi tutulmuşdur. 2009-cu ilin yanvar-fevral aylarında əmək haqqını göstərməyiblər. Ona görə də sığorta stajı üçün pul köçürülməyib. İddiaçıdan 2006- 2007-ci illərdə vergi tutulmayıb. Lakin əmək haqqı olub, düzgün köçürməyiblər. Əgər işdə olmamışsa, deməli işdən çıxmalı idi. Cəmi 250 manat sığorta pulu köçürülüb. 2006-2012- ci illər ərzində vergi düzgün köçürülmədiyinə görə sığorta pulu 11 min manat olmuşdur. Buna görə də pensiya məbləği az hesablanmışdır. Lakin bütün bunlar məhkəmədə tam araşdırılmamışdır. Bununla da hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən qanunla qorunan hüquqlarını pozmuş, əsassız olaraq qətnamə qəbul etmişdir. İddiaçı 32 saylı Bakı şəhər Poliklinkasında 17 il müddətində işləmişdir. Lakin işdən çıxarkən əmək hüququları pozulmuşdur. Belə ki, qanunsuz olaraq fər di hesabına 2006-cı ildən deyil, 2012-ci ildən başlayaraq pul keçirilmişdir. Nəticədə şəxsi hesabının sığorta hissəsində mühasibatlıq tərəfindən 6 il müddətində pul köçürülmədiyindən sığorta hissəsində toplanan sığorta kapitalının miqdarı az olmuşdur. xx.xx.2024-cü ildə pensiya kartı alarkən bildirmişlər ki, fərdi hesabının sığorta hissəsində 14.490 manat qeydə alınmışdır. Müvafiq icra hakimiyyəti orqanlarına müraciət etdikdə məlum olmuşdur ki, fərdi hesabının sığorta hissəsində 11.919,96 manat pul məbləği vardır. Buna görə də pensiya təyinatı zamanı aşağı həddə aylıq pensiya təyin edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2(103)987/2025 saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışins ki) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbi üzrə birinci insansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan işəgötürən tərəfindən təqdim edilmiş işçinin şəxsi vərəqəsindən görünür ki, İddiaçı 2007-ci ilin may ayından 2023-cü ilin dekabr ayınadək fərdi hesabına aylıq əmək haqları köçürülmüşdür. İddiaçının bununla bağlı apellyasiya şikayətində qeyd etdikləri öz şəxsi mülahizələri olmaqla heç bir hüquqi əsası yoxdur. İddiaçı əsaslandığı halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iddianın “ 7 iş ilində istifadə edilməmiş məzuniyyət üçün pul kompensasiyasının əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin əsassız olması iş materialları ilə müəyyən edilir ki, iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı 126 gün olmaqla, həmin günlərə görə vergi tutulmaları çıxıldıqdan sonra ümumilikdə 1.833,72 manat kompensasiya ödənilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyana görə 6.000 manatın tutulması” hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının mənəvi sarsıntı və i ztirab keçirməsinə səbəb olan hal aşkarlanmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, bi rinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95, 116, 144, 172.4, 296-cı maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya verilmiş məzuniyyətlər zamanı müddət düzgün hesablanmamışdır. Belə ki, Əmək Məcəlləsinin 116-cı maddəsində əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən iş stajının müddətlərinə görə 2,4,6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin, iddiaçıya bu əlavə məzuniyyətlər verilməmişdir. İstifadə etdiyi məzuniyyətə görə kompensasiya şəklində şikayətdən sonra 1.833 manat pul ödənilmişdir. Bu hal 6 məzuniyyət haqqını ödəmir və əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. Məhkəmədə iddiaçının təqdim etdiyi hallar araşdırılmamışdır. MPM-nin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. Məhkəmə tərəfindən məhkəməyə bununla bağlı əmək müfəttişliyinə müraciət etdiyi barədə məlumat versə də heç bir araşdırma aparılmamışdır. Lakin istər birinci, istərsə də apellyasiya məhkəməsi tərəfindən bütün bunlar tam aydınlaşdırılmamışdır. Kifayət qədər məhkəmə təcrübəsində analoji hallara rast gəlinməsinə baxmayaraq hazırki iş üzrə məhkəmə kollegiyasının qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının mövqeyi “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı”nın tələblərinə də ziddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə

95. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

27. Maddə

116. Əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlav ə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

28. Maddə

144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

29. Maddə 172.4. İşçi işdən çıxarkən ona d üşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

30. Maddə

296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi g ündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə v ə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbi üzrə birinci insansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edərək, qeyd etmişdir ki, iddiaçının 2007-ci ilin may ayından 2023-cü ilin dekabr ayınadək fərdi hesabına aylıq əmək haqları köçürülmüşdür. İddiaçının bununla bağlı apellyasiya şikayətində qeyd etdikləri öz şəxsi mülahizələri olmaqla heç bir hüquqi əsası yoxdur. İddiaçı əsaslandığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi iddianın “7 iş ilində istifadə edilməmiş məzuniyyət üçün pul kompensasiyasının əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı 126 gün olmaqla, həmin günlərə görə vergi tutulmaları çıxıldıqdan sonra ümumilikdə 1.833,72 manat kompensasiya ödənilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini n “iddiaçıya vurulmuş mənəvi ziyana görə 6.000 manatın tutulması” hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hallar aşkarlanmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüq uq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2(103)-987/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar