Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-905/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC (hazırda İddiaçı)-nin – cavabdehlər Cavabdeh1-yə (hazırki "xxxx" MMC), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Abşeron Rayon 2 saylı Notariat Kontoruna qarşı “borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə İş № 2(103)-905/2022 Açar sözlər: (borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı MMC (hazırda İddiaçı)-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(009)-73/2021saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırki "xxxx" MMC), arasında 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəflər arasında razılaşdırılmış sementi cavabdeh "xxxx" MMC-yə satmağı, cavabdeh isə müqaviləyə əsasən həmin sementin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 2.07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi ilə Cavabdeh1nin (hazırki "xxxx" MMC) üzərinə götürdüyü öhdəliyin təminatı olaraq İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X11 və Cavabdeh1 (hazırki "xxxx" MMC) arasında, Cavabdeh2 mülkiyyətində olan əmlakla bağlı 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. 3.Cavabdeh1-nin (hazırki "xxxx" MMC) öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı MMC (hazırda İddiaçı) cavabdehlər Cavabdeh1-yə (hazırki "xxxx" MMC), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-dən 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı “sementin alğısatqı müqaviləsi” üzrə 969.747,15 manat əsas borc, 1.526.812,11 manat cərimə, 160 manat vəkil xərci və 30 manat dövlət rüsumu olmaqla 2.496.749,11 manat məbləğində pulun tutulması, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m. olan tikiliyə dair bağlanılmış xx.xx.2016-cı il tarixli, 3M- 2142 reyestr nömrəli müqavilənin ləğvi barədə sazişin, Cavabdeh3 tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınması barədə qeydin ləğv edilməsi, İddiaçı MMC (hazırda İddiaçı), cavabdehlər Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X11 və Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” əsasında Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.metr olan tikiliyə tutmanın yönəldilməsi və açıq hərracdan satılması və ümumilikdə cəmi 2.496.749,11 (iki milyon dörd yüz doxsan altı min yeddi yüz qırx doqquz manat on bir qəpik) manat məbləğində borcun 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” üzrə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.metr olan tikilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı MMC (hazırda İddiaçı)-yə ödənilməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1MMCyə (hazırki "xxxx" MMC) arasında 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğısatqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəflər arasında razılaşdırılmış sementi Cavabdeh1MMC-yə (hazırki "xxxx" MMC) satmağı, cavabdeh isə müqaviləyə əsasən həmin sementin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədilə İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X11 və Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh1MMC (hazırki "xxxx" MMC) alğı-satqı müqaviləsi üzrə aldığı sementin dəyərini hissə-hissə ödəsə də, 2017-ci ilin 09 mart tarixindən sonra (son ödəniş tarixi) hər hansı bir ödəniş etməmişdir. Qeyd edirlər ki, 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1MMC-nin (hazırki "xxxx" MMC) iddiaçıya 969.747,15 manat borcu yaranmışdır. İddiaçı satdığı mala dair Cavabdeh1MMCyə (hazırki "xxxx" MMC) qaimə-fakturalar göndərmiş, Cavabdeh1MMC (hazırki "xxxx" MMC) onları qəbul edərək imzalamış və möhürləmişdir. İddiaçı Cavabdeh1MMC-yə (hazırki "xxxx" MMC) borcun ödənilməsi, ödənilmədiyi halda borcu ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıqlar və pretenziyalar göndərmişdir. Borc ödənilmədiyindən iddiaçı cavabdehlərə 22 noyabr 2017-ci il tarixli, 642/17 saylı bildiriş göndərərək onlara “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2.3 və 38.2-ci maddələrinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın Satıcı ilə bağlanılmasını təklif etmişdir. Həmin bildiriş cavabdehlərə 28 noyabr 2017-ci il tarixdə çatdırılmışdır. Bundan sonra İddiaçı MMC (hazırda İddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ipotexa predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ilə müraciət etmişdir. Müraciətlə bağlı iddiaçıya bildirilmişdir ki, ərizədə göstərilən əmlak Cavabdeh2 məxsus deyildir. Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu ilə müraciət edilmişdir. Həmin qurumun xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin həmin cavabda bildirilmişdir ki, həmin əmlak kompleksi kimi müəssisə Cavabdeh3 tərəfindən Abşeron rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə yenidən müraciət edilərək, sözügedən əmlakın Cavabdeh2 adından hansı əsaslarla çıxdığı barədə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 16 aprel 2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, Cavabdeh2 məxsus əmlak kompleksi Abşeron rayon 2 saylı Notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 3M- 2142 reyestr nömrəli müqavilənin ləğvi barədəsazişə əsasən Cavabdeh3 adına keçmişdir. Bundan sonra, Abşeron rayon 2 saylı Notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən Abşeron rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu G.İ.Məsimovaya sorğu göndərilmişdir ki, həmin sorğuda Cavabdeh3 adından etibarnamə əsasında X4 ilə Cavabdeh2 arasında bağlanılmış müqavilənin ləğvi barədə sazişin surəti istənilmişdir. Həmin sorğu nəticəsində iddiaçının vəkilinə sözügedən sazişlə bərabər Abşeron rayon Məhkəməsinin 2(012)-3063/2016 saylı icra vərəqi də göndərilmişdir. Həmin icra vərəqindən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X11, İddiaçı MMC (hazırda İddiaçı) və borc alan Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanılmış və Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi Abşeron rayon Məhkəməsinin 05 iyul 2016cı il tarixli qiyabi qətnaməsi ilə etibarsız hesab edilmişdir. Qeyd edirlər ki, İddiaçı MMC (hazırda İddiaçı)-nin ona qarşı qaldırılmış iddiadan və iddianın əsasında çıxarılan qətnamədən məlumatı olmadığından, onun nümayəndəsi həmin qətnamənin əldə edilməsi məqsədi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Qətnamə əldə edildikdən sonra İddiaçı MMC (hazırda İddiaçı) həmin qiyabi qətnamənin ləğvi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi 2(012)-3063/2016 saylı, 05 iyul 2016-cı il tarixli qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılmasını qət etmişdir. Həmçinin 09 avqust 2018-ci il tarixli qəradadla mübahisəli əmlakın üzərinə həbs qoyulmuşdur. Nəticədə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3455/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və X2 cavabdehlər İddiaçı MMC (hazırda İddiaçı)-yə, Cavabdeh1MMC-yə (hazırki "xxxx" MMC) X9 və Abşeron rayonu 2 saylı Notariat kontoruna qarşı "ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Həmin iş üzrə iddiaçılar Cavabdeh2 və X1 qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)3455/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və X6 həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)6118/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X11, İddiaçı MMC (hazırda İddiaçı) və borc alan "xxxx" MMC arasında bağlanılmış və Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi hüquqi qüvvəsini almışdır. Hazırda cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC (hazırda İddiaçı)-yə sementin alğı-satqı müqaviləsinə əsasən 969,747,15 manat əsas borcu, xx.xx.2019-cu il tarixə 1,526,812.11 cərimə borcu (müqavilənin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% (sıfır tam onda bir) miqdarında cəriməninödənilməsini cavabdehdən tələb edə bilər) mövcuddur. 6.İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində bildirildiyi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 16 aprel 2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, Cavabdeh2 məxsus əmlak kompleksi Abşeron rayon 2 saylı Notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə sazişə əsasən Cavabdeh3 adına keçmişdir. Bundan sonra Abşeron rayon 2 saylı Notariat Kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bu məlumatlar həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təsdiq edilmişdir. İşin faktiki hallarından göründüyü kimi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m olan tikiləyə dair xx.xx.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə saziş və xx.xx.2017-ci il tarixli 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi uydurma əqdlərdilər. Belə ki, onlar hüquqi nəticələr yaratmaq niyyəti olmadan, ipoteka predmetini təşkil edən əmlakı qanunsuz qaydada ipoteka yüklülüyündən azad etmək məqsədilə bağlanmışlar. Yuxarıda göstərilən səbəblərdən həmçinin Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********9512301 reyestr nömrəsi ilə qeydiyyata alınması barədə qeyd də ləğv edilməlidir. Qeyd edirlər ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3455/2018 saylı, 26 sentyatr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Həsənova PərvinGülməmməd qızının cavabdehlər İddiaçı MMC (hazırda İddiaçı)yə, Cavabdeh1MMC-yə (hazırki "xxxx" MMC), X9 və Abşeron rayonu 2 saylı Notariat kontoruna qarşı "ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3455/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6118/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yuxarıda göstərilən məhkəmə aktları ilə 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədilə İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X11 və Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” öz hüquqi qüvvəsini bərpa etmiş və hal-hazırda qüvvədədir. Beləliklə də, iddiaçının yuxarıda göstərilən əqdlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınması barədə qeydin ləğvini tələb etmək hüququ Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6118/2019 saylı qərarını aldığı tarixdən yaranır. 7.Cavabdeh4 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı MMC (hazırda İddiaçı)-nin ona qarşı tələbinə dair iddiasına etiraz edir, iddianı qəbul etmir, İddiaçı MMC (hazırda İddiaçı)-nin ona qarşı iddası əsassız olduğundan rədd olunmasını xahiş edir. Belə ki, onun İddiaçı MMC (hazırda İddiaçı)-yə heç bir borcu yoxdur, İddiaçı MMC (hazırda İddiaçı)-nin qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı MMC (hazırda İddiaçı) ona qarşı əsassız iddia irəli sürərək onun hüquqlarını pozur. 8.Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndə və vəkili Vəkil1 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı MMC (hazırda İddiaçı) ilə Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında xx.xx.2015-ci iltarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci iltarixli, 2015/ASM/094 saylı alğı-satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədi ilə İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X11 və Cavabdeh1 (hazırki "xxxx" MMC) arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi rədd edilməlidir. Birincisi qeyd edilən müqaviləyə əsasən müqavilənin müddəti və öhdəliyin icrası müddəti xx.xx.2015-ci il tarixinə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1309 saylı ekspert rəyinə əsasən borclu Cavabdeh1MMC (hazırki "xxxx" MMC) tərəfindən ödənişlərin edilməsini təsdiq edən heç bir sənəd yoxdur. Belə olan halda hesab edirlər ki, aşağıdakı səbəblərə görə iddia müddəti keçmiş hesab edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddia müddətinin axımı xx.xx.2015-ci il tarixindən başlamalıdır. Bu səbəblə də iddia müddətinin axımı xx.xx.2018-ci il tarixində bitir. İkincisi iddia müddətinin keçməsə belə, yəni iddiaçı öhdəliyin borclu tərəfindən 3 illik iddia müddəti keçmədən qismən icra edilməsini sübut etsə aşağıdakı əsaslara görə pulun tutulması ipoteka predmetinə yönəldilə bilməz. Belə ki, İpoteka müqaviləsinin 3.2-ci bəndinə görə “alğı-satqı müqaviləsinə əsasən borclu ipoteka saxlayan tərəfindən (Norm MMC) açılmış 800000 manat kredit limitini 12 ay müddətinə istifadə etməyi və həmin kredit limti çərçivəsində müvafiq ödəniş cədvəllərinə uyğun olaraq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürür. İpoteka ilə təmin edilən öhdəliyin icra müddət məslələri alğısatqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan əlavələri ilə tənzimlənir”. Yuxarıda qeyd edilən İpoteka müqaviləsinin 3.1-ci maddəsinə görə isə “bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla borclu arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı alğı-satqı müqaviləsindən irəli gələn mövcud, həm də gələcəkdə əmələ gələn ipoteka saxlayının borcluya qarşı olan qanunvericilikdə müəyyən edilən bütün tələbləridir”. İpoteka müqaviləsinə görə ipoteka saxlayan borclunun iki öhdəliyi üçün məsuliyyət daşıyır. Birinci öhdəliyi mövcud olan yəni, xx.xx.2015-ci il tarixinə kimi yaranmış borc, ikinci öhdəliyi isə həmin tarixdən sonra yaranmış öhdəlik üçün məsuliyyət daşıyacaqdır. Lakin hər iki öhdəlik 800000 manat məbləğini keçə bilməz. Buna səbəb isə İpoteka müqaviləsinin 3.2-ci bəndində qeyd edilən şərtdir, işdə olan ekspert rəyinə əsasən borclunun ipoteka müqaviləsi bağlanana kimi yaranmış borcu 665.706 manatdır, ikinci öhdəliyi isə həmin müqavilənin bağlanma tarixindən sonra yaranmış öhdəliyidir ki, həmin öhdəliyin də məbləği 800000-665.706=134294 manatdır. Beləliklə ipoteka qoyanın məsuliyyəti ümumilikdə 800000 manatı keçə bilməz. Çünki müqavilənin şərtləri buna imkan vermir. Ekspert rəyində borclunun heç bir ödəniş etməməsi müəyyən edilsə də, iddiaçı öz ərizəsində etiraf edir ki, borclu 800000 manatdan çox ödəniş etmişdir. Yəni borclunun ipoteka müqaviləsində müəyyən edilmiş limitdən artıq məbləğdə mal götürməsinə görə ipoteka qoyan məsuliyyət daşıya bilməz. Belə ki, KM-in qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Qeyd edilən KM-in qərarını da nəzərə alsaq hal-hazırda ipoteka qoyanın həmin müqavilə əsasında məsuliyyəti yoxdur. Çünki ipoteka qoyanın məsuliyyət daşıdığı həcm 800000 manatdır və həmin borc da borclu tərəfindən ödənilmişdir. Borclu tərəfindən və ipoteka saxlayan tərəfindən ipoteka qoyanın razılığı alınmadan krdeit limitinin artırılması KM-in yuxarıda qeyd edilən qərararına əsasən yolverilməzdir. Ona görə də iddaçının iddia etdiyi məbləğdə pulun tutulması ipoteka predmetinə yönəldilə bilməz. Birincisi ipoteka müqaviləsində borclunun öhdəliyi 800000 manatla limitləndirilmişdir. İkincisi həmin limit üzrə yaranmış borc borclu tərəfindən ödənilmişdir. Üçüncüsü həmin limitin yenidən açılması vəya artırılması ipoteka qoyanın razılığı ilə müəyyən edilməmişdir. Bu səbəblə də iddiaçının ipoteka predmtinə tutmanın yönəldilməsi əsassızdır. Yuxarıda qeyd edilənlərdən əlavə aşağıda qeyd edilənlərə əsasən də iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin edilə bilməz. İlk olaraq qeyd etməyi zəruri hesab edirlər ki, eyni halla bağlı Azərbaycan Respublikası Konstutisya Məhkəməsinin 03 iyul 2013-cü il tarixli qərarı vardır. Həmin qərarla da müəyyən edilir ki, etibar edilən şəxsən özü üçün əqd bağlayırsa həmin müqavilə etibarsız hesab edilməli və tərəflər arasında bağlanmamış hesab edilməlidir. Belə ki, sözügedən KM-inqərarının əsaslandırma hissəsində aşağıdakılar qeyd edilir: - “MM-in 6-cı maddəsində sadalanan mülki huquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir”. Daha sonra qeyd edilir ki, “MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir”. Həmin qərarda yenə qeyd edilir ki, “MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Lakin iş materiallarından görünür ki, cavabdeh X9 verilən etibarnamədə konkret subyektlə, yəni İddiaçı MMC (hazırda İddiaçı) ilə müqavilənin bağlanması müəyyən edilməmişdir. Belə olan halda iddiaçının xeyrinə deyil də öz xeyrinə hərəkət edən Daşqın Əliyev əslində müqaviləni bağlaya bilməzdi. Əgər müqaviləni bağlaya bilməzdirsə o zaman Daşqın Əliyev tərəfindən iddiaçının adı ilə müqavilə bağlaması mümkün deyildir. Bu səbəblə də iddiaçı ilə İddiaçı MMC (hazırda İddiaçı) arasında bağlanmış ipoteka müqaviləsi bağlanmamış hesab edilməlidir. Şahverdiyevanın şikayəti üzrə KM qeyd etmişdir ki, “mənzilə dair etibarnamə verilərkən M.Şahverdiyeva (təmsil olunan), İ.İbrahimova bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İ.İbrahimovun özünün maraqları daxilində deyil, M.Şahverdiyevanın maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.”. Belə olan halda cavabdeh faktiki olaraq ona verilmiş etibarnamədən iddiaçının mənafeyi üçün deyil, şəxsən öz marağına görə hərəkət etmişdir, bu isə qanunla yol verilməz hesab edilir. Hazırki iddia tələbi üzrə də məhkəmə tərəfindən ipoteka müqaviləsinin etibarlılığı yoxlanılmalı və bağlanmış ipoteka müqaviləsinin təmsil olunanın mənafeyini nə dərəcədə qoruduğu mütləq müəyyən edilməlidir. Belə ki, X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh1MMC (hazırki "xxxx" MMC) ilə işgüzar münasibətlərdə olmuş, MMC onu aldatmış və ipoteka müqaviləsinə qol çəkmişdir. Həmçinin qeyd etmişdir ki, o, ipoteka müqaviləsini bağlamaqla özünün istifadəsi üçün mal götürdüyünü bildirmişdir. Yəni, iddiaçı Cavabdeh2 xeyrinə heç bir hərəkət etməmişdir. Belə olan halda cavabdeh şəxsən özü üçün əqd bağlamış hesab edilməlidir. Məhkəmə bundan əvvəl qaldırılmış iddianın rədd edilməsinə istinad edərək, bu halı göz ardı edə bilməz. Çünki bundan əvvəlki iddia tələbində iddiaçılar hazırki iddia üzrə cavabdeh tərəfindən qoyulmuş əsaslar tamamilə fərqli olub, məhkəmələrdə haqlı olaraq həmin əsaslara görə iddianı rədd ediblər. Lakin həmin məhkəmə qərarlarının heç birində Daşqın Əliyevin bu əqdi öz mənafeyi üçün yoxsa təmsil olunanın mənafeyi üçün əqdi bağlayıb bağlamamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 Cavabdeh3 yeznəsidir. Cavabdeh4 isə Cavabdeh3 anasıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Cavabdehlər Cavabdeh2 nümayəndə və vəkili Vəkil1 həmçinin iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MMC (hazırda İddiaçı) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli, 2015/ASM/094 saylı alğı-satqı müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin ipoteka ilə təmin edilməsi məqsədi ilə NORM ASC, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X11 və Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən müqavilənin müddəti və öhdəliyin icrası müddəti xx.xx.2015-ci il tarixinə kimi müəyyən edilmişdir. Azərbaycan Pespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli,9/1309 saylı ekspert rəyinə əsasən borclu Cavabdeh1MMC (hazırki "xxxx" MMC) tərəfindən ödənişlərin edilməsini təsdiq edən heç bir sənəd yoxdur. Belə olan halda hesab edirlər ki, aşağıdakı səbəblərə görə iddia müddəti keçmiş hesab edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddia müddətinin axımı xx.xx.2015-ci il tarixindən başlamalıdır. Bu səbəblə də iddia müddətinin axımı xx.xx.2018-ci il tarixində bitir. Belə olan halda hesab edir ki, iddia müddətinin keçməsi səbəbi ilə iddia rədd edilməlidir. 10.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 sentyabr 2021-ci il tarixli, 2(009)-73/2021saylı qətnaməsi ilə (sədrlik edən-Rəna Qafarova) iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC (hazırda İddiaçı) ilə Cavabdeh1 (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı “sementin alğı-satqı müqaviləsi”nə əsasən 969.747,15 (doqquz yüz altmış doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat əsas borc, 10.000 (on min) manat cərimə borcu, cəmi 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat məbləğində pul vəsaiti, 70 (yetmiş) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh1-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC (hazırda İddiaçı)-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış xx.xx.2016cı il tarixli, 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi barədə sazişin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə- 987 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeydin (Çıxarış) ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, tələbin 800.000 (səkkiz yüz min) manat həcmində 27 avqust 2015-ci il tarixli “İpoteka müqaviləsi” əsasında ipoteka predmeti olan (Cavabdeh2 mülkiyyəti) Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə yönəldilməsi, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin ilkin satış qiyməti 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləğinin 800.000 (səkkiz yüz min) manat hissəsinin İddiaçı MMC (hazırda İddiaçı)-yə ödənilməsi, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin satışdan əldə olunmuş pul vəsaiti 800.000 (səkkiz yüz min) manatdan artıq məbləğdə olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsinin Cavabdeh2 qaytarılması, 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borcdan qalan 179.747,15 (bir yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləği qanunvericilikdə nəzərdə tutulmuş - ümumi qaydada Cavabdeh1-dən (hazırki "xxxx" MMC-dən) tutularaq, İddiaçı MMC (hazırda İddiaçı)-nin xeyrinə ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühasibatlıq ekspertizalarının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 (hazırki "xxxx" MMC), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 75 (yetmiş) manat hissəsi İddiaçı MMC (hazırda İddiaçı)-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X5, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. 11.İş materiallarına əlavə edilmiş satıcı İddiaçı MMC (hazırda İddiaçı) ilə alıcı Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/ASM/094 nömrəli müqavilədən görünür ki, satıcı standartlara uyğun sementi alıcıya satır və çatdırır, alıcı isə həmin məhsulu qəbul edib onun dəyərini satıcıya ödəyir. Müqavilə tərəflər arasında imzalandığı tarixdən xx.xx.2015-ci il tarixədək qüvvədədir. 12.İş materiallarına əlavə edilmiş satıcı İddiaçı MMC (hazırda İddiaçı) ilə alıcı Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/ASM/094 nömrəli müqavilənin standart şərtlərindən görünür ki, göndərilən Məhsulun dəyərinin sonradan ödənilməsi Alıcıya Məhsulun göndərildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində həyata keçirilməlidir. Hər bir halda Alıcının Satıcıya olan bütün borcları həmin ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Ödəniş gecikdirdiyi halda Satıcı gecikdirilən hər bir gün üçtin əsas borcun 0,1%-i miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini Alıcıdan tələb edə bilər. 13.İş materiallarına əlavə edilmiş İpoteka saxlayan İddiaçı MMC (hazırda İddiaçı) ilə İpoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 275UMİ/14 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx/xx/2012 tarixdə Cavabdeh2 verilmiş **********95-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 81.62 kv/m və ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx/xx/2012 tarixdə Cavabdeh2 verilmiş **********95-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 2 ha torpaq sahəsi bu müqavilə üzrə borclunun İpoteka saxlayanın qarşısında olan pul öhdəlik(lər)inin icrasının təmin edilməsi məqsədilə bu Müqavilədə göstərilən əmlakın İpoteka saxlayanın xeyrinə ipoteka qoyulmuşdur. İpoteka predmetinin bazar dəyəri 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. 14.İş materiallarına əlavə edilmiş İddiaçı MMC (hazırda İddiaçı) tərəfindən Cavabdeh2 və X3 ünvanlanmış xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən (Reyestr nömrəsi **********95-12031, Qeydiyyat nömrəsi-**********, Qeydiyyat tarixi-xx.xx.2012-ci il) Sizin tam mülkiyyətinizdə olan və notariat qaydasında təsdiq olunmuş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Satıcıya girov qoyulmuş, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsi və 81.62 kvadrat metr sahəsi olan əmlak kompleksi məhkəmə qaydasında hərracda məcburi satışa çıxarılacağı, cərimə məbləğlərinin artmasının qarşısını almaq və borcun məhkəmə qaydasında tutulması zamanı yaranacaq əlavə xərcləri çəkməmək üçün borcun dərhal ödənilməsi tövsiyyə olunmuşdur. 15.İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının sorğusuna verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəsissə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin əmlak kompleksi kimi müəssisə Cavabdeh3 tərəfindən Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. 16.İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının sorğusuna verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra, Abşeron rayon 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 3M-2142 reyestr nörməli müqavilənin ləğvi barədə sazişə əsasən Cavabdeh3 adına keçmişdir. Bundan sonra, Abşeron rayon 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-987 reyestr nörməli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 17.İş materiallarına əlavə edilmiş Abşeron rayon 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğvi barədə sazişdən görünür ki, Abşeron rayonu 2-ci NK tərəfindən 24 fevral 2012-ci il tarixdə Cavabdeh3 məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 2.0 ha torpaq sahəsində yerləşən ümumisahəsi 81.62 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 2.0 ha torpaq sahəsinə dair bağlanmış 4Ə-333 reyestr nömrəli alqı-satqı müqaviləsi 1-ci tərəf Cavabdeh3 və 2-ci tərəf Cavabdeh2 razılığı əsasında ləğv edilmişdir. 18.İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-3063/2016 saylı 05 iyul 2016-cı il tarixli qiyabi qətnaməsindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X11, İddiaçı MMC (hazırda İddiaçı) və borc alan Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. 19.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(102)-6118/2019 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli; 2(012)- 3455/2018) iddiaçılar Cavabdeh2 və X2 cavabdehlər İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh1MMC (hazırki "xxxx" MMC), X11 və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu tarixli qətnaməsi ilə (hakimlər; Ş.R.Abbasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov 2(105)-885/2019) iddiaçılar Cavabdeh2 və X2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 20.İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC (hazırda İddiaçı) “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun hesabına 160 (yüz altmış) manat məbləğində pul ödəmişdir. 21.İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 3M-2142 reyestr nömrəli müqavilənin ləğvi barədə sazişə əsasən xx.xx.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bundan sonra, Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu 2 saylı notariat kontorunda-təsdiq edilmiş xx.xx.2017-ci tarixli, 4Ə-987 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 bağışlamışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin əmlak kompleksi kimi müəssisə üzərində Abşeronrayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4355/2018 saylı icra vərəqəsinə əsasən həbs vardır. 22.İş materiallarına əlavə edilmiş İddiaçı MMC (hazırda İddiaçı) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 nömrəli müqaviləyə uyğun olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1-yə (hazırki "xxxx" MMC) 07 yanvar 2015-ci il tarixindən başlayaraq 13 oktyabr 2015-ci il tarixinədək 52,978.52 (əlli iki min doqquz yüz yetmiş səkkiz ton əlli iki) ton sement satmış və təhvil vermişdir. Alıcının Satıcıya cəmi 5,332,264.09 (beş milyon üç yüz otuz iki min iki yüz altmış dörd manat doqquz qəpik) manat olmaqla, əsas məbləğ üzrə 4,518,868.02 (dörd milyon beş yüz on səkkiz min səkkiz yüz altmış səkkiz manat iki qəpik) manat və 18% ƏDV üzrə 813,396.07 (səkkiz yüz on üç min üç yüz doxsan altı manat yeddi qəpik) manat məbləğində ödəniş öhdəliyi yaranmışdır. Satıcı tərəfindən Alıcıya müvafiq ödəniş sənədləri təqdim olunmuşdur, lakin Alıcı 2015-2017-ci il müddəti ərzində əsas məbləğ üzrə 3,549,121.04 (üç milyon beş yüz qırx doqquz min yüz iyirmi bir manat dörd qəpik) manat, 18% ƏDV üzrə isə 813,395.86 AZN (səkkiz yüz on üç min üç yüz doxsan beş manat səksən altı qəpik) manat ödəyərək, cəmi 4,362,516.90 (dörd milyon üç yüz altmış iki min beş yüz on altı manat doxsan qəpik) manat məbləğində ödəniş həyata keçirmişdir. Bununla təsdiq edirlər ki, hazırda Alıcı olan Cavabdeh1MMC-nin (hazırki "xxxx" MMC) İddiaçı-yə cəmi 969,747.19 (doqquz yüz altmış doqquz min yeddi yüz qırx yeddi manat on doqquz qəpik) manat məbləğində borcu mövcuddur. 23.İş materiallarına əlavə edilmiş İddiaçı MMC (hazırda İddiaçı) tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişlər. 24.İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1309 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC (hazırda İddiaçı) ilə Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh1MMC-nin (hazırki "xxxx" MMC) İddiaçı MMC (hazırda İddiaçı)-yə olan borcu-malın dəyəri üzrə 1.595.893,09 manat, ƏDV üzrə 287.260,72 manat olmaqla, cəmi 1.883.153,81 manat təşkil edir. 25.Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1-nin hazırki adı "xxxx" MMC-dir. 26.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC (hazırda İddiaçı) ilə Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı alğı-satqı müqaviləsi, həmçinin həmin müqaviləyə dair 1, 3, 4, 5 və 6 saylı Razılaşmalar bağlanılmışdır. Həmin müqavilənin və Razılaşmaların 1-ci bəndinə əsasən, Satıcı (İddiaçı MMC (hazırda İddiaçı)) Alıcıya ("xxxx" MMC) dövrdən asılı olaraq hər bir tonun qiyməti 92,04-126,26 manat (ƏDV daxil) çərçivəsində olmaqla "Norm Klass C500" markalı sementin satılmasını və təyinat nöqtəsindən asılı olaraq hər bir ton üçün daşınma qiyməti 3,84-18,91 manat (ƏDV daxil) olmaqla sifariş edilmiş sementin Alıcıya çatdırılmasını, Alıcı isə çatdırılmış məhsulu qəbul edərək onun dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürmüşlər. Nəticədə İddiaçı MMC (hazırda İddiaçı) tərəfindən Cavabdeh1MMC-yə (hazırki "xxxx" MMC) 1.883.153,57 manat dəyərində sement satılmışdır. Yuxarıda göstərilən alğı-satqı müqaviləsi üzrə Cavabdeh1MMC-nin (hazırki "xxxx" MMC) İddiaçı MMC (hazırda İddiaçı)-nin qarşısında üzərinə götürdüyü öhdəlikərinin icrasını təmin etmək məqsədilə iddiaçı Cavabdeh2 məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 81,62 kv.m. olan daşınmaz əmlak və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsi İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh2 nümayəndəsi X11 və Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanılmış 27 avqust 2015ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. 27.2016-cı ildə Cavabdeh2 və X6 cavabdehlər İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh1MMC-yə (hazırki "xxxx" MMC), X11 və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən əmlak kompleksinə dair 27 avqust 2015-ci il tarixdə cavabdehlər İddiaçı MMC (hazırda İddiaçı) (ipoteka saxlayan), X11 (ipoteka qoyan) və "İlqar-MR” MMC (borc alan) arasında bağlanmış və həmin tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş ipoteka müqaviləsinin və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. 28.Abşeron Rayon Məhkəməsinin 2(012)-3063/2016 saylı 05 iyul 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilsə də, sonradan verilən şikayət əsasında qiyabi qətnamə ləğv edilmiş işə mahiyyəti üzrə baxan həmin məhkəmənin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə sözügedən iddia rədd edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 29.Yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən həmin müqavilənin etibarsız, yaxud ləğv olunması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1, 404.2, 269.5, 362.1, 362.2, 366.2, “İpoteka haqqında” AR Qanununun 1.0.1, 1.0.4, 8.1,10.2, 10.4-cü maddələrinin pozuntusu halları olmamış, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. 30.Beləliklə də, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksinə dair iddiaçı Cavabdeh2 əvəzinə X11, İddiaçı MMC (hazırda İddiaçı) və borc alan Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi hazırki iddia tələblərinin əsaslarından biri (və ən başlıcası) olmaqla hüquqi qüvvəyə malikdir. 31.Məhkəmə qeyd etmişdir ki, İpoteka müqaviləsinin 1-ci maddəsinə əsasən “borc alanın” “ipoteka saxlayanın” qarşısında olan pul öhdəliyinin təminatı məqsədilə digər Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m olan tikili İddiaçı MMC (hazırda İddiaçı) qarşısında yüklü edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka ilə təmin edilən öhdəlik borclu tərəfindən icra edilmədikdə tutma girov predmetinə yönəldilə bilər. 32.Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, bu müqavilə ipoteka saxlayanın ipoteka ilə təmin edilən bütün tələbləri tam ödənilən müddətək qüvvədədir. 33.İşin materiallarından görünür ki, Cavabdeh1MMC (hazırki "xxxx" MMC) alğı-satqı müqaviləsi üzrə aldığı sementin dəyərini hissə-hissə ödəsə də, 2017-ci ildən (iddia ərizəsinin məzmunu baxımından 09 mart 2017-ci il tarixi son ödəniş tarixidir) sonra hər hansı bir ödəniş etməmişdir. 34.Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 14.2.1, 567, 600.1-ci maddələri baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 35.Məhkəmə qeyd etmişdir ki, iddiaçı təqdim etdiyi maliyyə arayışına istinad etməklə əsas borcun məbləğinin 969.747,15 manat olmasını iddia etsə də, təqdim olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1309 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC (hazırda İddiaçı) ilə “İlqar-MR" MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh1-nin İddiaçı MMC (hazırda İddiaçı)yə olan borcu – malın dəyəri üzrə 1.595.893,09 manat, ƏDV üzrə 287.260,72 manat olmaqla, cəmi 1.883.153,81 manat təşkil edir. 36.Məhkəmə ekspert rəyinə hüquqi qiymət verərək, onunla razılaşmayaraq hesab etmişdir ki, ekspert özünün vəsatətində təqdim edilməsini xahiş etdiyi məlumatlar ona tam təqdim edilmədən rəydə göstərilən nəticəyə gəlmişdir. Buna görə də, məhkəmə təqdim olunmuş ekspertiza rəyini mötəbər sübut kimi qiymətləndirməmiş və hesab etmişdir ki, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə cavabdeh “İlqar-MR" MMC (hazırki "xxxx" MMC)-nin 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqı müqaviləsi üzrə iddiaçıya 969.747,15 manat məbləğində borcunun yaranması öz təsdiqini tapmışdır. 37.Məhkəmə bu qənaətə gələrkən cavabdeh “İlqar-MR" MMC-nin (hazırki "xxxx"MMC) nümayəndəsinin bir neçə məhkəmə iclasında iştirak etməklə müxtəlif məsələlərlə bağlı vəsatətlər verməsinə baxmayaraq, heç bir halda borcun məbləğini mübahisələndirməməsini, başqa sözlə borcun məbləği ilə bir növ razılaşmasını da nəzərə almışdır. 38.Məhkəmə, əsas borcun 969.747,15 manat məbləğində olduğunu nəzərə alaraq tələb edilən cərimə məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və cərimə məbləğinin 10000 manat həddinədək azaldılmasının ədalətli olması qənaətinə gəlmişdir. 39.Beləliklə də, məhkəmə hesab etmişdir ki, İddiaçı MMC (hazırda İddiaçı) ilə “İlqar-MR" MMC (hazırki "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı “sementin alqı-satqı müqaviləsi”nə əsasən 969.747,15 manat əsas borc, 10 000 manat cərimə borcu, cəmi 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC (hazırda İddiaçı)-nin xeyrinə ödənilməlidir. 40.Məhkəmə iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi və hərracdan satılması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı alğısatqı müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. 41.Lakin məhkəmə hesab etmişdir ki, iddianın “tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” hissəsi qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) İpoteka saxlayanla Borclu arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alğı-satqı müqaviləsindən irəli gələn mövcud, həm də gələcəkdə əmələ gələn İpoteka saxlayanın Borcluya qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti İpoteka saxlayanla Borclu arasında Alğı-satqı müqaviləsində, mövcud və gələcək dəyişikliklər edilməsi barədə razılaşmalarda və ya ayrı alğı-satqı müqavilələrində göstəriləcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən yuxarıda göstərilən Alğı- Satqı Müqaviləsinə əsasən, Borclu İpoteka saxlayan tərəfindən açılmış 800.000,00 AZN məbləğdə kredit limitini 12 ay müddətinə istifadə etməyi və həmin kredit limiti çərçivəsində müvafiq ödəniş cədvəl(lər)inə uyğun olaraq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliy(klər)in icra müddəti məsələləri Alğı-Satqı Müqaviləsi və onun ayrılmaz tərkib hissələri olan əlavələri ilə tənzimlənir. 42.Məhkəmə qeyd etmişdir ki, qeyd edilən müqavilənin bəndlərinin məzmununa əsasən tərəflər arasında tələbin ipoteka predmetinə yönəldilməsi halında 800.000 (səkkiz yüz min) manat həcmində olması şərtləndirildiyindən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləği ilə bağlı tələb 800.000 (səkkiz yüz min) manat həcmində 27 avqust 2015-ci il tarixli "İpoteka müqaviləsi" əsasında ipoteka predmeti olan Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə yönəldilməli, əmlaklar açıq hərracdan satılmalı, sözügedən ipoteka predmetinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləğinin 800.000 (səkkiz yüz min) manat hissəsi İddiaçı MMC (hazırda İddiaçı)-yə ödənilməli, satışdan əldə olunmuş pul vəsaiti 800.000 (səkkiz yüz min) manatdan artıq məbləğdə olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır. 43.Məhkəmə bu qənaətə gələrkən ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin Cavabdeh2 mülkiyyətində olmasını nəzərə almışdır. 44.Məhkəmə, Qanunun tələbini (“İpoteka haqqında” AR Qanunun 39.3.3-cü maddəsi), ipoteka müqaviləsinə əsasən Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 kv.m olan tikilinin ilkin satış qiymətinin 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsini və hazırda tərəflər tərəfindən bu məbləğin mübahisələndirilmədiyini nəzərə alaraq, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətinin müqavilədə göstərilən, yəni 1.828.000 (bir milyon səkkiz yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir. 45.Məhkəmə ipoteka predmetinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 (doqquz yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləğinin 800.000 (səkkiz yüz min) manat hissəsinin ipoteka predmetinin açıq hərracdan satılması yolu ilə İddiaçı MMC (hazırda İddiaçı)-yə ödənilməli olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia edilən borcdan qalan 179.747,15 (bir yüz yetmiş doqquz min yeddi yüz qırx yeddi manat on beş qəpik) manat borc məbləği qanunvericilikdə nəzərdə tutulmuş - ümumi qaydada cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC (hazırda İddiaçı)-nin xeyrinə ödənilməlidir. 46.Cavabdeh tərəf iddia tələbinə etirazında iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin edilə bilməməsini göstərmiş və bunula bağlı bir neçə dəlilə istinad etmişdir. Etiraz digər dəlillərlə yanaşı həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyul 2013-cü il tarixli Qərarında şərh edilmiş hallarla əsaslandırılmışdır. (Həmin Qərarla müəyyən edilir ki, etibar edilən şəxsən özü üçün əqd bağlayırsa həmin müqavilə etibarsız hesab edilməli və tərəflər arasında bağlanmamış hesab edilməlidir.) 47.Cavabdeh tərəf etirazının bu dəlilini X9 verilən etibarnamədə konkret subyektlə, yəni İddiaçı MMC (hazırda İddiaçı) ilə müqavilənin bağlanmasının müəyyən edilməməsi, iddiaçının xeyrinə deyil, öz xeyrinə hərəkət edən Daşqın Əliyevin əslində müqaviləni bağlaya bilməməsi, məhkəmə qərarlarının heç birində onun bu əqdi öz mənafeyi üçün, yoxsa təmsil olunanın mənafeyi üçün bağlayıb bağlamamasının araşdırılmaması və hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. 48.Məhkəmə iddiaya olan etirazın bu dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, məhkəmə qərarlarından görünür ki, cavabdeh X11 iddiaçılar Cavabdeh2 və X2 iddiası üzrə keçirilən məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ipoteka müqaviləsi bağlanarkən o, əmlak sahibi Cavabdeh2 təmsil etsə də, bağlanmış müqavilənin mahiyyətindən onun xəbəri olmamışdır. Belə ki, "İlqar MR” MMC ilə onun arasında işgüzar münasibətlər olmuş, həmin MMC-nin rəhbərliyi onu aldadaraq belə bir müqaviləyə imza etdirmişdir. Reallıqda isə Cavabdeh2 ilə “İlqar MR" MMC-nin arasında heç bir öhdəlik və sair bağlılıq olmamışdır. Buna görə də Cavabdeh2 heç vaxt həmin MMC-nin İddiaçı MMC (hazırda İddiaçı) qarşısında öhdəliyinə görə öz əmlakını girov qoymazdı. İddiaçı Cavabdeh2 ona həqiqətən baş etibarnamə vermiş, lakin həmin etibarnamə ona iddiaçıların adından qaz,su, işıq və digər kommunal xərclərin ödənilməsi məqsədilə verilmişdir. 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlandıqda isə o, hansı müqaviləyə imza atdığını dərk etməmiş, latın qrafikasını bilmədiyindən müqaviləni oxumamış, ona verilmiş etibarnaməni notariusa təqdim etsə də, etibarnaməni məhz iddiaçılara məxsus əmlakın ipotekaya qoyulması məqsədilə təqdim etməsindən bixəbər olmuşdur. O, müqavilə bağlamaqla özünün istifadəsi üçün mal götürdüyünü zənn etmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən ipoteka müqaviləsinin bağlanmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması araşdırılarkən Daşqın Əliyevin sözügedən əqdlə bağlı mövqeyi öyrənilmiş və onun bu əqdi öz mənafeyi üçün yoxsa təmsil olunanın mənafeyi üçün əqdi bağlayıb bağlamamasına hüquqi qiymət verilməklə müəyyən edilmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh2 ona məxsus əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı 07 iyul 2015-ci il tarixli etibarnamə ilə X9 etibar etmişdir. 27 avqust 2015-ci il tarixdə ipoteka saxlayan İddiaçı MMC (hazırda İddiaçı), ipoteka qoyan Cavabdeh2 və borc alan "xxxx" MMC arasında ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 etibarnamə əsasında X11 təmsil etmişdir. Cavabdeh2 arvadı X6 07 iyul 2015-ci il tarixdə Bakı şəhəri 37 saylı notariat kontoruna ərizə ilə müraciət edərək həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində 2 hektar torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin satılmasına (özgəninkiləşdirilməsinə, bağışlanmasına, ipoteka (girov) qoyulmasına və dəyişdirilməsinə) etiraz etmədiyini bildirmişdir. 49.Qanuni qüvvəsini almış məhkəmə aktlarında da əksini tapdığı kimi ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. 50.MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından məhkəmə qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. 51.Bundan başqa, cavabdeh tərəf iddiaya etirazında müqaviləyə əsasən müqavilənin və öhdəliyin icrası müddətlərinin xx.xx.2015-ci il tarixinə kimi müəyyən edilməsini, iddia müddətinin axımının xx.xx.2018-ci il tarixində bitməsini nəzərə alaraq iddia müddətinin keçmiş hesab edilməli olmasını göstərmiş, bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iddiaya etirazın bu dəlilini və iddia müddətinin tətbiqinə dair ərizəni də əsassız saymışdır. 52.Belə ki, iş materiallarından görünür ki, 2017-ci ildə borcun tutulması ilə əlaqədar ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2017-ci il tarixli bildiriş göndərilmiş, lakin ipoteka müqaviləsinin qanuniliyi 2016-cı ildən başlayaraq mübahisələndirildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6118/2019 nömrəli qərarının qəbul edilməsinə qədər məhkəmə çəkişmələri davam etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 53.Bundan da əlavə, borclu - cavabdeh "xxxx" MMC (hazırki "xxxx" MMC) 2017-ci ildə ödənişlər etməsini, yəni 3 illik iddia müddəti ərzində öhdəliyin onun tərəfindən qismən də olsa icra edilməsini inkar etməməklə, bu halı təkzib edən sübutları da məhkəməyə təqdim etməmişdir. 54.Beləliklə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılmasına yol verilməmişdir. 55.Məhkəmə, cavabdeh tərəfin iddiaya etirazının əsası kimi müqavilənin 3.2-ci bəndinə istinad edərək borc pulun tutulmasının ipoteka predmetinə yönəldilə bilməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.0.5-ci maddələri, eləcə də 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsiən dair” xx.xx.2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. 56.Məhkəmə, tərəflər arasında mövcud ipoteka müqaviləsinin 2015-ci ildə bağlanmasını, eləcə də iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olduğunu nəzərə alaraq hesab edir ki, etirazında istinad etdiyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarının müddəaları hazırki mübahisə üzrə bu işə şamil edilə bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin bununla bağlı dəlilinin də əsassız olması nəticəsinə gəlmişdir. 57.Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazının dəlillərinə qiymət verməkdə davam edərək hesab etmişdir ki, cavabdehin ekspert rəyinə və ipoteka müqaviləsinə istinad edərək ipoteka qoyanın məsuliyyət daşıdığı həcmin 800.000 manat olması və həmin borc məbləğinin də borclu tərəfindən ödənildiyinə görə hal-hazırda ipoteka qoyanın həmin müqavilə əsasında məsuliyyətinin olmamasına dair dəlili də əsassızdır. 58.Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) İpoteka saxlayanla Borclu arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alğı-satqı müqaviləsindən irəli gələn mövcud, həm də gələcəkdə əmələ gələn İpoteka saxlayanın Borcluya qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. 59.Məhkəmə ümumilikdə cavabdeh tərəfin iddiaya olan etirazının dəlillərinə qiymət verərək, onların əsassız olmasından əlavə, biri-birinə zidd olan dəlillər kimi qiymətləndirmiş və etirazda sadalanan halların əksəriyyətinin subyektiv mülahizə olmaqla mülki məsuliyyətdən yayınmaq məqsədinə hesablanmasını qeyd etmişdir. 60.Məhkəmə digər iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək qeyd etmişdir ki, işin materiallarına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində ilkin qeydiyyat Cavabdeh3 adına mülkiyyət hüququ xx.xx.2011ci il tarixdə qeydiyyata alındıqdan sonra, o, həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış, sonuncunun sözügedən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 61.Müəyyən edilmişdir ki, sözügedən əmlakla bağlı bağlanmış müqavilənin tərəfləri olan şəxsləri bir-biri ilə qohumluq əlaqəsi vardır və yuxarıda qeyd edilən qiyabi qətnamənin qəbulundan sonra Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi barədə sazişə əsasən xx.xx.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Bundan sonra, Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci tarixli, 4Ə-987 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən digər qohumu (anası) Cavabdeh4 bağışlamışdır və sözügedən əmlak üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 62.Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış xx.xx.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvinə dair saziş, eləcə də cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi əhəmiyyətsiz əqdlərdir. 63.Belə ki, işin araşdırılmış halları həmin əqdlər ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqdlər olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. 64.Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əqdlər hüquqi nəticələr yaratmaq niyyəti olmadan, ipoteka predmetini təşkil edən əmlakı qanunsuz qaydada ipoteka yüklülüyündən azad etmək məqsədilə bağlanmışlar. Bu hal məhz yuxarıda qeyd edilən Abşeron Rayon Məhkəməsinin qiyabi qətnaməsinin qəbulundan sonra Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikili ilə bağlı xx.xx.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi barədə sazişin və xx.xx.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinin bağlanmasında özünü ifadə edir. 65.Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış xx.xx.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi barədə saziş, eləcə də cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, sonuncunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95- 12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyd (Çıxarış) ləğv edilməlidir. 66.Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbləri baxımından həmçinin hesab etmişdir ki, tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. 67.Məhkəmə, göstərilən nəticələrə gələrkən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən əmlak kompleksinə dair 27 avqust 2015-ci il tarixdə cavabdehlər İddiaçı MMC (hazırda İddiaçı) (ipoteka saxlayan), X11 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış və həmin tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş ipoteka müqaviləsinin və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu, başqa sözlə bu qətnamələrlə sözügedən əmlakın Cavabdeh2 mülkiyyətində olan əmlak kompleksi olmasının tanınmasını da nəzərə almışdır. 68.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 567, 600.1, 427, 385, 442, 445.1, 445.2, 467, 317.1, 319.1, 319.6, 340.1, 337.5-ci "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 34.1.2, 34.1.3, 39.3, 39.3.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 206.1, 103.1, 103.2, 88, 82.3, 14.2, 119.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 69.Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(009)-73/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 70.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin iddia müddətinin keçməsi ilə bağlı əsaslandırması tamamilə absurddur. İlk olaraq birinci dəlilə münasibət bildirək ki, iddiaçının ipoteka premetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin cavabdehə göndərilməsi iddia müddətinin axımını kəsmir və kəsə bilməz. Ümumiyyətlə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin göndərilməsinin iddia müddətinə təsiri yoxdur. İkinci dəlillə bağlı onu qeyd edə bilərik ki, məhkəmə tərəfindən borclu "xxxx" MMC-nin son ödənişi ilə bağlı istinad etdiyi yeganə sübut iddiaçının iddia ərizəsindəki qeydləridi. Bu isə iddiaçının son ödənişini təsdiq edə bilməz. Qeyd edilənlər təsdiq edir ki, məhkəmə iddiçının son ödənişi ilə bağlı dəlilə hüquqi qiyməti düzgün verməmişdir. Yəni məhkəmə bu halı demək olar ki, araşdırmamışdır. Üçüncü dəlillə bağlı qeyd edə bilərik ki, məhkəmə özü də təsdiq edir ki, iddiaçı iddia ərizəsi ilə məhkməyə xx.xx.2019-cu il tarixində müraciət etmişdir. Hesab edirik ki, ən maraqlı dəlil 4-cü dəlildir. Belə ki, məhkəmə 4-cü dəlilldə qeyd edir ki, cavabdeh ödəniş etməməsi ilə bağlı hər hansı dəlili məhkəməyə tədqim etməmiş və ödəniş etməsini mübahisələndirməmişdir. Bu dəlillə bağlı qeyd etmək istəyirik ki, birincisi cavabdeh ödəniş etməməsi ilə bağlı məhkəməyə dəlil təqdim edə bilməz. Bu hüquqi cəhətdən mümkün deyildir. Yəni əgər cavabdeh bildirirsə iddia müddəti keçib və son ödəniş iddiaçının iddia ərizəsindəki qeyd etdiyi tarixdə ödənilməyib, bunun əksinin sübut edilməsi cavabdehə deyil, iddiaçıya aiddir. Yəni əgər iddia müddətinin keçməsi ilə bağlı ərizə məhkəməyə təqdim edilmişdirsə, bunun əksinin sübut edilməsi iddiaçıya aiddir. Lakin məhkəmə bunun da sübut edilməsini cavabdehdən istəyib və cavabdehin ödəniş etməməsi ilə bağlı sübut təqdim etməməsini onun əleyhinə təfsir edib ki, bu məntiqə uyğun deyildir. Lakin iş materiallarında məhkəmə ekspertizasının rəyi vardır ki, cavabdeh ümumiyyətlə ödəniş etməyib belə olan halda iddia müddətinin keçməsi ilə bağlı iki variant var. Birinci variant odur ki, əgər cavabdeh heç bir ödəniş etməyibsə həqiqətən iddia müddəti keçməyib. İkinci variantda isə cavabdeh ödəniş etsə belə, iddia ərizəsində qeyd edilən tarixdə deyil, ondan əvvəl ödəniş edib. Bu halda da iddia müddəti keçmişdir. Bu dəlillə bağlı fikrimizi yekunlaşdırsaq onu deyə bilərik ki, əgər cavabdehin etdiyi son ödəniş tarixi məhkəmədə olan sübutlarla müəyyən edilmirsə, o zaman tərəflərindən verilən ərizə əsaslıdır və iddia tələbi iddia müddətinin keçməsi səbəbi ilə rədd edilməlidir. Buna səbəb isə ipoteka müqaviləsinin 3.2-ci bəndində qeyd edilən şərtdir. İşdə olan ekspert rəyinə əsasən borlunun ipoteka müqaviləsi bağlanana kimi yaranmış borcu 665.706 manatdır. İkinci öhdəliyi isə həmin müqavilənin bağlanma tarixindən sonra yarnmış öhdəliyidir ki, həmin öhdəliyin də məbləği 800000- 665.706=134294 manatdır. Beləliklə ipoteka qoyanın məsuliyyəti ümumilikdə 800000 manatı keçə bilməz. Çünki müqavilənin şərtləri buna imkan vermir. Ekspert rəyində borclunun heç bir ödəniş etməməsi müəyyən edilsə də, iddiaçı öz ərizəsində etiraf edir ki, borclu 800000 manatdan çox ödəniş etmişdir. Yəni borclunun ipoteka müqaviləsində müəyyən edilmiş limitdən artıq məbləğdə mal götürməsinə görə ipoteka qoyan məsuliyyət daşıya bilməz. Belə ki, KM-in qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.” Qeyd edilən KM-in qərarını da nəzərə alsaq halhazırda ipoteka qoyanın həmin müqavilə əsasında məsuliyyəti yoxdur. Çünki ipoteka qoyanın məsuliyyət daşıdığı həcm 800000 manatdır və həmin borc da borclu tərəfindən ödənilmişdir. Borclu tərəfindən və ipoteka saxlayan tərəfindən ipoteka qoyanın razılığı alınmadan krdeit limitinin artırılması KM-in yuxarıda qeyd edilən qərarına əsasən yolverilməzdir. Ona görə də iddaçının iddia etdiyi məbləğdə pulun tutulması ipoteka predmetinə yönəldilə bilməz. Ümumiyyətlə məhkəmə bu dəlilili qətnamədə əleyhinə əsaslandırmışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə, əslində ziddiyyətli mövqe ifadə etmişdir. Hesab edirik ki, məhkəmə cavabdehin dəlillərini onun əleyhinə istifadə edə bilməz. Çünki bu ən azından konstitusion hüququn pozulması deməkdir. Əvvəla cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəni ona görə vermişdir ki, mülki iş üzrə ekspertiza rəyi var, həmin rəydə cavabdehin ödəniş etməməsi göstərilmişdir. Cavabdeh iş materiallarında olan sübuta istinad etməklə iddia müddətinin keçməsinin tətbiq edilməsini istəməsi tamamilə anlaşılandır. Yəni burda heç bir ziddiyyət yoxdur. Əgər iddiaçı son ödəniş tarixi ilə bağlı sübut təqdim edə bilirdisə bunu birinci instansiya məhkəməsində təqdim etməli idi. Təqdim etməmişdirsə bu artıq iddiaçının məsuliyyətdir. Çünki MPM-in 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.”. Göründüyü kimi MPM-in sözügedən normasına əsasən hər bir tərəf istinad etdiyi hallar barədə sübutları məhkəməyə təqdim etməlidirlər. Yəni əgər cavabdeh son ödəniş tarixini mübahisələndirirsə, iddiaçı tərəf son ödəniş tarixi ilə bağlı sübutu məhkəməyə təqdim etməli idi. Lakin iş materiallarında son ödəniş tarixi ilə bağlı hər hansı sübut yoxdur. Məhkəmədə bununla bağlı iddiaçının iddia ərizəsindəki qeydlərinə istinad etmişdir. Hesab edirik ki, məhkəmə tərəfindən ziddiyyərli deyilən məqam tam əksinə ziddiyyətsizdir. Çünki iddiaçı son ödəniş tarixini sübut edə bilmirsə, cavabdeh haqlı olaraq iddia müddətinin keçməsinə istnad edə bilər. Lakin məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçıiddia ərizəsini xx.xx.2019-cu il tarixində məhkəməyə verdiyinə görə hazırki Plenum qərarı mübahisəyə tətbiq edilə bilməz. Lakin KM-in xx.xx.2019-cu il tarixli Qərardadının məzmunundan da göründüyü kimi, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli KM-in Qərarı ilə bağlı olan mübahisələrə sözügedən Qərarlar o halda tətbiq edilir ki, verilmiş iddianın predmeti həmin tarixli Qərarların predmetinə müvafiq olsun. İş materiallarından da görünür ki, hazırda cavabdeh MM-in 324.5 və 419.2-ci maddələrinin tələbləri pozulmuş heç bir iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə olan halda həmin Plenum Qərarlarında formalaşmış hüquqi mövqe hazırkı mübahisəyə tətbiq edilməlidir. Yuxarıdakı mövqeyimiz onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.2-ci bəndi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, lap KM-in mövcud qərarları olmasa belə qüvvədə olan qanunvericilik normlarının tələblərinə əsasən tutma ipotekaya yönəldilə bilməz. Çünki, ipoteka müaviləsinin 3.2-ci bəndində konkret olaraq qeyd edilir ki, “yuxarıda göstərilən alğısatqı müaviləsinə əsasən borclu ipoteka saxlayan tərəfindən açılmış 800000 AZN məbləğində kredit limitini 12 ay istifadə etməyi və həmin kredit limiti çərçivəsində müvafiq ödəniş cədvəllərinə uyğun olaraq ödənişlər həyata keçirməyi öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliyin icra müddəti məsələləri alğı-satqı müqaviləsi və onun ayrılmaz tərkib hissələri olan əlavələri ilə tənzimlənir”. Hesab edirik ki, məhkəmə qətnamə qəbul edərkən müqvilənin həm 3.1, həm də 3.2-ci maddəsini düzgün tövsif edə bilməmişdir. Belə ki, müqavilənin hər iki şərti birlikdə təhlil ediləndə aydın olur ki, iddiaçı cavabdehə limitsiz 800000 AZN kredit limiti ayırmamışdır. Yəni Cavabdeh1 istədiyi qədər 800000 AZN-lik limitdən istifadə edə bilməz. Misal üzərindən desək, Cavabdeh1 800000 AZN-lik limitlə bağlı borcu bağladıqdan sonra yenidən 800000 AZN-lik limitdən istifadə edə bilməz. İstifadə etsə belə ipoteka qoyana məlumat verilməli və ipoteka qoyanın razılığı alınmalı idi. Çünki mübahisə predmeti olan ipoteka müqaviləsi standart şərtli müqavilədir. Standart şərtli müqavilə ilə bağlı da qanunvericiliyin mövqeyi ondan ibarətdir ki, bütün qeyri-müəyyənliklər standart şərti təklif edənin əleyhinə təfsir edilməlidir. Belə olan halda ipoteka qoyana bu şərt lazımınca izah edilmədiyindən müqavilədə bununla bağlı açıq fikir olmadığına görə ipoteka qoyan haqlı olaraq, borclunun 800000 AZN-lik kredit limitindən yalnız bir dəfə istifadə edə bilməsini düşünür və razılıq verir. Bu səbəblə də ödənilmiş 800000 AZN-ə görə tutma yenidən ipoteka predmetinə yönəldilə bilməz. Hazırki mübahisə üzrə Cavabdeh1MMC 800000 AZN-lik borcunu bağlamış və sonradan yenidən eyni məbləğ dəyərində iddiaçıdan mal almışdır. Bu isə müqavilə şərtərinə görə ipoteka qoyanının məsuliyyətindən kənardadır. 1. İlk olaraq qeyd etməyi zəruri hesab edirik ki, eyni halla bağlı AR Konstutisya Məhkəməsinin 3 iyul 2013-cü il tarixli Qərarı vardır. Həmin Qərarla da müəyyən edilir ki, etibar edilən şəxsən özü üçün əqd bağlayırsa həmin müqavilə etibarsız hesab edilməli və tərəflər arasında bağlanmamış hesab edilməlidir. Şahverdiyevanın şikayəti üzrə KM qeyd etmişdir ki, “mənzilə dair etibarnamə verilərkən M.Şahverdiyeva (təmsil olunan), İ.İbrahimova bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İ.İbrahimovun özünün maraqları daxilində deyil, M.Şahverdiyevanın maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.”. Belə olan halda cavabdeh faktiki olaraq ona verilmiş etibarnamədən iddiaçının mənafeyi üçün deyil, şəxsən öz marağına görə hərəkət etmişdir. Bu isə qanunla yol verilməz hesab edilir. İpoteka müqaviləsini bağlamaq üçün Daşqın Əliyevə səlahiyyət verilməmişdir. İddiaçı ilə bağlanmış ipoteka müqaviləsi bağlanmamış hesab edilməlidir. İpoteka müqaviləsinin etibarlılığı yoxlanılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 71.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 72.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 73.Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC (hazırda İddiaçı)-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 74.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 (hazırki "xxxx" MMC), Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron Rayon 2 saylı Notariat Kontorunun nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 75.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 77.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 78.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 79.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 80.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 81.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 82.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 83.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icraedilməməsi borclunun icranı gecikdirməsi sayılır. 84.Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 85.Maddə 319.1.Əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 86.Maddə 319.6.Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 87.Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 88.Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 89.Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 90.Maddə 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 91.Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 92.Maddə 1.0.9.İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 93.Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 94.Maddə 34.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması (34.1.1) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi (34.1.3) İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarındandır. 95.Maddə 39.3.Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. 96.Maddə 39.3.3.Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 97.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 98.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 99.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 100.Maddə 206.1.Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 101.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 102.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 103.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini şikayətin dəlillərinə münasibətdə tələb bölünməz olduğundan, qətnamənin tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 104.Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəllillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 105.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı MMC (hazırda İddiaçı) ilə Cavabdeh1 (hazırki "xxxx" MMC) arasında 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı alğısatqı müqaviləsi, həmin müqaviləyə dair 1, 3, 4, 5 və 6 saylı Razılaşmalar, alğı-satqı müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 81,62 kv.m. olan daşınmaz əmlak və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsi İddiaçı MMC (hazırda İddiaçı), Cavabdeh2 nümayəndəsi X11 və Cavabdeh1MMC (hazırki "xxxx" MMC) arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən, ipoteka ilə təmin edilən öhdəlik borclu tərəfindən icra edilmədikdə tutma girov predmetinə yönəldilə bilər. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, bu müqavilə ipoteka saxlayanın ipoteka ilə təmin edilən bütün tələbləri tam ödənilən müddətək qüvvədədir. 106.Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1MMC (hazırki "xxxx" MMC) tərəfindən sonuncu ödəniş 09 mart 2017-ci il tarixdə olmuş, bundan sonra ödəniş olmamışdır. 107.Kollegiya hesab edir ki, Cavabdeh1MMC (hazırki "xxxx" MMC) borcunun müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə verilmiş iddia tələbi çərçivəsində maliyyə arayışında tələb olunan məbləği əsas götürmüşdür. 108.Həmçinin apellyasiya mərhələsində əlavə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertizanın sonuncu 16 noyabr 2022-ci il tarixli, 9/6578 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığı və İddiaçı MMC (hazırda İddiaçı)-nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatından göründüyü kimi Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdə alınmış sement üçün 5.000,0 manat məbləğində ödəniş aparılmışdır. (cild 3 i.v 29,31) Beləliklə İddiaçı MMC (hazırda İddiaçı) ilə Cavabdeh1 arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh1-nin İddiaçı MMC (hazırda İddiaçı)-yə olan borcunun 1.878.153,81 manat (malın dəyəri- 1590893,09 manat, ƏDV-287260,72 manat) təşkil etdiyi müəyyən edildi. 109.Kollegiya ekspert rəyinə MPM-nin 206.1-ci maddələrinə əsasən digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, ekspert tərəfindən bütün ödənişlər nəzərə alındığından, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir. Lakin, borc məbləği iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, verilmiş iddia tələbi həcmində borcun müəyyən edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Həmçinin tənasübsüz surətdə yüksək olan cərimə məbləğini məhkəmə düzgün olaraq azaltmışdır. 110.Bununla da, Cavabdeh1-nin (hazırki "xxxx" MMC) 07 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı alğı-satqı müqaviləsi üzrə əsas borcu 969747,15 manat olması müəyyən olunur. 111.Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı alğı-satqı müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. 112.Məhkəmə ipoteka müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə əsasən hesab etmişdir ki, tərəflər arasında tələbin ipoteka predmetinə yönəldilməsi halında 800.000 manat həcmində olması şərtləndirildiyindən 979.747,15 manat borc məbləği ilə bağlı tələb 800.000 manat həcmində 27 avqust 2015-ci il tarixli "İpoteka müqaviləsi" ipoteka predmetinə yönəldilməli, əmlak açıq hərracdan satılmalı, sözügedən ipoteka predmetinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 manat borc məbləğinin 800.000 manat hissəsi İddiaçı MMC (hazırda İddiaçı)-yə ödənilməli, satışdan əldə olunmuş pul vəsaiti 800.000 manatdan artıq məbləğdə olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır. 113.Məhkəmə həmçinin ipoteka predmetinin ilkin satış qiymətini müqavilə üzrə 1.828.000 manat məbləğində müəyyən etmişdir. 114.Apellyasiya mərhələsində qiymətləndirmə ilə bağlı "xxxx" MMC-nin PR/M-45/2022 saylı, 31 may 2022-ci tarixli rəyi alınmışdır. Həmin rəydə ipoteka predmetinin bazara uyğun likvid dəyərinin 350000 manat təşkil etməsi qeyd olunmuşdur. 115.Göründüyü kimi, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini yuxarı həddə müəyyən etsə də, bu halı iddiaçı mübahisələndirməmişdir. 116.Kollegiya hesab edir ki, məhkəmə ipoteka predmetinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 manat borc məbləğinin 800.000 manat hissəsinin ipoteka predmetinin açıq hərracdan satılması yolu ilə İddiaçı MMC (hazırda İddiaçı)-yə ödənilməli olmasını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddia edilən borcdan qalan 179.747,15 manat borc məbləği qanunvericilikdə nəzərdə tutulmuş - ümumi qaydada cavabdeh “İlqar-MR" MMC-dən (hazırki "xxxx" MMC-dən) tutularaq İddiaçı MMC (hazırda İddiaçı)-nin xeyrinə ödənilməlidir. 117.Kollegiya apellyatorların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyul 2013-cü il tarixli Qərarında şərh edilmiş hallara istinadən X9 verilən etibarnamədə konkret subyektlə, yəni İddiaçı MMC (hazırda İddiaçı) ilə müqavilənin bağlanmasının müəyyən edilməməsi, iddiaçının xeyrinə deyil, öz xeyrinə hərəkət edən Daşqın Əliyevin əslində müqaviləni bağlaya bilməməsi, məhkəmə qərarlarının heç birində onun bu əqdi öz mənafeyi üçün, yoxsa təmsil olunanın mənafeyi üçün bağlayıb bağlamamasının araşdırılmaması və hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, qüvvədə olan məhkəmə qərarlarından görünür ki, cavabdeh X11 iddiaçılar Cavabdeh2 və X2 iddiası üzrə keçirilən məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ipoteka müqaviləsi bağlanarkən o, əmlak sahibi Cavabdeh2 təmsil etsə də, bağlanmış müqavilənin mahiyyətindən onun xəbəri olmamışdır. Belə ki, "İlqar MR” MMC ilə onun arasında işgüzar münasibətlər olmuş, həmin MMC-nin rəhbərliyi onu aldadaraq belə bir müqaviləyə imza etdirmişdir. Reallıqda isə Cavabdeh2 ilə “İlqar MR" MMC-nin arasında heç bir öhdəlik və sair bağlılıq olmamışdır. Buna görə də Cavabdeh2 heç vaxt həmin MMC-nin İddiaçı MMC (hazırda İddiaçı) qarşısında öhdəliyinə görə öz əmlakını girov qoymazdı. İddiaçı Cavabdeh2 ona həqiqətən baş etibarnamə vermiş, lakin həmin etibarnamə ona iddiaçıların adından qaz,su, işıq və digər kommunal xərclərin ödənilməsi məqsədilə verilmişdir. 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlandıqda isə o, hansı müqaviləyə imza atdığını dərk etməmiş, latın qrafikasını bilmədiyindən müqaviləni oxumamış, ona verilmiş etibarnaməni notariusa təqdim etsə də, etibarnaməni məhz iddiaçılara məxsus əmlakın ipotekaya qoyulması məqsədilə təqdim etməsindən bixəbər olmuşdur. O, müqavilə bağlamaqla özünün istifadəsi üçün mal götürdüyünü zənn etmişdir. 118.Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq MPM-nn 82.3-cü maddəsinə istinad etməklə qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktlarında məhkəmələr tərəfindən ipoteka müqaviləsinin bağlanmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması araşdırılarkən Daşqın Əliyevin sözügedən əqdlə bağlı mövqeyi öyrənilmiş və onun bu əqdi öz mənafeyi üçün yoxsa təmsil olunanın mənafeyi üçün əqdi bağlayıb bağlamamasına hüquqi qiymət verilməklə müəyyən edilmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh2 ona məxsus əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı 07 iyul 2015-ci il tarixli etibarnamə ilə X9 etibar etmişdir. 27 avqust 2015-ci il tarixdə ipoteka saxlayan İddiaçı MMC (hazırda İddiaçı), ipoteka qoyan Cavabdeh2 və borc alan "xxxx" MMC arasında ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 etibarnamə əsasında X11 təmsil etmişdir. Cavabdeh2 arvadı X6 07 iyul 2015-ci il tarixdə Bakı şəhəri 37 saylı notariat kontoruna ərizə ilə müraciət edərək həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində 2 hektar torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin satılmasına (özgəninkiləşdirilməsinə, bağışlanmasına, ipoteka (girov) qoyulmasına və dəyişdirilməsinə) etiraz etmədiyini bildirmişdir. 119.Kollegiya apellyatorların iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2015-ci il tarixinə kimi müəyyən edilmiş, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixində bitmişdir. Borclu-cavabdeh "xxxx" MMC (hazırki "xxxx" MMC) xx.xx.2017-ci il tarixdə 5000 manat ödəniş etmiş, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə verilmiş, 3 illik iddia müddəti ötürülməmişdir (MM-nin 380.1, 380.2 maddələri) 120.Kollegiya cavabdeh tərəfin iddiaya etirazının əsası kimi müqavilənin 3.2-ci bəndinə istinad edərək borc pulun tutulmasının ipoteka predmetinə yönəldilə bilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.0.5-ci maddələri, eləcə də 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsiən dair” xx.xx.2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. 121.Kollegiya tərəflər arasında mövcud ipoteka müqaviləsinin 2015-ci ildə bağlanmasını, eləcə də iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, apellayatorların istinad etdiyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarının müddəaları hazırki mübahisə üzrə tətbiq oluna bilməz. 122.Kollegiya apellyatorların ekspert rəyinə və ipoteka müqaviləsinə istinad edərək ipoteka qoyanın məsuliyyət daşıdığı həcmin 800.000 manat olması və həmin borc məbləğinin də borclu tərəfindən ödənildiyinə görə hal-hazırda ipoteka qoyanın həmin müqavilə əsasında məsuliyyətinin olmamasına dair dəlillərini əsassız hesab edərək, qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) ipoteka saxlayanla borclu arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gələn mövcud, həm də gələcəkdə əmələ gələn İpoteka saxlayanın borcluya qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. Digər tərəfdən borclunun məhz 07 yanvar 2015ci il tarixli alğı-satqı müqaviləsi üzrə borcunun 800000 manatdan artıq olduğu ekspert rəyi ilə də müəyyən olunmuşdur. 123.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predmeti olan əmlakla bağlı bağlanmış müqavilənin tərəfləri bir-biri ilə qohumluq əlaqəsi olan şəxslərdir yuxarıda qeyd edilən qiyabi qətnamənin qəbulundan sonra Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi barədə sazişə əsasən xx.xx.2012-ci il tarixli, 4Ə/01-333 reyestr nömrəli alğısatqı müqaviləsi ləğv edilmişdir. Bundan sonra, Cavabdeh3 həmin əmlak kompleksi kimi müəssisəni Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci tarixli, 4Ə-987 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən digər qohumu (anası) Cavabdeh4 bağışlamışdır və sözügedən əmlak üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 124.Göründüyü kimi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış xx.xx.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvinə dair saziş, eləcə də cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Belə ki, işin halları həmin əqdlərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqdlər olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. 125.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən əqdlər məhz yuxarıda qeyd edilən Abşeron Rayon Məhkəməsinin qiyabi qətnaməsinin qəbulundan sonra bağlanmaqla, hüquqi nəticələr yaratmaq niyyəti olmadan, ipoteka predmetini təşkil edən əmlakı qanunsuz qaydada ipoteka yüklülüyündən azad etmək məqsədilə bağlanmışlar. 126.Buna görə də kollegiya hesab edir ki, məhkəmə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 kv.m olan tikiliyə dair bağlanmış xx.xx.2016-cı il tarixli 3M-2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi barədə sazişin, eləcə də cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, sonuncunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeydin (Çıxarışın) ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 127.Kollegiya hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 300 manatın 150 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 150 manatı İddiaçı-dən tutulmalıdır. 128.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 129.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 130.Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 131.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 132.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 133.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(009)-73/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 300 (üç yüz) manatın 150 (yüz əlli) manat Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 150 (yüz əlli) manat İddiaçı MMC (hazırda Norm ASC)-dən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-905/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-905/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver