Məhkəmə qərarları › İş №2(102)-1577/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1577/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1577/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli 2(103)9153/2018 nömrəli qətnaməsindən üçüncü şəxs B1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Məmmədov) 05.06.2018-ci il tarixli 2(004)-245/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya q arşı “müqavilə öhdəliyinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, ******** küçəsində yerləşmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliyin icrasının həyata keçirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, E.Nəbiyev, R.Qurbanov) 29.08.2018-ciiltarixli 2(103)-9153/2018 nömrəli qətnaməsi ilə Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli 2(004)-245/2018 nömrəli qətnaməsinin Cavabdeh MTK-ya münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Üçüncü şəxs B1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə 15.05.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış 12.01.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, ******** küçəsində yerləşmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin ona təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliyin icrasının həyata keçir ilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Üçüncü şəxs B1 və vəkili X1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli mənzil 28.03.2009-cu ildə MTK tərəfindən B1 rəsmən satılmış, mənzilin dəyəri MTK-ya tam olaraq ödənilmiş, bunla bağlı onlar arasında 28.03.2009-cu ildə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə imzalanmış, eyni tarixli maliyyə arayışı vermişdir. Hazırda mənzil B1 sahibliyi və istifadəsindədir. Bu barədə iddiaçı məlumatlı olmuş, uzun müddət, yəni 11 ildən çox keçməsinə baxmayaraq mənzillə bağlı hər hansı mübahisə qaldırmamış və heç kəs mənzili mübahisələndirməmişdir. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq keçən müddət ərzində iddiaçı tərəfindən hansı səbəb mənzilin mübahisələndirilmədiyinə diqqət etməli, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul etməli olduğu halda bunu etməmişdir. Qeyd edilən qətnamənin qəbul edilməsi ilə B1 mülkiyyət hüquqları, sahiblik və sərəncam hüququ pozulmuş, məhkəmə yetərli araşdırma aparmamış və qərəzli qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi B.Həsənovun pozulmuş hüquqlarına münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli 2(103)-9153/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xah iş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, üçüncü şəxs B1 və vəkili X1 və Cavabdeh MTK-nın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.08.2018ciiltarixliqətnaməsi ilə Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli 2(004)-245/2018 nömrəli qətnaməsinin Cavabdeh MTK-ya münasibətdə dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 12 yanvar 2007-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK onun tərəfindən inşa ediləcək, Bakı şəhəri, ******** küçəsində yerləşmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130,5 kv.metr olan, 3 otaqlı 223 saylı mənzili İddiaçı təhvil verməyi, alıcı isə mənzili qəbul edib pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mübahisəli mənzil üzrə müvafiq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə ödənilmiş, iddiaçının MTK-ya heç bir borcu qalmamışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetirilməsinə baxmayaraq, müqavilə obyekti olan mənzil bugünə kimi iddiaçıya təhvil verilməmişdir. Kollegiya, Cavabdeh MTK-nın sədrinin iddia müddətinin ötürülmüş olması barədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, əvvəla Cavabdeh MTK birinci instansiya məhkəməsinin iclasları barədə lazimi qaydada məlumatlandırılmış olmasına baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclaslı haqqında məlumatlı oduqları halda qətnamə çıxarılanadək id dia müddətinin tətbiqi barədə ərizə verməmişlər; halbuki Mülki Məcəllənin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (375.2-ci maddə). “L1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şi kayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir”. Digər tərəfdən, işə apellyasiya instansiyasında baxılan zaman iddia müddətinin titbiqinə dair ərizə təqdim edilsəydi və iddia müddətinin tətbiqinə dair ərizə apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilsəydi belə, bu hal həmin ərizəni əsas götürməklə iddianın rədd edilməsinə səbəb ola bilməzdi. Belə ki, işin hallarına görə müqavilənin icrasına başlanılmamış, İddiaçı tələb etdiyi mənzil ona təhvil verilməmiş və elə bu əsasla da məhkəməyə mənzilin təhvil verilməsi tələbi ilə müraciət etmişdir. Bu o deməkdir ki, iddia müdd ətinin axımı başlamamış və iddiaçının iddia tələbinə münasibətdə iddia müddəti ötürülməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir” (Kon stitusiya Məhkəməsinin “L1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında “Cavabdeh" Mənzil-tikinti Kooperativi tərəfindən B1 verilmiş 28 mart 2009-cu il tarixli maliyyə arayışının və mövcud olduğu halda müqavilənin əsillərinin və ya lazımi qaydada təsdiq edilmiş surətlərinin apellyasiya şikayətinə əlavə edilməməklə yanaşı məhkəmə kollegiyasına təqdim edilməməsinin səbəbləri apellyatorun nümayəndəsindən soruşulduqda sonuncu bildirmişdir ki, B1 aid mübahisəli mənzillə bağlı maliyyə arayışının kserosurəti olsa da, mü qavilə onlarda mövcud deyil. Eyni zamanda, kollegiyanın iclasında işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş B1 vəkili Vəkil də qeyd edilən müqavilə və maliyyə arayışlarının onlarda mövcud olmamasını qeyd etmişdir. Bununla yanaşı, kollegiya hesab etmidir ki, hətta nəzəri olaraq qəbul edilsə ki, yuxarıda qeyd edilən sənədlərin əsilləri mövcuddur, bu halda da hazırki apellyasiya şikayətinin təmin edilməsi əsas ola bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK onun tərəfindən inşa ediləcək, Bakı şəhəri, ******** küçəsində yerləşmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130,5 kv.metr olan, 3 otaqlı 223 saylı mənzil bağlanmış müqavilə 12 yanvar 2007-ci il tarixdə, “Cavabdeh" Mənzil-tikinti Kooperativi ilə B1 arasında bağlanılması qeyd edilən müqavilə isə 28 mart 2009-cu ildə bağlanmışdır. Belə olan halda həmin mənzilə dair iddiaçı tərəfindən müvafiq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tam ödənilməklə hüquq daha öncə əldə edildiyindən, ondan sonra eyni mənzilə dair bağlanmış müqavilə mövcud olduğu halda belə əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyi n hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə ısahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, hazırda kassasiya şikayətinin dəlili olan, apelyasiya şikayətinin də dəlili olmuş “mübahisəli mənzilin dəyəri əslində üçüncü şəxs B.Həsənov tərəfindən ödənilmiş, mənzil ona satılmış, keçən müddətdə iddiaçı mənzili mübahisələndirməmiş, bu hal araşdırılmamışdır” kimi dəlili üzrə araşdırma aparmaqla hüquqi qiymətini vermiş,tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarınıdüzgünt ətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, göstərilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxs B1nun kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs B1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ciiltarixli 2(103)-9153/2018 nömrəli qətnaməsi üçüncü şəxs B1na münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyiandan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar