Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1578/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin yönəldiyi şəxsin cavabdehlik daşımaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaç ı2 Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-211/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 nömrəli qətnaməsi ilə iddiaçılar X8 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bərdə Regional “AS AN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası təmin edilərək, Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş və X4 mülkiyyətində olmuş Bərdə şəhəri, Füzuli küçəsi, 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 70 kv metr yaşayış, 107,1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin dörddə bir hissəsinə X5, dörddə bir hissəsinə İddiaçı2, dörddə bir hissəsinə Cavabdeh, dörddə bir hissəsinə X2 vərəsəlik hüquqları tanınmışdır. Qətnamə qanuni qüvvəsini almışdır.
2. İqtisadiyyat Nazirli yi yanında ƏMDX DƏDKR PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/225/2024 nömrəli məlumatın təqdim edilməsi barədə məktuba əsasən sorğuda qeyd olunan Bərdə şəhəri, ünvan 2 fərdi yaşayış evi 3 nəfər ailə üzvlü ilə birlikdə Cavabdeh (paylı mülkiyyət 5/8 hissə) adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177,1 kv metr, yaşayış sahəsi 70 kv metr, yardımçı sahəsi 107,1 kv metr olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində C avabdeh adına DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
4. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177,1 kv metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhum X1na valideynlərindən vərəsəliklə keçmişdir və atalarının mülkiyyətində olmuşdur. Onlar həmin evdə doğulmuşlar və mərhum X1 analarından boşanan günədək, yəni xx.xx.2002-ci ilədək həmin evdə yaşamışlar. Valideynləri ayrıldıqdan sonra onlar analarının himayəsində yaşamışlar. Valideynləri ayrıldıqdan sonra ataları hazırkı iş üzrə Cavabdeh ilə ailə qurmuş və onların birgə nikahından uşaqları olmamışdır. Sonradan Şəlalə adlı uşağı övladlığa götürmüşlər. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra qanun üzrə birinci növbə vərəsə kimi Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə onların vərəsə kimi qeydə alınması barədə müraciət etmişlər və oradan onlara bildirmişlər ki, vərəsəlik şəhadətnaməsi 6 aydan sonra verilir. xx.xx.2022-ci ildə Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə gələrək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edərkən onlara məlum olmuşdur ki, atalarının ikinci arvadı Cavabdeh və övladlığa götürdüyü X7 vərəsə kimi özlərini qeydə aldıraraq xx.xx.2022-ci il tarixdə miras əmlakın 6/8 hissəsini qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şə hadətnamə almışlar. X7 yetkinlik yaşına çatmamışdır və hazırda anası Cavabdeh ilə birlikdə yaşayır. Bundan sonra onlar vərəsəlik şəhadətnaməsinin ləğvinə dair iddia qaldırmışlar və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 nömrəli qətnaməsi ilə iddiaları təmin edilərək müvafiq şəhadətnamələr ləğv edilmiş və paylar müəyyən edilmişdir. Onlar məhkəmədə iddia qaldırdıqları bir vaxtda cavabdeh sözügedən əmlak üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnu qeydə aldırmışdır. Çıxarışın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edild iyindən çıxarış da ləğv edilməlidir.
5. Hüquq və vəzifələrinə, maraq və mənafelərinə toxunduğundan məhkəmənin qərardadı ilə X7 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
6. Cavabdeh və həm də üçüncü şəxs X2 qanuni nümayəndəsi olan Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 nömrəli qətnaməsi üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verdiklərini, işin hazırda Ali Məhkəmədə baxılmaqda olduğunu və həmin işin hazırkı işlə bağlı olduğunu nəzərə alaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.
7. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDKR PHŞ-nin 7 sa ylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 321-3-46/21156/2024 nömrəli məlumatın təqdim edilməsi barədə məktuba əsasən sorğuda qeyd olunan Bərdə şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 3 nəfər ailə üzvü ilə birlikdə (paylı mülkiyyət) xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə hazırda Cavabdeh, X7 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və bununla bağlı hüquqmüəyyənedici sənədlərin surəti təqdim edilmişdir. Əmlakın özgəninkiləşdirilməsi barədə məlumat idarədə aşkar edilməmişdir.
8. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-898/2024 nömrəli iş üzrə 1 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177,1 kv metr, yaşayış sahəsi 70 k v metr, yardımçı sahəsi 107,1 kv metr olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh adına DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın etibarsız hesab olunması qət edilmişdir (hakim Fuad Babaşov).
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 nömrəli qətnaməsindən iddiaçıların hər birinin X1ndan miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində dörddə bir hissədə payları müəyyən edilsə də, DƏDKR PHŞ-nin 7 saylı Ərazi İdarəsinin sonuncu məktubundan görünmüşdür ki, həmin qətnamə üzrə paylar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və da şınmaz əmlakın dövlət reyestrində olan hazırkı cari hüquqi rejimə (vəziyyətə) əsasən miras qalmış fərdi yaşayış evi üzərində Cavabdeh, X7 və X4 paylı mülkiyyət hüquqları olduğu kimi qalmaqdadır. Həmin hal isə iddiaçılara məktubun tarixi olan xx.xx.2024-cü il tarixdən bəlli olduğundan iddiaçılar vaxtında, yəni əqdlərin etibarsızlığı ilə bağlı kəsici müddət keçmədən həmin müddət daxilində, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Belə olan halda iddiaçıların iddiası əsaslıdır və təmin edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, iddianın başlığında çıxarışın etibarsızlığı qeyd edilsə də xahiş etdi hissəsində çıxarışın ləğv olunması xahiş edilmişdir. Məhkəmə hesab etmişdir ki, çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hüquqların nəticəsi olmaqla daha çox mülki m ünasibətlərin nəticəsi olduğundan və inzibati akt hesab edilmədiyindən, hazırkı mübahisə isə mülki hüquq xarakerli münasibətlərdən yarandığından məhkəmə iddia tələbini çıxarışın etibarsız hesab edilməsi tələbi kimi qəbul etməklə həmin tələbə hüquqi qiymət verib iddianın təmin edilməli olması qənaətinə gəlmişdir.
11. Eyni zamanda məhkəmə əlaqəli işə Ali Məhkəmədə baxılması ilə bağlı cavabdehin iddiaya baxılmalı olmaması və geri qaytarılması ilə bağlı ərizəsinə baxaraq qeyd etmişdir ki, iş üzrə verilmiş kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1536/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldığından birinci instansiya məhkəməsinin əmlak üzərində payların müəyyən edilməsinə dair qətnaməsi qanuni qüvvəyə minmi şdir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun, həmçinin də, övladı X2 mülkiyyət hüququnu birbaşa məhdudlaşdırmağa, bununla da onun və övladının konstitusion hüququ olan mülkiyyət hüququnu pozmağa yönəlmişdir. ünvan 1 ünvanında yerləşən 177,1 kv metr ümumi sahəli fərdi yaşayış evi üzərində tikildiyi 0,06 ha torpaq sahəsi ilə birlikdə qanuni sənədlərlə - reyestr Çıxarışı və Texniki pasportu ilə onun və övladı Şəlalə İbrahimovanın 5/8 hissəsi xüsusi mülkiyyətdədir, mərhum əri Yaşar İbrahimovdan onlara qanun üzrə vərəsələri kimi keçmişdir, onlara həmin daşınmaz əmlaklara dair reyestr çıxarışı və texniki pasport isə dövlətin tam səlahiyyətli orqanları t ərəfindən verilmişdir. Məhkəmə qətiyyən nəzərə almamışdır ki, iddiaçıların 2002-ci ildən sonra nə X1 ilə, nə də hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaqla heç bir əlaqələri olmamış, 2002-ci ildən etibarən Mingəçevir şəhərində analarının yanında və himayəsində yaşamışlar. O isə, 2004-cü ildən Yaşar İbrahimovla rəsmi nikah münasibətində olmaqla onun arvadı kimi həmin evdə daimi yaşamış, torpağını daima əkib-becərmiş və mühafizə olunmasını təmin etmişdir. Belə olan halda evdə və torpaqda heç bir əməyi-zəhməti olmayan iddiaçıların mirasdan onunla və qızı Şəlalə ilə bərabər pay almaları ədalətsizlik və qanunsuzluqdur. Məhkəmə həmin miras əmlaklara onun zəhmətini, o cümlədən də, miras qoyana bağlılığını, həyatının sonuna kimi onun qayğısına təkbaşına qalmağın ı, dəfnini və yas mərasimini onun həyata keçirməyini nəzərə alaraq bu miras əmlaklarda onun üstün pay hüququnu müəyyən etməli idi. Məhkəmə bunu da etməməklə, Mülki Məcəllənin 1291 və 1299-cu maddələrinin tələblərini də pozmuşdur. Məhkəmə iddiaçılardan onların 2002-ci ildən sonra həmin miras əmlaklara, o cümlədən də miras qoyan mərhum atalarına bağlılıqlarını təsdiq edən hər hansı bir sübut təqdim etmələrini tələb etməmişdir, nə də iddiaçılar öz təşəbbüsləri ilə belə sübutlar təqdim etməmişlər. Məhkəmə sübutların qiymətləndirilməsində qeyri-obyektivliyə yol verərək rəsmi mülkiyyət sənədləri ilə birgə nikah dövründə (2007-ci ildə) mərhum həyat yoldaşı Yaşar İbrahimovun əldə etdiyi hazırkı mübahisənin predmeti olan evi və onun yerləşdiyi torpaq sahəsini nikahdan əvvəl əldə edilmiş əmlaklar ki mi qiymətləndirmişdir. Bundan başqa, məhkəmə iddiaçıların hər ikisinin 2002-ci ildən etibarən hal-hazıradək Mingəçevir şəhərində daimi yaşamaqla iddia etdikləri miras əmlaklarla heç bir bağlılıqlarının olmamasına dair sübutlara və məhkəməyə izahatında bildirdiklərinə düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq bu faktı nəzərə almadan bərabər pay bölgüsü aparmışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-211/2025 nömrəli mülki iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir (hakimlər Mustafa Mustafayev (sədrlik edə n və məruzəçi), Fikrət Mehdiyev və Rəhman Muradov).
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar Cavabdeh qarşı DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etsələr də, Cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyildir. Belə ki, DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququna dair qeyd Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən aparıldığından çıxarışın ləğvi tələbi də həmin orqana qarşı verilə bilərdi.
17. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçıların Cavabdeh qarşı DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan rədd olunmalıdır.
18. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 19, 139 və 140-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçılar (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər.
20. İddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçıların mərhum atalarının adına xeyli əvvəl DƏDRX-də qeydiyyata alınmışdır. Mülkiyyət hüququnun qeydə alınmasına dair ilkin müraciət deyil ki, hazırkı iş inzibati məhkəməyə aid edilsin. Mübahisə vərəsəliklə bağlı yaranmış, publik deyil, mülki xarakterli mübahisədir.
21. İddiaçılar şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354 və 560-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələ n münasibətlərdən məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. Maddə
140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməs i barədə hüquqi aktdır.
28. Maddə 8.0 və 8.0.4. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı (17-ci bənd) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya inst ansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərinin araşdıraraq hesab edir ki, aşağıldakı əsaslara apellyasiya məhkəməsinin qətnaiməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
38. Belə ki, iş materaillarına görə Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş və miras əmlak olan Bərdə şəhəri, Füzuli küçəsi, 1 ünvanda yerləşən y aşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin dörddə bir hissəsinə X5, dörddə bir hissəsinə İddiaçı2, dörddə bir hissəsinə Cavabdeh, dörddə bir hissəsinə X2 vərəsəlik hüquqları tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
39. İddiaçılar artıq göstərilən qətnamə ləğv olunmuş Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlak olan yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair 05 aprel 2022-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi adına hüquq qeydiyyata alınmış Cavabdeh göstərilmişdir.
40. İddianı rədd edən apellyasiya məhkəməsinin qənaətinə görə Cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyildir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər ə şya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən aparıldığından çıxarışın ləğvi tələbi də həmin orqana qarşı verilə bilərdi və iddiaya cavab verməli şəxs DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsidir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən miras əmlaka yeni qaydada hüquqların qeydiyyata alınmasından imtina olmadan artıq hüquqi əhəmiyyətini itirmiş çıxarışın ləğvi tələbini irəli sürməkdə iddiaçının marağının nədən ibarət olması, ümumiyyətlə hazırkı tələbə məhkəmədə baxılmalı olub-olmasını müzakirə etmədən apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab oluna bilməz.
42. İşdən görünür ki, cavabdehin adın a miras əmlaka mülkiyyət hüququnun 05 aprel 2022-ci il tarixdə qeydiyyata alınması Vərəsəlik hüququ haqqında şəhadətnəmələrə əsasən aparılmış və artıq qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə həmin şəhadətnəmələr ləğv edilmiş, qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlak vərəsələr arasında, hər birinin dörddə bir hissədə payı edilməklə bölünmüşdür. Bununla da cavabdehin adına verilmiş 05 aprel 2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənəd kimi öz hüquqi əhəmiyyətini itirmişdir.
43. Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi miras əmlaka hüquqların yeni qaydada qeydiyyata alınması üçün əsasdır. Reyestri aparan orqan məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən miras əmlaka h üquqların yeni qaydada qeydiyyata alınmasından imtina etdiyi təqdirdə ərizəçinin miras əmlakla bağlı reyestrdəki əvəlki qeydiyyatın ləğvi və yeni qeydiyyatın aparılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır.
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-211/2025 nömrəli, iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.