Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1580/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X1) cavabdehlər Cavabdeh2 Sultanəhməd oğlu, Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-1580/2023 (Açar sözlər: kassasiya şikayəti vermək hüququ, kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlundan (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1566/2022 nömrəli, 07 fevral 2023-ci il tarixli qərardadından üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia təmin edilmiş, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X4 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh2 Sultanəhməd oğlu və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi (bundan sonra – Reyestr xidməti) tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X1) sahibliyinə qaytarılması qət edilmişdir.
2. Üçüncü şəxs Reyestr xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıların sahibliyinə qaytarıl mış mübahisəli torpaq sahəsinin hazırkı mülkiyyətçisi Məmmədli Əbülfəz Tofiq oğlu üçüncü şəxs qismində işə cəlb edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı4 nümayəndəsi Vəkil1 iddiadan imtina barədə ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, İddiaçı4 aid iddia tələbi üzrə icraata xitam verilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının eyni tarixli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) Reyestr xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X4 tərəfindən 4Ə-2443 reyestr nömrəsi ilə təsdiq edilərək Cavabdeh2 Sultanəhməd oğlu və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03 avqust 2017ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Reyestr xidməti tərəfindən Cavabdeh1 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* saylı, 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X1) sahibliyinə qayt arılması qət edilmişdir.
6. Reyestr xidməti kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)1449/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-639/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Reyestr xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi əsaslarından biri ondan ibarət olmuşdur ki, məhkəmə Məmmədli Əbülfəz Tofiq oğlunu üçüncü şəxs qismində işə cəlb etsə də, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verməmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlakın hazırkı titul mülkiyyətçisinin Məmmədli Əbülfəz Tofiq oğlu olmasını, qəbul ediləcək qətnamənin onun hüquq və maraqlarına toxunacağını nəzərə alaraq, işə onun iştirakı ilə baxılmasını zəruri hesab etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2(105)-1566/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
9. Qətnamədən üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlu kassasiya şikayəti vermişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 13 yanvar 2023-cü il tarixli, 2(105)-1566/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
11. Üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlu sonuncu qərardaddan kassasiya şikayəti vermişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 fevral 2023-ci il tarixli, 2(105)-1566/2022 nömrəli qərardadı ilə bu kassasiya şikayəti də geri qaytarılmışdır.
13. Qeyd olunan qərardad onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2(105)-1566/2022 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlu tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılıb. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxs Məmmədli Əbülfə z Tofiq oğlu tərəfindən mübahisələndirilmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2(105)-1566/2022 nömrəli qətnaməsindən üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlunun kassasiya şikayəti verməyə hüququnun olması müəyyən olunmamış və bu səbəbdən kasasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1, 403.1 və 407.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 fevral 2023-ci il t arixli, 2(105)-1566/2022 nömrəli qərardadının ləğv edilməsi, bu barədə qərar çıxarılması və Məmmədli Əbülfəz Tofiq oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 402.2.2 və 403.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin “kassasiya şikayətinin qaytarılması barədə qərardaddan kassasiya şikayətinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması barədə” göstərdikləri MPM-in 402.2.2-ci maddəsinə birbaşa ziddir. Həmin maddəyə görə kassasiya şikayətinin qaytarılması barədə qərardaddan yalnız o halda kassasiya şikayəti ve rilə bilməz ki, şikayət kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarılmış olsun. Hazırkı işdə isə bu hal mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllə
21. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və ko mmersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
22. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:...402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında.
23. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
24. Maddə 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
26. Belə ki, MPM-in 402.1, 402.2.2 və 403.1-cü maddələrinə əsasən iş üzrə üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlunun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən və həmin qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayət i vermək hüququ olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən ona istinad etmişdir ki, üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də kassasiya şikayəti verə bilməz. Məhkəmə MPM-in 403.1-ci maddəsinə istinad edərək, mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı və ya cavabdeh qismində iştirak etməsi kifayət etmir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onun hüquq və vəzifələrini pozulması iddia olunmalı, yaxud həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması açıq-aşkar əsassızdır və prosessual q anunvericiliyin tələblərinə ziddir.
29. Belə ki, Məmmədli Əbülfəz Tofiq oğlu işə birinci instansiya məhkəməsində baxılması zamanı ümumiyyətlə işdə iştirak etməyə cəlb edilməmişdir. O yalnız birinci apellyasiya baxışı zamanı mübahisəli daşınmaz əmlakın hazırkı titul mülkiyyətçisi olduğu, qəbul ediləcək qətnamənin onun hüquq və maraqlarına toxunacağını nəzərə alınaraq üçüncü şəxs qismində işə cəlb edilmişdir.
30. Həmçinin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Reyestr xidməti apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin aktını tam yoxlamış və qətnaməni dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin qətnaməsini həm də Məmmədli Əbülfəz Tofiq oğlunun mülkiyyətində olan mübahisəli torpaq sahəsinin iddiaçıların sahibliyinə qaytarılması tələbinin təmin olunası hissəsində də dəyişdirilmədən saxlamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında yenidən yoxlanılması qeyri-mümkündür.
31. Mövcud vəziyyətdə isə iş üzrə üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlunun apellyasiya instansiyası məhkəməsini qətnaməsindən kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən İ hissəsinə, habelə MPM-in 402.1 və 403.1-ci maddələrinin tələblərinə uyğun hesab edilə bilməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alara q hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş kassasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu barədə məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Məmmədli Əbülfəz Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1566/2022 nömrəli mülki iş üzrə 07 fevral 2023-ci il tarixli qərardadı ləğv edilsin və iş kassasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu barədə məsələyə yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.