Məhkəmə qərarları › İş №2(102)-1565/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1565/2024

07.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1565/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, mirasda məcburi pay, bağışlanmış əşya hesabına məcburi payın tamamlanması, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaç ı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Ərazi idarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2688/2023 nömrəli, 29 noyabr 2023- cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları

1. X4 ilə X5 1969-cu ildə nikaha girmiş, birgə nikahdan İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) anadan olmuşdur. X5 xx.xx.1999-cu ildə ölmüşdür.

2. X4 29 aprel 2 005-ci ildə Zeynalova (Yolçuyeva) Məlahət Xanputa qızı (bundan sonra – cavabdeh) ilə ailə qurmuşdur. Eyni ildə həmin nikahdan X6 anadan olmuşdur.

3. X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1987-ci ildə ilkin, xx.xx.2019-cu il tarixdə yenidən qeydə alınmış Tovuz rayonu Aşağı Öysüzlü kəndində ümumi sahəsi 196,9 kvadrat metr, yaşayış sahəsi 92 kvadrat metr, yardımçı sahəsi 104,4 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) olmuşdur. Evin yerləşdiyi 0,1199 hektar torpaq sahəsi X2, Cavabdeh4 və X3 ümumi birgə mülkiyyətində olmuşdur.

4. Tovuz Regional “ASAN” Xidmət Mərkəzinin Notariat ofisində (bundan sonra – Notariat ofisi) 4Ə642 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi ilə X4 mübahisəli fərdi yaşayış evi ni və torpaq sahəsinin 1/3 hissəsini (bundan sonra – mübahisəli torpaq sahəsi) cavabdehə bağışlamış, cavabdehin mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin 2/3 hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

5. X4 15 iyun 2022-ci ildə ölmüş, onun iddiaçılar, cavabdeh və X1 ibarət 5 nəfər birinci növbəli vərəsələri qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar cavabdehə, Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz ərazi idarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 may 2022-ci il tarixli, 4Ə642 reyestr nömrəli X4 ilə cavabdeh arasında bağlan mış və Notariat ofisində təsdiq olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.

7. İddiaçılar tələblərini işin yuxarıda qeyd edilən hallarına uyğun əsaslandırmaqla, qeyd etmişlər ki, bağışlama müqaviləsi bağlanarkən ataları öz hərəkətlərinin mənasını başa düşməmişdir. Cavabdeh onun xəstə olmasından sui-istifadə etmiş və nəticədə bağışlama yolu ilə mülkü öz adına sənədləşdirməyə nail olmuşdur. Cavabdehin məqsədi iddiaçıları mirasdan məhrum etmək olmuşdur.

8. İddiaçılar atalarının yas mərasimində iştirak edərkən, cavabdeh onları mübahisəli evə buraxmadığından aralarında mübahisə yaranmışdır. Onların atalarına məxsus olmuş ev dən məcburi pay haqları vardır.

9. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.2, 339.1, 339.2, 339.4, 346.1, 673.1.2, 673.3, 673.4, 1159.1.1, 1193 və 1200-cü maddələrinə istinad etmişlər.

10. Cavabdeh iddiaya etiraz verərək, göstərmişdir ki, mərhum Zahid Yolçuyev bağışlama müqaviləsini öz iradə ifadəsi olaraq bağlamışdır. İddiaçılar uzun illər ərzində ölkədən kənarda yaşamışlar. İddiaçıların subyektiv hüququ yoxdur.

11. Tovuz Rayon Məhkəməsinin 2(062)-2023/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bağışlama müqaviləsi mübahisəli fərdi yaşayış evinə dair hissədə qismən, mübahisəli torpaq sahəsinin bağışlanmasına dair hissədə isə tamamilə etibarsız hesab edilmiş, 3 iyun 2022-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qe ydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın cavabdehə aid hissədə ləğv edilməsi, mübahisəli fərdi yaşayış evinə iddiaçıların hər birinin 1/10 hissədə, torpaq sahəsinə aid hissədə isə iddiaçıların ümumi torpaq sahəsinin 1/18 hissəsinə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manatının birinci cavabdehdən alınaraq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zaur Hünmətov)

12. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, miras kütləsinə fərdi yaşayış evi və torpaq sahəsi daxildir. Öncə fərdi yaşayış evinə vərəsələrin payları müəyyən edilməlidir. Fərdi yaşayış evi birinci cavabdehə bağışlanarkən Z ahid Yolçuyevin digər vərəsələrinin həmin əmlakdan məcburi paya malik olmaları nəzərə alınmamışdır. Məcburi pay hüququ olan şəxslərdən 3 nəfər hazırkı iş üzrə iddiaçılardan ibarət olduğundan, digər iki nəfər, birinci cavabdeh və Zülfü Yolçuyev isə qanun üzrə vərəsələr olduğundan onlara qanun üzrə çatacaq payın yarısı qədər hazırkı iş üzrə iddiaçılara mirasdan məcburi pay verilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 666.1, 667.1, 1134.1, 1145, 1146, 1160, 1137, 1159.1.1, 1193, 1243.2, 1243.3, 1246-cü, “Notariat haqqında” Qanununun 40, 103 və 104-cü maddələri və Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 oktyabr tarixli, 8 yanvar 2021-ci il tarixli, 22 aprel 2014-cü il tarixli və 16 mart 2022-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b)Ape llyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, mərhum X4 onun əri olmaqla bağışlama müqaviləsini öz iradə ifadəsi olaraq, bəlkə də əvvəlcədən qızlarının onu evdən qovacaqlarını düşündüyündən bağlamışdır. İddiaçılar mübahisəli evdə deyil, uzun illər ölkə kənarında yaşamışlar. Atalarının vəfatından 33 gün sonra yas mərasiminə gəlmişlər. Bu zaman mübahisə salaraq onu evdən qovmağa çalışmışlar. Mərhum sağ ikən öz əmlakı barəsində sərəncam hüququnu həyata keçirib bağışlama etmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Aygül İsgəndərova)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1200-cü maddəsinə istinad etsələr də, mübahisə üzrə həmin maddənin bütün dispozitiv şərtləri mövcud olmamışdır. Belə ki, həmin maddənin şərtlərinə görə tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli, həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Göründüyü kimi, həmin maddənin rəhbər tutulmasının əsas şərti bağışlama müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində bu vərəsələrin miras əmlakının artmasına səbəb olmalıdır. Hazırkı işdə isə iddiaçılar tərəfindən mərhum ataları Zahid Yolçuyevin hər hansı bir mirasının qəbul edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab olunduğu təqdirdə paylarının artacağı görünmür. Onlar sadəcə atalarının sağlığında bağışladığı əmlaka iddia edirlər ki, bu da bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas deyildir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 666.1, 667.1, 1133.1, 113 4.1, 1145, 1146, 1159.1.1, 1193, 1194, 1200, 1201, 1243.1, 1243.2, 1243.3-cü maddələri ilə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçılar birgə kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)2729/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-514/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılmışdır.

21. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıların atası X 4 mülkiyyətində olmuş mübahisəli fərdi yaşayış evini və torpaq sahəsini ölümündən 1 il 22 gün əvvəl cavabdehə bağışlamışdır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən iddiaçılar atalarının mirasından məcburi pay almaq hüququna malik olan vərəsələrdir; - X4 15 iyun 2022-ci ildə ölmüş, onun birinci növbəli vərəsələri arasında hazırkı mübahisə Mülki Məcəllənin 1246-cı maddəsində mirası qəbul edilməsi üçün müəyyən olunmuş üç aylıq müddət keçmədən – 01 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur; - apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddianın təmin olunması üçün Mülki Məcəllənin 1200-cü maddəsinin dispozisiya şərtləri mövcud deyildir; - istinad olunan maddəyə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər b ağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır; - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul etmişdir. Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 1159.1.1 və 1193cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə v ərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər; - qərarın əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağl anması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür; - vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış ə şya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur... Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tə ləbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir; - Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olma lı idi; - Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər; - buna baxmayaraq apellyasiya instansiyası məhkə məsi Mülki Məcəllənin 1193 və 1200-cü maddələrini həmin maddələrə Konstitusiya Məhkəməsi tərəfindən verilmiş rəsmi şərhə uyğun olmayan şəkildə tətbiq (şərh) etmiş və belə qənaətə nəticəyə gəlmişdir ki, həmin maddənin rəhbər tutulmasının əsas şərti bağışlama müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində bu vərəsələrin miras əmlakının artmasına səbəb olmasıdır. Hazırkı işdə isə iddiaçılar tərəfindən mərhum ataları Zahid Yolçuyevin hər hansı bir mirasının qəbul edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab olunduğu təqdirdə paylarının artacağı görünmür. Onlar sadəcə atalarının sağlığında bağışladığı əmlaka iddia edirlər ki, bu da bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas deyildir; - halbuki MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunları nın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi məhkəmələr üçün məcburidir; - həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1200-cü maddəsi miras qoyanın sağlığında etdiyi bağışlamanın etibarsızlığı əsasını nəzərdə tutmur. Əksinə belə əqd Mülki Məcəllənin etibarsızlıq əsaslarını tənzimləyən normalarına müvafiq olaraq etibarsız hesab edildiyi halda, ümumiyyətlə, 1200-cü maddənin tətbiqi imkanı aradan qalxır və əqdin predmeti olmuş əşya vərəsəliklə bağlı digər mülki qanunvericilik normalarına uyğun olaraq vərəsələr arasında bölünür. Bundan fərqli olaraq isə Mülki Məcəllənin 1200-cü maddəsi etibarlı əqd əsasında miras qoyanın ölümündən əvvəlki iki il ərzində üçüncü şəxsə bağışladığı əşya (onun dəyəri) hesabına məcburi paya hüququ olan şəxslərin məcburi payın tamamlanmasını nəzərdə tutur. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. b)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə)

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüqu qu olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər.

24. X2 ölümündən sonra miras qalmış digər əmlak müəyyən olunmadığına görə iddiaçılar Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,1199 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 196,90 kv.m təşkil edən fərdi yaşayış evindən ibarət miras əmlakdan onlara çatacaq məcburi payın dəyərini tələb etmək hüququna malikdirlər. İddiaçılar tərəfindən isə bu kimi tələb irəli sürülməmişdir. Məhz bu baxımdan, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. İddiaçılar (Vəkil) birgə kassasiya şika yəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların məcburi pay almaq hüququna malik vərəsələr olması və bağışlama müqaviləsindən iki illik müddətin ötməməsi işin mübahisəsiz halıdır. İddiaçıların atası 15 iyun 2022-ci ildə vəfat etmiş, iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmədən mərhumdan qalan əmlaka faktik sahiblik və idarə etmək niyyətlərini bildirmişlər. Bundan əlavə, mübahisə üzrə bağışlanmış əmlak vərəsəlik hüququ ilə, yəni məcburi payın mövcudluğu ilə məhdudlaşdırılmışdır. Lakin iddiaçıların atası mübahisəli bağışlama müqaviləsi bağlayarkən, məcburi payla bağlı sərəncam vermiş və nəticə etibarilə etibarsız (məcburi pay hissəsində) müqavilə bağlamışdır. Məhkəmə məcburi payın tamamlanması tələbinin subsidiar xarakter daşıdığını nəzərə almadan, yəni ilkin olaraq məcburi payın həcmi müəyyən edilmədən və həmin həcmin cavabdeh tərəfindən qarşılanıb-qarşılanmadığına hüquqi qiymət verilmədən, məcburi payın birbaşa pul şəklində müəyyən edilməsi iddiaçılarla cavabdehlərin paylı mülkiyyətlərin birgə idarə olunanması yolunda barışığın əldə edilməsini məhdudlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mad də 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsini n vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın Mülki Məcəllənin 1200-cü maddəsi baxımından təmin edilməməli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticə ilə razılaşır.

31. Belə ki, Mülki Məcəllənin 1200-cü maddəsi miras qoyanın sağlığında etdiyi bağışlamanın etibarsızlığı əsasını nəzərdə tutmur. Əksinə, belə əqd Mülki Məcəllənin etibarsızlıq əsaslarını tənzimləyən normalarına müvafiq olaraq etibarsız hesab edildiyi halda, ümumiyyətlə, 1200-cü maddənin tətbiqi imkanı aradan qalxır və əqdin predmeti olmuş əşya vərəsəliklə bağlı digər mülki qanunvericilik normalarına uyğun olaraq vərəsələr arasında bölünür.

32. Apellyasiya instansiyası məhkəməsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi barədə gəldiyi nəticə hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə də uyğun olmuşdur.

33. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsinə dair iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi həmin tələbi rədd edərklən iddiaçıların məcburi payın dəyərini tələb etmək hüququna malik olmalarına, buna baxmayaraq, onların belə tələb irəli sürməməsinə istinad etmişdir.

35. Halbuki iddia tələbi iki hissədən – 24 may 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsindən ibarət omuşdur. Tələb düzünə olaraq məcburi payın tamamlanması barədə olmasa da, iddia ərizəsinin məzmunu mahiyyət etibarı ilə məcburi payın tamamlanmasına yönəlmişdir.

45. Göründüyü kimi, iddiaçıların məcburi payın dəyərini tələb etmək hüququna dair tələb irəli sürməməsi barədə apelyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə düzgün olmamışdır.

46. Həmçinin apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Ali Məhkəməsinin əvvəlki qərarında qeyd edilən xüsusatla bağlı şərh edilən göstərişlərə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)2729/2023 nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1193 və 1200-cü maddələrini, həmin maddələrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarında verilmiş rəsmi şərhə uyğun olmayan şəkildə tətbiq (şərh) etmişdir

48. Məhkəmə kollegiy ası qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsi bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas verməsə də, məcburi paya hüququ olan şəxsə, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etmək hüququ verir.

49. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsi barədə iddiaya işin halları və Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərə uyğun olaraq Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı kontekstində heç bir qiymət verməmiş, iddianı qeyd edilən əsasla təmin etməməklə səhvə yol vermişdir.

50. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının v ə tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə göstərilmişdir. Həmin normaya görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

51. Məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas götürülməlidir; bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı, Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır.

52. Hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün iddiaçıların miras əmlakda məcburi paylarının həcmi müəyyən edilməli, həmin paylara uyğun olaraq miras əmlakda iddiaçıların məcburi payının həcmi təsbit edilməli, eyni zamanda məcburi payın pul ifadəsi ilə nə qədər olmasına aydınlıq gətirilməli və tərəflərlə müzakirə edilməklə iddiaçıların məcburi payının pul əvəzi ilə tamamlanması məsələsinə baxılmalıdır.

53. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi miras əmlakda payların müəyyən edilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası k imi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə həmin hissədə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

54. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2688/2023 nömrəli 29 noyabr 2023-cü il tarixli qətnaməsi miras əmlakda payların müəyyən edilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar