Məhkəmə qərarları › İş №2(102)-1564/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1564/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1564/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)6099/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh İddiaçı oğludur və hazırda yetkinlik yaşına çatmayan övladları X1 və X2 birgə mübahisəli həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehə yetkinlik yaşına çatmayan 22 fevral 2008-ci il təvəllüdlü X1 və 17 iyun 2009-cu il təvəllüdlü X2 ilə birlikdə 12000 manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildən istif adə hüquqlarına xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus evə daxil ola bilmir, onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Cavabdehin iddiaçının mülkiyyətində qeydiyyatda olmaqla və uzun müddət yaşamaqla, evin yaşayış sahəsindən istifadə hüquqları vardır.

5. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, mübahisəli mənzil əvvəl atasının, sonra 14 il cavabdehin mülkiyyətində olmuşdur. Onun gəncliyi bu mənzildə keçmişdir. İddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razı deyil, 40000 manat məbləğində kompensasiyanın verilməsi onu qane edir.

6. Birinci instansiya məhkəməsinə təqdim olunan "xxxx" MMC-nin 31 iyul 2023-cü il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilin həmin tarixə aylıq kirayə haqqı 350 manat təşkil edir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 03 avqust 2023-cü il tarixli, 2(011)3672/2023 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddianın əsasını kompensasiya ödənilməklə cavabdehin mənzilə dair istifadə hüququna xitam verilməsi təşkil edir. Odur ki, birinci növbədə məhkəmə tərəfindən cavabdehin mənzildən istifadə hüququnun yaranması müəyyənləşdirilməlidir.

9. İşin hallarından göründüyü kimi mübahisəli mənzil 18 may 1996-cı il tarixdə order əsasında cavabdehin atası Səyyad Həsənovun sahibliyində olmuş və övladı olan cavabdeh də daimi qeydiyyata alınmaqla, orada yaşamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsində icarədarın ailə üzvü hesab olunan şəxslərin əhatə dairəsi göstərilmişdir, qeyd edilən müddəadan da göründüyü kimi cavabdeh Səyyad Hüseynovun ailə üzvü olmaqla, onun mənzildən istifadə hüququ yaranmışdır.

10. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırkı halda iddiaçı mənzildən istifadə hüquqlarına görə cavabdehə ümumilikdə 12000 manat kompensasiya təklif edir. Cavabdeh isə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır.

11. Lakin, iddiaçının təklif etdiyi 12000 manat kompensasiya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Belə ki, cavabdehin himayəsində iki yetkinlik yaşına çatmayan övladı var, onların biri 14 yaşında oğlan, digəri isə 13 yaşlı qızdır. Həmçinin cavabdehin mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur.

12. Digər bir tərəfdən, məhkəmə mütəxəssis rəyində qeyd olunmuş kirayə haqqına təxmini uyğun olaraq 15000 manat məbləğində kompensasiya ödənilməsini iddiaçıya təklif etsə də, iddiaçı qeyd edilən məbləğdə kompensasiyanın ödənilməsinə razı olmamışdır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53.1, 53.2, 60, 87.2 və 123.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya icraatında iddiaçı tərəf 15000 manat kompensasiya verilməklə, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-6099/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hak imlər M.A.Məmmədovdan və F.Ş.Talışınskidən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 03 avqust 2023-cü il tarixli, 2(011)-3672/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan övladları 22 fevral 2008-ci il təvəllüdlü X1 və 17 iyun 2009-cu il təvəllüdlü X2 ilə birlikdə 15000 manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o zaman xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda, iddiaçı mənzildən istifadə hüquqlarına görə cavabdehə ümumilikdə 15000 manat kompensasiya təklif edir. Cavabdeh isə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır.

18. Apellyasiya instansiyası məhkəməsi təklif olunan kompensasiya məbləği yetərli hesab etmiş və qeyd etmişdir ki, iş üzrə təqdim olunmuş "xxxx" MMC-nin 31 iyul 2023-cü il tarixli rəyindən görünür ki, qiymətləndirmə obyekti olan mənzilin 31 iyul 2023-cü il tarixə aylıq kirayə haqqı 350 manat təşkil edir. İddiaçı tərəfindən təklif olunan 15000 manat məbləğində kompensasiya cavabdehin mübahisə predmeti olan mənzilin yerləşdiyi ərazidə və həmin şəraitdə təxminən 3 ildən daha çox müddətdə kirayə mənzildə y aşamasına imkan verir.

19. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh ed ilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarlarına istinad etməklə hesab etmişdir ki, iddiaçı mülkiyyətçi kimi cavabdehə kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-6099/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 9, 88-ci maddələrinin t ələbləri pozulmuşdur.

22. Belə ki, məhkəmə işə birtərəfli baxmaqla, mübahisənin həllinə səthi yanaşmış və obyektivsizliyə yol vermişdir. Mənzil 3 otaqdan ibarət olduğu halda, 2 otaqlı otaq kimi yazılmışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. İddiaçı Həsənova Əfuz Novruz qızı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspertiza zamanı kompensasiyanın məbləği müəyyən edilərkən mübahisəli mənzil 3 otaqlı kimi qiymətləndirilmiş və buna uyğun aylıq kirayə haqqı 350 manat müəyyən edilmişdir. Lakin, apellyasiya instansiyas ı məhkəməsi qətnaməsində texniki səhv olaraq 3 otaq yerinə 2 otaq qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hə r kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərək ətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 30. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hü ququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şika yəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.

34. Məhk əmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və kassatorun həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır. İddiaçı cavabdehə kompensasiya verilməklə bu hüququna xitam verilməsini xahiş etmişdir.

35. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 228.2-ci maddələrini tətbiq etmiş və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişdir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya cavabdehin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.

36. Kassasiya şikayətinin dəlilləri məhkəmənin müəyyən etd iyi kompensasiyanın məbləği ilə bağlıdır. Apellyasiya məhkəməsi isə təklif olunan kompensasiyanı dəyərləndirərkən iş materiallarında olan mütəxəssis rəyinə istinad etmişdir.

37. Mütəxəssis rəyindən və müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mübahisəli mənzilin 2 otaqlı kimi göstərilməsini məhkəmə kollegiyası həmin qətnamənin ləğvi üçün əsas kimi qiymətləndirə bilməz. Belə ki, mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, qiymətləndirmə aparılarkən mənzilə baxış keçirilmiş, faktiki vəziyyəti, o cümlədən yerləşməsi, ümumi sahə (66 kv.m. olması), təmirin vəziyyəti və s. amillər nəzərə alınmışdır. Həmçinin müqayisəli təhlil aparılarkən analoq olaraq 3 və 5 otaqlı mənzillər nəzərdən keçirilmişdir. Mütəxəssis rəyi cavabdeh tərəfindən işin faktiki halları araşdırılar kən mübahisələndirilməmiş, onun əsassız olmasını təsdiq edən sübutlar (alternativ mütəxəssis rəyi, internet elan mənbələrindən çıxarışlar və s.) təqdim olunmamışdır.

38. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, təklif olunan məbləğ cavabdehin davamlı olaraq – 3 il 6 ay (15000 / 350 = 42,86 ay) müddətində oxşar şəraitli mənzildə kirayədə yaşamaq imkanını verir ki, yaranmış məhkəmə praktikasında belə kompensasiya ədalətli hesab olunur.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-6099/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar