Məhkəmə qərarları › İş №2(102)-1571/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1571/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1571/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyul 2019-cu il tarixli qərardadından iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərardadı ilə (hakim Z.Axundova ) iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nı n 15.04.2018-ciil tarixli qətnaməsi ilə iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2041/2018 saylı, 21.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.07.2019-cu il tarixdə həmin qətnamədən iddiaçı x1 nümayəndəsi x3 və vəkili O.Abbasov tərəfindən verilmiş kassasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Kərimli, 2(103)-4734/2019 saylı mülki iş) hazırki iş üzrə İddiaçı x1 cavabdeh x2 qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borc və debitor borcun tutulması” tələbinə dair mülki işüzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15.04.2019-cu il tarixli qət naməsindən iddiaçı x1 nümayəndəsi x3 və vəkili O.Abbasov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı “təbii qazdan istifadə qaydalının pozulmasına görə yaranmış borc və debitor borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını, mülki işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə l azımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, y əni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamsənin çatdırılmasına dair poçt qəbzindən (xəbərnamədən) görünür ki, qətnamənin surəti iddiaçının iş materiallarında göstərilən ünvanına 19.04.2019-cu il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 408.1.4 maddəsinin tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Hazırki kassasiya şikayəti isə məhkəmənin dəftərxanasına 12.07.2019-cu il tarixdə təqdim edilmiş və müəyyən edilmişdir ki, iddiaçı x1 nümayəndəsi x3 və vəkili O.Abbasov tərəfindən şikayət qətnamədənkassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət olmadan verilmişdir. Qanunun məzmunundan göründüyü kimi kassasiya şikayəti müddət ötürülməklə verildikdə müddətin bərpası barədə vəsatət də verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5 maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1 maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və Qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1 maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlid ir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 18 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar