Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-154/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-941/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 yanvar 2023 -cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 26 noyabr 2014-cü il tarixli, ******* saylı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Mican kəndi ərazisində 0,13 ha torpaq sahəsində ümumi sahəsi, 145,9 kv metr, yaşayış sahəsi 80,3 kv metr, yardımçı sahə 65,6 kv metr olan 4 otaqlı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
2. Sözügedən torpaq sahəsinin yaxınlığından İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birin ci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan,diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayan cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozular aq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında daş hasar inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daimi təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə maneələr törətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş yuxarıda göstərilən Qaydala görə yeraltı qaz kəmərlərindən binalara v ə tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 3xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X4 İdarəsi tərəfindən xx.xx.2021ci il tarixli, 01OB-13HŞ366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.
5. Məhkəmə iclasında cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və hazırkı vaxtadək həmin yaşayış evində yaşayır. Mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edərkən həmin ərazidən qaz xəttinin keçdiyindən məlumatı olmamışdır. Eyni zamanda həmin evə dair onun adına xx.xx.2014-cü il tarixli, ******* saylı dövlət reyestrindən Çıxarış verilmişdir. Ona görə də həmin torpaq sahəsində qeyd edilən tikililər qanuni inşa edilmiş və hazırkı vaxta qədər ailəsi ilə birlikdə fasiləsiz və etirazsız olaraq orada yaşayır. Tikilinin sökülməsi tələbinə dair iddianı qəbul etmir. Ona görə də iddianın rədd olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
6. İş materialında olan məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2022ci il tarixli 10/232 nömrəli rəyindən görünür ki, Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətin mişar daşın dan inşa edilmiş hasarı arasında olan məsafə 1 m, qaz kəməri ilə tikili (talvar) arasında olan məsafə isə təxminən 4-4.5 m təşkil edir (kəmər yeraltı keçdiyinə görə kəmərlə tikili arasında olan məsafəni dəqiq müəyyən etmək mümkün deyildir). İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafənin 1 m təşkil etdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 nömrəli əlavələr) tələblərinə əsasən həmin hasarın qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həyətyanı sahədə yerləşən tikili (talvar) ilə qaz kəmərinin arasında olan məsafənin 4-4,5 m təşkil etdiyini nəzərə aldıqda göstərilən Qaydala rın tələblərinə əsasən tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yeraltı keçən hissəsi həyətyanı sahədən hansı dərinlikdə keçməsi sualı üzrə vəsatət təmin edilmədiyinə görə tədqiqat aparılmadı.
7. İsmаyıllı Rаyоn Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-28/2022 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunduğu kimi sözügedən torpaq sahəsində sökülməsi tələb olunan həmin tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında təd qiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda daş hasarın özbaşına tikinti kimi qiymətləndirilməsi mümkün deyildir. Mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması (bax 2-ci abzas) hazırkı fərdi yaşayış evinin və onun tərkib hissəsi olan tikintilərin özbaşına tikinti kimi qiymətləndirilməsini istisna edir. Ona görə də məhkəmə hesab edir ki, həmin tikililər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəm ərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi sözügedən daş hasar fərdi yaşayış evi ilə birlikdə 1991-ci ildə tikilmiş və bu barədə smeta tərtib edilərək texniki paspot verilmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırda sökülməsi tələb edilən daş hasarın yerləşdiyi fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd (Çıxarış) qüvvədədir və həmin sənədin etibarsızlığı və ya ləğvi ilə bağlı aidiyyəti məhkəməyə müraciətin olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda texniki pasporta əsasən tikintisinə icazə verilmiş f ərdi yaşayış evinə dair daş hasar (tikinti) qanunsuz tikinti sayıla bilməz və bunun üçün ilk növbədə həmin hüquqmüəyyənedici sənəd ləğv edilməli və sonra sözügedən tikinti qanunsuz tikinti hesab edilərək sökülməsi barədə iddia qaldırılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin baş verə biləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2, 152.1, 180.1 və 180.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır k i, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonun Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında daş hasar inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş daş hasar orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə s əbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir.Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir Elektirik, rabitə, neftqaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə a id torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər cavabdeh tərəfindən İsmayıllı rayonunun Mican kəndinin ərazisindən keçən, İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında qanunsuz yaşayış evi inşa edilmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, cavabdeh tərəfindən inşa edilmiş həmin yaşayış evi qanunsuz tikilidir və cavabdehin öz vəsaiti hesabı na sökülərək qaz xəttinin mühafizə zonası boşaldılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2 avqust 2022-ci il tarixli, 2(107)-941/2022 nömrəli qətnaməsi ilə (hakimlər – E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahis ənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2, 152.1, 180.1 və 180.4-cü maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Cavabdeh İsmayıllı rayonun Mican kəndində, İddiaçı İB-nın Ağsu X4 İdarəsinin balans və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında daş hasar inşa etmişdir. Qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına yol verilmir. İddiaçı İB-nın Ağsu X4 İdarəsinin balans və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar qanunsuz tikili hesab olunmalı və onun tərəfindən sökülməlidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli 10/232 nömrəli ekspertiza tədqiqatının nəticəsi hissəsinin 1-ci abzasına əsasən, İsmayıllı rayonu Mi can kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı İB-nın Ağsu RQİİ-nin balans və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəməri ilə həyətin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafə 1 metr təşkil edir. Həmin ekspertiza tədqiqatının nəticəsi hissəsinin 2-ci abzasına əsasən isə, məsafənin 1 metr təşkil etdiyini nəzərə aldıqda “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin hasarın qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Qanunvericilikdə orta təzyiqli yeraltı qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər olan məsafəsi 4 metr müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 10/232 nömrəli ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh İsmayıllı rayonunun Mican kəndində İddiaçı İB-nın Ağsu X4 İdarəsinin balans və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin 1 metr məsafəsində mişar daşlarından daş hasar inşa etmiş və həmin tikili qaz kəmərinin mühafizə zonasında tikilmişdir. Məhkəmələr nəzərə almamışdır ki, cavabdeh tərəfindən İsmayıllı rayonun Mican kəndi ərazisində tikilmiş fərdi yaşayış evinin sökülməsi İddiaçı İB tərəfindən mübahisələndirilməmişdir. İddiaçı İB tərəfindən işdə mübahisələndirilən predmet, cavabdeh tərəfindən qaz kəmərinin 1 metrlik məsafəsində (qaz kəmərinin mühafizə zonasında) inşa edilmiş daş hasar olmuşdur. Qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən daş hasarın inşa edilmiş olması da ekspertiza tədqiqatı nəticəsində öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə işin hallarına tam və hərtərəf li qiymət vermədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
19. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyek tin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 169.3. Yüklü torpaq s ahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 7.3.2. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər dəalınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqları nın əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini y alnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlər iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillərlə eynidir, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
33. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək həmçinin qeyd edir ki, sübutları araşd ırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmaqla bərabər hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
34. Məhkəmə haqlı olaraq cavabdehin mülkiyyət hüququnun müdafiəsi baxımından iddianın rədd olunması qənaətinə gəlmişdir. Kassasiya şikayəti cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi tikililərin, o cümlədən torpaq sahəsinə çəkilmiş daş hasarın özbaşına tikililər olması, həmin hasarın yerüstü qaz kəmərinin mühafizə zonasına yerləşməsi ilə əsaslandırılmış, sonuncu halın isə qaz kəmərinin istismarına və mühafizəsinə maneəçilik törətməsi, torpaq sahəsində yerləşən evdə yaşayanların və ətrafdakıların həyat və səhhətinə təhlükə yaratması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qaz kəmərindən bir metr aralıda yerləşən torpaq sahəsinə cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilməsi barədə müvafiq icra hakimiyyəti qərar qəbul edərkən bütün aidiyyatı qurumların rəyi alınmış, torpaq islahatı zamanı isə həmin sahə onun mülkiyyətinə verilmişdir. Bütün bunlara qaz kəmərinin balans sahibi etiraz etməmişdir. Torpaq sahəsində olan tikililərə də cavabdehin mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və reyestrdə qey diyyata alınmışdır. Qanunvericiliyə görə torpaq sahəsinə hasar çəkilməsi üçün hər hansı razılıq tələb olunmur, hasarın çəkilməsi sahənin sərhədlərinin müəyyən edilməsi və torpq sahəsinin, orada yerləşən tikililərin mühafizə üçündür. Hasarın qaz kəmərinin üzərinə aşması, yaxud başqa səbəblərdən qaz kəmərinin zədələnməsi və qazın sızması nəticəsində yanğın, partlayış və sair təhlükəli hadisələrin baş verməsi ehtimalı vardır, həmin hadisələrin qarşısının alınması şax kəmərinin balans sahibinin vəzifəsidir. Lakin bu torpaq sahəsinin mülkiyyətçisinin hesabına və onun zərər çəkməsi ilə olmamalı, qarşılığı ödənilməli, qaz xəttiinin mühafizə zonasının keçdiyi həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan alınmalıdır.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-941/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.