Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1550/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7483/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməs indən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 4773 №-li Kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə, illik 16% olmaqla, 500.000 manat məbləğində kredit xətti açmışdır. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq «xxxx» ASC ilə «xxxx» QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il t arixli Müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ «xxxx» QSC-yə keçmişdir. «xxxx» QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən «xxxx» QSC-yə keçmiş, «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. «xxxx» ASC ilə «xxxx» QSC arasında S-AVK- 2030 saylı, xx.xx.2018-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə «xxxx» QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər SFK-1215 saylı, xx xxxxxx 2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı MMC-yə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı Cavabdeh qar şı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2010-cu il tarixli 4773 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən borclu Cavabdeh 24 ay müddətinə illik 16% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 500.000 (beş yüz min) manat məbləğində kredit verilmiş və bu barədə xx.xx.2010-cu il tarixli kassa məxaric orderi tərtib edilmişdir. Kredit Müqaviləsinin 2-ci bəndinə əsasən Borcverən Borcalana 500.000,00 (beş yüz min) Azərbaycan manatı məbləğində kredit xəttin açılmasına öhdəsinə götürməyi, Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə he sablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4 və 5-ci bəndlərinə əsasən Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır, kredit vəsaitindən istifadə müddəti xx xxx 2012-ci il tarixində bitir. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə hər gün illik 16 (on altı) %-lə hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və onun əsas borc üzrə 198468 (yüz doxsan səkkiz min dörd yüz altmış səkkiz) manat, faiz borcu üzrə 364630,10 (üç yüz altmış dörd min altı yüz manat, 10 qəpik) manat olmaqla, cəmi 563098,10 (beş yüz altmış üç min doxsan səkkiz manat, 10 qəpik) manat borcu qalmışdır. Kredit borcunun qaytarı lması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Göstərilənlərə əsasən, Cavabdeh xx xxx 2010-cu il tarixli 4773 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 198468 (yüz doxsan səkkiz min dörd yüz altmış səkkiz) manat, faiz borcu üzrə 364630,10 (üç yüz altmış dörd min altı yüz manat, 10 qəpik) manat olmaqla, cəmi 563098 (beş yüz altmış üç min doxsan səkkiz manat, 10 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə cəmi 563128,10 (beş yüz altmış üç min yüz iyirmi səkkiz manat, 10 qəpik) tutulub «xxxx» QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətb iqinə dair ərizədə isə qeyd olunmuşdur ki, iddiaçı məhkəməyə müraciət edən zaman iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasındakı xx xxx 2010-cu il tarixli, 4773 saylı kredit müqaviləsinə görə cavabdehə 24 ay müddətinə, illik 16 faiz kreditdən haqq ödəmək şərti ilə 500.000 manat məbləğində kredit xətti açılmasını öhdəsinə götürməyi, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə həm müqavilə tələblərinə, həm də vaxtaşırı icra edilməli olan öhdəliklərə aid olmaqla 2 (iki) il müddətinə bağlanmış, müqavilənin müddəti 2012-ci ildə başa çatmış, iddiaçı həmin tələb üzrə məhkəməyə 3 il ərzində, yəni 2 015-ci ilin may ayının 27-nə kimi müraciət etməli olduğu halda, həmin müddəti ötürməklə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 373.2 və 373.3-cü maddələrinin tələblərini pozmuşdur. "xxxx" QSC - onun adından çıxış edən törəmə müəssisə olan “İddiaçı" MMC-nin mənə qarşı "kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılmasına" dair iddia tələbinə iddia müddəti tətbiq edilməsi, iddia müddətinin keçməsi səbəbindən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) xx xxxxxx 2020-ci il tarixli 2(006)-983/2020 saylı qətnaməsi ilə iddia müddətinin keçməsi əsasına görə iddia rədd edilmişdir. Məhkəmə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Cavabdeh öhdəlikləri xx.xx.2010-cu ildə yaranmış, 2012-ci ildə müqavilə müddəti başa çatmış, iddiaçı həmin tələb üzrə məhkəməyə 3 il ərzində, yəni 2015-ci ilin may ayının 27-nə kimi müraciət etməli olduğu halda, həmin müddəti ötürməklə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 373.2 və 373.3cü maddələrinin tələblərini pozmuşdur. Sonradan bu öhdəliklərin icra edilməsinin tələb edilməsi hüququ digər hüquqi şəxsə ötürülsə də və iddiaçı müddətin buraxılmasını təşkilati məsələlərlə əlaqələndirsə də, məhkəmə hesab edir ki, bu hal iddia müddətinin ötürülməsi üçün üzrlü hal hesab e dilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını səhv təfsir etmiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, kredit müqaviləsinə görə müqavilənin müddəti borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Lakin cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda məhkəmə düzgün olmayaraq iddia müddətini tətbiq etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Elşən Kazımov) xx xxxxxxxx 2020-ci il tarixli 2(103)4783/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)983/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış dır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2010-cu il tarixli 4773 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16 % olmaqla 500000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 198468 manat əsas, 364630,10 manat faiz borcu olmaqla cəmi 563098,10 manat məbləğində borcu yaranmışdır. Lakin tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx xxx 2012-ci il tarixdə bitmişdir. Belə olan halda, hazırki tələblə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı xx xxx 2012-ci il tarixdə başlanmış və xx xxx 2015-ci il tarixdə bitmişdir. İddiaçı xx xxxxxx 2019- cu il tarixdə, yəni qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi cavabdehin ərizəsinə əsasən iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-4783/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx” ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ xxxxQSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1215 say lı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx” QSC-yə verilmişdir. İlk iddia xx xxxxx 2018-ci ildə İddiaçı tərəfindən Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(006)256/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 198468 (bir yüz doxsan səkkiz min dörd yüz altmış səkkiz) manat, faiz borcu üzrə 29 050 (iyirmi doqquz min əlli) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 227.548 (iki yüz iyirmi yeddi min beş yüz qırx səkkiz) manat məbləğində pul alınaraq İddiaçı MMC-nə verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza t ədqiqatının dəyəri 120 (yüz iyirmi) manat Cavabdeh aid edilməsi qət edilmişdir. Həmin qətnamədən mülki iş üzrə tərəflərin apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(103)-8586/2019 saylı qərardad ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-256/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə iş materialında olan sənədlərin əsillərini əldə edilməsi üçün mü raciət edilmişdir. xx.xx.2020-ci il tarixində sənədlərin əsillərini aldıqdan sonra yenidən hazırki iş üzrə Nəsimi Rayon Məhkəməsində iddia ərizəsi verilmişdir. Lakin yuxarıda qeyd olunanları birinci instansiya məhkəməsi tərəfindən işi tam və ətraflı araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə görə iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. Bundan başqa öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh Вalayev Zeynal Məhəmməd oğlu tərəfindən kredit müqaviləsi üzrə əsas borc üzrə 198468 (yüz doxsan səkkiz min dörd yüz altmış səkkiz) manat, faiz borcu üzrə 364630,10 (üç yüz altmış dörd min altı yüz manat, 10 qəpik) manat olmaqla, cəmi 563098,10 (beş yüz altmış üç min doxsan səkkiz manat, 10 qəpik) manat kredit borcu tam şəkildə ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin kassas iya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşya lar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 375.1. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia mü ddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq pozuntularına yol vermiş, iddia müddətinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini nəzərə almamışdır. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərindən irəli gələn, belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin buraxıldığını və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilməsini əsas gətirərək, Azərbaycan Respublikası M ülki Məcəlləsinin 375.1 və 375.2-ci maddələrinə istinad edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddətini xx xxx 2012-ci il tarixdə bitdiyini, hazırki tələblə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin axımının xx xxx 2012-ci il tarixdə başladığını və xx xxx 2015-ci il tarixdə bitdiyi qənaətinə gəlmiş və bu əsasla iddianı rədd etmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını vəcavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin e tmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlımüvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətb iqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Göründüyü kimi, hazırki mübahisəyə baxılarkən apellyasiya instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını vəcavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmamışdır. Halbuki, apellyasiya məhkəməsinin qətnaməsində cavabdehin izahatı kimi göstərilmişdir ki, xx xxx 2010-cu il tarixli kredit müqaviləsi onunla «xxxx» ASC arasında bağlansa da, müqavilədə nəzərdə tutulmuş krediti faktiki olaraq sabiq deputat X1 götürmüşdür. Dünyamin Xəlilov çoxsaylı belə əməllərinə görə uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. «xxxx» ASC-nin sabiq rəhbərliyi kreditin faktiki olaraq Dünyamin Xəlilov tərəfindən götürüldüyünü bildiyinə görə uzun müddət bu barədə məhkəmədə iddia qald ırmamışdır. Hal-hazırda isə iddia müddəti keçdiyinə görə hesab edir ki, iddia təmin oluna bilməz. xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolunda isə cavabdeh kredit götürmədiyini, puldan xəbəri olmadığını, ona deyildiyinə görə sənədlərə qol çəkdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu izahatında göstərilənlər iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını vəcavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını aydınlaşdırmaq üçün zəmin yaradır. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qənaətini kifayət qədər əsaslı saymır və hesab edir ki, işə yenidən baxılarkən iddia müddəti bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla və, iddia müddətinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış süb utlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yara dan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Odur ki, kassasiya şik ayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7483/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.