Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1575/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7696/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) mülkiyyətində olan “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Sığorta şəhadətnaməsinə əsasən Sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 2-ci və 3-cü hissələri olan 175,0 manat və 174,0 manat məbləğləri müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödənilməlidir. “Toyota Rav4” minik markalı, 90TV-303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 15815 manat müəyyən olunmuşdur.
2. Səbail rayon Polis İdarəsinin təhqiqatçısı Pərviz Mustafayevin 28 avqust 2021-ci il tarixli “cinayət işinin başlanıİmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi” barədə qərara əsasən, xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 saylı küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. 3. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində və X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. 4. "xxxx" ASC (bundan sonra-cavabdeh) tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 nömrəli məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Toyota Rav 4” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil sı ğorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Cəmiyyətə müraciət olunaraq “Toyota Rav 4” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə, saat 08:47-də sığorta hadisəsinə uğradığı bildirilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmışdır. Bildirmək istəyir ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 2-ci və 3-cü hissələri olan 175 (bir yüz yetmiş beş) və 174 (bir yüz yetmiş dörd) manat məbləğləri iddiaçı tərəfindən müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödənilməli olduğu halda, o, müqavilə ilə müəyyən edilmiş müddətdə ödəmək vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Ona bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə n əzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqınm müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları yoxdur. Həmçinin, bildirilir ki, hadisə baş verdikdən sonra, yəni 11 avqust saat 12:00-da iddiaçı tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti onun bank rekvizitləri təqdim edildikdə ona geri ödəniləcək. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 15815 manat məbl əğində sığorta ödənişinin, 215 gün gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 3400 manat dəbbə pulu və ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 19365 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnamə”si (sığorta müqaviləsi) bağlanaraq seriya AD 152750 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2014, mühərrik B454701, ban TMDEREV50D064541, mühərrikin həcmi 2000 m3) cavabdeh sığor ta şirkəti tərəfindən sığortalanmışdır. Şəhadətnamənin İ bölməsinə əsasən sığortalı və faydalanan şəxs iddiaçıdır. Şəhadətnamənin İİ bölməsinə əsasən əsasən sığorta məbləği 39000 manat, sığorta haqqı hissə-hissə ödənilməsi nəzərdə tutulmaqla, cəmi 524 manatdır. Hər bir hadisə üzrə azadolma məbləği isə 200 manatdır. Sığortanın başlanğıc tarixi xx.xx.2021 (saat 23:59), sığortanın bitmə tarixi xx.xx.2022-ci il tarixidir (saat 23:59). Sığorta təminatına avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın və partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq daxildir. Sığorta şəhadətnaməsinin “Xüsusi şərtlər bölməsinin 18ci bəndində qeyd edilmişdir ki, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişin in məbləğindən sığortalının ona ödəməli olduğu vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. X3 xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, özünə məxsus “Toyota Prius” markalı, 90VT568 dövlət qeydiyyat nişanlı avtomobili, X6 isə “VAZ 2106” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 saylı küçəsində idarə edərkən zəncirvari qəza törədərək, cavabdeh sığortaçıda sığortalanmış iddiaçının “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq zədələnməsinə səbəb olmuşlar. Hadisə barədə o dərhal səlahiyyətli dövlət orqanına və sığorta şirkətinə məlumat vermişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitə sinin tam sığortası üzrə şəhadətnaməsi üzrə ödənilməsi nəzərdə tutulan sığorta haqqının birinci hissəsini o, vaxtında, digər iki hissəsini isə gecikmə ilə də olsa tamamilə ödəmişdir. Cavabdeh tərəfindən sığorta ödənişindən imtina edildiyi üçün avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini aparmamış və sığorta şəhadətnaməsinin tələblərini pozmuşdur. O, avtomobili təmir edilməsi üçün servis mərkəzinə təqdim etmişdir. Dəymiş zərərin məbləği servis mərkəzi tərəfindən xx.xx.2021ci il tarixli qüsur aktına əsasən 15815 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məktublarünvanlasa da, sığorta ödənişi indiyədək ona ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/4419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə «Detailig» tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Toyota RAV-4» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13644,0 manat müəyyən edilir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-899/2022 saylı, 29 sentyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddiaçının cavabdehə qarşı sığorta ödəniş inin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın iddiaçıdan tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan halların mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır və hazırki halda cavabdeh sığorta şirkəti yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 903.1, 903.2, 903.6, 926.1, 935, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən edilməsi, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nin şərtlərinə əsasən iddiaçının mülkiyyətində olan "Toyota Rav4" minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, 32 saylı küçəsində baş vermiş sığorta hadisəsinə görə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/4419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 13644 (on üç min altı yüz qırx dörd) ma nat məbləğində sığorta ödənişi, 215 gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 2933,46 (iki min doqquz yüz otuz üç manat 46 qəpik) manat dəbbə pulu və ödənilmiş 150 manat dövlət rüsumunun, cəmi 16727,46 (on altı min yeddi yüz iyirmi yeddi manat, 46 qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xitam verilmədiyi üçün qüvvədən düşməmiş sığorta şəhadətnaməsi üzrə sığorta ödənişindən imtina əsassız olsa da, sığortaçının qüvvədə olan şəhadətnamə üzrə sığorta ödənişi verməli olduğu, həmin ödənişdən sığorta haqqını tutulmalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-20 saylı qərarı il ə təsdiqlənmiş xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının tələbləri pozulmuşdur. Həmçinin sığorta hadisəsi baş verdiyi anda sığorta şəhadətnaməsinə sığortaçı tərəfindən xitam verilmədiyinə, bu səbəbdən də Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad etməklə sığorta ödənişindən imtina üçün əsasların yaranmadığına, sığorta ödənişindən qanunsuz imtinası nəticəsində iddiaçının konstitusion hüquqları pozulmasına heç bir əhəmiyyət verməmişdir. Apellyator eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının K onstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021-ci il tarixli qərarına istinad etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7696/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, işin materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və həmin şəhadətnaməyə əsasən mülkiyyətində olan “Toyota Rav4” minik ma rkalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2014, mühərrik B454701, ban TMDEREV50D064541, mühərrikin həcmi 2000 m3) cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Şəhadətnamənin İ bölməsinə əsasən sığortalı və faydalanan şəxs iddiaçıdır. Şəhadətnamənin İİ bölməsinə əsasən sığorta məbləği 39000 manat, sığorta haqqı hissə-hissə ödənilməsi nəzərdə tutulmaqla, cəmi 524 manatdır. Hər bir hadisə üzrə azadolma məbləği isə 200 manatdır. Sığortanın başlanğıc tarixi xx.xx.2021 (saat 23:59), sığortanın bitmə tarixi xx.xx.2022-ci il tarixidir (saat 23:59). Sığorta təminatına avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın və partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq daxild ir. Sığorta şəhadətnaməsinin “Xüsusi şərtlər bölməsinin 18-ci bəndində qeyd edilmişdir ki, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişinin məbləğindən sığortalının ona ödəməli olduğu vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
16. Göründüyüu kimi, “Toyota Rav 4” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır.
17. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Cəmiyyətə müraciət olunaraq “Toyota Rav 4” markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə, saat 08:47-də sığorta hadisəsinə uğradığı bildirilmişdir.
18. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, X3 özünə məxsus “ Toyota Prius” markalı, 90VT568 dövlət qeydiyyat nişanlı avtomobili, X6 isə “VAZ 2106” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 saylı küçəsində idarə edərkən zəncirvari qəza törədərək, iddiaçının “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq zədələnməsinə səbəb olmuşlar. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində və X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə sığortalanmış “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi üçün cavabdeh sığorta təşkilatına müraciət etmişdir. 19. "xxxx" ASC iddiçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla 2021-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyinin Mülki Məcəllədə və müvafiq sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra edilməməsi və bunun da Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğu bildirilmişdir.
20. Belə ki, məktubda göstərilmişdir ki, ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmışdır. “Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzr ə müəyyən olunmuş sığorta haqqının 2-ci və 3-cü hissələri olan 175 (yüz yetmiş beş) və 174 ( yüz yetmiş dörd) manat məbləğləri İddiaçı tərəfindən müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödənilməli olduğu halda, o, müqavilə ilə müəyyən edilmiş müddətdə ödəmək vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Ona bi ldirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları yoxdur. Həmçinin, bildirilir ki, hadisə baş verdikdən sonra, yəni 11 avqust saat 12:00-da İddiaçı tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti onun bank rekvizitləri təqdim edildikdə ona geri ödəniləcək”.
21. İş materiallarında olan iddiaçı tərəfindən təq dim edilmiş xx.xx.2021-ci il tarixli X5 görünür ki, “Toyota Rav4” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 15815 manat müəyyən olunmuşdur.
22. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/4419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə «Detailig» tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Toyota RAV-4» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13644,0 manat müəyyən edilir.
23. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının vaxtında ödənilməməsi əsası ilə sığorta müqaviləsinə xitam verildiyi qeyd edilərək sığorta ödənişinin ödənilməsindən imtinasını qanunsuz sayır.
24. İş materiallarından görünür ki, iddiaçı sığorta haqqının ödənilməsində gecikməyə yol verməsini etiraf etsə də, cavabdeh sığorta şirkəti bu əsasla sığorta şəhadətnaməsinə xitam verilməsi ilə bağlı ona yazılı bildiriş göndərmədiyi səbəbdən sözügedən sığorta şəhadətnamənin hazırda da qüvvədə olmasını göstərmiş və bu halı da apelyasiya şikayətinin əsas dəlili kimi göstərmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, sığortalı xx.xx.2021-ci il tarixində sığortalanmış avtomobilin yol nəqliyyat hadi səsinə uğraması ilə əlaqədar olaraq sığortaçıya məlumat versə də, sığortalının Sığorta Şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci və 3-cü sığorta haqqı hissəsini xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də Azərbaycan Respublikası MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan 15 gün sonra da ödəməməsi işin mübahisəsiz halıdır.
26. İddiaçının sığorta hadisəsi xx.xx.2021-ci il tarixində, saat 07:05 radələrində baş verdikdən sonra sığortalının sığotra ödənişini almaqdan ötrü elə həmin gün saat 12:00-da sığorta haqqının 2-ci və 3-cü hissələrini ödəməsinə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməs i düzgün olaraq bu halı iddianın əsaslı olmasını təsdiq edə biləcək sübut kimi qiymətləndirməmişlir.
27. İş materiallarından da göründüyü kimi, "xxxx" ASC tərəfindən sığortalıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubunda sığortalıya sığorta hadisəsi baş verdikdən sonra onun tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 manat pul vəsaitinin sığortalı tərəfindən bank rekvizitləri təqdim edildikdən sonra sığortalıya geri qaytarılacağı bildirilmiş və rekvizitlər təqdim edikdikdən sonra 350 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə İddiaçı "xxxx" ASC də olan hesabına geri qaytarılmışdır.
28. Məhkəmə kollegiyası apellyatorun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası A li Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021-ci il tarixli qərarına istinad etsə də, hesab edir ki, həmin qərardakı Konstitusiya məhkəməsinin mövqeyi hazırki işin hallarına uyğun deyildir.
29. Belə ki həmin qərarda sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməli olmasına dair Mülki Məcəllənin 901.1-ci maddəsinin məzmununa şərh verilmişdir ki, bu hal da hazırki işin predmetinə aid məsələ deyildir. Hazırki iddianın predmeti sığorta ödənişi ilə bağlıdır.
30. Beləliklə də məhkəmə kollegiyası sadalanan halların mövcud olması baxımından Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödə nişinin verilməsindən imtina üçün bilavasitə əsas olmasına və hazırki halda cavabdeh sığorta şirkətinin yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi işin araşdırılmış hallarına tam uyğundur.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslıdır.
32. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
33. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi məhkəmədə iştirak üçün iclas zalının qarşısında olmasına baxmayaraq vəkil və nümayəndəni zala dəvət etmədən işə baxmaqla çəkişmə prinsipini pozmuşdur.Məhkəmə tərəflər arasında bağlanılmış sığorta şəhadətnaməsinə xitam verilmədiyini, sığorta şəhadətnaməsinin qüvvədə olduğunu, hadisənin sığorta təminatı dövründə baş verdiyini, bu səbəbdən sığorta ödənişindən imtinanın qanunsuz olduğunu və yuxarıda qeyd olunan işin digər hallarını lazımınca araşdırmamışdır. Sığorta şəhadətnaməsinin “Xüsusi şərtlər” bölməsinin 18-ci bəndində qeyd edilmişdir ki, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişinin məbləğindən sığortalının ona ödəməli olduğu va xtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Mülki Məcəllənin 929cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Sığorta haqqının ilk hissəsi ödənildiyi üçün sığorta şəhadətnaməsi və sığorta təminatı qüvvəyə mindiyindən sığorta haqqının növbəti hissələri gecikdirildiyi, sığortaçının sığorta şəhadətnaməsinə xitam verilməsi üçün Mülki Məcəllənin 919.1.7 və 920-ci maddələrinin imperativ xarakterli tələblərinə əməl etmədiyi halda sığorta təminatı davam etdiyi üçün sığorta ödənişindən imtina edilməsinin qanuni olub-olmamasına sığorta institutunun mahiyyətinə uyğun olaraq düzgün hüquqi qiymət verilməl idir. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına vəqanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021- ci il tarixli Qərarının məcburi qüvvəsi nəzərə alınmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu da həmin iş üzrə qərarında sığorta haqqının ödənilmədiyi və ya gecikdirildiyi, lakin sığorta müqaviləsinə xitam verilmədiyi və şəhadətnamənin qüvvədə olduğu halda sığortaçının sığorta ödənişinin ödəməli olmasına və ödənilməmiş və ya gecikdirilmiş sığorta haqqının sığorta ödənişindən tutulmalı olmasına dair hüquqi mövqe bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassa siya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
38. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
39. Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
40. Maddə 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir.
41. Maddə 903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
42. Maddə 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
43. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
44. Maddə 935. 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.9. sığo rta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur.
48. Maddə 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.
49. Maddə 138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.
50. Maddə 138.4. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun öt ürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin çəkişmə prinsipinin pozulması dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil əsasssızdır. Belə ki, işdə iştirka edən şəxslər, onların vəkil və nümayəndələri məhkəmə bildirişi göndərilməklə iş üzrə keçiriləcək məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilirlər.Göstərilən vaxtda məhkəmə iclas zalına daxil olmaq məhkəmə iclası haqqında xəbərdar edilən şəxslərin hüququdur, həmin şəxslərin məhkəmə zalının qarşısından ayrıca şəkildə dəvət olunması MPM-də nəzərdə tutulmamışdır.
62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun olaraq sığortaçının Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi sığorta müqaviləsinə xitam verilməsindən asılı edilməmişdir.Belə imtina üçün lazımdır ki, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqaviləd ə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olsun. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də göstərilən hallar araşdırılaraq lazımi hüquqi qiymət verilmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına vəqanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021- ci il tarixli Qərarının məcburi qüvvəsi nəzərə alınmaması h alı da mövcud deyil. Belə ki, həmin qərarda məlum olur ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə 27 iyul 2018-ci il tarixli Yük Sığortası Şəhadətnaməsi verilmişdir. Tərəflər arasında sığorta haqqının sığorta müqaviləsi imzalandığı tarixdən bir ay müddətində ödənilməsi və yalnız yükün daşınması zamanı meydana gələn zərərlərə təminat verilməsi barədə razılıq əldə edilmişdir. Yükün sığorta təminatı 26 iyul 2018-ci il tarixindən başlamaqla 9 avqust 2018-ci il tarixinədək 15 gün müddətində müəyyən edilmişdir. 28 iyul 2018-ci il tarixində ərizəçinin Almaniyada əməkdaşlıq etdiyi agent “Linkinpartner Europe GmbH” şirkəti tərəfindən sığorta predmeti olan yükün itirildiyi bildirilmişdir. Cavabdeh 28 noyabr 2018-ci il tarixli məktubla ərizəçiyə müraciət edərək mübahisəli sığorta şəhadət naməsi üzrə sığorta haqqının ödənilmədiyi əsası ilə müqavilənin ləğv edildiyini bildirmişdir. İmtinanı əsassız sayan "xxxx" MMC məhkəməyə müraciət etmişdir.Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,, hazırkı iş üzrə tərəflər arasında sığorta təminatının müddəti 15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi də məhz daha uzun müddətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının göstərişlərinə uyğun olmamışdır.
64. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən işin faktiki halları ilə hazırki işin faktiki halları fərqlidir, Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqelər həmin qərarda göstərilmiş hüquq münasibəti ilə oxşar faktiki hallara malik işlərdə tətbiq olunmalıdır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil e tmir.
66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır
67. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli 2(103)-7696/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.