Məhkəmə qərarları › İş №2(102)-1571/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1571/2023

01.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1571/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 9 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və X32 ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 9 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)-7149/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti üzrə mülki işə 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçılar İddiaçı2 mərhum X33 anası, İddiaçı1 faktiki nikah münasibətlərində olan qadın, Cavabdeh1 rəsmi nikahda olduğu arvadıdır.

2. X51 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 3. “Mercedes-Benz S430” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobil X33 mülkiyyətində olmuşdur.

4. Nərimanov Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04/22 nömrəli arayışa görə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X33 dəfn mərasiminin bütün xərcləri mərhumun həyat yoldaşı Cavabdeh1 tərəfindən ödənilmişdir.

5. Cavabdeh1 və İddiaçı2 Cavabdeh2 xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş 8İ-2698 və 8İ-2697 nömrəli, xx.xx.2021-ci il tarixli ərizələrinə görə xx.xx.2021-ci ildə ölmüş X27 qalmış mirası qəbul edirlər. 6. 2V-375 nömrəli, xx.xx.2021-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 xüsusi notariusu X19 təsdiq etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X17 qalmış arvadı Bakı, Nərimanov, V.Əmirsəyədov küç, ev 3 qeydiyyatda olan Cavabdeh1 (AZE********, xx.xx.2017- Səyyar-Asan 4, FİN:№AEH:G;, d/t: xx.xx.1967) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ikidə bir hissəsinə mülkiyyət hüququ vardır. X33 mülkiyyət hüququ h aqqında şəhadətnamə verilən ümumi birgə əmlakı “ Azərbaycan Beynəlxalq Bank” Əməliyyat Departamenti tərəfindən verilən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X33 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13556,58 manat pul məbləğindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı "xxxx" Əməliyyat Departamenti tərəfindən verilən 316300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X33 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13556,58 manat pul məbləğinin ikidə bir hissəsindən ibarətdir. Miras əmlakın 2/10 pay açıq saxlanılmışdır. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 3/10 paya verilmişdir. 7. 2V-376 nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ ha qqında şəhadətnaməyə əsasən, Cavabdeh2 xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X33 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-Cavabdeh1 miras əmlakdan 3/10 pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" Əməliyyat Departamenti tərəfindən verilən 31- 6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X33 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13556,58 manat pul məbləğindən ibarətdir. Miras əmlaka dair ər-arvadın ümumi əmlakdakı sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ikidə bir paya verilmişdir. Miras əmlakın 2/10 payı açıq saxlanılmışdır. 8. 2V-394 nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh2 xüsusi nota riusu X19 tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X33 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan anası İddiaçı2 - 1/10 pay (AA*******, xx.xx.2019 - Asan 5, FİN:xxxxxxx, d/t:01.01 1937) ünvan 3i ünvanında qeydiyyatda olan oğlu X52 -1/10 pay (AZ- İİ1102025, xx.xx.2013 Balakən rayon qeydiyyat şöbəsi, FİN:0, d/t:xx.xx.2013) və onların hər biri miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə üzrə verilən miras əmlak: "Azərbaycan Beynəlxalq Bank'’ Əməliyyat Departamenti tərəfindən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X33 adına “Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialında ********** ********** olan hesabda 13556,58 manat pul məbləğindən ibarətdir. Miras əmlaka dair ərarvadın ümum i əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə 1/2 paya verilmişdir. Miras əmlakın 3/10 paya huququ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 9. 2V-395 nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh2 xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X33 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası İddiaçı2 -1/10 pay (AA*******, xx.xx.2019 - Asan 5, FİN:xxxxxxx, d/t:01.01 1937)Balakən r-n, Qullar k. ünvanında qeydiyyatda olan oğlu X52 - 1/10 pay (AZİİ1102025, xx.xx.2013 - Balakən rayon qeydiyyat şöbəsi, FİN:0, d/t:xx.xx.2013) və onların hər biri miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - DİN BDYPİ Qİİ tərəfində n verilmiş xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2200701A121968, mühərrikin nömrəsi **********7325 və buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 MİNİK markalı 90XV930 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlaka dair ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə 1/2 paya verilmişdir. Miras əmlakın 3/10 paya hüququ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 10. 2V-436 nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh2 xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X33 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1 miras əmlakdan 3/10 pay irs almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 MİNİK markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 2/10 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın ikidə bir payına ərarvadın ümumi əmlakdakı sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 11. 2V-435 nömrəli, xx.xx.2021-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 xüsusi notariusu X19 təsdiq etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X17 qalmış əri (arvadı) ünvan 1 ünvanında qeydiyyatda olan arvadıCavabdeh1 nikah müddətind ə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X33 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumibirgə əmlakı DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2200701A121968, mühərrikin nömrəsi **********7325 və buraxılış ili 2000-ci il olan “Mersedes Benz S430” markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “Mersedes Benz S430” markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 5/10 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (bundan sonra – cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş X27 miras qalmış əmlaka dair Qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi X27 miras qalmış əmlaka dair Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsinin etibarsız hesab olunması, Cavabdeh2 xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sonradan iddiaçılar iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş X27 miras qalmış əmlaka dair Qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, X27 miras qalmış əmlaka dair Cavabdeh1 tərəfind ən mirasın qəbul edilməsinin etibarsız hesab edilməsi, miras qalmış əmlakın ikidə bir hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun müəyyən edilməsinin etibarsız hesab olunması, Cavabdeh2 xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-435 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V436 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021ci il tarixli, 2V-394 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V-395 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv edilməsi, xx.xx.2021-ci ildə vəfat etmiş X27 miras qalmış 13556,58 manat pulun ikidə bir hissəsi olan 6778,29 manat hissəsinin Cavabdeh1 alınıb, X33 vərəsələrinə verilməsi barədə qətn amə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Qurbanov Adil vəfat etdikdən sonra, ondan “Mersedes-Benz S430” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili və "xxxx" ASC-nin Mərkəz filialındakı hesabda olan 13556,58 manat pul vəsaiti miras qalmışdır. Adil Qurbanovun ölümündən sonra onun vərəsələri kimi, İddiaçı2, övladı xx.xx.2013-cü il təvəllüdlü X34 qanun üzrə nümayəndəsi İddiaçı1, övladı X35 və arvadı Cavabdeh1 Adil qızının ərizəsi əsasında Cavabdeh2ndə vərəsəlik işi açılmışdır. Onlara xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhdətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, mərhum X27 miras qalmış avtomobil və 13556,58 manat pul vəsaiti hazırki iş üzrə Cavabdeh1 ilə ümu mi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, əmlakların ikidə bir hissəsinə Cavabdeh1 payı müəyyən edilmiş, yerdə qalan hissəsi isə vərəsələr arasında bərabər şəkildə bölünmüşdür. Halbuki, X51 ilə Cavabdeh1 2012-ci ildən faktiki olaraq ayrılmışlar və onların arasında ər-arvad münasibətləri olmamışdır. Belə ki, mərhum X51 2012-ci ilə qədər qeydiyyatda olduğu və Cavabdeh1 da dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Nərimanov rayonu, V.Əmirsayyadov küçəsi 3 saylı fərdi yaşayış evində yaşamışlar. Adil Qurbanov həmin evi tərk etmişdir və 2012-ci ilin fevral ayında o, İddiaçı1 ilə faktiki nikah münasibətlərinə girmiş və o tarixdən də X63 Teliyeva ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşamışdır. Faktiki nikahdan xx.xx.2013-cü il tarixində X52 doğulmuşdur. X51 vəfat edən günə kimiİddiaçı1 və övladı Qurbanov Aqillə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşamışdır. O, 2012-ci ildən etibarən heç vaxt cavabdehlə münasibətdə olmamış, onun yaşadığı evə getməmiş, onunla hər-hansı ər-arvad münasibətində olmamışdır. Hesab edirlər ki, mərhum X51 ilə Cavabdeh1 arasında ər-arvad münasibətlərinə 2012-ci il tarixdən faktiki olaraq xitam verildiyindən, Cavabdeh1 mərhum X33 qanun üzrə vərəsəsi ola bilməz və o, vərəsəlik hüququndan məhrum edilməli, onun tərəfindən mirasın qəbul edilməsi etibarsız hesab olunmalıdır. Həmçinin Bakı şəhəri 9 sayı Notariat ofisinin xüsusi notariusu X20 tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir.

15. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərə k göstərmişdir ki, X51 ilə xx.xx.1990-cı il tarixdən olan rəsmi nikahdan xx.xx.1991-ci il tarixdə Nərmin, xx.xx.1993-cü il tarixdə Arif adlı övladları anadan olmuşdur. Onunla birgə yaşamış və birgə təsərrüfat aparmışlar. 2012-ci ildə Sabunçu rayonu, Ləhiş bağ sahəsində 1580 saylı bağ sahəsini X21 almışdır. X39 həyat yoldaşı X40 xx.xx.2012-ci il tarixdə 30 saylı notariat ofisində 7E-12949 reyestr nömrəsi ilə qeydiyyatdan keçən etibarnamə vermişdir. Etibanamə əsasında həmin bağ sahəsinin özəlləşdirilməsi, çıxarış alması, texniki sənədləri alması və s. buna aid bütün hərəkətləri etməyə dair 5 il müddətinə səlahiyyət verilmişdir. Həmin bağ sahəsi Rəşad Hüseynovun adına olsa da, bağ faktiki olaraq onun əmisi X5 məxsus olmuşdur. X13 bağı mərhum ərinə vermişdir. Sabunçu Rayon Məhkəməsinin icraatı nda olan, hazırki işə baxılmasına görə icraatı dayandırılan mülki iş üzrə o, iddiaçıdır. Həmin iş üzrə də izahatlar alınmışdır. Həmin bağ sahəsində yay aylarında bir müddət köhnə bağ evində yaşadıqdan sonra yaşayışa yararsız olduğuna görə birgə vəsaitləri hesabına bağ sahəsində yeni bağ evinin tikintisinə başlamış və başa çatdırmışlar. Mərhum həyat yoldaşı həm bağda, həm də onların evində yaşayırdı. Belə ki, həftənin şənbə və bazar günləri onların evdə yaşayır, evə bazarlıq edir, birgə təsərrüfat aparır, qalan günlər isə bağda yaşayırdı. 2020-ci ilin sonuna qədər onlar bir yerdə yaşayaraq, birgə təsərrüfat aparmış, Bu barədə şahidlər də ifadə vermişdir. Həyat yoldaşı bağın sənədlərini X25 adına özəlləşdirmiş və onun adında qalmışdır. Mübahisə olmadığından hesab etmişdir ki, istənilən vax t bağı ailə üzvlərindən birinin adına keçirə bilər. O, bir müddət xəstələnmiş və 2021-ci ilin mart ayında karonavirus xəstəliyindən vəfat etmişdir. Dəfn mərasimini o, yəni iş üzrə cavabdeh həyata keçirmişdir. Qəbirüstü abidənin xərclərini o çəkmişdir. xx.xx.2021-ci il tarixdə vərəsəliyin qəbulu ilə əlaqədar 9 saylı notariusa ərizə ilə müraciət etmiş və vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra Rəşad Hüseynovla alqı-satqı müqaviləsi bağlamağı xahiş etmiş, onlar Asan xidmətdə sənədləşmə işi aparmışlar. Lakin sonradan Rəşad Hüseynov bildirmişdir ki, sənədləşməni başa çatıra bilməz, çünki bağa dair artıq İddiaçı1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı1 mərhum həyat yoldaşı ilə qeyri-rəsmi münasibətləri olan qadındır. Bundan sonra həmin alqı-satqının etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmışdır ki, hazırki iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Bu müddəalar həmçinin iddia müddətinə şamil edilir. Belə ki, mərhum əri xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin müddətdən bir il bir ay keçdikdən sonra iddiaçılar hazırki iddia tələbini irəli sürmüşlər. Yəni maddi normada əqdlərin etibarsızlığı barədə iddia ərizəsi bir il ərzində irəli sürülməsi göstərilmişdir. İddiaçılar iddia müddətini üzürsüz səbəbdən buraxdıqları üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır.

16. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X41 göstərmişdir ki, Fatma xanım və Adil müəllimin keçmiş kürəkənidir. Montində 2011-ci ildən onlarla birgə yaşamışdır. Hazırda Fatma xanımın qı zı ilə boşansa da, bir həyətdə yaşayırlar. 2013-ci ildə Adil müəllim mütəmadi olaraq evinə gəlib gedirdi. Adilin ikinci həyat yoldaşının olmasını uşağı olanda bilmişdir. Fatma xanımla Adil müəllimin ailə münasibətləri daim davam etmişdir. Adil müəllimin yas mərasimi onların yaşadıqları evdə olmuşdur. Hətta bacısının rayondakı toyuna (2014-ü il) Adil müəllim və Fatma xanım birgə gəlmişdir.

17. Digər şahid X28 göstərmişdir ki, Tahirə xanım onun xalasıdır. Fatma xanımı tanımır, Adil müəllim xalası ilə ailə qurub birgə yaşamışdır, Adilin vəfatı il bağlı hüzr mərasimi də xalasının evində olmuşdur. Adil müəllim xalası ilə evli olduğu müddətdə onunla yaşayıb, başqa yerə gedib gəlməsindən xəbərsizdir.

18. X1 göstərmişdir ki, Tahirə onun bibisidir. Bibisi ilə Adil müəllim 2012-ci ildən öldüyü vaxta qədər birgə yaşamışdır.

19. X4 göstərmişdir ki, Amalyanın qardaşı arvadı, Adilin bibisidir. Adil həmişə Montindəki evində yaşamışdır, ora ilə əlaqəsi kəsilməmişdir. Bəzi vaxtlar Ləhiş bağlarında olan evinə də gedirdi. Lakin Fatma xanımla münasibətləri pis olmamış, əlaqələri kəsilməmişdir. Adilin dəfn mərasimini onun övladları, arvadı, özünün uşaqları təşkil etmişdir.

20. X2 göstərmişdir ki, Fatma xanımı tanıyır, Adilin arvadıdır. Adilə məxsus bağda 2005-2006-cı illərdə işləmişdir. Həmin vaxt evdə yaşayış yox idi. 2019-ci il yenidən təmir üçün getmişdir. Həmin vaxtlar Adil müəllim, oğlu yaşayırdı, onda ikinci dəfə ailə qurduğunu bilmişdir. Lakin bu barədə Adil daima gileylənirdi. Evin təmir xərcini, Adil müəllim və Fatma xanım verirdi. Adil müəllimin yas mərasimini Fatma xanim keçirmişdir.

21. X7 göstərmişdir ki, Adil müəllimin Montində yerləşən evinin yaxınlığında mağazası vardır. Özünün nisyə dəftəri də mövcuddur. Bəzi vaxtlar uşaqları gəlib mağazadan ərzaq götürmüş, həmin ərzaqların pulunu isə Adil müəllim gəlib verirdi. Həmin dəftəri məhkəməyə təqdim edir. O dəftərdə Adil müəllimin adı yazılmışdır.

22. X10 göstərmişdir ki, o, Fatma xanım və onun mərhum əri Adil bəylə qonşu olmuşdur. Anasına baş çəkməyə gəldikdə Fatma xanımgilə də gələrdi. Bu ailə ilə daimi gediş-gəlişlərib olmuşdur. Fatma xanımla Adil bəyin arasında normal ailə münasibətləri olmuş, evlərinə gedərkən Adil bəyi orada görmüşdür.

23. X11 göstərmişdir ki, Adilin kiçik əmisidir. Adilin 2-ci dəfə ailə qurmasını bilməmiş, Tahirəni tanımır. Tahirə əvvəllər kafedə işləyib. Bildiyinə görə Adillə orda tanış olmuşdu r. Adil Montində olan evlərinə gedib gəlirdi, oranı daimi tərk etməmişdir.

24. X15 göstərmişdir ki, iş üzrə iddiaçı olan Amalya onun nənəsidir. Tahirəni 2012-ci ildən tanıyır. 2011-ci ilə kimi Adil əmisi onlarla qonşuluqda olan evdə yaşayırdı. O, 2012-ci ildən evi tərk etmiş, evə ildə 1-2 dəfə nadir hallarda gəlirdi. Hüzr mərasimində iştirak etmək üçün iddiaçı Tahirənin evlərində olmuşlar, buna baxmayaraq Fatma xanımın yaşadığı evə də başsağlığı üçün gələnlər var idi.

25. X8 göstərmişdir ki, Adil onun qardaşıdır. O, 2012-ci ildən Ləhişdə yerləşən bağında yaşayır. Xəstə olduğu üçün daim ora gedib gəlirdi. Fatma isə Nərimanovda qalırdı.

26. X16 göstərmişdir ki, mərhum Adil Qurbanov əmisi olmuşdur. Onlar qapı qonşudurlar. Əmisinin evdə yaşadığını və evə bazarlıq etdiyinin dəfələrlə şahidi o lmuşdur. Əmisigildə birlikdə yemək yemiş, çay içmişlər. Ailə üzvlərinin gözəl günlərində onu da dəvət etmişdir. Əmisi bağ evinin tikintisi ilə əlaqədar olaraq bağa gedib gəlsə də, rəhmətə getdiyi günə qədər öz evində yaşamışdır.

27. X12 göstərmişdir k, mərhum X33 qardaşının həyat yoldaşıdır. Onlar 1990-cı illərdən qonşu olmuşdur. X22 ifadəsindən görünür ki, onun qaynı Adilin Fatma xanımla və uşaqları ilə münasibətləri çox yaxşı olmuşdur. İfadə də bildirilir ki, mərhum X51 öz ailəsinə Fatma xanıma, uşaqlarına, nəvələrinə qarşı bundan savayı evin bazarlıq və təmir işlərinə qarşı da daim diqqətcil olmuşdur. Həmçinin bildirmişdir ki, X51 uşaqlarının işlərində daim yaxından maraqlanan şəxs olmuşdur. Onu da bildirmişdir ki, qayınanası İddiaçı2 onun ailəsi ilə birgə evdə qalmasına mane olmağa çal ışmışdır. X38 bildirir ki, qayınanası saatlarda avtomobilin qarşısında dayanaraq onu bağa aparmasını təkid etmiş, bununla da onu evdən uzaqlaşdırmaq cəhdləri göstərmişdir. Buna baxmayaraq mərhum dünyadan köçənə kimi öz ailə münasibətlərini qoruyub saxlamışdır. Şad və bayram günlərini mərhum və ailəsi X38 ilə birgə keçirmişdir. X38 qeyd edir ki, qayınanası bu münasibətlərə qarşı idi.

28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-1923/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsi (hakim: A.Novruzova) ilə iddia rədd edilmişdir.

29. İlk növbədə, birinci instansiya məhkəməsi İddiaçı1 münasibətdə qeyd etmişdir ki, iddia tələbi üzrə İddiaçı1 hazırkı iddia ərizəsində xx.xx.2013-cü il təvəllüdlü X34 qanuni nümayəndəsi kimi deyil, özü iddia qa ldırmış və mübahisə edilən vərəsəliklə bağlı iddiaçı vərəsələr sırasına daxil olmamışdır. Belə ki, ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Bu baxımdan, İddiaçı1 hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır.

30. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mərhum əri X27 miras qalmış və onların birgə nikah dövründə əldə etdikləri əmlaklara mülkiyyət hüququ yaranmışdır. Eyni zamanda Cavabdeh1 mərhum əri X33 qanun üzrə 1-ci dərəcəli vərəsəsidir. Bu səbəbdən məhkəmə, Cavabdeh1 X27 qalmış miras əmlaklara dair mülkiyyət və vərəsəlik hüquqlarının ləğvi, həmçinin vərəsəlik şəhadətnaməl ərinin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur.

31. Bundan əlavə, iddiaçılar iddia ərizəsində Cavabdeh1 ilə mərhum əri X51 arasında ər-arvad münasibətlərinin pozulduğunu, birgə təsərrüfat aparmadığını iddia etsə də, məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə bu hal təkzib edilmişdir. Belə ki, şahid ifadələrində Cavabdeh1 ilə mərhum əri X33 birgə yaşamaqla birgə təsərrüfat apardığı təsdiq edilmişdir. X33 Cavabdeh1 ilə nikah münasibətlərinin kəsilməsi və davam etməməsinə dair məhkəməyə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmiş, A.Qurbanovun Cavabdeh1 ilə nikah münasibətinə son qoymağa niyyətinin olmasını göstərən dəlillər iş materialları ilə müəyyən olunmamışdır. Həmçinin, məhkəməyə X33 iş yerindən təqdim olunmuş kadrlar uçot vərəqəsi və tərcümeyi-halından görünm üşdür ki, miras qoyan həmin sənədlərdə arvadı olaraq Cavabdeh1 göstərmişdir

32. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mülkiyyət və vərəsəlik şəhadətnamələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

33. İddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçılar tərəfinfən iddia müddəti ötürülməmişdir.

34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151, 1159.1.1, 1160, 1243.1, 1243.2, 1243.3, 1274, 1321.1, 1321.2 və 1321.3-cü, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1 və 32.2.2ci, Mülki Prosesual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 2 18.3 və 220.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

35. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, mülki işdə olan sənədlər, ailə fotoşəkilləri, mərhum Adil Q urbanova aid şəxsi əşyalar, sənədlər (pasport, diplom, çanta, geym əşyaları), şahid ifadələri ilə təsdiq olunmuşdur ki, mirasqoyan X51 2012-ci ildə Cavabdeh1 ilə ailə-nikah münasibətlərinə son qoymuş, onunla ər-arvad münasibətlərində olmamış, ondan ayrı yaşamış, birgə təsərrüfat aparmamış, 2012-ci ilin fevral ayında İddiaçı1 ilə faktiki nikah münasibətlərinə girmiş, bu nikahdan bir övladları xx.xx.2013-cü il təvəllüdlü X52 doğulmuşdur. X9 Tahirə Qurban qızı ilə vəfat edən günə qədər Bakı şəhəri Pirşağı qəsəbəsində ailə kimi birlikdə yaşamışlar, birgə təsərrüfat aparmışlar, övladları X44 böyüdüb boya başa çatdırmışlar. Müalicə almaq üçün birlikdə İran İslam Respublikasına getmişlər, birlikdə toyara, şənliklərə getmişlər. Birinci instansiya məhkəməsi Cavabdeh1 ilə mərhum əri X33 birgə yaşama qla birgə təsərrüfat apardığı qeyd etsə də, birgə təsərrüfat aparmaqlarının nədə ifadə olunduğunu qeyd edə bilməmişdir. İddiaçı1 münasibətdə iddia qaldırmaqla bağlı düzgün qənaətə gəlməmişdir, onun oğlu X52 mərhumun övladıdır və işdə olan Notariat işindəki sənədlərlə də təsdiq olunur ki, xx.xx.2013-cü il təvəllüdlü X34 qanuni nümayəndəsi kimi çıxış etmişdir. Əgər Mülki Məcəllənin 1244-cü madəsində, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul etmələrini təsdiq edirsə, deməli onların vərəsəlik hüququndan irəli gələn hüquq və mənafelərinin məhkəmədə müdafiəsini də qanuni nümayəndələri müdafiə edə bilərlər. “Mersedes” markalı avtomobili mərhum cavabdehlə nikah münasibətlərinə faktiki son qoyandan sonra alınmış, əmək h aqqı da cavabdehlə birgə nikahda qazanılmış əmlak hesab edilə bilməz. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur. Onların məhkəməyə təqdim etdiyi mərhum Adil Qurbanovla 2013-cü ildən birgə evdə və toy şənliklərində, novruz bayramlarında, ad günlərində İddiaçı1 qız və övladları Qurbanov Aqillə birlikdə çəkdikləri ailə fotoşəkilləri, 2017, 2018, 2019-cu illərdə İran İslam Respublikasına getməkləri barədə mərhum Adil Qurbanovun və İ ddiaçı1nn ümumvətəndaş pasportlarındakı giriş-çıxış tarixləri, mərhum Adil Qurbanova məxsus şəxsi sənədlərin (pasport, avtomobilə aid texniki pasport, Adilin diplomu, hərbi bileti), əl çantası, qol saatları, mobil telefonları, geyim əşyaları və həmin əşyaların İddiaçı1 ilə birlikdə yaşadığı Bakı şəhəri Pirşağa qəsəbəsindəki evdə olması sübut edir ki, Adil Qurbanov 2012-ci ildən vəfat edən günə kimi, Cavabdeh1 ilə deyil, İddiaçı1 ilə birlikdə ailə kimi yaşamışdır. İş üzrə tərəflərindən dəvət edilmiş şahidlər X26, X23 və X3 ifadələri ilə onların iddiası öz təsdiqini tapmışdır.

37. Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı1 münasibətdə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində onun mərhum əri ilə nikah münasibətlərinin kəsilməsi, birgə təsərrüfat aparmamağı barədə iddiaçılarin göstərdikləri hallar öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştrak edən onun tərəfindən dəvət olunan şahidlər, eyni zamanda iddiaçılar tərəfindən dəvət olunan şahidlər ifadələrində mərhum ərinin həm Ləhiş bağ massivində olan bağda İddiaçı1 ilə, həm də onun yaşadığı Nərimanov rayonu, V.Əmirsayyadov küçəsi 3 saylı evdə yaşayaraq, onunla birgə təsərrüfat apardığını təsdiq etmişlər. Eyni zamanda məhkəmə araşdırması zamanı ona münasibətdə mülkiyyət və vərəsəlik şəhadətnamələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçılar tərəfindən sübuta yetirilməmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 28 noy abr 2022-ci il tarixli, 2(103)-7149/2022 nömrəli qətnaməsi ilə (hakimlər: F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçıların özlərinin vərəsəlik hüquqlarının, bu hüquqlarının üstünlüyü, son nəticədə miras payların bölgüsü üzrə aydın ifadə olunmuş və qənaəti müəyyən edən təfsilatlar təsbit edilməmişdir. Belə ki, artıq miras qoyanın əmlaklarının qəbulu notarial orqanında həyata keçirilmiş və bu mənada cavabdehin mülkiyyət hüququnun ayrılmasının etibarsızlığının qanuni əsasları tələbdə əks edilməmişdir. Digər tərəfdən, tələbin ma hiyyətindən irəli gələn nəticə aparılan notarial hərəkətlərin qanunsuzluğu olsa da, bunun nədə ifadə olunduğu müəyyən edilməmişdir.

40. Bunun əksi olaraq, iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə daşınar və daşınmaz əmlakların qəbul edilməsi üzrə iddiaçıların notariusa ünvanıladığı ərizələrində özləri Cavabdeh1 vərəsə olduğunu qeyd etmiş, bu zaman iddia edilən mübahisənin olması barədə notariusa məlumat verməmiş, bununla da qanunla müəyyən edilmiş mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisənin açıla bilməsinə dair iki aylıq müddəti ötürmüşlər.

41. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar Cavabdeh1 miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyini və ərlə arvadı n ayrı yaşadıqlarını təsdiq edən, habelə Cavabdeh1 miras qoyanla onun sağlığında birgə nikah dövründə əldə edilmiş mülkiyyətin ümumiliyini istisna edən mötəbər sübutlar təqdim etməmişlər.

42. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159, 1162, 1164, 1243.2, 1243.3, 1255, 1267, 1272, 1273, 1302, 1321, 1322, 1323, 1324 və 1325-ci, Mülki Prosesual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

43. İddiaçılar birgə qaydada kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xa hiş etmişlər.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar qanunda 3 il bir yerdə yaşmayan ər-arvadın bir-birinin vərəsəsi olmaması ilə bağlı maddənin olduğunu bilməmiş və bunu biləndən sonra məhkəməyə müraciət etmişlər. Vərəsəliyin qəbulu ilə bağlı ərizələrdə Cavabdeh1 adının vərəsə kimi qeyd edilməsi, Notariat tərəfindən sistemdən mərhum Adilin rəsmi nikahda olan arvadı kimi göstərildiyi üçün götürülərək qeyd edilmiş və onlar sonradan onun vərəsə ola bilməyəcəyini bilərək öz hüquqlarından istifadə etmişlər. Apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisənin açıla bilməsinə dair iki aylıq müddəti ötürülməsi ilə bağlı maddi hüquq normasını səhv tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 1272 -ci maddəsinin norması həmin Məcəllənin 1267-1270-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və vərəsənin özünün həmin hallarla əlaqədar mübahisə açıb- açmamağı ilə bağlıdır. Bundan əlavə, onlar cavabehin vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı iddianı bununla bağlı əsasları bildikdən sonra qaldırmışlar. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları Mülki Məcəllənin 1164-cü maddəsinin normasına əsasən obyektiv qiymətləndirməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Həmçinin, iş materiallaırnda olan sübutlar, şahid ifadələri və digər mötəbər sübutlar Cavabdeh1 mərhum X51 ilə 2012-ci ildən etibarən faktiki olaraq ər-arvad münasibətlərində olmadığını təsdiq edir. Lakin məhkəmə kollegiyası bununla bağlı mövqeyini işin faktiki halları ilə əsaslandırmamışdır.

45. İddiaçılar kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2, 1164 və 1272-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.1, 217.3, 372 və 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdeh1 kassasiya şikayətinə qarşı məhkəməyə yazılı şəkildə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçılar nə iddia ərizəsində, nə də iş üzrə məhkəmələrdə aparılan icraat zamanı 3 il birlikdə yaşamayan ər-arvadın bir birinin vərəsəsi ola bilməməsi ilə bağlı maddənin olmamasını nə yazılı, nə də şifahi şəkildə göstərməmişlər. Halbuki, vərəsəliklə bağlı vərəsəliyin dairəsi barədə ərizələr notariusa verilərkən və vərəsəlik şəhadətnaməsi alınarkən vərəsəlik işi vəkil xidməti ilə həyata keçirilmişdir. Bu za man onun vərəsə olmağı barədə iddiaçılar vəkil vasitəsi ilə notariusu məlumatlandırmamışlar. Bundan başqa, onun övladları öz paylarından cavabdehin xeyrinə imtina etmişdir. Notarius onların paylarını cavabdehin payına birləşdirmiş, nəticədə cavabdehin payı çoxalmışdır. Miras açıldıqdan sonra mərhumun mülkiyyətində olan əmək haqqı və avtomobil vərəsələr arasında heç bir mübahisə olmadan bölüşdürülmüşdür. Avtomobilin bölünməsi zamanı iddiaçılar ona 3000 manat vərəsə payı üzrə pul təklif etmişlər ki, avtomobilə olan payından imtina etsin. Cavabdeh isə avtomobilin təqribən 12000 manat dəyərinin və onun vərəsə payının digər vərəsələrin payından çox olduğunu nəzərə alaraq razılaşmamışdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırki kassasiya şikayətində iddiaçılar tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 1159. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaql arı, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və dig ər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

50. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

51. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

53. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

54. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

55. Maddə 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

56. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

57. Maddə 1273. Mi rasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

58. Maddə 1302. Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır.

59. Maddə 1321. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni ə ldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

60. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

61. Maddə 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.

62. Maddə 1324. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbu l etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər.

63. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Madd ə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 7

1. İddiaçıların kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, Cavabdeh1 09 mart 2021ci ildə vəfat etmiş əri X27 miras qalmış əmlaka dair vərəsəlik hüququndan məhrum edilməsi üçün əsasların olmaması barədə məhkəmələr düzgün nəticəyə gəlmişdir.

72. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7149/2022 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar