Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1549/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 13 mart 2019-cu il İş 2(102)-1549/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, Cavabdeh2 vəkili, iddiaçının nümayəndəsi və eyni zamanda üçüncü şəxs olan X1, cavabdeh x2nin nümayəndəsi Nümayəndə iştirakları ilə, cavabdeh Cavabdeh2 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin29 iyun 2018-ci il tarixli qətnaməsiilə (N.Ə.Misirzadə, iş2(011)-1602/18) İddiaçı cavabdehlər x2nə və Cavabdeh2 qarşı hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 satılması ilə əlaqədar 15.08.2017-ci il tarixdə keçirilmiş hərracın və onun əsasında 15.08.2017-ci il tarixdə tərtib edilmiş 28/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2lə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 17.08.2017-ci il tarixdə bağlanmış 3562 saylı müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına 29.08.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov, iş 2(103)-9702/18) Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-1602/2018 saylı mülki iş üzrə qəbul etdiyi 29 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh x2ndən 6000 manatın tutularaq Cavabdeh2 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahi ş etdi. İddiaçının nümayəndəsi və eyni zamanda üçüncü şəxs olan X2, cavabdeh x2nin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı və Cavabdeh2 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh x2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracların təşkili üzrə auksion mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh2 satılması ilə əlaqədar 15.08.2017-ci il tarixdə keçirilmiş hərracın və onun əsasında 15.08.2017-ci il tarixdə tərtib edilmiş 28/02 saylı hərrac protokolunun etibar sız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2lə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 17.08.2017-ci il tarixdə bağlanmış 3562 saylı müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına 29.08.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, cavabdehin vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onl ara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -416.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyə əsasən əqdin etib arlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. x2 ilə Cavabdeh2 arasında 17.08.2017-ci il tarixli, 3562 saylı alqı-satqı müqaviləsi bağlanılan zaman x2nin həmin müqavilənin predmetini təşkil edən mübahisəli zirzəmiyə dair müqavilə bağlamaq səlahiyyəti olmadığından hazırkı işdə əqdin subyekt tərkibinə aid edilən şərt pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməs inin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 1.2-ci bəndinə görə, bu qaydalar bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının qarşısının alınması məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyy ət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.4-cü maddələrinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texn iki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülk iyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 382 nömrəli fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. Həmin Əsasnamə onun 1-ci bəndindən göründüyü kimi, 29 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 19951998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmış və yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaların ı tənzimləməkdədir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəsi gedən sahə binanın kanalizasiya və su boruları keçən zirzəmi olmaqla çoxmənzilli binanın mənzil fonduna daxildir və binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olaraq ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur, mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid edilməmişdir. x2nin həmin zirzəmiyə dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır.İddiaçı mübahisəli zirzəminin üzərində yerləşən mənzilin, yəni yaşayış binasının mülkiyyətçilərindən biri olduğu üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən mübahisələndirilən hərrac, həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın nəticəsində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, b irinci instansiya məhkəməsi qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş və etibarsız hesab edilən 17 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 6000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq Cavabdeh2 geri qaytarılması ilə bağlı məsələni həll etməmişdir. Qeyd edilmişdir ki, mübahisəli zirzəminin yerləşdiyi binanın sökülməsi işin həllinə təsir etmədiyindən bu hal iddiaçının əvvəl olmuş subyektiv hüququnun aradan qaldırılması üçün əsas ola bilməz. Əks yanaşma qanunsuz keçirilmiş hərracın nəticələrinin tanınması ilə nəticələnir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair hər hansı bir əmlak hüququ olmasa da, o, həmin qeyri-yaşayış sahəsinə çəkdiyi xərclərin əvəzini kompensasiya kimi binanın söküntüsünü həyata keçirən şirkətdən tələb edə bilər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 03 oktyabr 2018-ci il tarixli, 2(103)-9702/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1549/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1549/2019
13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver