Məhkəmə qərarları › İş №2(102)-1554/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1554/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1554/2023 31.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər “Term” kompaniyasına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin apellyasiya qaydasında təkrar yoxlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı,Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər “Term” kompaniyasına, "xxxx" MMC-yə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə y önəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2*23-ci il tarixli, 2(1*5)-519/2*23 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Sumqayıt Şəhər Məhkəməsinin *2 dekabr 2*14-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İlyas Mahmudov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “TERM” kompaniyasına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, “TERM” kompaniyasından, Cavabdeh3 və Cavabdeh4 29 avqust 2*13-cü il tarixli, sm4449 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 1887** manat, faiz borcuna görə 14535 manat, cərimə borcuna görə 1*** manat, cəmi 2*4235 manat məbləğində borcun, ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və iddia ərizəsi verilərkən ödənilmiş 3* manat dövlət rüsumunun, cəmi 61 manat rüsumun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinin açıq hərracdan satılması və onun satı şından əldə olunacaq pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin 29 avqust 2*13-cü il tarixli, sm 4449 saylı Baş kredit müqaviləsi üzrə cəmi 2*4 235 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh5 həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması qət edilmişdir.

2. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X2 qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin *3 may 2*18-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin iddiadan qismən imtinasının qəbul edilməsi, iş üzrə Sumqayıt Şəhər M əhkəməsinin *2 dekabr 2*14-cü il tarixli, 2(*6*)-9*27/2*14 saylı qətnaməsi iddia tələblərinin 56.929,23 manat əsas borca, tələbin Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin 29 avqust 2*13-cü il tarixli, sm 4449 saylı Baş kredit müqaviləsi üzrə cəmi 243 235 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh5 mülkiyyətindəki Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh5 həmin mənzildən çıxarılması və mən zilin boşaldılması hissələrində ləğv edilməsi, həmin hissələrdə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin *3 may 2*18-ci il tarixli qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X1 apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən, “TERM” kompaniyasından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 131.77*,77 (yüz otuz bir min yeddi yüz yetmiş manat 77 qəpik) manat əsas borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2*22-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin *3 may 2*18-ci il tarixli, 2(1*5)-28/2*18 saylı qətnaməsindən C avabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin kassasiya baxışının qeyri-mümkün hesab edilməsi, mülki işin kassasiya şikayətinin qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin *3 may 2*18-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır.

7. Sonradan Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin *2 dekabr 2*14-cü il tarixli, 2(*6*)-9*27/2*14 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2*23-ci il tarixli, 2(1*5)-519/2*23 nömrəli qərardadı ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsilə, hakimlər G.İ.Ca bbarovadan və A.M.Süleymanovadan ibarət tərkibdə) Sumqayıt Şəhər Məhkəməsinin *2 dekabr 2*14-cü il tarixli, 2(*6*)-9*27/2*14 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

9. Qeyd olunan qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi hissəyə əvvəlki apellyasiya baxışı zamanı artıq baxılaraq hüquqi qiymət verilmiş və həmin hissələrdə məhkəmə aktı qanuni qüvvəsini almışdır.Belə ki, məhkəmə kollegiyası bir tərəfin apellyasiya şikayəti əsasında yoxlanılmış hissələrin cavabdehin şikayəti üzrə təkrar apellyasiya qaydasında baxılmasına yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin *2 dekabr 2*14-cü il tarixli, 2(*6*)-9*27/2*14 nömrəli qətnaməsindən Cavabdeh4 tərə findən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 və 366.2-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2*2*-ci il tarixli qərardadına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2*23-ci il tarixli, 2(1*5)-519/2*23 nömrəli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında mahiyyəti üzrə baxılması üçün təyin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 36*-ci maddəsi pozulmuşdur. Belə ki, iddiaçı "xxxx" ASC mübahisələndirilən qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X2 apellyasiya şikayəti vermişdir və təmin edilməmişdir. Lakin, cavabdehin mübahisələndirdiyi onun adından saxta tərtib olunmuş zaminlik müqaviləsidir ki, hansını ki, məhkəmə baxışında iştirakı təmin olunmadığından ümumiyyətlə mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası onun iştirakını təmin etmədən, mülki işin materialları ilə tanış olmadan, maddi və prosesual hüq uq normalarını pozmaqla qanunsuz və əsassız qərardad qəbul etmişdir.

13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Prossesual Məcəlləsi

17. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

18. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda i sə tam yoxlayır.

19. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

23. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tət biqi məsələlərinə dair” 14 oktyabr 2*2*-ci il tarixli, *4/2*2* saylı Qərardadı.

25. Bənd

41. Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.

26. Bənd

42. Şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyrimümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həya ta keçirilməlidir.

27. Bənd

43. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir.

28. Bənd

62. Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış his sələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qeyri-mümkün sayarkən ona istinad edib ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri daha əvvəl şikayət vermiş iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə Cavabdeh4 apellyasiya şikayətinə baxılması zamanı həmin dəlillərə artıq münasibət bildirilmiş, həmin hissələr qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq yoxlanılmışdır.

30. Məhkəmə kollegiyası qeyd edilən əsasla a pellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni həm yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2*2*-ci il tarixli, *4/2*2* saylı qərardadında şərh edilən hüquqi mövqe baxımından əsaslı sayır.

31. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2*2*-ci il tarixli, *4/2*2* saylı qərardadının 62-ci bəndində apellyasiya və kassasiya qaydasında məhkəmə aktlarının müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə müna sibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılması qeyd edilib, belə olan halda, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2*23-ci il tarixli, 2(1*5)-519/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar