Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1558/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən veri lmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) xx.xx.2019-cu il tarixli, 2(001)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin bərpa edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, *************** saylı evin 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnam əsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ****************** 59 saylı evin 19 saylı mənzili ilə bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 tərəfindən yaşayış üçün yararsız vəziyyətə salınmı ş Bakı şəhəri, *************** saylı evin 19 saylı mənzilinin Cavabdeh1 tərəfindən tam bərpa edilərək yaşayış üçün yararlı-əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, **************** saylı evin 19 saylı mənzili ilə bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və sözügedən mənzillə bağlı maraqlı tərəflər arasında bağlanacaq hər hansı müqavilədə onun və onunla birgə həmin ünvanda qeydiyyatda olan ailə üzvlərinin-2008-ci il təvəllüdlü qızı X1, 2013-cü il təvəllüdlü qızı X5, bacısı B1, iki azyaşlı övladları- 2011-ci il təvəllüdlü qızı X8 və 2015-ci il təvəllüdlü oğlu X9 həmin mənzildə yaşamaq hüquqlarının olmalarını və müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş “binanın sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib təhvil verilənədək kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq kompensasiya ödənişi..”ndə hüquqlarının və payının olmasının nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı və iki azyaşlı qızları X1 və X7 onun mülkiyyətində olan Bakı şəhəri, ************* saylı evin 19 saylı mənzilindən istifadə hüququna xitam verilərək qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************ 59 saylı evin 19 saylı mənzili ilə bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və sözügedən mənzillə bağlı maraqlı tərəflər arasında bağlanacaq hər hansı müqavilədə onun və onunla birgə həmin ünvanda qeydiyyatda olan ailə üzvlərinin-2008-ci il təvəllüdlü qızı X1, 2013-cü il təvəllüdlü qızı X5 həmin mənzildə yaşamaq hüquqlarının olmalarını və müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş “binanın sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib təhvil verilənədək kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq kompensasiya ödənişi..”ndə hüquqlarının və payının olmasının nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,**************** 59 saylı evin 19 saylı mənzili ilə bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************ 59 saylı evin 19 saylı mənzili ilə bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC tərəfindən mənzilin bərpa edilməsi və 2018-ci ilin may ayından başlayaraq mənzilin bərpa müddətində olan dövr, kirayə edi lmiş mənzildən yerləşdirilməsi üçün ona aylıq 900 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Azərbaycan prospekti, ************* saylı evin 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı mübahisəli mənzilə köçürülməsinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(00 6)-******/2015 saylı qanuni qüvvəsini və həmin qətnamənin cavabdeh tərəfindən qərəzli olaraq icra edilməməsini nəzərə almamışdır. Cavabdeh1 qapının açarlarını dəyişməsi səbəbindən İddiaçı həmin evə qayıda bilməmişdir. Bundan əlavə, apellyasiya kollegiyası İddiaçı mənzildən istifadə hüququna xitam verərkən onun mənzil ehtiyacı olmamasına istinad etmişdir. Əgər belə olsa idi o, uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etməzdi. Apellyasiya məhkəməsinin nəzərə almadığı faktlardan biri etibarsız hesab edilməsi barədə cavabdehlər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ilə bağlıdır. Müqavilənin 3.3.2-ci maddəsinə əsasən mənzildən qeydiyyatda olan şəxslərin müqaviləyə etirazı yoxdur. Buradan belə başa düşüşlür ki, İddiaçı razılığı ilə müqavilə b ağlanmışdır. Halbuki, İddiaçı belə razılığı olmamış və o, bu barədə MMC-ni xəbərdar etmişdir. Qətnamənin əsassızlığı ilə bağlı digər xüsusat isə apellyasiya kollegiyasının guya mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka dair sərəncam verərkən öz hərəkətlərinin həmin mənzildən istifadə hüququ olan şəxslər razılaşdırması ilə bağlı heç bir qanun normasının olmamasını qeyd etməsidir. Halbuki həmin mənzillə bağlı hər hansı müqavilənin bağlanması həmin mənzildən istifadə hüququ olan şəxslərin marağına toxunduğu üçün həmin şəxslərin razılığının alınması mühümdür. Beləliklə, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/20 19 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında və kilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, hazırda onun başqa mənzildə yaşaması, yaşayış sahəsindən istifadə zərurətinin başqa mənzil hesabına təmin olunması hazırkı mübahi səli mənzilə istifadə hüququnun saxlanılması zərurətini aradan qaldırmışdır və işə baxan məhkəmə cavabdehin iddiaçının mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsini təmin edərək, iddiaçının istifadə hüququna xitam verilməsi, xx xxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələb irəli sürməyə subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Apellyasiya kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, müqavilənin etibarsızlığı barədə iddia tələbi iddiaçının istifadə hüququna əsaslandığı üçün və onun mübahisəli mənzilə istifadə zərurəti aradan qalxdığı üçün müqavilənin etibarsızlığı barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Həmin müqavilənin etibarsızlığı ilə bağlı iddiaçının dəlilləri ə saslı deyil. Cavabdeh1 mülkiyyət hüququna əsaslanaraq qanuni əsaslarla Cavabdeh2 MMC ilə müqavilə bağlamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə görə əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi halında ona xitam verilməsinin şərtləri qanunvericilikdə müəyyən olunmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin ikinci cümləsinin mənasına görə isə bu hüquqa xitam verilməsi kompensasiya verilməklə mümkündür. Ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur - yaşay ış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayıl malıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Nəticədə belə qərara gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərki b hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Cavabdeh1 kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbi və bu tələbə qarşı yönəlmiş İddiaçı maddi ziyanın ödənilməsi tələbi üzrə iddia ilə bağlı icraat çərçivəsində İddiaçı 2008-ci ildən 2015-ci ilin dekabr ayınadək ailəsi ilə birlikdə Bakı şəhəri, ******************************** saylı mənzilində faktiki olaraq yaşaması sübuta yetirilmişdir (qanuni qüvvəsini almış məhkəmə qətnamələrində bu hal öz təsdiqini tapır). Həmin mənzil də İddiaçı atası X2 mülkiyyətində olmuş və xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən onun tərəfindən İddiaçı arvadı (öz gəlini) X3 bağışlamışdır və xx.xx.2016-cı il tarixinədək onun mülkiyyətində olmuşdur. xx.xx.2016-cı il tarixdə isə onun tərəfindən alğı-satqı və ipoteka müqaviləsinə əsasən 150.000 manat pul vəsaiti müqabilində özgəninkiləşdirilmiş və iki gün sonra, yəni xx.xx.2016-cı il tarixdə onunla “xxxx” MMC arasında ba ğlanmış müqaviləyə əsasən 112.000 manata Xətai rayonu, ***************** saylı mənzilini əldə etmişdir və hazırda öz ailəsi, o cümlədən həyat yoldaşı İddiaçı ilə birlikdə həmin mənzildə yaşayır. Bütün bunlar öz növbəsində İddiaçı 2013-cü ildə bu mənzildə ailəsi ilə birlikdə yaşaması və evsiz qalması (hazırki iddiada göstərmişdir) barədə iddialarının əsassız olmasına dəlalət edir (məhz bu əsasia iddiaçının 20.000 manat məbləğində maddi ziyanın tutulması barədə iddia tələbi təmin edilməmişdir). Hüquqi nəticə etibarı ilə İddiaçı 2008-ci ildən etibarən bu mənzildə yaşamamışdır. Bu hal digər faktlarla da sübuta yetir. Belə ki, İddiaçı həqiqətən də mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşadığı təqdirdə bu ailəyə məxsus bütün əşyalar (şəxsi geyim əşyaları, məişət avadanlığı və sair) həmin mə nzildə olmalı idi. Lakin araşdırma zamanı belə bir əşyaların mövcud olması, onların Cavabdeh1 tərəfindən qaytarılması, habelə İddiaçı tərəfindən məhkəmə qaydasında Cavabdeh1 qarşı əşyaların qaytarılması barədə iddianın qaldırıldığı aşkar edilməmişdir. Mənzilə köçürülmə barədə tələb isə “ehtimal” olunan hadisədən (2013-cü ilin yay ayları) 2 il sonra qaldırılmışdır. Halbuki “yaşayış sahəsinə ehtiyac” ifadəsi və 2 illik müddət hazırki vəziyyətdə biri birini təkzib edən ifadə və zaman kəsiyidir. Məhkəmə o halı da nəzərə alır ki, İddiaçı birgə nikahdan doğulmuş ilk uşağı 2008-ci, ikinci uşağı isə 2013cü il təvəllüdlüdür. O, həyat yoldaşı ilə 12 ilə yaxın müddətdir ki, etibarlı ailə münasibətlərindədir və birgə təsərrüfat aparır. Bu “etibarın” həm hərifi, həm də hüquqi baxımından yüksək və dayan aqlı olması İddiaçı atası tərəfindən mülkiyyətində olan mənzili xx.xx.2015-ci il tarixdə məhz iddiaçının arvadı (öz gəlini) X3 bağışlaması ilə də sübuta yetir. İddiaçının hazırda yaşadığı mənzilə dair müqavilə də podratçı şirkətlə məhz X4 arasında bağlanmışdır. Lakin məhkəmə qaydasında iddiaçının bütün ailəsinin deyil, yalnız onun və uşaqlarının Cavabdeh1 mülkiyyətində olan mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı da həmin qətnamənin icra edilmədiyini və bu mənzildə yaşamaq istəməsi barədə qəti niyyətdə olduğunu vurğulayır. Belə olan halda, hüquqi nəticə etibarı ilə iddiaçı öz uşaqları ilə birlikdə mübahisəli mənzildə, onun həyat yoldaşı isə hər hansı başqa mənzildə yaşamalı olmalı idi ki, bu da məhkəmə üçün onların hazırki real münasibətləri işığında inandırıcı görünmür. Onun həmin mən zilə uşaqları ilə birlikdə köçürülüb, bununla da qətnamənin icrasını təmin edib, növbəti gün və ya bir müddət sonra həmin mənzili tərk edib, yenə də həyat yoldaşı və uşaqları ilə birlikdə yuxarıda göstərilən ünvanlarda yaşaması isə onun mübahisəli mənzilə ehtiyacı olan şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə bir halın mövcudluğu da öz növbəsində artıq iddiaçının mübahisəli mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın, yəni oraya olan ehtiyacı aradan qaldırmış olur. Apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin onun mübahisəli mənzildən belə bir hüququnun yaranmasına baxmayaraq, o, həmin mənzili könüllü olaraq və daimi əsaslarla tərk etmiş və ailəsi ilə birlikdə ilk olaraq atasının mülkiy yətində, sonradan arvadının mülkiyyətində, hazırda isə arvadının istifadə və sahibliyində olan mənzildə yaşayır. Bu səbəbdən də həmin mənzilə olan istifadə hüquqlarını həyata keçirmir. Başqa sözlə, onun mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən qarşılıqlı iddia təmin edilməli və onun Cavabdeh1 mülkiyyətində olan mənzildən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, qanunverici yaxın qohumun (hazırki vəziyyətdə atasının) iddiaçının (fiziki şəxsin) nümayəndəsi olmasını mümkün edir. Tərəflər arasında olan bütün məhkəmə mübahisələrində də iddiaçı atası X6 ilə təmsil edilmişdir. Bu şəxsin özünün də Cavabdeh1 qarşı iddiaları, o cümlədən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi olmuşdur. Bu s əbəbdən məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutub belə bir qənaətə də gəlir ki, daha çox iddiaçı deyil, onun atası X6 hazırki iddiaların qaldırılmasına maraqlıdır. Bu qənaət də İddiaçı mübahisəli mənzilə olan ehtiyacının qalmamasına dəlalət edir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olduğu təqdirdə belə ilk iddia əsassızdır. Belə ki, Cavabdeh1 nəticə etibarı ilə öz mülkiyyətində olan əmlaka sərəncam vermiş və onun müqəddəratını həll etmişdir. Qanunvericilikdə mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka dair sərəncam verərkən öz hərəkətlərinin həmin mənzildən istifadə hüququ olan şəxslə razılaşdırılması və onun iradəsinə uyğun olaraq həyata keçirilməsi (xüsusilə də bu mənzildən yaşamayan şəxsə münasibətdə) barədə hər hansı norma mövcud deyil. Belə vəziyyətdə, İdd iaçı mənzildən istifadə hüququ olan şəxs olaraq mənzilin sökülməsi zamanı ona dəymiş ziyanın əvəzini (əsassız varlanma, mülki hüquq pozuntusu və sair) tələb etmək hüququ əldə etmiş olur. Lakin hazırki tələblərin təmin edilməsi üçün yenə də əsas yaranmır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə mahiyyət etibarilə eynilik təşkil etmiş və apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, Cavabdeh1 nəticə etibarı ilə öz mülkiyyətində olan əmlaka sərəncam vermiş və onun müqəddəratını həll etmişdir. Qanunvericilikdə mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka dair sərəncam verərkən öz hərəkətlərinin həmin mən zildən istifadə hüququ olan şəxslə razılaşdırılması və onun iradəsinə uyğun olaraq həyata keçirilməsi (xüsusilə də bu mənzildən yaşamayan şəxsə münasibətdə) barədə hər hansı norma mövcud deyil. Belə vəziyyətdə, İddiaçı mənzildən istifadə hüququ olan şəxs olaraq mənzilin sökülməsi zamanı ona dəymiş ziyanın əvəzini (əsassız varlanma, mülki hüquq pozuntusu və sair) tələb etmək hüququ əldə etmiş olur. Hazırda kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respubli kasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişi klik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1558/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1558/2020
12.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver