Məhkəmə qərarları › İş №2(102)-1542/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1542/2020

04.03.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1542/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)6700/2019 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov, iş № 2(004)-955/2019) İddiaçı Cavabdeh MMC-yə qarşı əmək hüquqlarının müdafiəsi və işə bərpa tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxxx 2018-c i il tarixli əmrin ləğv edilməsi və onun Cavabdeh MMC-nin insan resursları üzrə meneceri vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh MMC-də insan resursları üzrə menecer vəzifəsində işləmiş və MMC-nin direktoru vəzifəsini icra edən direktor müavininin xx xxxxxx 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 2018-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutduğu vəzifədən qanuni əsaslar olmadan Cəmiyyət rəhbərliyinin qərəzi nəticəsində çıxarılmasını əsas göstərməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx xxxxxx 2018-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməklə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə, eləcə də ona dəymiş mənəvi ziyana görə MMC-dən onun xeyrinə 10.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehin nümayəndəsi kassasiya şikayəti verərə k qətnamənin işin faktiki hallarına uyğun olmamaqla sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə ed ib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair əmrə görə o, özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iş yerində işin, əmək və icra intizamının normal ahəngini, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmuş, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Həmin əmrin ve rilməsi üçün əsas kimi xx xxxxxx 2018-ci il tarixli izahatın tələb edilməsi barədə şirkətin sorğusu, iddiaçının xx xxxxxx 2018-ci il tarixli izahatı və onunla bağlanmış xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsi əsas götürülmüşdür. İşdən görünür ki, şirkətin direktoru vəzifəsini icra edən direktor müavini Petra Basova və şirkətin təsisçisi və direktoru Novotni Ondrey xx xxxxxx 2018-ci il tarixdə məktubla iddiaçıya müraciət edərək şirkətin əməkdaşları qarşısında onun direktor müavinini axmaq, naşı, işi bacarmayan, səriştəsiz adlandırmasını, işçiləri onun tapşırıqlarına əhəmiyyət verməməyə çağırmasını və bununla da əmək vəzifələrini kobud şəkildə pozmasını bildirməklə ondan yazılı izahat tələb etmişlər. (cild 1, i/v 51) Həmin məktuba cavab olaraq şirkət rəhbərliyinə ünvanlandığı izahatında İddiaçı ondan tələb olunan izahatı hüquqlarının müdafiəsi üçün yalnız hüquqşünasın iştirakı ilə yazacağını bildirmişdir. İddiaçı ilə əmək müqaviləsinin pozulması zamanı istinad olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən pozula bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərin i) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: İşdən göründüyü kimi iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən elə hallar əsas kimi götürülmüşdür ki, onlar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməzdi. İşçi ilə əmək müqaviləsinə o zaman xitam verilə bilərdi ki, o, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobud şəkildə pozsun. Kollegiya hesab edir ki, işçi tərəfindən izahat verməkdən boyun qaçırılması onun öz əmək funksiyalarını yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. İşçinin əmək funksiyası onunla bağlanmış əmək müqaviləsində müəyyən olunur və müqavilənin 2.2-ci hissəsinə görə həmin əmək funksiyasının dəyişdirilməsinə və ya ona əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin izahat verməli olması onun əmək funksiyası kimi nəzərdə tutulmadığından, kollegiya hesab ed ir ki, iddiaçının izahat verməkdən boyun qaçırması (əslində isə elə deyildir) onun əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. İşdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırılmamış, iddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün əsaslar əmrə əlavə edilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya əmrin qanunsuz və əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianın qismən təmin edilməsi əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar