Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1548/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh1, a qızına və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): müqavilə münasibətlərindən irəli gələn mübahisələr; əqdin bağlanmış sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh1, a qızına və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2048/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İV-BA 256245 nömrəli nikah haqqında şəhadətnaməyə görə, X20 ilə X3 12 may 1989-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1989-cu ilin may ayının 12-ci günündə 637 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.
2. İV-JO 498801 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X20 16 sentyabr 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1997-ci ilin 1-ci ayının 04-cü günündə 01 nömrə ilə qeyd edilmişdir.
3. Göygöl rayon Dövlət notariat kontoru tərəfindən verilmi ş 07 avqust 2012-ci il tarixli etibarnaməyə görə, Göygöl rayonu Çaykənd kəndində yaşayan Cavabdeh1 ünvan 1 ünvanda yaşayan İddiaçı1 həmin etibarnamə ilə DTXK idarələrində, dövlət arxivində, bələdiyyə idarələrində, mənzil kommunal təsərrüfatı idarəsində və DƏDRX idarələrində, dövlət notariat kontorlarında, müvafiq icra nümayəndəliyində, müvafiq banklarda, poçt şöbələrində onun nümayəndəsi olmaq, vərəsəliyi qəbul etmək, adından alğı-satqı müqavilələri bağlamaq, sənədləri toplamaq, imza atmaq, ərizə vermək və ona çatası müqavilə, çıxarış, arayışlar və digər sənədləri almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çı xarışa əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə (“A” tikilisi) X10 adına, 0,04 ha həyətyanı torpaq sahəsi isə bərabər paylarla Cavabdeh1, X18, Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 5. xx.xx.2015-ci il tarixli, 6604 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna görə, ünvan 2 ünvanın hüquq subyekti X14r. 6. xx.xx.2001-ci il tarixli aktda göstərilmişdir ki, ”X2 tərtib edirəm bu aktı ondan ötəri ki, Cavabdeh1 məxsus Xanlar rayonu, Çaykənd kəndində olan 16-cı məhəllə, 7 ünvanını İddiaçı2 4.000.000 (4 paçka şirvan) manata satdı. Ona görə də aktın doğruluğunu aşağıdakı imzalarla təsdiq edirik. C.Babayev, Cavabdeh1 və İddiaçı2”.
7. Göygöl rayon Çaykənd Bələd iyyəsinin 22 iyun 2022-ci il tarixli, 80 nömrəli məktubundan görünür ki, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2001-ci il tarixdən indiki dövrə qədər Cavabdeh1 və ailə üzvləri bələdiyyə vergisi keçirməmişlər. Göygöl rayonu Çaykənd kəndi 16-cı məhəllə 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə həmçinin evdə və torpaq sahəsindən Cavabdeh1 və ailə üzvləri 2001-ci ildən indiki dövrə qədər istifadə etməmişlər. Həmçinin, 2001-ci ildən indiki dövrə qədər Göygöl rayonu, Çaykənd kəndi, 16cı məhəllə, 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmiş və bələdiyyənin əmlak vergisini mütəmadi ödəmişdir.
8. Göygöl RİH Başçısının Çaykənd kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən ve rilmiş 45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli evdə Cavabdeh1 və ailə üzvləri 2001-ci il tarixdən indiki dövrə qədər yaşamamış və istifadə etməmişdir. Həmçinin, 2001-ci ildən indiki dövrə qədər Göygöl rayonu Çaykənd kəndi 16-cı məhəllə 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmişdir.
9. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx.xx.1997-ci il tarixdə verilən 2B202 nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən, X10 X11 vərəsəsi müəyyən edilmişdir. Miras əmlak kimi özəlləşdirmə çekləri göstərilmişdir.
10. Göygöl rayon notariat kontorunun əxx.xx.2012-ci il tarixli, 2v-1-946 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 X10 qan un üzrə vərəsəsi müəyyən edilmiş, şəhadətnamədə miras əmlak kimi yalnız bankda olan pul göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında yazılı qaydada tərtib olunmuş 15 aprel 2001-ci il tarixli bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 2 ünvanında yerləşən əmlakın iddiaçının adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı2 iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsinin xahiş etdim hissəsində göstərdiyi “Göygöl rayon Caykənd kəndi 16-cı məhəllə ev 7-də yerləşən əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilmə si” hissəsini “qəbul edilmiş qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin” hissəsində dəyişdirilməsini, iddia ərizəsinin giriş və xahiş etdim hissəsində göstərdiyi xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinin - xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində dəyişdirilməsini, iddia ərizəsinin tələbi barədə yazılmış “əmlak tələbi” “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi ilə dəyişdirilməsini, həmçinin xx.xx.2001-ci il (iddia ərizəsində texniki səhv olaraq 27.06.200-ci il göstərilmişdir) tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 27 iyun 2001-ci il tarixdə aralarındakı razılaşmaya əsasən yazılı qaydada alqı-satqı müqaviləsi bağlamışlar. 27 iyun 2001-ci il tarixdə aralarındakı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ona və ailə üzvlərinə məxsus ünvan 2 ünvanında yerləşən evi 400.0000 manata satmışdır. Müqavilənin şərtlərindən biri cavabdehə pulu verir və cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdən dərhal çıxır. Həmçinin gələcəkdə hər-hansı bir mübahisə çıxarsa bütün məsuliyyəti cavabdeh daşıyır. Onlar alqı-satqı müqaviləsini bağladıqdan sonra o və ailə üzviləri həmin evə köçərək indiki dövrə kimi yaşamışlar. O, əlindəki alqı-satqı müqaviləsi ilə bir neçə dövlət orqanına müraciət etsə də, ona bu müqavilə ilə heç bir sənədləşmə işlərini aparıla bilməməsi bi ldirilmişdir. Bu səbəbə görə də o, Cavabdeh1 ilə 2012-ci ildə əlaqə saxlayaraq onunla alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etmişdir. Onlar aralarında alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etdikdə, notariat kontoru tərəfindən onlara həmin evdə və torpaq sahəsində onun mərhum həyat yoldaşı X10 payı olduğunu, ona görə də, vərəsəlik qaydasında mərhumun payı vərəsələrin adına keçdikdən sonra alqı-satqı müqaviləsinin bağlana biləcəyi bildirilmişdir. O, Cavabdeh1 ilə razılaşmışdır ki, Şəfəq onun qardaşı X5 etibarnamə versin və həmin etibarnamə ilə, Şəfəqin mərhum əri Vaqif Həsənovdan qalan Göygöl rayonu, Çaykənd kəndində yerləşən evə dair vərəsəlik işləri görüləndən sonra ev və torpaq sahəsi onun adına rəsmiləşdirilsin. Həmin razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2012-ci il tarixdə qardaşı X5 3 (üç) il müddətinə evə dair alqı-satqı müqaviləsi bağlamağı, bağışlama, vərəsəlik işlərinin aparılması və s. işləri görməyə etibarnamə vermişdir. Lakin o, etibarnamə ilə vərəsəlik işlərinin aparılması barədə notariat kontoruna müraciət etdikdə hal-hazırki, cavabdehlər X18 və Cavabdeh3 razılığı tələb olunmuşdur. Cavabdehlər həmin dövrdə azyaşlı olduğundan alqı-satqı müqaviləsi bağlana bilməmişdir. İddiaçı sonradan cavabdehlərin ünvanlarını və telefon nömrələrini bilmədiyindən onlarla əlaqə saxlaya bilməmişdir.
14. Cavabdehlər iddia ərizəsinə verdikləri yazılı etirazda göstərmişlər ki, İddiaçı2 onlara qarşı verdiyi iddia əsassızdır. Belə ki, Cavabdeh1 həyat yoldaşı Ağdərə uğrunda döyüşlərdə şəhid olduqdan sonra həyat yoldaşına məxsus ünvan 2 ünv anında yerləşən ev vərəsəlik qaydasında Cavabdeh1 keçmişdir. Cavabdeh1 həmin evlə bağlı notariat kontorunda vərəsəlik işlərinin görülməsi üçün İddiaçı2 qardaşı İddiaçı1 etibarnamə vermiş, buna səbəb isə həmin vaxtı İddiaçı2 polis orqanlarında çalışdığından və eyni zamanda Cavabdeh1 hüquqi savadının olmaması olmuşdur. Cavabdeh1 heç ünvan 2 ünvanında yerləşən evi satmaq niyyəti olmamış, iddiaçı tərəfindən isə ona heç bir pul məbləği ödənilməmişdir. Eyni zamanda İddiaçı2 və ailəsi ünvan 2 ünvanında yerləşən evdə heç zaman yaşamamışdır. Hazırda ünvan 2 ünvanında yerləşən ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ve rilmiş 05 yanvar 2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir.
15. Cavabdehlər ərizə də təqdim edərək, mübahisəyə iddia müddətini tətbiq edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Cavabdehlər, həmçinin, birinci instansiya məhkəməsində izahat verərək göstərmişlər ki, iddiaçı ilə aralarında razılaşmaya əsasən evi 400 ABŞ dollarına satmışlar. Lakin iddiaçı 400 ABŞ dollarından 350 ABŞ dolları vermiş, 50 ABŞ dollarını isə bu günə kimi verməmişdir. Həmçinin, 2001-ci ildə satdığı evi iddiaçıya vermək istəmirlər və qarşılığında ona 1.200 manat pul verirlər ki, iddiaçı evi onlara geri qaytarsın. Əgər iddiaçı razılaşmırsa, onda iddia müddəti ilə bağlı ərizəyə əsasən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişlər.
17. Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Abbasov) iddianın təmin edilməsi, İddiaçı2 və Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra (Qeydiyyat nömrəsi ********** saylı çıxarışla təsdiq olunmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair) hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi Mülki Məcəllənin 1 noyabr 2005-ci il tarixə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə uyğun olduğundan və tərəflər arasında xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsi baş tutması məhkəmə zalında verilmiş şifahi, yazılı i zahatlarla və məhkəməyə təqdim edilmiş sənədlər və sübutlarla öz təsdiqini tapmışdır. Tərəflər arasında 2001-ci il tarixdə alqı-satqını təsdiq edəcək yazılı akt tərtib edilmiş, həmin akt həmin dövrün Mülki Məcəlləsinin müddəasına uyğun olmuş, həmçinin cavabdehlər əqdi notarial qaydada təsdiqlənməsindən yayınmışdırlar. Məhkəmə “iddia müddətinin” tətbiq edilməsi barədə ərizəni belə əsaslandırır ki, “Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən bu növ iddialara müddət tətbiq edilmədiyi halda, cavabdehlər ərizədə Mülki Məcəllənin 373.1- 373.2-ci maddələrinin tələbinə əsasən iddia müddətinin ötürülməsini əsas tutaraq iddianın rədd edilməsini tələb etmişdir. Ona görə də mülki iş üzrə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti tətbiq edilə bilməz.”
19. Məhkəmə gəldiyi nəticəni Azə rbaycan Respublikasının Konstitusiyasının 60,125, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 01 noyabr 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə, 384.0.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişlər.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), A.İsgəndərova və A.Hüseynzadə) 2(104)-240/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materialları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, mübahisəli ünvandakı fərdi yaşayış evi iddiaçının iddia etdiyi 2001-ci ildə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində yalnız xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır, həm də Cavabdeh1 adına yox, X10 adına, yəni sonuncunun mülkiyyəti kimi qeydiyyata alınmışdır.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün ilk növbədə həmin daşınmaz əmlak müqavilə bağlanan anda əmlakı özgəninkiləşdirən şəxsə məxsus olmalıdır, yəni əmlakın müqəddəratı nı mülkiyyətçisi həll edir. İşdən göründüyü kimi mübahisəli ünvandakı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində yalnız xx.xx.2015-ci il tarixdə, həm də Cavabdeh1 yox, X10 adına qeydiyyata alındığına görə 2001-ci ildə daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin predmeti ola bilməzdi. Hazırki işdə müqavilənin bağlanmış (etibarlı) sayılması üçün Mülki Məcəllənin 335.2-ci maddəsində göstərilmiş şərtlər mövcud deyildir. Belə ki, cavabdeh tərəf 2001-ci ildə həmin əmlakın mülkiyyətçisi olmamış, sonralar da həmin fərdi yaşayış evi cavabdehlərin mülkiyyəti kimi qeydiyyata alınmamışdır.
24. İddia ərizəsinin dəlillərində göstərilir ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə qardaşı X5 3 (üç) il müddətinə evə dair alqı-satqı müqaviləsi bağlamağı, bağışlama, vərəsəlik işlərinin aparılması və s. işləri görməyə etibarnamə vermişdir. Lakin o, etibarnamə ilə vərəsəlik işlərinin aparılması barədə notariat kontoruna müraciət etdikdə hal-hazırki, cavabdehlər X18 və Cavabdeh3 razılığı tələb olunmuşdur. Cavabdehlər həmin dövrdə azyaşlı olduğundan alqı-satqı müqaviləsi bağlana bilməmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmamışdır. Çünki iş materiallarından da göründüyü kimi Cavabdeh1 uşaqları xx.xx.1989-cu il və xx.xx.1991-ci il təvəllüdlü olmaqla 2012-ci ildə müvafiq surətdə 23 və 21 yaşlarında, yəni tam fəaliyyət qabiliyyətli olmuşlar. Göründüyü kimi iddiaçının dəlilləri işin faktiki hallarına uyğun deyildir.”
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 144.1, 146.1, 146.2, 146.3, 152.1, 152.4, 324.1, 329.2, 389.1, 394, 406.1, 406.3, 646.1, 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2225/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən və mərizəçi), Z.Ə.Əliyev və A.Ə.Abbasov) iddiaçının kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 2(104)-240/2023 nömrəli iş üzrə 11 yanvar 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alın mışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin bağlanmış hesab edilməsi ilə bağlı yaranan mübahisədir və tələbin maddi hüquqi əsasını Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 335.2-ci maddəsi təşkil edir.
30. Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2006-cı il tarixli Qərarında (bu Qərarın 32-ci bəndi) adıçəkilən normanı şəh edərək göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı və əqdin özü qanuna zidd olmamalı və onun yazılı formad a tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır ki, bu şərtlərin iş üzrə yerinə yetirildiyi mübahisə olunmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi iddianı o əsasla rədd etmişdir ki, “fərdi yaşayış evi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində yalnız xx.xx.2015ci il tarixdə qeydiyyata alınmışdır, həm də Cavabdeh1 adına yox, X10 adına, yəni sonuncunun mülkiyyəti kimi qeydiyyata alınmışdır”, “X10 adına qeydiyyata alındığına görə 2001-ci ildə daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin predmeti ola bilməzdi”, “Cavabdeh1 uşaqları xx.xx.1989-cu il və xx.xx.1991-ci il təvəllüdlü olmaqla 2012-ci ildə müvafiq surətdə 23 və 21 yaşlarında, yəni tam fəaliyyət qabiliyyətli olmuşlar”.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə iddianın əsaslılığı ilə bağlı hər hansı nəticəyə gəlmək üçün, əvvəlcə, Cavabdeh1 İddiaçı2 yalnız fərdi yaşayış evini, yoxsa fərdi yaşayış evini onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə satıb-satmadığı dəqiqləşdirilməlidir. Belə ki, xx.xx.2001-ci il tarixli sadə yazılı müqavilədə Çaykənd kəndi 16-cı məhəllə ev 7 ünvanın satıldığı qeyd olunmuşdur. Ünvan isə həm torpaq sahəsinə, həm də həmin torpaqda yerləşən daşınmaz əmlaka aid edilə bilər. Fərz olunsa ki, yalnız fərdi yaşayış evi satılmışdır, o halda iddiaçının sözügedən evə giriş-çıxışın hansı qaydada təmin edildiyi, torpağın hansı hissəsinin bu məqsədlə onun istifadəsinə verildiyi sualı da cavablandırılmalıdır.
33. İkincisi, Cavabdeh1 mərhum əri V.Həsənov 1993-cü ildə şəhid olduqdan sonra sonuncudan qalmış miras əmlak kütləsinə hansı əmlakların daxil olduğu, həmin əmla kların Cavabdeh1 və onun övladları Rauf və Raifə tərəfindən faktiki qəbul edilib-edilmədiyi, fərdi yaşayış evi və torpaq sahəsinin miras kütləsinə daxil olub-olmadığı, daxil olubsa, fərdi yaşayış evi və torpaq sahəsinə Mülki Məcəllənin 1243.3-cü maddəsi anlamında hər üç cavabdehin mülkiyyət hüquqlarının yaranıb-yaranmadığı, yaranmışdırsa hansı tarixdən yarandığı, bu kontekstdə xx.xx.2015-ci il tarixli RX ******* nömrəli çıxarışda “A” tikilisinin mərhum V.Həsənovun, torpaq sahəsinin isə cavabdehlərin birgə mülkiyyəti kimi qeydə alınmasının səbəb və əsaslarına aydınlıq gətirilməli, adıçəkilən çıxarışın alınmasında iddiaçının rolunun nədən ibarət olduğu və bu fəaliyyətin 2001-ci il tarixli əqdlə əlaqəli olubolmadığı, eyni zamanda, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx.xx.1997-ci il tarixdə verilən 2B-202 nömrəli vərəsəlik şəhadətnaməsində hansı əmlakların əks olunduğu dəqiqləşdirilməlidir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-491F (KOD ********) nömrəli şəhadətnamədə 0,04 ha torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı əsasında, yəni xx.xx.1997-ci il tarixdən sonra verildiyi göstərilmişdir.
34. Üçüncüsü, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları kimi iddiaçının 2001-ci ildən 2022-ci ilədək mübahisəli daşınmaz əmlakdan istifadə etdiyi, cavabdehlərin yalnız 2022-ci ildə əmlaka yenidən yiyəlik etməyə başladıqları, habelə cavabdehlərin birinci instansiya məhkəməsində evi satdıqlarını etiraf etmələri nəzərə alınarsa, cavabdehlər Rauf və Raifənin müvafiq olara q 2009 və 2007-ci illərdə yetkinlik yaşına çatdıqdan sonra 2022-ci ilədək keçən 12 və 14 illik kimi uzun zaman kəsiyində iddiaçının fərdi yaşayış evi və torpaq sahəsinə sahiblik edərək, ondan öz əmlakı kimi istifadə etməsinə etiraz etməmələrinin anaları Cavabdeh1 2001-ci ildə bağladığı əqdin onların tərəfindən bəyənildiyinə dəlalət edib-etmədiyinə də hüquqi qiymət verilməlidir.
35. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, işin bu qeyd edilən xüsusi əhəmiyyətə malik halları həmin məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir.
36. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 144.1, 146.1, 146.2, 152.1, 335.2, 351.2, 351.3, 358.1, 358.2, 360.1, 360.2, 404.1, 404.2, 560.1, 560.3, 567, 646.1, 1133.1, 1 145, 1146, 1151.1, 1159.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və F.Ə.Mehtiyev) 2(104)2048/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 saylı qətnaməsinin qismən, yəni “qətnamə qanuni qüvvəsini aldıqdan sonra (Qeydiyyat nömrəsi ********** saylı çıxarışla təsdiq olunmuş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair) hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İ ddiaçı2 ünvan 2 də yerləşən əmlakı 27 iyun 2001-ci il tarixdə Cavabdeh1 ilə alğı-satqı etdiyini, alğı-satqı etdiyi dövrdən həmin evdə yaşadığını, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin həmin vaxtdan halhazıradək onun sahibliyində və istifadəsində olduğunu, evi alarkən razılaşdıqları məbləği tam şəkildə Cavabdeh1 ödədiyini, ona heç bir borcu qalmadığını iddia edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
39. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı tələbinin əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin həm ayrı-ayrılıqda, həm də məcmu halında mövcud olub-olmaması, işin müəyyə n olunmuş hallarına uyğun olaraq tam və hərtərəfli araşdırılmalıdır.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. 41. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
42. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.
43. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdləri n bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.”
44. Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarda göstərilmişdir ki, “Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nə ticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu....
45. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətin in əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üz rə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
46. Məhkəmə kollegiyası xx.xx.2001-ci il tarixli akta münasibətdə qeyd edir ki, qeyd edilən sənəd tərəflər arasında alğı-satqıdan irəli gələn m ünasibətlərin olduğunu təsdiq edən yazılı formada tərtib edilmiş sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin aktın məzmunundan göründüyü kimi, Cavabdeh1 ona məxsus Xanlar rayonu, Çaykənd kəndində yerləşən evini İddiaçı2 müəyyənləşdirilmiş pul müqabilində satdığını təsdiq etmişdir.
47. Cavabdeh1 birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizəsində xx.xx.2001-ci il tarixli aktdakı imzanın ona məxsus olduğunu, lakin məzmunun dəyişdirildiyini bildirmişdir. Həmçinin əvvəlki apellyasiya icraatı zamanı izahatında xx.xx.2001-ci il tarixli aktdakı imzanın onun imzasına oxşadığını, ola bilsin ki, iddiaçının ona boş vərəqə imza atdırdığını, bu isə evin ona kirayə verilməsi ilə bağlı ola bildiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən aktdakı imzanın ona məxsus olması nə bir inci instansiya məhkəməsindəki icraat, nə də əvvəlki, apellyasiya icraatı zamanı təkzib edilməmişdir. Cavabdehin iddia tələbinə etrazınının dəlili ondan ibarət olmuşdur ki, həmin əmlak iddiaçıya kirayə şərtləri ilə verilmişdir. Belə vəziyyətdə iddia tələbinə etirazını sübutetmə yükü işin faktiki hallarına əsasən cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçı ilə aralarında kirayə hüquq münasibətlərinin olmasının təsdiq edən heç bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququn tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Tərəflər göstərdiyi halları sübut etməlidirlər.
48. Məhkəmə kollegiyası mü bahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan JN-491F KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi Cavabdeh1, X18 və Cavabdeh3 birgə mülkiyyətinə verilmişdir və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ilə ünvan 2 ünvanında yerləşən 0,04 ha həyətəyanı torpaq sahəsinə dair bərabər paylarla Cavabdeh1, X18, Cavabdeh3 və adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
49. Məhkəmə kollegiyası 0.04 ha həyətyanı torpaq sahəsində yerlə şən fərdi yaşayış evi ilə bağlı qeyd etmişdir ki, 6604 inventar nömrəli, xx.xx.2015-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu ilə müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X15 məxsus olmuşdur. Beləliklə iş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinə dair mərhum X10 adına 16/7 reyestr 220 saylı qeydiyyat vəsiqəsi mövcud olmuşdur. Göygöl rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 163-4304-1215 saylı məktubdan görünür ki, Göygöl (Xanlar) rayon TİB tərəfindən verilmiş Çaykənd kəndi, kvartal 16/7 reyestr 220 saylı qeydiyyat vəsiqəsi naməlum şəraitdə itmiş və mətbuat orqanında qeydiyyat vəsiqəsinin itməsi ilə bağlı etibarsız sayılması barədə elan verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bütövlükdə (“A” tikilisi) X10 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
50. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum V.Həsənovdan miras qalmış, Cavabdeh1 miras qoyanın birinci növbədə vərəsəsi kimi mirası qəbul edərək sahibliyinə keçirmişdir. Sonradan isə aqrar islahatın nəticələrinə əsasən həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi cavabdehlərin mülkiyyətinə verilmişdir. Mübahisənin predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0,04 ha həyətyanı torpaq sahəsində yerləşmiş və alğı-satqının predmetini bü tövlükdə həmin əmlak təşkil etmişdir.
51. İşin məhkəmə kollegiyası tərəfindən araşdırılan hallarından görünür ki, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx.xx.1997-ci il tarixdə verilən 2B-202 nömrəli vərəsəlik şəhadətnaməsi ilə X1 Valeh Vaqif oğlunun vərəsəsi müəyyən edilmişdir. Qeyd edilən şəhadətnamədə mirasın kütləsi kimi özəlləşdirmə çekləri göstərilmişdir. Göygöl rayon notariat kontorunun əxx.xx.2012-ci il tarixli, 2v-1-946 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə Cavabdeh1 X10 qanun üzrə vərəsəsi müəyyən edilmiş, şəhadətnamədə miras əmlak kimi yalnız bankda olan pul göstərilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunmuş vərəsəlik şəhadətnamələri ünvan 5 ünvanında olan əmlakla bağlı olmamışdır.
52. Bundan başqa birinci instansiya məhkəməsinin i clasında dindirilmiş şahid ifadələri ilə tərəflər arasında daşınmaz əmlakın alğı-satqısı ilə bağlı razılaşmanın olduğu öz təsdiqini tapır. Dindirilmiş şahidlər hadisənin birbaşa məlumatı olan şəxslər olduğundan, həmçinin ifadələrin doğruluğu iş materiallarında olan digər sübutlarla məcmu təşkil etdiyindən məhkəmə onlar tərəfindən verilmiş ifadələri mötəbər sübut kimi qəbul edir.
53. Bundan başqa birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclasında şahid kimi dindirilmiş İddiaçı1 ifadəsindən görünür ki, ona Cavabdeh1 tərəfindən etibarnamənin verilməsində məqsəd mübahisəli evə dair sənədləşmə işlərinin görülməsi olmuş, lakin digər vərəsələrin olması səbəbindən notariat orqanında rəsmiləşdirmə işlərinin başa çatdırılması mümkün olmamışdır.
54. Məhkəmə kollegiyası Cavabdeh1 tərə findən iddiaçının qardaşı İddiaçı1 verilmiş xx.xx.2012-ci il tarixli etibarnaməni də iddia tələbinin əsaslığını təsdiq edən sübutlardan biri kimi qiymətləndirir. Etibarnamənin məzmunundan göründüyü kimi, etibar edilənə müvafiq idarə və təşkilatlarda onun nümayəndəsi kimi çıxış etmək, vərəsəliyi qəbul etmək, adından alğı-satqı, digər müqavilələri bağlamaq, imza atmaq və digər səlahiyyətlər verilmişdir. Cavabdeh həmin etibarnamənin verilməsinin əmlakla əlaqədar vərəsəlik işlərinin aparılması ilə bağlı olduğunu qeyd etsə də, lakin belə bir etibarnamənin hər hansı bir qohumuna deyil, məhz iddiaçının qardaşına veriməsi cavabdehin qeyd etdiyindən fərqli əsasların olmasına dəlalət edir.
55. Daha sonra cavabdehlər mübahisəli evdə yaşadıqlarını bildirsələr də, lakin 2022-ci ilə qədər mübahisəli evd ə yaşadıqlarını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Belə ki, təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilə və abonentin saldosu 2022-ci il tarixə aiddir. Digər tərəfdən, Göygöl rayon Çaykənd Bələdiyyəsinin 22 iyun 2022-ci il tarixli, 80 nömrəli məktubu ilə müəyyən edilir ki, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2001-ci il tarixdən hal-hazıradək Cavabdeh1 və ailə üzvləri bələdiyyə vergisi keçirməmişlər. Göygöl rayonu Çaykənd kəndi 16-cı məhəllə 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə həmçinin evdə və torpaq sahəsindən Cavabdeh1 və ailə üzvləri 2001-ci ildən indiki dövrə qədər istifadə etməmişlər. Həmçinin, 2001- ci ildən indiki dövrə qədər Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmiş və bələdiyyənin əmlak vergisini mütəmadi ödəmişdir. Göygöl RİH Başçısının Çaykənd kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli evdə Cavabdeh1 və ailə üzvləri 2001-ci il tarixdən indiki dövrə qədər yaşamamış və istifadə etməmişdir. Həmçinin, 2001-ci ildən indiki dövrə qədər Göygöl rayonu Çaykənd kəndi 16-cı məhəllə 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvlərinin istifadə etdiyi qeyd edilmişdir.
56. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə aralarında belə bir əqdin olmasını təkzib etsə də, lakin işin yuxarıda qeyd edilən halları ilə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olması müəyyən olunur. Məhkəmə kollegiyası Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş 335.2-ci maddəsini əsas tutaraq hesab edir ki, hazırkı halda iddianın təmin edilməyəcəyi qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
57. Məhkəmə kollegiyası digər cavabdehlərə münasibətdə qeyd etmişdir ki, digər cavabdehlər olan Rauf və Raifənin müvafiq olaraq 2007 və 2009-cu illərdə yetkinlik yaşına çatdıqdan uzun zaman kəsiyində iddiaçının fərdi yaşayış evi və torpaq sahəsinə sahiblik edərək, ondan öz əmlakı kimi istifadə etməsinə etiraz etmədikləri nəzərə alınarsa, bununla onlar anaları Cavab deh1 2001-ci ildə bağladığı əqdin onlar tərəfindən mübahisələndirilmədiyinə, başqa sözlə bəyənildiyinə dəlalət etmişdir.
58. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə münasibətdə qeyd etmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu tələblərə iddia müddəti tətbiq edilmir. Hazırkı halda da mübahisə əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı olduğundan iddia müddəti institutu tətbiq edilə bilməz. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət isə kəsici müddət olmaqla, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı olan müddətdir.
59. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “qətnamə qanuni qüvvəsini aldıqdan sonra (Qeydiyyat nömrəsi ********** saylı çıxarışla təsdiq olunmuş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair) hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi” hissəsində ləğv edilməlidr. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki icraat qaydasında baxılan iş üzrə məhkəmə qətnaməsinin nəticə hissəsində belə bir ifadənin qeyd edilməsi hüququları qeydə alan orqanın səlahiyyətlərinə müd axilə kimi qiymətləndirilə bilər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında daşınmaz əmlakın qeydiyyatının aparılması daşınmaz əmlakın dövlət reyestri xidməti orqanlarının səlahiyyətinə aid olan bir məsələdir. Qeyd edilən orqan bu və ya digər səbəblərə görə qeydiyyatı aparmaqdan imtina etdikdə, dəlillərdən asılı olaraq onun hərəkət və hərəkətsizliyi mübahisələndirilə bilinər.
60. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 144.1, 146.1, 146.2, 152.1, 335.2, 351.2, 351.3, 358.1, 358.2, 360.1, 360.2, 404.1, 404.2, 560.1, 560.3, 567, 646.1, 1133.1, 1145, 1146, 1151.1, 1159.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
61. Cavabdehl ər Cavabdeh1, a qızı və Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023 tarixli 2(104)-2048/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini, iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
62. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi və apellyasiya şikayətinin dəlillərindən biri olmasına baxmayaraq, məhkəmə tərəfindən qiymət verilməyən Gəncə Şəhər MKTİB-nin 6 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 32 nömrəli xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı2 ünvan 6 ünvanında yaşayır. Məhkəmə bu arayışa qiymət vermək əvəzinə nədənsə iddiaçının ailəsi ilə birlikdə 2001-ci ildən onların evində yaşaması qərarına gəlmişdir. İddiaçınınevimizdə hər hansı hüqu qu olmadığı, yaşamadığı və özünün təqdim etdiyi sübuta əsasən ünvan 7 ünvanında yaşadığı halda məhkəmə cavabdehlərin qanunvericiliklə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə bu nəticəyə gələrkən ancaq iddiaçının qardaşlarından və dostundan ibarət “şahid komandasının” ifadələrinə əsaslanmışdır. Halbuki məhkəmə evə baxış keçirsəydi, orada işıq, su xəttinin belə olmadığını müəyyən edərdi. Bundan əlavə, qaz xətti 2012-ci ildə çəkilmiş və 10 il ərzində 2 kub qaz işlənmişdir. Evdəki əşyalar – krovat və şkaflar, köhnə peç bizim əmlaklardır. Bu faktı təsdiq edən fotolar əvvəlki məhkəmələrdə təqdim olunduğundan yəqin ki iş materialında vardır.
63. Maddi hüquq normaları tətbiq olunmaqla iddia rədd edilməli idi. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dis pozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki və torpaq qanunvericiliyinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Buna görə də, əgər ekspertiza xx.xx.2001-ci il tarixli aktdakı imzanın Cavabdeh1 aid olmasını müəyyən etsəydi belə, mübahisəli yaşayış sahəsinin alğı-satqısına dair əqd kimi qəbul edilə bilməz.
64. Birinci və ikinci instansiya məhkəmələri Mülki Məcəllənin 384.0.4- cü maddəsinə əsaslanaraq qeyd etmişlər ki, hazırkı işə iddia müddəti tətbiq edilə bilməz. Halbuki iddiaçı mülkiyyətçi və evə hər hansı bir hüququ olmadığından məhkəmə bu maddənin tətbiqində səhvə yol vermiş və iddia müddətinin ötürülməməsinə dair yanlış qənaətə gə lmişdir. İddianın predmetini evə dair əqdin bağlanmış hesab edilməsi təşkil etsə də məhkəmə, cavabdehlərin müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi barədə ərizələrinə qiymət verərkən evə qanuni əsaslarla heç bir hüququ olmayan iddiaçıya münasibətdə Mülki Məcəllənin 384.0-384.0.4-cü maddələrinə (iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir) əsaslanmışdır. Eyni zamanda, qeyd etmişdir: “mübahisə əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı olduğundan iddia müddəti institutu tətbiq edilə bilməz. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət isə kəsici müddət olmaqla, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı olan müddətdir.” Əvvəla, məhkəmənin işə aidiyyəti olmadığı halda, apellyasiya şikayətində əsaslandırılmadığı halda Mülki Məcəllənin 354.1-ci maddəsinə münasibət bildirməsi məlum deyil və təəccüb doğurur. Digər tərəfdən, məhkəmə “əqdin bağlanmış hesab edilməsi” tələbinə iddia müddətinin tətbiq olunmaması barədə qanuni əsası qeyd etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia m üddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolanovə digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan Mülki Məcəllənin 373.1- 373.2-ci maddələrini tətbiq etməmiş, həmin Məcəllənin 384.0.4-cü maddəsini isə düzgün şərh etməmişdir. Göründüyü kimi, mülki işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan normaların pozul masına lazımi diqqət yetirməmiş, nəticədə cavabdehlərin Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququ və 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.
65. Qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İddiaçının əqdin bağlanmış hesab edilməsini xahiş etdiyi ev 1992- ci ildə şəhid olmuş Vaqif Həsənovun xüsusi mülkiyyətindədir. Mülkiyyətçinin ölümündən sonra vərəsəlik işi açılmamışdır. Məhkəmələr, iddiaçının tələb etmədiyi və hər hansı bir müstəsna hal sadalamadan iddia tələbindən kənar a çıxaraq, ümumi birgə mülkiyyətdə olan və naturada paylı mülkiyyət kimi bölünməmiş torpaq sahəsini də alqı-satqı predmeti etmişlər. Halbuki həmin torpaq sahəsinə dair sərəncam vermək hüququ mülkiyyətçilərin ümumi razılığı ilə realizə edilməlidir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə dair payları müəyyən edilmədən mülkiyyətçilərdən hər hansı birinin sərəncam verməsi digər mülkiyyətçilərin mülkiyyət hüququna müdaxilə təşkil edir. Belə olan halda, torpaq sahəsinin mülkiyyətçilərindən biri tərəfindən pay bəlli olmayan torpaq sahəsinə dair əqd bağlanması qanuna uyğun hesab edilə bilməz. Bundan əlavə, iddiaçı əqdin notarial qaydada bağlanmasının cavabdehin təqsiri üzündən baş verməməsini sübut etmə öhdəliyi daşımasına baxmayaraq, hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, daşınma z əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur
66. İddiaçı tələbinin əsası kimi Göygöl Rayon Məhkəməsinə işə baxılması müddəti bitdikdən–5 ay 8 gün sonra Qələmdar Abbasovun məsləhəti ilə təqdim etdiyi özünün, öz qardaşının və şəhidin arvadının imzası olan evin satılmasına dair saxta akt olmuşdur. Halbuki Cavabdeh1 belə bir akta imza etməmişdir, bu akt saxta olmasaydı, iddiaçı onu iddia ərizəsinə və ya məhkəməyə 5 ay sonra deyil, zamanında təqdim edərdi. Cavabdehlər İ və İİ məhkəmə instansiyalarında dəfələrlə həmin imzanın Cavabdeh1 aid olmamasının sübutu olaraq məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını tələb etsələr də məh kəmələr nəinki ekspertiza təyin etməmiş, MPM-nin tələblərini pozaraq bu barədə əsaslandırıcı qərardad belə qəbul etməmişlər.
67. Gəncə Apellyasiya Məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinin əksəriyyətinə əməl etməmişdir. Belə ki, mülki iş hakim Azər Bayramovun icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Hakin ilk məhkəmə baxışı iclasını Ali Məhkəmənin göstərişlərinə əsasən heç bir sorğu göndərmədən 2 ay 8 gün sonrakı xx.xx.2023- cü il tarixə təyin etdiyindən işə obyektiv baxılması üçün istər kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında araşdırma aparılması, istərsə də cavabdeh tərəfdən verilmiş vəsatətlərin təmin edilməsi tələb edildikdə prosessual müddətin buna imkan vermədiyini bildirmişdir. a ) Ali Məhkəmənin qərarının 40-cı bəndi üzrə araşdırma ap arılmamış, cavabdeh tərəf iddiaçıya ümumiyyətlə heç bir əmlak satmadığını bildirsə də, qətnamədən göründüyü kimi nə hakim Azər Bayramov tərəflərə bu barədə sual verməmiş, nə də ki iddiaçı torpaq sahəsinə iddia etmişdir. b) Ali Məhkəmənin qərarının 41-cı bəndi üzrə 2001-ci ildə “akt”, 11 il sonra 2012-ci ildə niyə etibarnamə verilməsi araşdırılmamışdır. Əgər iddiaçı 2001-ci ildə aktla həqiqətən evi almışdırsa, məhkəmə iclaslarında “mən ali təhsilli hüquqşünasam” deyib qürrələnən hüquqşünas Cavabdeh1 etibarnaməni niyə 11 il sonra 2012-ci ildə alırdı?! c) Ali Məhkəmənin qərarının 42-cı bəndi üzrə araşdırma aparılmamış, 2001-2022-ci ilədək mübahisəli evdən hansı tərəfin istifadə etməsi, evi satdıqları etiraf etmələri nəzərə alınarsa, Raifə və Raufun yetkinlik yaşına çatdıqdan sonra keçən 12-14 il ərzində iddiaçının sahibliyinə etiraz etməmələri araşdırılmamışdır. Halbuki Raifə və Rauf 20012022-ci illər ərzində hər dəfə Çaykəndə gələndə öz evlərində qaldıqlarını, evlərinin anaları tərəfindən iddiaçıya satılmadığını, satılsaydı, bundan məlumatlı olardılar deyə bildirmişlər. Eyni zamanda, sədrlik edən hakim Azər Bayramov xx.xx.2023-cü il tarixli məhkəmə iclasında yalnız Ali məhkəmənin göstərişləri araşdırılacaq, başqa heç bir əlavə sübut və araşdırma olmayacaq desə də, iş üzrə maraqlı şəxs olan iddiaçının qardaşı İddiaçı1 təkrarən şahid qismində dindirmiş, lakin səbəbini əsaslandırmamışdır.
68. Şahid ifadələri prosessual qanunvericilik pozulmaqla əldə edildiyindən sübutlar siyahısından çıxarılmalıdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən şahidlərin 2-si iddiaçının doğma qardaşları, 3-cüsü Qarayev Arzu iş yoldaşı olmuş şəxs olmaqla maraqlı şəxslərdir. Yalnız 4-cü şahid Arif Bayramov qonşu olmuş, lakin o da aldadılaraq məhkəmə bildirişi əsasında hakimin otağına gedərək bir vərəqə imza edib çıxdığını bildirmişdir. X23 edən hakim cavabdehlərə tarixləri göstərməklə 3 izahat yazsa da qətnamədə şahidlərin dindirilməsi tarixi bəlli deyildir.
69. İddia ərizəsinin 1-ci abzası: “Cavabdeh1 ilə xx.xx.2001-ciil tarixdə aramızdakırazılaşmaya əsasən yazılı qaydada alqı-satqı müqaviləsi bağladıq. 15 aprel 2001-ci il tarixdə aramızdakı alqı-stqı müqaviləsinə (?) əsasən, Cavabdeh1 ona və ailə üzvlərinə məxsus ünvan 8 ünvanında yerləşən evi mənə 4.000.000 manata satdı.... ” İddia ərizəsinin 4, 5-ci abzasları; “Cavabdeh1 ilə belə razılaşdıqki, mərhum əri Vaqif Həsənovun vərəsəlik işlərinin görülməsi həmçinin evə dair alqı-satqı müqaviləsi bağlanması üçün mənim qardaşım X5 etibarnamə verir biz də həmin etibarnamə əsasında vərəsəlik işlərini görüb alqı-satqı müqaviləsini bağlayacaqdıq.... Lakin biz həmin etibarnamə əsasında vərəsəlik işlərinin aparılması barədə notariat kontoruna müraciət etdikdə cavbdehlər X18 və Cavabdeh3 razılığı tələb olundu. Cavabdehlər həmin dövrdə azyaşlı olduğundan alqı-satqı müqaviləsi bağlaya bilmədik. Sonradan cavabdehlərlə əlaqə saxlamaq istəsəm də ünvanlarını və telefon nömrələrini bilmədiyimdən əlaqə saxlaya bilməmişəm.” Bildiririk ki, 2012-ci ildə Raifə Həsənovanın 23, Cavabdeh3 isə 21 yaşları olmuş, yəni onlar azyaşlı olmamışlar. Bundan əlavə, iddiaçı Cavabdeh1 və Cavabdeh3 mobil telefon nömrələri dəyiş məmiş və iddiaçı istədiyi zaman onları rahat tapmışdır. Belə ki, 2021-ci ilin dekabr ayında Cavabdeh3 mobil nömrəsinə Bakı şəhəri 16-cı Notariat Kontorundan zəngolunaraq notariat kontoruna gələrək (notariat kontorunun yerini izah etmişdir) etibarnamə verməlisiniz, qarşı tərəf buna görə sizə 30.000 – 35.000 AZN verəcəyini demişdir. Mən – Cavabdeh3 evimizi satmaq fikrimiz olmadığını bildirib zəng edən notariat işçisinə sizə kim müraciət edib soruşduqda, zəng edən şəxs: “gələrsiz, danışarıq” dedi. Mən Şuşa şəhərində tikinti şirkətində işlədiyim üçün həmin ərəfədə oraya gedə bilmədim. 1 ay sonra isə, yəni 2022-ci ilin yanvar ayında bizə Çaykənd İƏD-dən zəng olunduki, məhkəmədən sizə bildiriş gəlib, İddiaçı2 adlı şəxs sizi məhkəməyə verib. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hala(cav abdehlərlə əlaqə saxlamaq istəsəm də ünvanlarını və telefon nömrələrini bilmədiyimdən əlaqə saxlaya bilməmişəm) dair sübut təqdim edə bilməmişdir. Torpaq sahəsnin paylı mülkiyyətçilərindən biri Cavabdeh1 adından iddiaçının qardaşının adına yalnız üç il müddətinə etibarnamə verilmiş, etibarnamənin müddəti bitmiş və həmin müddət ərzində iddiaçının qardaşı mübahisəli mənzillə bağlı heç bir hərəkət etməmiş, eləcədə Cavabdeh1 adından heç bir əqd bağlamamışdır.
70. Göygöl Rayon Məhkəməsinin qətnaməsinin təsviri hissəsinə əsasən, iddia tələbi ilkin olaraq xx.xx.2001-ci il tarixli bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 9 ünvanında yerləşən əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir(1-ci abzas). Sonra dəqiqləşdirmə ərizəsi verərək xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinin – xx.xx.2000-ci il tarixli alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində dəyişdirilməsini... xahiş etmişdir (2-ci abzas). Qətnamənin nəticə hissəsində xx.xx.2001ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Baxmayaraq ki, iş materialında nə xx.xx.2001-ci il tarixli, nə də ki xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsi mövcud deyil, hakim tələb üzrə qətnamə çıxarmamaqla, o cümlədən iddia tələbindən kənara çıxıb tələbin predmeti ev olduğu halda qətnamədə müstəsna halı göstərmədən iddia tələbindən kənara çıxaraq 0,04 ha torpaq sahəsini də iddianın predmeti etmişdir. Apellyasiya instansiyası məhkəməsi həm şikayətin bu dəlilinə, həm də Ali Məhkəmənin bu barədə göstərişi barədə q eyd etmişdir: “56. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi mərhum V.Həsənovdan miras qalmış, Cavabdeh1 miras qoyanın birinci növbədə vərəsəsi kimi mirası qəbul edərək sahibliyinə keçirmişdir. Sonradan isə aqrar islahatın nəticələrinə əsasən həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi cavabdehlərin mülkiyyətinə verilmişdir. Mübahisənin predmetini təşkil edən ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi 0,04 ha həyətyanı torpaq sahəsində yerləşmiş və alğı-satqının predmetini bütövlükdə həmin əmlak təşkil etmişdir.” Halbuki iş materialında olan texniki pasporta əsasən, evin tikintialtı sahəsi 97.1 kv.m-dir, bu da onu göstərir ki, İ və İİ instansiya məhkəmələri Cavabdeh1 imzasının müəyyən edilməsi üçün ekspertiza təyin et mədən saxta akta əsaslanaraq iddianı əsaslı hesab etdikləri halda belə, torpaq sahəsinin 302,9 kv.m (0,04 ha – 97.1 kv.m = 302,9 kv.m) hissəsi alqı-satqının predmeti ola bilməz.
71. Məhkəmə, sübutlara obyektiv və tam baxmamış, düzgün qiymət verməmişdir. a) Şikayət olunan qətnamənin 53-cü bəndi; “Cavabdeh1 birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizəsində xx.xx.2001-ci il tarixli aktdakı imzanın ona məxsus olduğunu, lakin məzmunun dəyişdirildiyini bildirmişdir. Həmçinin əvvəlki apellyasiya icraatı zamanı izahatında xx.xx.2001-ci il tarixli aktdakı imzanın onun imzasına oxşadığını, ola bilsin ki, iddiaçının ona boş vərəqə imza atdırdığını, bu isə evin ona kirayə verilməsi ilə bağlı ola bildiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən aktdakı imzanın ona məxsus olması nə birinci instansiya məhkəməsindəki icraat, nə də əvvəlki, apellyasiya icraatı zamanı təkzib edilməmişdir.” Bildiririk ki, Cavabdeh1 iddia tələbinə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli etirazları cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Qətnamənin 53-cü bəndində qeyd olunan etiraz isə məhkəmə iclas katibinin diktəsi ilə yazdırılmışdır. Sözügedən etiraz ərizəsinin mətninə diqqət edildikdə orada savadsız Cavabdeh1 etibarnamə barədə dedikləri öz əksini tapmışdır. Digər tərəfdən, məhkəmə iclas katibinin (sanki müstəntiqdir) tərəfdən mətndə göstərildiyi formada ifadə alması MPM-yə ziddir və sübut kimi qəbul edilə bilməz. Məhkəmənin 2 izahata qiymət verməməsi və qanunsuz şəkildə səlahiyyətsiz şəxsin diqtəsi ilə yazılmış, adı etiraz, sonunda ifadə ad landırılaraq məhkəmə iclas katibinin “sizin xeyrinizə qərar qəbul etmək üçün lazımdır” deyib cavabdehləri aldadaraq aldığı “etiraz-ifadə”yə əsaslanması təəccüb doğurur. b) Şikayət olunan qətnamənin 58-ci bəndi; Bundan başqa birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid ifadələri ilə tərəflər arasında daşınmaz əmlakın alğı-satqısı ilə bağlı razılaşmanın olduğu öz təsdiqini tapır. Dindirilmiş şahidlər hadisənin birbaşa məlumatı olan şəxslər olduğundan, həmçinin ifadələrin doğruluğu iş materiallarında olan digər sübutlarla məcmu təşkil etdiyindən məhkəmə onlar tərəfindən verilmiş ifadələri mötəbər sübut kimi qəbul edir. Bildiririk ki, şahidlərin 2-si iddiaçının doğma qardaşları, 3-cü sü Qarayev Arzu iş yoldaşı olmuş şəxs olmaqla maraqlı şəxslərdir. Yalnız 4-cü şahid Arif Bayramo v qonşu olmuş,lakin o da aldadılaraq məhkəmə bildirişi əsasında hakimin otağına gedərək bir vərəqə imza edib çıxdığını bildirmişdir. X23 edən hakim cavabdehlərə tarixləri göstərməklə 3 izahat yazsa da qətnamədə şahidlərin dindirilməsi tarixi bəlli deyildir. c) Şikayət olunan qətnamənin 59-cu bəndi; “Bundan başqa birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclasında şahid kimi dindirilmiş İddiaçı1 ifadəsindən görünür ki, ona Cavabdeh1 tərəfindən etibarnamənin verilməsində məqsəd mübahisəli evə dair sənədləşməişlərinin görülməsi olmuş, lakin digər vərəsələrin olması səbəbindən notariat orqanında rəsmiləşdirmə işlərinin başa çatdirilması mümkün olmamışdır.” Bildirirlər ki, iddiaçı uzun müddət, eləcə də etibarnamə verilən zaman polis orqanında vəzifəli şəxs olmuşdur, məhkəmə icla slarında da dəfələrlə ali təhsilli hüquqşünas olması və qanunları yaxşı bilməsi ilə öyünmüşdür. Odur ki, Cavabdeh1 övladlarının yaşlarını həm bu səbəbdən bilmiş, həmdə vərəsəliklə bağla Cavabdeh1 övladlarının doğum şəhadətnamələri də iddiaçıda olduğundan 2012-ci ildə etibarnamə alarkən uşaqlarının yetkinlik (21 və 23) yaşlarında olduqlarını bilmişdir. Odur ki, evi almış olsaydı, uşaqlarından da etibarnamə alardı. ç) Şikayət olunan qətnamənin 60-cı bəndi; “Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı İddiaçı1 verilmiş xx.xx.2012- ci il tarixli etibarnaməni də iddia tələbinin əsaslığını təsdiq edən sübutlardan biri kimi qiymətləndirir. Etibarnamənin məzmunundan göründüyü kimi, etibar edilənə müvafiq idarə və təşkilatlarda onun nümayəndəsi kimi çıxış etmək,vərəsəliyi qəbul etmə k, adından alğı-satqı, digər müqavilələri bağlamaq, imza atmaq və digər səlahiyyətlər verilmişdir. Cavabdeh həmin etibarnamənin verilməsinin əmlakla əlaqədar vərəsəlik işlərinin aparılması ilə bağlı olduğunu qeyd etsə də, lakin belə bir etibarnamənin hər hansı bir qohumuna deyil, məhz iddiaçının qardaşına veriməsi cavabdehin qeyd etdiyindən fərqli əsasların olmasına dəlalət edir.” Sədrlik edən hakim Azər Bayramov xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ancaq Ali Məhkəmənin göstərişlərinə baxacağını, əlavə heç bir araşdırma aparmayacağını bildirsə də qətnamədən görünür ki, bu sözləri ancaq cavabdeh tərəfi susdurmaq üçün olmuşdur. Etibarnaməyə gəldikdə, iddiaçı özü də işə apellyasiya instansiyasında ilk dəfə baxılarkən – xx.xx.2023-cü il tarixli məhkəmə iclasında “vərəsəlik etibarnaməsi dir” deməklə Cavabdeh1 etibarnamənin məqsədi barədə dediklərini təsdiqləmişdir. Etibarnamənin hər hansı bir qohumuna deyil, məhz iddiaçının qardaşına veriməsinə gəldikdə, bu haqda apellyasiyaşikayətində yazmışlar. Belə ki, Cavabdeh1 etibarnaməni evi sənədləşdirmək üçün iddiaçının təklifiilə vermiş, latın əlifbasını oxuya bilmədiyindən, savadsızlığından və ümumiyyətlə etibarnaməyə imza etmək şəraiti(Bakı şəhərində taksidə) nəticəsində etibarnamənin iddiaçıya deyil, onun qardaşına verildiyindən ümumiyyətlə məlumatsız olmuşdur. Bundan əlavə, iddiaçının qətnamənin 30-cu bəndində yer alan izahatı:“İş apellyasiya məhkəməsində baxılan zamanı evə baxış keçirilməsi məsələsi ortaya çıxmış, həmin vaxt evin açarları onda olduğu üçün o, məhkəməyə həmin gün baxış keçirilməsinin mümkün olduğunu bildirmiş, lakin yerli baxış ertəsi günə təyin edilmiş, cavabdehlər məhkəmədən çıxaraq dərhal kəndə gedərək gecə vaxtı evin qapısını sındıraraq məcburi qaydada evə daxil olmuşlar. Hal-hazırda ev onun sahibliyindədir və həmin evdə yalnız ona məxsus əmlaklar mövcuddur /qətnamənin 30-cu bəndi/. Həqiqətdə isə evin açarı həmişəki kimi onlarda olmuş və məhkəməyə də həmin evdən çıxıb gəlmişdilər. Çaykənd kənd İƏD üzrə nümayəndəliyinin əməkdaşları da buna şahiddir. Görünür, iddiaçı ya Gəncədə yaşadığı üçün gecə rahatlıqla evin açarını dəyişəcəyinə arxayın olmuş, ya da keçmiş polis həmkarları ilə onları qorxudacağına arxalanaraq evə baxışa razı olmuş, lakin sonunda istədiyinə nail ola bilmədikdə DİN-nin 102 xidmətinə yalan məlumat verərək özünü sığortalamışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tər əfindən xx.xx.2022-ci il tarixdə məhkəmə sədrinə ünvanlanaraq dəftərxanaya təqdim edilmiş şikayətin mətni də sadalanan faktları sübuta yetirir
72. Şikayət olunan qətnamənin “İşin halları” bölməsində yalnız iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər (arayışlar daxil olmaqla) sadalanmışdır. Cavabdehin təqdim etdiyi sənədlər çox güman ki, qiymət verilməməsi üçün sadalanmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən iclasda iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 izahatları qətnamənin təsviri hissəsində göstərilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində cavabdeh tərəfin sübutları (Çaykənd kənd İƏD üzrə Nümayəndəliyinin 01 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, evin, otaqların fotoları və s.) qiymətləndirilməmiş, eləcə də apellyasiya şikayətinin dəlilləri, bu dəlillərə müvafiq istinad olunan qanuni əsasların rədd edilməsi barədə dəlillər göstərilməmişdir.
73. İddiaçının iddia ərizəsindən 5 ay sonra məhkəməyə təqdim etdiyi aktdakı imza Cavabdeh1 məxsus deyildir. Bu səbəbdən həmin akt yazılı akt kimi qiymətləndirilə bilməz. Digər tərəfdən iddiaçı cavabdeh mövcud olmayan əqd üzrə Cavabdeh1 pul verməsi özünün fərqli məbləğlər göstərməklə olan izahatlarından və şahid qardaşlarının ifadələrindən başqa digər hər hansı bir etibarlı sübutla sübuta yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
75. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasınd a təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
76. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
77. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
78. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermə k üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
79. Maddə 335.2 (xx.xx.2005-ci il tarixədək qüvvədə olmuşdur). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
80. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
81. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
82. Maddə 358.2. Əşya ya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
83. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
84. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
85. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:... 384.0.4. mülkiyyətçinin və ya digər sa hibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
89. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
90. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
91. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
92. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
93. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
94. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
95. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
96. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin. Kassasiya baxışının hədləri
97. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
98. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsinə aid hissədə yoxlanılır. Kassassiya instansiyası məhkəməsinin mövqeyi
99. Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarında 1-ci cilddə iş vərəqi 198-də olan Göygöl rayonu İH başçısının Çaykənd İƏD üzrə nümayəndəliyinin 05 yanvar 2023-cü il tarixli 01 nömrəli məktubunda göstərilir ki, Çaykənd kənd məhəllə 16, ev 7-də yerləşən fərdi yaşayış evi vətəndaş Cavabdeh1 məxsusdur. Bildirirlər ki, işlədikləri müddətdə Cavabdeh1 öz ailəsi ilə mütəmadi olaraq özünə məxsus evə gələrək həyət-bacası ilə məşğul olmuşdur. Qonşuların dediklərinə görə evdə olan köhnə əşyalar Həsənovlar ailəsinə məxsusdur və onların istifadəsində olmuşdur.
100. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən sübuta mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.
101. Eləcə də iş materiallarında 1-ci cilddə iş vərəqi 179-180-də olan xx.xx.202 2-ci ildə X4, X24, X7 tərəfindən tərtib edilərək, imzaların doğruluğu Göygöl rayonu İH başçısının Çaykənd İƏD üzrə nümayəndəsinin müavini və Çaykənd Bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş akta əsasən Çaykənd kəndi məhəllə 16, ev 7 və həyətyanı torpaq sahəsi daimi olaraq Həsənovlar ailəsinin istifadəsində olmuşdur. Ailə başçısı X20 İ Qarabağ müharibəsində şəhid olduqdan sonra Cavabdeh1 azyaşlı uşaqları ilə Bakı şəhərinə getsə də mütəmadi olaraq ildə bir neçə dəfə kənddəki evlərinə gəlib-getmiş, bir neçə gün gecələmişlər. Tərəflərindən həmin evə və torpaq sahəsinə baxış keçirilən zaman evdə Həsənovlar ailəsinin əvvəlki ev əşyaları aşkar edilmişdir. Darvazanın və evin açarları Həsənovlar ailəsindədir. Həmin evdən və torpaq sahəsindən başqa şəxsin istifadə etməsini görməmişlər. Eləcə də 2001-ci il tarixdən həmin evdən və onun torpaq sahəsindən Həsənovlar ailəsi istifadə etmişlər. Evdə yeni əşyalar aşkar edilməmişdir.
102. Apellyasiya instansiyası məhkəməsi göstərilən akta da hüquqi qiymət verməmişdir.
103. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə münasibətdə qeyd etmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu tələblərə iddia müddəti tətbiq edilmir. Hazırkı halda da mübahisə əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı olduğundan iddia müddəti institutu tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin məzmununu qeyd etsə də əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı mübahisənin maddənin dispozisiya şərti ilə hansı əlaqəsinin olmasını və beləliklə həmin tələb üzrə iddia müddətinin tətbiq edilməli olmamasını izah edə bilməmişdir.
104. İşə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərindən biri ondan ibarət olmuşdur ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları kimi iddiaçının 2001-ci ildən 2022-ci ilədək mübahisəli daşınmaz əmlakdan istifadə etdiyi, cavabdehlərin yalnız 2022-ci ildə əmlaka yenidən yiyəlik etməyə başladıqları, habelə cavabdehlərin birinci instansiya məhkəməsində evi satdıqlarını etiraf etmələri nəzərə alınarsa, cavabdehlər Rauf və Raifənin müvafiq olaraq 2009 və 2007-ci illərdə yet kinlik yaşına çatdıqdan sonra 2022-ci ilədək keçən 12 və 14 illik kimi uzun zaman kəsiyində iddiaçının fərdi yaşayış evi və torpaq sahəsinə sahiblik edərək, ondan öz əmlakı kimi istifadə etməsinə etiraz etməmələrinin anaları Cavabdeh1 2001-ci ildə bağladığı əqdin onların tərəfindən bəyənildiyinə dəlalət edib-etmədiyinə də hüquqi qiymət verilməlidir.
105. Apellyasiya instansiyası həmin göstərişlə əlaqədar qeyd etmişdir ki, digər cavabdehlər olan Rauf və Raifənin müvafiq olaraq 2007 və 2009-cu illərdə yetkinlik yaşına çatdıqdan uzun zaman kəsiyində iddiaçının fərdi yaşayış evi və torpaq sahəsinə sahiblik edərək, ondan öz əmlakı kimi istifadə etməsinə etiraz etmədikləri nəzərə alınarsa, bununla onlar anaları Cavabdeh1 2001-ci ildə bağladığı əqdin onlar tərəfindən mübahisələndirilmədiyinə, baş qa sözlə bəyənildiyinə dəlalət etmişdir.
106. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə (“A” tikilisi) X10 adına, 0,04 ha həyətyanı torpaq sahəsi isə bərabər paylarla Cavabdeh1, X18, Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
107. Yaşayış evi və torpaq sahəsindən kimin istifadə etməsi halının müəyyənləşdirilməsi məqsədilə cavabdehlərin təqdim etdiyi yuxarıda qeyd edilən Göygöl rayonu İH başçısının Çaykənd İƏD üzrə nümayəndəliyinin 05 yanvar 2023-cü il tarixli 01 nömrəli məktubuna və xx.xx.2022-ci ildə X4, X24, X7 tərəfindən tərtib edilərək, imzaların doğruluğu Göygöl rayonu İH başçısının Çaykənd İƏD üzrə nümayəndəsinin müavini və Çaykənd Bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş akta hüquqi qiymət verilmədən digər cavabdehlər olan Rauf və Raifənin müvafiq olaraq 2007 və 2009-cu illərdə yetkinlik yaşına çatdıqdan uzun zaman kəsiyində iddiaçının fərdi yaşayış evi və torpaq sahəsinə sahiblik edərək, ondan öz əmlakı kimi istifadə etməsinə etiraz etmədikləri nəzərə alınarsa, bununla onlar anaları Cavabdeh1 2001-ci ildə bağladığı əqdin onlar tərəfindən mübahisələndirilmədiyinə, başqa sözlə bəyənildiyinə dəlalət etdiyi qənaətinə gəlinməsinin qanuni və əsaslı olmasını hesab etmək mümkün deyil.
108. Şahid ifadələrinə tərəflərlə olan münasibətləri nəzərə alınmaqla tənqidi yanaşılmaqla hüquqi qiymət verilməli olduğu halda apellyasiya instansiyası məhkəməsinin qətnamə sindən şahid ifadələrinə qeyd edilənlər nəzərə alınmaqla hüquqi qiymət verildiyi anlaşılmır.
109. Göygöl Rayon Məhkəməsinin qətnaməsinin təsviri hissəsinə əsasən, iddia tələbi ilkin olaraq xx.xx.2001-ci il tarixli bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 9 ünvanında yerləşən əmlakın adına rəsmiləşdirilməsi barədə olmuşdur. Sonra iddiaçı dəqiqləşdirmə ərizəsi verərək xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinin – xx.xx.2000-ci il tarixli alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində xx.xx.2001-ci il tarixli alqı-satqı müqavilə si bağlanmış hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən pozuntuya hər hansı münasibət bildirməmişdir.
110. Apellyasiya instansiyası məhkəməsində keçirilən 14 noyabr 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdehlərin nümayəndəsi və vəkilinin məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatəti hər hansı bir əsaslandırma aparılmadan təmin edilməmişdir.
111. Bütün yuxarıda qeyd edilən nöqsanlar apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı məhkəmə aktı qəbul etdiyi qənaətinə gəlməyə əsas vermir.
112. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmə t edir.
113. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
114. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların kons titusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
115. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qər arı).
116. Sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 mart 2021-ci il tar ixli qərarı)
117. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
118. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli 2(104)-2048/2023 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
119. Həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəımə aktı qəbul edilməlidir.
120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli 2(104)-2048/2023 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün G əncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.