Məhkəmə qərarları › İş №2(102)-1547/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1547/2019

12.03.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1547/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il İŞ № 2(102)-1547/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı vəkili, nümayəndəsi Vəkil1, Cavabdeh1 və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-cı il tarixli, 2(103)-9832/2018 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhk əməsinin 22 may 2018-ci il tarixli, 2(004)-299/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 MTK və “xxxx” MMCnə qarşı “qanunsuz tikilinin sökülməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə ilk iddiası qismən təmin, Cavabdeh1 İddiaçı qarşı “mənzilin daxili konstruksiyasının əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, Cavabdeh1 və “xxxx” MMC-nin üzərinə Bakı şəhəri, xxx rayonu, xxx küçəsində yerləşən, 68 saylı evin 11-ci mərtəbəsində və digər mərtəbələrində yerləşən qanunsuz inşa edilmiş əlavə qurğu, şkaf və digər tikililərin, binanın texniki və yanğın təhlükəsizliyi üçün maneə törədən qurğu, obyekt və naqillərin sökülməsi vəzifəsi qoyulmuşdur. Cavab deh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)9832/2018 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və İ.Ş.Vəliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şövkət Həsənzadə və vəkili Vəkil2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 MTK və “xxxx” MMC-nə qarşı iddia qaldıraraq onların üzərinə Bakı şəhəri, xxx küçəsində yerləşən 68 saylı evin 11-ci mərtəbəsində və digər mərtəbələrində yerləşən qanunsuz inşa edilmiş əlavə qurğu, şkaf və digər özbaşına olaraq inşa edilmiş tikililərin sökülməsi, eləcə də binanın texniki və yanğın təhlükəsizliyi üçün maneə törədən istənilən qurğu, obyekt və naqillərin sökülməsi və onlardan müştərək qaydada 5.000 manat məbləğində dəymiş mənəvi ziyanın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, sonuncunun mülkiyyətində olan mənzilin daxili konfiqurasiyasının dəyişdirilməsinin qadağan edilməsi və vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun İddiaçı tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatla r vermişlər. İddiaçı, cavabdehlər Cavabdeh3 MTK, “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 münasibətdə dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflərə məxsus mənzillərin qonşu olmaqla eyni binada yerləşməsinə, Cavabdeh1 ümumi istifadədə olan yeriyaşayış sahəsində quraşdırdığı müxtəlif rəflərin layihədə nəzərdə tutulmamasına, həmin rəflərin binada yaşayan digər şəxslərin hərəkətlərinə maneə yaratmasına, İddiaçı məxsus olan mənzilin daxilində heç bir konstruksiyalarda dəyişikliyin aparılmamasına, mənzilin daxilində aparılmış dəyişi kliyin yalnız yükdaşımayan arakəsməyə aid olmaqla binanın ümumi yükgötürmə qabiliyyətinə mənfi təsir göstərməməsinə və beləliklə də ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, xxx rayonu, xxx küçəsində yerləşən, 68 saylı evin 11-ci mərtəbəsindəki 64-cü mənzili İddiaçı mülkiyyətindədir və onun mülkiyyət hüququ 23 iyul 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; həmin binanın 11-ci mərtəbəsindəki 63-cü mənzili isə Cavabdeh1 sahibliyindədir. Tərəflər arasında mübahisə, ilkin iddiaçının, Cavabdeh1 binanın 11-ci mərtəbəsinin pilləkən qəfəslərində və dəhlizində tezalışan plastik materialdan 2 ədəd anbar (şkaf) tikməsini, həmçinin dəhlizdə və pilləkənin iki səkisi arasında olan hissəsinin altında və onların meyd ançalarında əşyalar və tezalışan materiallar yığmasını, eləcə də mərtəbənin dəhlizində qurulmuş qaz və elektrik sayğacı üzərindən partlayışa və ya səbəb ola biləcək təhlükəli naqillər çəkdiyini, dəhlizdə yerləşən şaxta qapısını mıxlayraq onun qarşısında şkaf düzəltdiyini iddia etməsi nəticəsində yaranmış, Cavabdeh1 isə ilk iddiaçı tərəfindən öz mənzilində konstruksiya dəyişikliklərini etdiyini irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən mütəxəssis və ekspert rəylərini tədqiq edib müəyyən etmişdir ki, Bakı şəhəri, xxx rayonu, Z.Xəlilov küçəsi, 68 saylı evin ümumi istifadədə olan qeyri-yaşayış sahələrində quraşdırılmış müxtəlif rəflərin layihədə nəzərdə tutulmadığı və onların digər şəxslərə maneə yarada biləcəyi vurğulanmışdır. Apellyasiya inst ansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4, 227-ci maddələrinin, Mənzil Məcəlləsinin 35.1, 36.4-cü maddələrinin, həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1-ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, xxx rayonu, xxx küçəsində yerləşən, 68 saylı evin 11-ci mərtəbəsində pilləkən qəfəslərində və dəhlizində qurğu, şkaf və digər tikililərin inşa edildiyi sübuta yetirildiyindən, həmin tikililərin bina sakinlərinin birgə yaşayış qaydalarına və qanunverciliyin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunduğundan, birinci instansiya məhkəməsinin ilk iddia tələblərinin Cavabdeh1 aid hissəsi üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Apellyasiya instansi yası məhkəməsi eyni zamanda qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşıb haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh1 irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, işə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan Bakı şəhəri, xxx rayonu, Z.Xəlilov küçəsi, 68 saylı evin 64-cü mənzilin daxilində heç bir konstruksiyalarda dəyişikliyin aparılmadığı və mənzilin daxilində aparılmış dəyişikliyin yalnız yükdaşımayan arakəsməyə aid olmaqla binanın ümumi yükgötürmə qabiliyyətinə mənfi təsir göstərmədiyi müəyyən edilmişdir. İşdən görünür ki, Cavabdeh1 qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir v ə o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert, mütəxəssis rəylərinə düzgün hüquqi qiymət verməməsini, işə əlavə edilmiş aktların, rəylərin formal olaraq tərtib edilməklə yalnız ehtimallara əsaslanmasını və sair göstərsə də, tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, kassasiya şikayətinin əsassızlığı işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən ekspert, mütəxəssis rəyləri ilə, eləcə də işdə iştirak ed ən şəxslərin özlərinin izahatları isə istisna olunmur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və bel ə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-cı il tarixli, 2(103)-9832/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar