Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1560/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: əqdin etibarsızlığı) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə x x xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İdarəsinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN-in Baş X7 İdarəsinin hərəkətlərinin qanunsuz hesab olunması, ipoteka predmeti olan **--*** dövlət qeydiyyat nişanlı “VAZ*****” markalı (buraxılış ili ****, mühərrik *******, ban **********, rəngi ***) avtomobilin özgəninkiləşdirilməsinə dair xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, 10 manat dövlət rüsumunun cavabdehlərdən tutulub QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il *** iyul tarixli, **** saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Sonuncu ilə “X5” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivlər i üzrə tələb hüququnun idarə edilməsini “X5” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, **** saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə İddiaçı QSC arasında ***** saylı, xx.xx.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh1 dair sənədlər təhvil-təslim aktına əsasən "X5 ” MMC-yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə borclunun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin ödətdirilməsi istiqamətində tədbirlərin görülməsi aparılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus ipoteka predmeti olan **--*** dövlət qeydiyyat nişanlı, “VAZ-****” markalı (buraxılış ili ****, mühərrik ****, ban **** ******, rəngi ****) avtomobil xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə müraciət edilmiş və müraciətə əsasən cavab məktubundan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən avtomobil Cavabdeh3 adına, daha sonra isə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına özəlləşdirilib. Hazırda avtomobilin sahibi Cavabdeh4 etibarnamə ilə Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan X1 istifadəsinə vermişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il t arixli, 2(001)-******/2016 saylı qətnaməsi əsasında iddiaçı “xxxx” ASC-nin Cavabdeh1 qarşı 2770 ABŞ dolları əsas, 417,86 ABŞ dolları faiz, 1209,18 ABŞ dolları cərimə, cəmi 4397,04 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus “VAZ-****” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı “xxxx” ASC Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-****/2016 saylı qətnaməsindən verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-****/2017 saylı qətnaməsi əsasında təmin edilməmiş və sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-****/2017 saylı qətnaməsindən verilmiş kasasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən rədd edilmişdir. Qeyd olunan qətnamələr əsasında avtomobil xx.xx.2018-ci il tarixdə X3 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərini kobud pozmaqla qanunsuz və əsassız olaraq qeyd olunan məhkəmə qətnamələrinə istinad edərək Cavabdeh1 adından ipoteka predmetini qeydiyyatdan çıxarılmışdır. Halbuki, sözügedən qətnamələrdə avtomobilin ipotekadan azad olunması və yaxud ipoteka predmetinin qeydiyyatdan çıxarıl ması qət edilməmişdir və bu barədə hər hansı məhkəmə ətnaməsi mövcud deyil. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ipoteka predmeti qeydiyyatdan çıxarılmış və “VAZ-****” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli, bundan sonra isə Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolu ilə iş üzrə X 2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli 2(001)-*****/2020 nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə xx.xx.****-cı il tarixdə bağlanmış, kreditin bitmə tarixi xx.xx.2007-ci il müəyyən edilmişdir. “xxxx” ASC Cavabdeh1 qarşı borcun tutulması, tutmanın cavabdehə məxsus “VAZ-****” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- ****/2016 saylı qətnaməsinə əsasən iddia müddəti ötürülməsi səbəbi ilə iddia rədd olunmuş, iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq təmin edilməmiş, İ instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırki iddia bir ildən artıq müddət keçdikdən sonra, yalnız xx.xx.2019-cu il tarixdə qaldırılmışdır. Bununla belə, məhkəmə iddiaçı tərəfindən alqı-satqı müqavilələrinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia müddəti tət biq edilməli və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 354.1, 354.2, 372.1, 375.2, 377.2, 380.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 82.4, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı protokola qeydlər barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(001)-****/2020 nömrəli qərardadı ilə (hakim İlkin Əliyev) məhkəmə iclas protokoluna verilən qeydlər təsdiq edilərək iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan İddiaçı QSC BOKT apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-****/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi müqavilələrə dair hüquqi proseslər barəsində müqavilə tərəfləri sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, müqavilə predmetinin özgəninkiləşdirilməsinə hər hansı maneə olmam ışdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının avtomobilə dair ipoteka (girov) müqaviləsindən yaranan hüququ qanuni qüvvəsini almış qətnamə əsasında faktiki olaraq ortadan qalxmışdır və buna görə də o, avtomobilin yüklülüyünə istinadla onunla əlaqədar bağlanmış müqavilələrin etibarsız sayılmasını tələb etməkdə haqlı deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı QSC BOKT (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansi yası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Apelyasiya məhkəməsi tərəflərə eyni cür yanaşımamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin iddia müddətini keçməsi barədə gəldiyi nəticə də işin hallarına uyğun gəlmir. Belə ki, alqı-satqı müqavilələri xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış, iddiaçı isə bu məlumatlardan xx.xx.2019-cu il tarixdə xəbər tutandan dərhal sonra məhkəməyə iddia qaldırmışdır. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatl arı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı QSC BOKT-un vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, AR DİN BDYPİ-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq, ailə vizəyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1, 324.2, 324.4, 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Maddə 337.1 və
339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-isti fadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etsə də, pozuntuların nədə ifadə edilməsi barədə hər hansı fikir irəli sürə bilməmişdir. Əksinə, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apelyasiya kollegiyası hazırki mübahisə üzrə qənaətini “iddiaçının mübahisələndirdiyi müqavilələrə dair hüquqi proseslər barəsində müqavilə tərəfləri sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, müqavilə predmetinin özgəninkiləşdirilməsinə hər hansı maneə olmamışdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının avtomobilə dair ipoteka (girov) müqaviləsindən yaranan hüququ qanuni qüvvəsini almış qətnamə əsası nda faktiki olaraq ortadan qalxmışdır və buna görə də o, avtomobilin yüklülüyünə istinadla onunla əlaqədar bağlanmış müqavilələrin etibarsız sayılmasını tələb etməkdə haqlı deyildir.” formada əsaslandırmaqla düzgün hüquqi mövqedə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.