Məhkəmə qərarları › İş №2(102)-1539/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1539/2019

27.05.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1539/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)10500/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 istismarı sahəsinin barəsində 13.01.2016-cı il tarixli 70-K nömrəli əmrinin ləğv edilməsi və onun həmin tarixdən Cavabdeh X1 istismarı sahəsinə 8 saylı YYQX və MQCNX-nə 4cü dərəcəli QAİ və təmiri üzrə çilingər vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə orta əmək haqqının və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Ə.Məmmədov) 16 iyul 2018-ci il tarixli, 2(011)-5799/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.N.İmanov) 30.10.2018-ci il tarixli, 2(103)-10500/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X3 iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisələndirilən 13 yanvar 2016-cı il tarixli, 70-K saylı əmr ona vaxtında təqdim edilməmiş, yalnız iki ildən sonra onu ala bilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqində səhvə yol vermişdir PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələr inin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnam ə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı 02.07.2010-cu il tarixdə Cavabdehndə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 4-cü dərəcə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 13.01.2016-cı il tarixli 70K saylı əmri ilə İddiaçı vəzifəsi ixtisar olunduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bildirir ki, o, 13.01.2016-cı il tarixdən işə buraxılmamışdır. Dəfələrlə etmiş olduğu müraciətlərə baxmayaraq cavabdeh 13.01.2016-cı il tarixli 70K saylı həmin əmrin surətini hələ də ona təqdim etməmiş, işdən azad edilməsi barədə əmrin surətinin, əmək müqaviləsinin təsdiq edilmiş surətinin, tutmuş olduğu ştat vahidinin ixtisar edilməsinə dair ona ünvanlanmalı olan bildirişin, işdən çıxarma müavinəti və bir dəfəyə ödənilmiş əmək haqqı məbləğinin, istifadə edilməmiş növbəti məzuniyyətə görə ödənilməli əmək haqqı barədə məlumatların və həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarının surətinin təqdim edilməsinə dair cavabdehə müraciətləri cavabsız qalmışdır. Göründüyü kimi cavabdeh tərəfindən qanunsuzluğa yol verilmiş, işə bərpa barədə cavabdehə müraciətləri nəticəsiz qalmış və bununla da onun konstitusion hüquqları pozulmuşdur. Ona qarşı edilmiş bu hüquqa zidd hərəkətlər onun psixikasında mənfi təsir yaratmış, psixoloji ruh düşkünlüyünə səbəb olmuş, stress halları keçirtmişdir. Bu kimi hallar onun yaxınlarına da pis təsir göstərmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, Cavabdeh İB-də aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq ştatların ixtisarı zamanı iddiaçının ştatı da ixtisara düşmüşdür. Bu səbəbdən də, iddiaçı ilə olan əmək müqaviləsinə 13.01.2016-cı il tarixli 70K nömrəli əmrlə xitam verilmişdir. İddiaçının qaldırdığı iddia tələbi tam əsassızdır, həmçinin qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçı 13.01.2016-cı il tarixdə əmrlə tanış olub və əmək kitabçasını götürmüşdür. İddia ərizəsi ilə 07.06.2018-ci il tarixdə verilmiş və 1 aylıq iddia müddətini ötürmüşdür. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində gös tərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Apellyasiya intansiyası məhkəməsi iddiaçının izahatına əsasən müəyyən etmişdir ki, mübahisələndirilən 13.01.2016-cı il tarixli 70-K nömrəli əmr verildikdən 2 ay sonra, yəni 16 mart 2016-cı il tarixdə iddiaçı öz ünə məxsus əmək kitabçasını götürmüşdür. Buna əsasən düzgün olaraq iddiaçının öz hüququnun pozulmasının aşkar edildiyi gün həmin tarix, yəni 16 mart 2016-cı il hesab etmişdir. Hazırkı iddia ərizəsi isə 2018-ci il ilin iyun ayında verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciə t etdiyini və birinci instansiya məhkəməsində cavabdeh tərəfindən verilmiş iddiaya etirazda iddia müddətinin keçdiyinin bildirildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbləri, həmçinin həmin tələblərdən irəli gələn məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbləri təmin oluna bilməz. Burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsidir. Bu isə müxtəlif vasitələrlə, yəni işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verilməsi ilə həyata keçirilir (həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi). Qanunun məzmunundan da məlum olur ki, yuxarıda sadalanan sənədləri n hər birinin və ya təkcə birinin verilməsi ilə işçi artıq onunla işəgötürən arasında olan əmək münasibətlərində hər hansı bir dəyişikliyin (onunla əmək münasibətlərinə xitam verilməsi və s.) baş verməsindən agah olur. Çünki həmin sənədlərin işçiyə verilməsində əsas məqsəd işçini onun əmək münasibətlərində baş verən dəyişikliklə xəbərdar etməkdir və mahiyyəti etibarı ilə həm əmrdə (sərəncam və ya qərarda), həm əmək kitabçasında, həm də haqq-hesab sənədlərində həmin sənədlərin verilmə səbəbi göstərilir. Ona görə də, həmin sənədlərdən yalnız birinin verilməsi yetərlidir ki, işçi onunla işəgötürən arasında olan əmək münasibətlərində baş verən həmin dəyişiklikdən xəbərdar olsun. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı işdə əmək kitabçasının iddia çıya verildiyi gün, yəni 16 mart 2016-cı il tarixi onun öz hüququnun pozulduğunu aşkar etdiyi gün hesab olunur və belə olan halda 13.01.2016-cı il tarixli 70-K nömrəli əmrin surətinin iddiaçıya təqdim edilməməsi mübahisənin həllinə heç bir təsir etmir. Həmçinin iddiaçı müddətin üzrlü səbəblərdən buraxdığını bildirsə də, bu halı sübut edə bilməmişdir. Belə ki, o, 16 mart 2016-cı il tarixdən 16 aprel 2016-cı il tarixə qədər ağır xəstə olması və ya iddianın verilməsini istisna edən digər halları təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçının təqdim etdiyi müalicə ilə bağlı sənədlər isə 2017-ci ilə aiddir. İddiaçının müxtəlif dövlət orqanlarına müraciət etməsinə dair kollegiya qeyd etmişdir ki, bu hal özü-özlüyündə iddia müddətinin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Həmç inin həmin müraciətlər də 2017-2018-ci illərə aiddir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının hüququnun pozulduğu anla bağlı, habelə iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi qənaət yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından qanunidir. Azər baycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)-10500/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar