Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1559/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X8 ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı X5nın və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı X5nın cavabdeh «xxxx» İKB ASC-nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən iddiaçı X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh « xxxx» İKB ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «xxxx» İKB ASC arasında bağlanmış 12.01.2015-ci il tarixli 6-G1-1-0-3215 saylı müqaviləyə əsasən ABŞ dolları ilə verilmiş kreditin restrukturizasiya edilərək Azərbaycan manatına çevrilməsi öhdəliyinin cavabdeh «xxxx» İKB ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X5 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «xxxx» İKB ASC arasında bağlanmış 12.01.2015ci il tarixli 6-G1-1-0-32-15 saylı kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 11 iyun 2019-cu il tarixli X5 saylı qətnaməsi ilə iddia tələbinin təmin e dilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, R.Eyvazov, Z.Əliyev) 30.09. 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı X5 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.09.2019-cu il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30.09.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəməyə rəsmi teleqramla bildirsə də məhkəmə tərəfindən nəzərə alınmamış və işin baxılması iddiaçının iştirakı olmadan davam etdirilmiş, birtərəfli qaydada işə baxaraq əsassız nəticəyə gəlinmişdir. Bank kreditin Azərbaycan manatı ilə verilməsini reklam etdiyinə, bankdan kreditin Azərbaycan manatı ilə verilməsini istəməsinə baxmayaraq, kredit ABŞ dolları ilə rəsmiləşdirilmiş, bank xərcləri çıxıldıqdan sonra həmin dövrün məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə ona 30.000 manat məbləğində kredit verilmişdir. Milli valyutanın ABŞ dollarına nisbətdə ucuzlaşmasına baxmayaraq götürdüyü kreditin 17000 manatını banka ödəmişdir. Mərkəzi bankın verdiyi qərarlar əsasında yenidən əlavə vəsait ödəmək məcburiyyətində qalmışdır. Müqavilənin dəyişdirilməsini tələb etsə də bank tərəfindən buna əhəmiyyət verilməmişdir. PROSESSUAL MƏSƏ LƏLƏR: Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Natiq Məmmədov kassasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığını qeyd edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli X5 saylı qətnaməsi ilə «xxxx» İKB ASC-nin X7 və digərlərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və kredit müqaviləsinin ləğ v edilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, «xxxx» İKB ASC ilə X10 arasında bağlanmış 12.01.2015-ci il tarixli 1-G-1-0-27-15 saylı kredit müqaviləsi ləğv edilmiş, X4 12.01.2015-ci il tarixli 1-G-1-0-27-15 saylı kredit müqaviləsi üzrə 37.007 ABŞ dolları 98 sent əsas borc, 18.407 ABŞ dolları 24 sent faiz, gecikdirməyə görə 100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 55.515 ABŞ dolları 22 sentin (tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının «xxxx» İKB ASC-nin xeyrinə tutulması, X7, X3 və X9 məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospekti 89 saylı evin 27 saylı mənzilinin ilkin satış qiymətinin 103.000 manat müəyyən olunması, tələbin həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun «xxxx» İKB ASCnə ödənilməsi, mənzil satıldıqdan sonra X5, X2 və X6 1 ay ərzində həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın X4 tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin kredit müqaviləsinin iddiada nəzərdə tutulmuş əsaslarla etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsas landırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli X5 saylı qətnaməsi ilə iddiaçının hazırda mübahisələndirdiyi kredit müqaviləsinə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət dir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddia ərizəsində Azərbaycan vətəndaşlarına dollarla kredit verilməsi qanunvericiliklə qadağan edildiyi halda, kredit müqaviləsinin Mülki Məcəllənin 439.1-ci maddəsinin tələbinə zidd bağlandığını və buna görə də həmin əqdin Mülki Məcəllənin 337.1-ci maddəsinə uyğun olaraq etibarsız əqd olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozis iya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənl əşdirilmiş qaydaları və qadağanları pozan əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsinin Mülki Məcəllənin 439.1-ci maddəsinin tələbinə zidd bağlanması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Göstərilənlərə əsasən, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün iş üzrə əsaslar müəyyən edilmədiyindən iddia düzgün olaraq təmin edilməmişdir. Kassasiya şikayətinin iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı məhkəmə icla sında üzrsüz səbəblərdən iştirak edə bilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, buna görə də, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı X5nın kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1559/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1559/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver