Məhkəmə qərarları › İş №2(102)-1588/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1588/2023

03.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1588/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququ üzrə mülkiyyət hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(106)-2030/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dek abr 2022-ci il tarixli, 2(106)-2030/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1588/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 6DX-102/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(106)-2030/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayətinin verildiyini qeyd edərək həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Şirvan Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə kollegi yası, Şirvan Apellyasiya Məhkəməsinin məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, kassasiya məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respubl ikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1588/2023 nömrəli xx.xx.2023-cü il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar