Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1560/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və -Cavabdeh3 qarşı iddialar üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; mülkiyyət hüququnun müdafiəsi, evdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələblərinə dair iddia ərizələri ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1256/2023 nömrəli iş üzrə 19 dekabr 2023cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2022-ci il tarixdə notariat ofisində bağlanan daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzili XXXya 20.000 manata satmış, XXXnın mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, alq-satqı müqaviləsinin bağlanmasından 6 ay sonra İddiaçı aldadılması ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmiş, Şöbə tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qərarla əməldə cinayət tərkibi olmadı ğına görə cinayət işinin başlanması rədd edilmiş, bununla belə İddiaçı mübahisəli mənzildə yaşamağa davam etmiş, hətta kənarda yaşayan qızı, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə köçürmüşdür. Ondan sonra tərəflər arasında mübahisə yaranmışdırş Belə ki, İddiaçı ilkin olaraq özünə məxsus mənzili bacısı qızı XXXya bağışlamaq məqsədilə notariat ofisinə getmiş, lakin doğum haqqında şəhadətnaməsi olmadığına görə bağışlama baş tutmamışdır. Bununla belə İddiaçı niyyətini gerçəkləşdirmək, yəni mənzilin başqa yolla Cavabdeh1 mülkiyyətinə vermək üçün ev alqı-satqısı ilə məşğul olan tanışı, iş üzrə şahid X1 müraciət etmiş, sonuncu isə vəsiyyətnamə verməyi təklif etmiş, lakin İddiaçı niyyətinin mənzili məhz Cavabdeh1 daimi mülkiyyətinə vermək olduğuna, həmçinin kənarda yaşayan qızı C avabdeh2 gələcəkdə mirasdan pay almaması üçün vəsiyyətnamə verməkdən imtina etmişdir. S.BaxşİddiaçıƏliyevə mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsinin yalnız tərəflər arasında alq-satq müqaviləsinin bağlanması ilə mümkün olduğunu izah etmiş, alqı-satqı müqaviləsi bağlanan vaxt notariat ofisinin depozit hesabına mənzilin razılaşdırılmış dəyəri miqdarında pul qoyulmasının vacibliyini bildirmiş, İddiaçı Cavabdeh1 atası XXXə müraciət etmiş, sonuncu isə XXX adlı tanışı ilə pul məsələsini həll edəcəyini bildirmiş, yəni XXX 20.000 manat pulu Cavabdeh1 verməli, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmalı, ondan sonra İddiaçı həmin pulu çıxarıb XXX adlı şəxsə qaytarmalıdır. İddiaçı mənzilin bu qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-XXX nömrəli reyestrdə qeydə alınmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi, həmçinin hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 300 manat qonararın və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı Cavabdeh1 da cavabdehlər İddiaçı, Cavabdeh2 və cavabdeh3ya qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləş ən mənzildən cavabdehlərin məcburi qaydada çıxarılması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Hər iki iddia üzrə 2(051)-1092/2023 və 2(051)-1347/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1092/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) birinci iddia rədd edilmiş, ikinci iddia təmin edilmiş, cavabdehlər İddiaçı, Cavabdeh2 və cavabdeh3nun **********50-05101-093032 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikay əti vermişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1256/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Hüseynovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin etibarsız sayılması üçün əsas olan halların dairəsinə daxil deyildir. Belə ki, apellyasiya şikayətinin İddiaçı bacısı qızına evi vəsiyyət etmək niyyətində olması, evində ömür lük yaşamaq şərti ilə anlaya bilmədiyi sənədlərə imza atması, niyətinin mənzilin özündə saxlanmasına yönəlməsi, bunun mənzilin alqı- satqısının aldatma yolu ilə baş verməsinə dəlalət etməsi, tərəflərin müqaviləni icra etmələri, yəni İddiaçı daşınmaz əmlakı cavabdehə təhvil verməsi, Cavabdeh1 isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəməsi fikrinin işin faktiki hallarına uyğun gəlməməsi, İddiaçı mənzilin dəyəri olan 20000 manat pulu almaması və mənzili XXX təhvil verməməsi, evinin vəsiyyətnamə etmək bəhanəsi ilə notariusda alqısatqı etdirilib ələ keçirilməsi, cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyəri müqabilində 20000 manat pulun verilməməsi, kassa məxaric qəbzindəki iddiaçıin pulun alınmasına dair imzasının formal xarakter daşıması, birinci instansiya məhkəməsinin iddiaçının aldad ılmasını, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırmadan, iradə ifadəsinin zədələnməsini nəzərə almadan MPM-nin 88, 218,-ci maddəsinin tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etməsi, məhkəmənin tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin hansı şəraitdə bağlanmasını, notariat ofisində iddiaçıya müqavilə bağlanmasınin mahiyyətinin notarius tərəfindən izah olunubolunmamasının aydınlaşdırılmalı olması, notariusda nəyə imza atmasının və niyə imza atdığının ona izah edilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı satqısına dair AN-İ ******* nömrəli, reyestrdə 4ƏXXX nömrə ilə qeydə alınmış alqı-satqı müqav iləsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.18 kv.m, yaşayış sahəsi 30.93 kv.m, yardımçı sahəsi 13.25 kv.m olan 2 otaqlı mənzili alıcı Cavabdeh1 20000 manata satmışdır. Apellyasiya şikayətinin hal-hazırda bazar dəyəri 60000-65000 manat olan mənzilin nə səbəbdən 20000 manata qiymətləndirilməsinə məhkəmənin diqqət yetirməməsi, müzakirə etməməsi, bu hala qiymət verməməsi, nəticədə aldatma yolu ilə tərtib edilən qanunsuz alqı-satqı müqaviləsinə qətnamədə haqq qazandırması, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin formal xarakter daşımasının mənzilin 20000 manat dəyərində qiymətləndirilməsindən və pulun satıcıya verilməməsindən irəli gəlməsinə dair dəlillərini də əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sat ıcı İddiaçı ilə alıcı Cavabdeh1 Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə birgə yazdıqları 27 avqust 2022-ci il tarixli ərizələrində onlar göstərmişlər ki, “biz İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin (1/1 hissə 44,18 kv/m) 20000 manat 00 qəpik qiymətə satılması barədə razılığa gəlmişik”. Həmin ərizə həm satıcı İddiaçı, həm alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işə mahiyyəti üzrə baxılması üçün yenidən həmin məhkəməyə göndərilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə kollegiy ası cavabdehin və iddiaçının izahatları arasında olan ziddiyyətləri aradan qaldırmamışdır. Alıcı olan Cavabdeh1 satıcıdan mənzili təhvil almamış, İddiaçı isə mənzilin dəyəri olan 20.000 manatı almamışdır. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin formal xarakter daşıdığı mənzilin 20.000 manat dəyərində qiymətləndirilməsindən və pulun satıcıya verilməməsindən irəli gəlir. Belə ki, həmin mənzil bazar qiymətlərinə görə 60000650000 manat dəyərindədir. Məhkəmə mənzilin belə aşağı qymətlə dəyərlindirməsini müzakirə etməmiş və bu hala qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət tox unulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilm əsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi p rinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd eti barsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
16. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərə flərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.”
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiy yətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
24. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun mə hz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nə zərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar).
25. Müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.
26. Həmçinin, Azərbaycan Respublika sı Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir.
27. Hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülür. Mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri hüquqi iddialardır. Bu iddialar əş ya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Mülki Məcəllənin 157-ci maddəsində də mülkiyyət hüququnun müdafiəsinin məhz qeyd olunan 3 üsulu tənzimlənmişdir: 1) mülkiyyət hüququnun tanınması; 2) özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya iddiası); 3) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi (neqator iddia). Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya prosesində tərəflər: iddiaçı - əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh - vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir.
28. Vindikasiya iddiasının əsaslı sayılması üçün aşağıdakı şərtlər bi rlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan mənzili Cavabdeh1 satmış və mübahisə predmeti olan mənzil sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Hazırda sözügedən əmlak Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bağlanmış əqd qanuni olmuş, qanunvericiliyin tələblərinə uyğun gəlmişdir. İddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələ blərinə riayət olunmuşdur.
30. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin Cavabdeh1 satıcıdan mənzili təhvil almaması, İddiaçı mənzilin dəyəri olan 20.000 manatı almaması, alqı-satqı müqaviləsinin formal xarakter daşımasının mənzilin 20.000 manat dəyərində qiymətləndirilməsindən və pulun satıcıya verilməməsindən irəli gəldiyi, mənzil bazar qiymətlərinə görə 60000-650000 manat dəyərində olması barədə dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır, eyni dəlillərə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
31. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması yaxud qətnam ədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §16).
32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1256/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.