Məhkəmə qərarları › İş №2(102)-1577/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1577/2024

10.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1577/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X20” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi) Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan “X20” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apllyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1667/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan “X20” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)4052/2013 nömrəli icra vərəqəsinə əsasən İddiaçı (bundan sonra - iddiaçı) “X20” ASC-nin xeyrinə 45000 manat məbləğində əsas borcun, 15072 manat faiz borcun, cəmi 60072 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, i poteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulması, tutmanın iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilə yönəldilməsi, iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin açıq hərracda satılması, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbə li binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçının “X20” ASC-yə olan borcunun ödənilməsi, iddiaçının və onun ailə üzvləri X3, X5 və X6 Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4- cü mərtəbəsində yerləşən 4 otaqlı 20 nömrəli mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində tərk etməsi qət edilmişdir. 2. "xxxx" MMC-nin tələbkar LPO “X20” ASC-yə, borclu iddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı “hərracın keçirilməsinə dair” 13 dekabr 2019-cu il tarixli, 01 nömrəli bildirişə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0,1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilmişdir. 3. "xxxx" MMC-nin tələbkar LPO “X20” ASC-yə, borclu iddiaçıya və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı “hərracın keçirilməsinə dair” 27 dekabr 2019-cu il tarixli, 01/2 nömrəli bildirişinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilmişdir. 4. "xxxx" MMC-nin tələbkar LPO “X20” ASC-yə, borclu iddiaçıya və Nəsimi rayon İcra və Pro basiya Şöbəsinə ünvanladığı “hərracın keçirilməsinə dair” 17 yanvar 2020-ci il tarixli, 02 nömrəli bildirişinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000- 15%=76500 manat müəyyən edilməklə, satılmaq üçün təkrar açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 27 yanvar 2020-ci il tarixə təyin edilmişdir. 5. "xxxx" MMC-nin tələbkar LPO “X20” ASC-yə, borclu iddiaçıya və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ipoteka predmetinin əldə olunmasına dair 07 fevral 2020-ci il tarixli təklifinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsi xx.xx.2019-cu il tarixli, 20752/36270/14-5-6 nömrəli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7- ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57375 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 6. “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun 13 dekabr 2019-cu il tarixli surətinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 2ş və bildiriş “Gəraylı” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. 7. “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun 27 dekabr 2019-cu il tarixli surətinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 3iş və bildiriş “X11” adlı şəxs tərəfindən 09 yanvar 2020-ci il tarixdə qəbul edilmişdir. 8. "xxxx" MMC-nin “Hərracın yekunları barədə” 02 mart 2020-ci il tarixli, 12/01 №-li protokoluna əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli icra vərəqəsinin və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04 dekabr 2019-cu il tarixli, 20752/36270/14-6-5-6 nömrəli sifariş məktubunun icrası ilə əlaqədar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilin hərracı k eçirilmiş və ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzil təkrar hərracdan sonra 57375 manata ləğv prosesində olan “X20” ASC-yə satılmışdır.

9. Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzili “X20” ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X20” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında bağlanmış 2 mart 2020-ci il tarixli, 12/01 nömrəli protokolun və eyni tarixli hərracı n yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90000 manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddiaçının Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmamışdır. Həmçinin Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclar barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçıya məxsus mənzilin açıq hərracdan bank tərəfindən əldə edilməsi barədə ona məlumat bankın nümayəndəsi tərəfindən verilmişdir. Bundan sonra Hərrac təşkilatçısına etdiyi müraciətə cavab olaraq hərracdan keçirilməsinə dair sənədlərin surətləri iddiaçıya təqdim edilmişdir. Hərrac təşkilatçısının 13 dekabr 2019-cu il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 90000 manat olmaqla 13 yanvar 2019-cu il tarixində, 11:00-da birinci hərrac keçirilmişdir. Hərrac təşkilatçısının 17 yanvar 2020-ci il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 55250 manat olmaqla 27 yanvar 2019-cu il tarixinə 11:00-da birinci hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “FM Ekspress” məktub və poçt daşıma xidmətinin qaimələrindən məlum olur ki, hərracın yeri və vaxtı barədə bildirişlər ipoteka qoyan olaraq iddiaçının ünvan 4 ünvanına deyil, tamamilə fərqli ünvanlara ünvan 6aylı mənzillərinə göndərilmiş və həmin mənzillərdə tanımadığı şəxslər (Şəfiyeva və Gəraylı) tərəfindən qəbul edilmişdir. Halbuki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli icra vərəqəsində iddiaçının ünvanı ünvan 7 İddia ərizəsinə əlavə edilmiş mötəbər sübutlardan aydın olur ki, Hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin birbaşa tələbləri pozularaq hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı heç bir məlumat verilməmişdir. İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X20” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında 2 mart 2020-ci il tarixli, 12/01 nömrəli protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqısatqı barədə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatını fərqləndirərək, elanın verilməsinin bildirişin göndərilməsini istisna edən hala aid olmadığını müəyyən etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)367/2021 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilnin açıq hərracdan ləğv prosesində olan “X20” Açıq Səhmdar Cəmiyyətinə satılması haqqında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 mart 2020-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 12/01 nömrəli protokolun etibarsız hesab edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

13. Qətnamənin əsaslarına görə, qanunvericiliyin müvafiq qaydasına əməl edilməməsi, yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan, ipoteka qoyanın əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Belə ki, ipoteka qanunvericiliyində bir nəfərin iştirakı hərracın baş tutmamış elan edilməsinə səbəb kimi çıxış etsə də, bu hal təkrar hərracda ipoteka pred metinin ilkin satış qiymətinin dəyişdirilmədən saxlanılması üçün də əsas kimi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, hərrac mərkəzinin hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyan tərəfindən alınmadan hərracın həyata keçirilməsi barədə hərəkətləri qanuni hesab edilə bilməz. Çünki, qanunvericilik hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi vəzifəsini hərrac mərkəzinin üzərinə qoymuşdur. Lakin, hərrac mərkəzi ipoteka qoyanın şəxsən həmin bildirişləri almamasını təsdiq edən sübutlar olduğu halda hərracın keçirilməsini təşkil etdiyindən, həmin hərrac qanunun tələblərini pozulmaqla keçirilmiş hesab edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin satılması ilə bağlı keçirilmiş hərracın qanunverici liyin yuxarıda göstərilən tələblərinə uyğun olmaması müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməli, keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Məhkəmə hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. İddiaçı ləğv prosesində olan “X18” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında 2 mart 2020-ci il tarixdə əmlakın alqı-satqı barədə müqavilənin bağlanmasını göstərsə də, bu halları təsdiq edən sübutları (alqı-satqı müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini) məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mövcud olmayan müqavilənin bu halda etibarsız hesab edilməsindən də söhbət gedə bilməz. Odur ki, hərracda bağlanılmış alqı-satqı müqavi ləsinin etibarsız hesab edilməsi hissəsində tələb təmin edilməməlidir

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikasının Mülki Məcəlləsinin 415.2, 416-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 42.3, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Cavabdeh ləğv prosesində olan “X20” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli qətnaməsinə əsasən verilən icra sənədi üzrə borclu İddiaçı məhkəmə qətnaməsindən və hərrac hərəkətlərindən məlumatı olmuşdur. O, hətta icra sənədi üzrə əmlaka qoyulmuş ilkin satış qiymətini məhkəmədə mübahisələndirmiş, Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli, 2(001)414/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan başqa, icra sənədi üzrə icra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunaraq icra sənədi məhkəməyə geri qaytarılmış, lakin sonradan borclu öhdəliklərini yerinə yetirmədiyindən tələbkarın ərizəsinə əsasən yenidən icraya yönəldilmişdir. Həmçinin, İddiaçı ərizəsində göstərildiyi kimi, hərrac bildirişləri əgər səhv ünvana göndərilmişdirsə də, həmin bildirişləri alan şəxsin sonradan məktubun içərisində göstərilən düzgün ünvana çatdırılması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, bildirişin səhv göndərildi yi ünvanlar məhz qonşu binalarda yerləşir. Məhkəmə cavabdehin iddiaya qarşı olan dəlillərinə münasibət bildirmədən, həmçinin İcra şöbəsinin də prosesdə iştirakını təmin etmədən yalnız iddiaçı tərəfin maraqları üzrə qanunsuz qətnamə qəbul etmişdir. İcra şöbəsinin nümayəndəsi məhkəməyə dəvət olunduğu halda, icra məmuru tərəfindən borcluya göndərilmiş bildiriş məktublarına əsasən iddiaçının mahiyyəti üzrə işdən nə dərəcədə məlumatlı olması aydın olardı.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-6479/2021 nömrəli qətnaməsi ilə (hakimlər: İmanov Azad Nizam oğluun sədrliyi ilə, X16 və X9) apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-367/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissəd ə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Cavabdeh ləğv prosesində olan “X20” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(103)-6479/2021 nömrəli qətnaməsinin ləğv olunması və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə istinad edərək, “Hərracın yekunları haqqında” protokolu və ipoteka predmeti olan mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edib. Əvvəla, iddiaçı, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmadığını və hərrac təşkilatçısı tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar barədə ona məlumat verilmədiyini bildirsə də, işə əlavə edilmiş “FM Ekspress” məktub və bağlama daşınması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin (talonun) 27 dekabr 2019-cu il tarixli surətinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilib. Həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 8li göstərilib və bildiriş “X11” adlı şəxs tərəfindən 9 oktyabr 2020-ci il tarixdə şəxsən qəbul edilib. Səidə Şəfiyeva isə soyadından göründüyü kimi iddiaçının ailə üzvüdür. Həmçinin, Səidə Şəfiyeva tələkar “X20” ASC-nin iddiaçı olduğu mülki işi üzrə cavabdehlərdən biridir. Belə ki, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə borclu İddiaçı ümumilikdə 60132 manat kredit borcunun tutulub tələbkar “X20” ASC-nə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus olan sözügedən mənzilə yönəldilməsi və İddiaçı, habelə onun ailə üzvləri olan Səidə Şəfiyeva, İlkin Şəfiyev və Elyaz Şəfiyevin həmin mənzil satıldıqdan sonra 1 ay ərzində onu tərk etmələri qət edilib. Göründüyü kimi, işə baxan məhkəmələr bu xüsusatı nəzərə almayıblar və Səidə Şəfiyevanın bildirişi qəbul etməsini cavabdehlərdən biri tərəfindən qəbul edilməsi kimi deyil, cavabdehlərə hər hansı məlumatın verilməməsi kimi qəbul ediblər. Həmçinin, ilkin və təkrar hərraca dair bildirişlər əgər səhv ünvanlara göndərilmişdirsə də, həmin bildirişləri alan şəxsin iş üzrə iddiaçının ailə üzvü olduğu müəyyən edilir. Belə ki, bildirişlərin səhv göndərildiyi kimi qeyd edilən ünvanlar məhz qonşu binalarda yerləşən iddiaç ıya məxsus digər mənzildə yaşayan ailə üzvünə təhvil verildiyi təsdiq olunur. “İpoteka haqqında” Qanunun 42.1-ci bəndinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Qanunun mənasındandan göründüyü kimi hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi nəzərdə tutulub, lakin həmin bildirişlərin məhz həmin ünvanda cavabdehə təhvil verilməsi nəzərdə tutulmayıb. Qan una görə xəbərnaməsiz və ya sadə göndərilməsindən asılı olmayaraq göndərilmiş poçt göndərişləri çatdırılmadığı təqdirdə, məktub göndərənə geri qaytarılır. Mülki iş materiallarından görünür ki, iddiaçıya göndərilmiş poçt göndərişi geri qayıtmayıb. Bu hal poçt göndərişinin çatdırılmasını özündə ifadə edir və işin mübahisə olunmayan halıdır. Digər tərəfdən, sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə sənədləri qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədləri ünvan sahibinə verməlidir. Bu hallarda sənəd rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməyib və işi obyektiv araşdırmayıb.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(102)-5093/2022 nömrəli qərarı ilə (hakimlər: X12 (məruzəçi), X7 və X4) ləğv prosesində olan “X20” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-6479/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

21. Ali Məhkəmənin Qərarının əsaslarına görə: apellyasiya instansiyası məhkəməsi, ilkin və təkrar hərraclar barədə iddiaçıya (ipoteka qoyana) sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərilmədiyi, göndərilən bildirişlərin isə iddiaçının yaşadığı ünvana deyil, tamam başqa bir ünvana göndərildiyi, həmçinin həmin bildirişlərin fərqli şəxslər tərəfindən qəbul edildiyi və nəticədə ilkin və təkrar hərracların Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyi qənatinə gəlsə də, gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu barədə işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verməyib.

22. Bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində isə elanın və bildirişin anlayışları fərqləndirilib, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulub. Bu bax ımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmadığı üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qaninu və əsaslı sayıla bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi qətnamədə ipoteka qoyan kimi iddiaçının Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbərdar olmadığını, hərrac təşkilatçısı tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar barədə ona məlumat verilmədiyini bildirsə də, bu barədə işə əlavə edilmiş “FM Ekspress” məktub və bağlama daşınması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin (talonun) 27 dekabr 2019-cu il tarixli surətinə diqqət yetirməy ib. Belə ki, həmin qəbzin (talonun) surətindən görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilib və həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 8li göstərilib və bildiriş “X11” adlı şəxs tərəfindən 09 oktyabr 2020-ci il tarixdə şəxsən qəbul edilib. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan maddələrin tələblərini pozaraq, sözügedən hal üzrə heç bir araşdırma aparmadan, iddiaçı ilə eyni soyadı daşıyan X8 iddiaçının ailə üzvləri sırasına aid olubolmadığını dəqiqləşdirmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq, qeyd olunan bildirişin rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, işin mübahisə olunmayan hallarına görə, qonşu binada yaşasa da Səidə Şəfiyeva bilavasitə iddiaçının ai lə üzvüdür. Belə ki, bildirişi şəxsən qəbul edən Səidə Şəfiyeva “X20” ASC-nin iddiaçı olduğu 2(006)4052/2013 saylı mülki işi üzrə İddiaçılə yanaşı cavabdehlərdən biri olub və Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə borclu İddiaçı ümumilikdə 60.132 manat kredit borcunun tutulub tələbkar “X20” ASC-nə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus olan sözügedən mənzilə yönəldilməsi və onun, habelə onun ailə üzvləri olan Səidə Şəfiyeva, İlkin Şəfiyev və Elyaz Şəfiyevin həmin mənzil satıldıqdan sonra 1 ay ərzində mənzili tərk etmələri qət edilib. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu xüsusatları nəzərə almayıb və Səidə Şəfiyevanın bildirişi qəbul etməsini cavabdehlərdən biri tərəfindən qəbul edilməsi kimi deyil, cav abdehlərə hər hansı məlumatın verilməməsi kimi qiymətləndirib. Həmçinin, sözügedən bildirişlər həqiqətən səhv ünvanlara göndərilmiş olsa da belə, həmin bildirişləri alan Səidə Şəfiyeva hazırki iş üzrə iddiaçının ailə üzvü sayıldığından, qanuna görə bildiriş rəsmi qaydada verilmiş hesab edilə bilərdi. Nəzərə alınmalıdır ki, qanuna görə bildirişin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin bildirişi ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verməsi halında bildiriş rəsmi qaydada verilmiş hesab edilir.

24. Məhkəmə onu da qeyd etmişdir ki, sözügedən qətnamə üzrə icra sənədi icraya yönəldikdən sonra Nəsimi Rayon İcra Şöbəsinin sifarişi əsasında ipoteka predmeti olan mənzil "xxxx" MMC tə rəfindən 13 yanvar 2020-ci il tarixdə ilkin satış qiyməti 90.000 manat olmaqla açıq hərraca çıxarılıb, satılmadığından ilkin satış qiyməti 90.000-15%=76.500 manat müəyyən edilməklə təkrar hərraca çıxarılıb və hərracın keçirilməsi 27 yanvar 2020ci il tarixə təyin edilib. Mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 7 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilib. Bundan sonra, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayana təklif edilib. “Hərracın yekunları haqqında” 02 mart 2020-ci il tarixli protokola əsasən sözügedən mənzil 57375 manata ləğv prosesində olan “X20” ASC-nə satılıb.

25. Kassasiya instansiy ası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, ipoteka qoyan İddiaçı ilkin və təkrar hərracların keçirilməsindən məlumatsız olması mülki iş materialları ilə açıq-aşkar təsdiq olunmur. Belə ki, işin mübahisə olunmayan hallarına görə iddiaçı əvvəl icra sənədi üzrə mənzilin ilkin satış qiymətini mübahisələndirib və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilib. Bundan başqa, sözügedən icra sənədi üzrə icra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunduğu üçün icra sənədi məhkəməyə geri qaytarılıb, lakin, sonradan borclu öhdəliklərini yerinə yetirmədiyi üçün tələbkarın ərizəsinə əsasən icra sənədi yenidən icraya yönəldilib. d) Apellyasiya instansiyası məhkəməsindəki ik inci icraat

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Xəyal Sarıyev) 2(103)-1667/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli evin 24 nömrəli mənzilinin üzərində “X20” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Kasssasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiya sı məhkəməsi qətnamədə ilkin və təkrar hərracların keçirilməsinə dair bildirişlərin ipoteka qoyan iddiaçının yaşadığı ünvana deyil, səhv ünvanlara göndərildiyini qeyd etsə də, həmin bildirişləri alan şəxsin sonradan bildirişləri məktubun içərisində göstərilən düzgün ünvana çatdırılıb-çatdırılmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sözügedən hal üzrə heç bir araşdırma aparmadan, iddiaçı ilə eyni soyadı daşıyan X8 iddiaçının ailə üzvləri sırasına aid olub-olmadığını dəqiqləşdirmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq, qeyd olunan bildirişin rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, işin mübahisə olunmayan hallarına görə, qonşu binada yaşasa da Səidə Şəfiyeva bilavasi tə iddiaçının ailə üzvüdür.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatla bağlı araşdırma apararaq qeyd etmişdir ki, X8 iddiaçının ailə üzvü olması işin mübahisəsiz halıdır. Bildirişin məhz həmin şəxs tərəfindən alınıb–alınmamasını müəyyən etmək üçün X11 şahid qismində məhkəmə iclasında dindirilərkən imzanın ona məxsus olmasını bildirdiyindən məhkəmə kollegiyası bu xüsusatın dəqiq araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyi ilə imzanın sonuncuya məxsus olmadığı, yəni hərrac təşkilatı tərəfindən bildirişlərin fərqli ünvanlara göndərilməsi ilə yanaşı bildirişin ünvanlandığı şəxsə və ya onun ailə üzvlərindən birinə çatdırılmasının müəyyən olunmadığı öz əksini tapmışdır. Bu xüsusat isə özlüyündə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanun unun yuxarıda qeyd olunan normalarının pozulmasıdır və həmin Qanunun 44-cü maddəsinin və Mülki Məcəllənin 416-cı maddəsinin tələblərinə əsasən hərracın nəticələrinin etibarsız hesab olunması üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri baxımından ləğv olunması üçün əsaslar mövcud deyildir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 aprel 2023-cü il tarixi məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzili “X20” ASC-nin adına qeydiyyatdan keçmişdir və hazır da mülkiyyətindədir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi yalnız hərracın yekunları haqqında protokolun etibarsız sayılması nəticəsinə gəlsə də “X20” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə bağlı məsələyə hər hansı münasibət bildirməmiş, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunduğu kimi, gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul etmişdir.

31. Kollegiya göstərilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, bu əsaslarla qətnamənin ləğvinə və ya dəyişdirilməsin ə əsas vermir. Lakin, qətnamədə “X20” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə bağlı məsələyə hər hansı münasibət bildirilmədiyindən qətnamə dəyişdirilərək Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli evin 24 nömrəli mənzilinin üzərində “X20” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh Ləğv Prosesində Olan “X20” (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti əvvəlki icr aatda olan dəlillərlə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu,H.Ələsgərov küçəsi, ev.10, mənzil” göstərilmiş və bildiriş “X11” adlı şəxs tərəfindən xx.xx.2020-ci ildə tarixdə qəbul edilmişdir. X1 da göründüyü kimi İddiaçı ailə üzvüdür. X2 “X20” ASC-nin iddiaçı olduğu həmin işi üzrə cavabdehlərdən biridir. Belə ki, Nəsimi rayon məhkəməsinin 2(006)4052/2013 saylı, 29 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı ümumilikdə 60.132,00 (altmış min yüz otuz iki) manat məbləğində borcun alınaraq ləğv prosesində olan“X20” ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş,İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən 24 saylı mənzilə yönəlməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi, İddiaçı və on un ailə üzvləri olan X10, X13 və X6 ünvan 10 ünvanında yerləşən 24 saylı mənzil satıldıqdan sonra onu 1 (bir) ay ərzində tərk etmələri qət edilmişdir. Lakin məhkəmələr belə bir vacib xüsusatı nəzərə almamış, X3 bildirişi qəbul etməsini cavabdehlərdən biri tərəfindən qəbul edilməsi kimi deyil, cavabdehlərə hər hansı məlumatın verilməmisi kimi qəbul etmişdir.

34. Bildiriş məhz qonşu binalarda yerləşən cavabdehə məxsus digər mənzildə təhvil verilmişdir. “İpoteka haqqında” Qanunun 42.1-ci bəndinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş gö ndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir).

35. İcra sənədi üzrə icra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunaraq icra sənədi məhkəməyə geri qaytarılmış, lakin sonradan borclu öhdəliklərini yerinə yetirmədiyindən tələbkarın ərizəsinə əsasən yenidən icraya yönəldilmişdir. Ümumən iş materiallarında olan məhkəmə protokollarından da cavabdehlərin mülki iş barədə prosesin bütün mərhələlərindən məlumatlandırılmış olmaları görünür.

36. Cavabdehə göndərilmiş poçt göndərişi geri qayıtmamışdır. Bu hal poçt göndərişinin çatdırılmasını özündə ifadə edir və işin mübahisə olunmayan halıdır. Digər tərəfdən sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqd a, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir.

37. Apellyasiya instansiya məhkəməsi tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişləri tam olaraq yerinə yetirilməmişdir. Belə ki, məhz X11 tərəfindən alınıb alınmamasını müəyyən etmək üçün şahid qismində məhkəmə iclasında dindirilmiş, ona məhkəmə iclasında tərəfimizdən suallar verilərkən bildirişdə olan imzanın məhz onun tərəfindən imzalandığı aydın olmuşdur. Belə ki, Şəfiyevə Səidə rus bölməsində təhsil almış və hal-hazırda orta təhsil müəssəsində rus bölməsinə Rus dili dərsi tədris edir. Həmin bild irişdə olan imza kiril əlfbası ilə imzalanmışdır. Bu halları Şəfiyevə Səidə məhkəmə prosesi zamanı tərəfimizdən verilən suallar zaman özü bildirmişdir. Lakin o həmçinin guya ki sonradan imzasını dəyişdiyini də bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən bu xüsusatın dəqiq araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə guya imzanın Şəfiyeva Səidəyə məxsus olmadığı müəyyən edilmişdir.

38. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə razılaşmayaraq yenidən təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə şikayətçi tərəfindən vəsatət verilmiş lakin məhkəmə vəsatəti təmin etməmiş, vəsatətin təmin edilməmisini qərarında əsaslandırmamışdır.

39. Şikayətçi hesab edir ki, təkrar ekspertiza keçirilməli idi. Çunki, qəbzdə məktub qəbul edənin açıq aydın Şəfiyevə Səidə olması qeyd edilmiş, həmçinin imza kiril əlifbası ilə imzalanmışdır. S.Şəfiyevə özü də etiraf etmişdir ki, o rus bölməsində təhsil almışdır və hal hazırda rus bölməsində tədris verir. Digər tərəfdən S.Şəfiyevənin şəxsiyyət vəsiqəsinə diqqət edilsə imzanın həmin imza ilə eyni imza olduğu açıq aydın görünür. Lakin bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Ən azından məhkəmə tərəfindən yenidən təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin edilməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıql arının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

42. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

43. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

44. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hə rracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

46. Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci madd əsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir;

47. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur;

48. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ip oteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur;

49. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər;

50. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir;

51. Maddə 43.5. Təkr ar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun;

52. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 fa iz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

53. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

68. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hü quqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

69. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

72. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1667/2023 nömrəli, 19 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar