Məhkəmə qərarları › İş №2(102)-1592/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1592/2019

04.03.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1592/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X9, Cavabdeh və vəkili X34 iştrakları ilə. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim: T.A.İsmayılov; 2(016)-50/2018) İddia çı cavabdeh X14 və maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı 07 avqust 2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmiş, Ağsu rayonunun ******** kənd Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 07.02.2013cü il tarixdə təsdiq olunmuş və 11 saylı reyestrlə qeydə alınmış “Ağsu rayonu, ******** kəndində yaşayan X20 Ağsu rayonu,********* kəndində yerləşən mərhum baldızı X4 yeganə varisi olduğu üçün onun adına tikdirdiyi 8x9=72 metrlik fərdi yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsini, ümumiyyətlə nəyi varsa hamısını oğlu X14 vəsiyyət etməsi barədə vəsiyyətnamənin bağlandığı andan etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 okty abr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və İ.F.Quliyev; 2(107)-2147/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş,yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh X14 və maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi nümayəndəliyinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin halları İddiaçı X21 cavabdeh X14 və maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı 07 avqust 2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X22 adından 07 avqust 2013-cü il tarixdə tərtib edilmiş və Ağsu Rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1965-ci ildə Ağsu rayonu, *********kəndində anadan olmuşdur. X3 özünün övladı olmadığına görə onu uşaqlıqdan öz övladı kimi böyüdüb saxlamışdır. X31 rayon *********kəndində ona məxsus olan 0.04 ha torpaq sahəsi və onun üzərindəki evi adına keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək 56 nömrəli qaytanlanmış şəxsi hesab kitabında, 13 nömrəli kitabda təsərrüfat başçısı yerində öz adını çıxartdıraraq adını yazdırmış və bununla da torpağın və onun üzərində olan tikilini ona bağışlamışdır. X29 v ə X16 dəfələrlə ona qarşı müxtəlif iddialar qaldırmaqla həmin torpaq sahəsini və fərdi yaşayış evini qanunsuz olaraq əldə etmək istəmişdir. Belə ki, sonuncu dəfə X29 və X16 Ağsu rayon İcra Hakimiyyətinə, ona və DƏDRX—nin 14 saylı Ərazi İdarəsinə qarşı “Ağsu rayon Aqrar İslahat Komissiyasının 13.07.1998-ci il tarixli, 07 saylı qərarın X17 400 kv.m torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi”nə dair iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdilər. Məhkəmə araşdırması zamanı X24 vəfat etmiş və X32 məhkəməyə “saxta vəsiyyətnamə” təqdim etmişdir. Halbuki həmin vəsiyyətnamə məhkəmə proseslərinin heç birində təqdim edilməmişdir. Vəsiyyətnamədən görünür ki, X29 ölən günədək ona məxsus olan Ağsu rayon *********kəndindən yerləşən, baldızı X5 yeganə varisi olduğu üçü n onun adına tikdirdiyi fərdi yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsini oğlu X14 vəsiyyət edir. Həmin vəsiyyətnamə 07 avqust 2013-cü ildə tərtib edilir və Ağsu rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X25 tərəfindən təsdiq edilir.Həmin vəsiyyətnamə aşağıdakı əsaslarla saxta olduğu təsdiq edilir və etibarsız hesab edilməlidir: Ağsu rayon *********kəndinin 09.12.1986-cı il tarixə təsdiq edilmiş torpaq kadastrı kitabının 66-cı səhifəsində, 12-ci sırada ona 0.04 ha torpaq sahəsi ayrılması barədə qeydiyyat vardır.X33 kitabında 16.12.2013-cü il tarixində 1078 nömrə ilə qeydə alınmış, A476925 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ona Ağsu Rayon Aqrar İslahat Komissiyasının 13.07.1998-ci il tarixli, 07 saylı qərarı ilə fərdi yaşayış ev i tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin 25.10.2013-cü il tarixli, 474 saylı rəyindən görünür ki, “ünvan 1 ünvanında qeydiyyatda olan X15 rayonun *********kəndində istifadəsində olan 0.04 ha həyətyanı torpaq sahəsinə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq torpağa mülkiyyət hüququna dair şəhadətnamələr hazırlanarkən texniki olaraq X15 istifadəsində olan həyətyanı torpaq sahəsinə şəhadətnamə verilməmişdir.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsində saxlanılmış arxiv sənədlərinə və eləcə də Ağsu Rayon İcra Hakimiyyətinin 06.09.2013-cü il tarixli, 227 saylı arxiv arayışına əsasən X15 istifadəsində olan 0.04 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin veri lməsi məqsədə müvafiqdir. Həmçinin A476925 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağsu rayon *********kəndində yerləşən 400 kv.m torpaq sahəsi Ağsu rayon Aqrar İslahat Komissiyasının 13.07.1998-ci il tarixli, 07 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün ona verilmiş torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmiş və Dövlət Torpaq və Kadastrı kitabında 16.12.2013-cü il tarixdə 1078 nömrə ilə qeydiyyata alınmışdır. Bundan əlavə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsinin 01.07.2015-ci il tarixli məktubundan da görünür ki, təsərrüfatbaşına kitabda olan məlumatlar barədə arayış kənd yerlərində mövcud olan evlərin üzərində hüquqların qeydiyyata alınması üçün əsaslardan biri hesab olunur. Təsərrüfatbaşına kitabda olam məl umatlar barədə arayış AR Prezidentinin 13.01.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na daxil edilmişdir. Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu rayon Dövlət Arxivinin 06.09.2013-cü il tarixli, 227 nömrəli arxiv arayışından və arxivdə saxlanılan təsərrüfatbaşına kitabların müvafiq səhifələrinin təsdiq edilmiş surətlərindən də görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan *********kənd sovetinin *********kəndinə aid təsərrüfatbaşına 2-ci kitabın 31-32 səhifələrində X21 təsərrüfat başçısı olmaqla, adına 0.04 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Bundan əlavə,Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2015-ci il tarixli, 2-1(86)-864/2015 saylı qərarı ilə cavabdeh Ağsu rayon İcra Hakimiyyəti başçısının *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin üzərinə iddiaçı X17 təsərrüfatbaşına kitablardakı məlumatlar əsasında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə təqdim edilməsi üçün tələb olunan arayışın verilməsi vəzifəsi qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə minmiş və tələb olunan arayış ona verilmişdir. Ağahəsən Mehibov qanunsuz olaraq əmlakı ələ keçirmək və ona dair mülkiyyət hüquqlarının rəsmiləşdirərək digər oğlu Cavabdeh bağışlamaq məqsədi ilə müxtəlif cəhdlər etmişdir. Ona qarşı müxtəlif iddialar qaldırmaqla ona mülkiyyət hüququnun həyata keçirilməsi üçün maneələr yaratmışlar. Belə ki, Ağsu rayon Məhkəməsinin 01 dek abr 2014-cü il tarixli, 2(016)-816/2014 saylı qətnaməsinə əsasən, iddiaçı X22 cavabdehlər X15 və DTXK-nın Ağsu rayon şöbəsinə (hazırda AR DƏDRX-nin Ağsu rayon Ərazi İdarəsi) qarşı “torpağın mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədlərin etibarsız sayılmasına, torpaqdan istifadə hüququna xitam verilməsinə, daşınmaz əmlakın başqasının qanunsuz sahibliyindən geri qaytarılmasına və torpaq sahəsindən çıxarılmasına dair” iddia tələbləri rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə, Ağsu Rayon Məhkəməsinin 29 aprel 2015-ci il tarixli, 2(016)-212/2014 saylı qətnaməsinə görə, ərizəçi X29 maraqlı şəxslər X17 və Ağsu rayon dövlət notariat kontoruna qarşı qohumluq faktının müəyyən edilməsi və miras qalmış daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasına dai r ərizə ilə müraciət etmişdir. Həmin qətnamə ilə ərizəçinin Ş8 ilə qohumluq faktı (baldızı olması) müəyyən edilsə də, Ş8 məxsus daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması hissəsində təmin olunmamışdır. Göründüyü kimi 07 avqust 2013-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamənin məhz qeyd edilən qətnamələr ilə saxta olduğu sübuta yetirilir. Vəsiyyətnamədə qeyd edilir ki, X1 yeganə varisidir və bu vəsiyyətnamə 07 avqust 2013-cü il tarixdə tərtib edilir. Belə olan halda niyə X29 vəsiyyətnamədən sonra Ağsu Rayon Məhkəməsinə Ş8 ilə qohumluq faktının müəyyən edilməsi və miras qalmış daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması iddia tələbləri ilə müraciət edir? Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2(016)-816/2014 saylı qətnaməsindən və Ağsu Rayon Məhkəməs inin 29 aprel 2015-ci il tarixli, 2(016)-212/2014 saylı qətnaməsindən görünür ki, X29 mübahisəli vəsiyyətnaməni məhkəməyə təqdim etməmişdir. Qeyd edilən qətnamələr qanuni qüvvəyə minmişdir və həmin qətnamələr mübahisəli vəsiyyətnamədə göstərilən şahidlər S6 və S6 vəsiyyətnamənin tərtib edilməsində ümumiyyətlə iştirak etməmişdirlər. Vəsiyyətnamə ilə bağlı həmin şəxslərlə əlaqə saxlamış və onlar vəsiyyətnamənin təsdiq edilməsində iştirak etmədiklərini bildirmişdilər. Vəsiyyətnamədə hətta S6 şəxsiyyət vəsiqəsinin nömrəsi də səhv göstərilmişdir. X29 məhkəmələrə verdiyi iddia tələbləri təmin olunmadığını gördükdə dərhal saxta vəsiyyətnamə tərtib etdirmişdir. Bütün bu faktlar vəsiyyətnamənin saxta olmasını təsdiq edir, ona görə də etibarsız hesab edilməlidir. Bundan əlavə qeyd etmək lazımdır ki, Ağsu Rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X25 (vəsiyyətnaməni təsdiq edən) cavabdeh X12 həyat yoldaşının yaxın qohumudur. Ona məxsus olan torpaq sahəsini və fərdi yaşayış evini cavabdehin adına keçirilməsi istiqamətində hər cür saxta sənədlər hazırlamışdır.Hətta bununla bağlı Ağsu rayon prokurorluğuna müraciət etmişdir ki, C6 əmlakını qeyri-qanuni yolla başqa birinin adına keçirməyə köməklik göstərmiş və bu məqsədlə saxta sənədlər hazırlanmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Ağsu rayonunun *********kəndində X6 məxsus.04 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsi ona doğma atası B6 miras qalmışdır. X8 xalası olmaqla 18 noyabr 1984-cü ildə vəfat emişdir. Xalasının əri isə onun vəfatından b ir neçə il əvvəl dünyasını dəyişmişdir. Onların nikahlarından uşaqları olmamışdır. X2 istifadəsində Ağsu ayonunun *********kəndində 0.04 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən divarları və dam rtüyü meşə ağaclarının qol-budağından və saman-palçıqdan tikilmiş birmərtəbəli, birotaqlı, döşəməsi torpaq olan daxması olmuşdur. X13 öz razılığı ilə həmin daxmanı sökdürərək özünün şəxsi vəsaiti ilə tikinti materialları alaraq yerində bir mərtəbəli, ikiotaqlı, qarşı tərəfində geniş eyvanı olan, bünövrəsi çay daşlarından, divarları mişar daşından, üstünün dam örtüyü dəmirdən olan fəedi yaşayış evi tikdirmişdir. Onun dəfni və yas mərasimini atası A6 öz vəsaiti hesabına təşkil etmişdir. Mərhumun sağlığında valideynləri və onlar həmin evdə yaşamışdılar, Onun vəfatından sonra da evi və həyə ti atası idarə etmişdir. Xalasının varisi olmadığı üçün, həmçinin həmin əmlaka dair vəsiyyətnamə qoymadığından onun torpaq sahəsi bacısının, anası Ə8 ailəsinin istifadəsinə keçmişdir. Anası isə 21.11.2010-cu ildə vəfat etdiyindən atası A6 istifadəsində qalmışdır. Atası orada şəxsi vəsaiti hesabına ev tikdirmiş və orada yaşamışdılar. 21 avqust 1993-cü ildə ailə həyatı quraraq ailəsi ilə birlikdə həmin evdə yaşamış, cehiz aşyaları və ailələrinə məxsus ev əşyaları həmin evdə yerləşdirilmiş və hazırda da oradadır. Atası 07 avqust 2013-cü ildə vəsiyyətnamə yazaraq özünə məxsus *********kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində tikdirdiyi evi ona vəsiyyət etmişdir. Lakin buna baxmayaraq qardaşı olan İddiaçı heç bir hüquqi əsas olmadan 0.04 ha torpaq sahəsini adna qeyd etdirmişdir. İddiaçı 17 aprel 1987-ci ildən yaşadığı *********kəndində pasport qeydiyyatından çıxaraq Bakı şəhərinə köçmüş, orada da qeydiyyata düşmüşdür.Atasına məxsus torpaq sahəsini mənimsəmək üçün saxta sənəd əldə etmək qərarına gəlmiş, 16.12.2013-cü il tarixdə keçmiş DTXK-nın Ağsu rayon.öbəsinə müraciət edərək öz adına torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Torpaq sahəsin« plan və ölçüsü tərtib edilərkən DTXK Ağsu rayon şöbəsi Ağsu rayon Aqrar İslahat Komissiyasına 13.07.1998-ci il tarixli, 07 saylı qərarına əsaslanmışdır. AR DTXK-ın Ağsu rayon Şöbəsi tərəfıncr verilmiş 25 oktyabr 2013-cüil tarixli, 474 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı Ağsu rayonunun *********kəndində 0.04 ha torpaq sahəsi verilmiş, lakin texniki səhv olaraq adına şəhadətnamə tərtib edilib verilməmişdir. 0.04 ha torp aq sahəsinin ölçüsü və planı tərtib edilib həmin torpaq saha onun adna qeydə alınarkən “Aqrar İslahat haqqında” 18 fevral 1995-ci il tarixli, “Sovxoz və kolxozların islahatı haqqında” 18 fevral 1995-ci il tarixli, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı tarixli AR Qanunlarının tələbləri pozulmuşdur. Həmin qanunlara əsasən torpaq sahəsi qanunlar qüvvəyə mindiyi günədək müvafiq kolxoz və sovxozların yerləşdiyi yaşayış məntəqələrində daimi qeydiyyatda olan və yaşayan şəxslərə verilə bilərdi. Cavabdeh isə 1990-cı ildən kənddən qeydiyyata çıxaraq Bakı şəhərinə daimi yaşamaq üçün getmişdir. Həmin torpaq sahəsi vaxtı ilə mərhum X4 istifadəsində olmuş, bu barədə Ağsu rayon Dövlər Arx tərəfindən verilmiş 05 mart 2013-cü il tarixli, 78 saylı arxiv arayışı vardır. Qeyd etdiklərini nəzə alaraq iddi anın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 1185, 1225.1, 1225.3-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında iddiaçı kassasiya şikayətinə uyğun izahat verərək, ş ikayətintəminedilməsinixahişetdilər. Məhkəməkollegiyasınıniclasında Cavabdeh şikayətinintəmin olunmamasını, Bakı Apellyasiya dəyişdirilmədən saxlanılmasınıxahişetdilər. və vəkili X34 kassasiya Məhkəməsinin qətnaməsinin Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, 3-cü şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılmas ı hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarında olan, Ağsu rayonunun *********kənd Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 07.02.2013-cü il tarixdə təsdiq olunmuş və 11 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə 07.08.2013-cü ildə iki nəfər şahidin X18 və X26 iştirakı ilə tərtib olunmuşdur. Məhkəməyə ünvanlanmış və Ağsu rayon Dövlət Notariat kontorunda 18.10.2017-ci il tarixdə, *********** nömrə ilə reyestrdə qeyd edilmiş X18 18.10.2017-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 07.08.2013-cü il tarixdə X29 tərəfindən Ağsu rayonun *********kənd ərazi dairəsi üzrə nümayəndəliyi ndə tərtib edilən vəsiyyətnamə onun iştirakı və imzası olmadan tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi mübahisə edilən əqdin mübahisələndirilməsi müddəti maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağsu rayonunun *********kənd Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 07.02.2013-cü il tarixdə təsdiq olunmuş və 11 saylə reyestrlə eydə alınmış vəsiyyətnamənin etibarsızlığı üçün əsaslar mövcud olsa da iddiaçı vəsiyyətnamənin etibarsızlığı barədə iddianı vaxtında irəli sürməmişdir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsənin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması basa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o v axt əsas hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağsu rayon şöbəsi tərəfindən verilmiş 18.09.2012-ci il tarixli, 166 saylı arayışla müəyyən edilir ki, Bakı şəhər sakini X15 adına Ağsu rayonunun *********kəndinin 09 dekabr 1986-cı il tarixdə təsdiq edilmiş torpaq kadastrı kitabında (qaytanlanmış kitabda) 66-cı səhifədə 12-ci sırada 0.04 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Ağsu rayon Dövlət Arxivi tərəfindən verilən 06 s entyabr 2013-cü il tarixli, 227 saylı arxiv arayışı ilə, arxivdə saxlanılan *********kənd sovetinin *********kəndinə aid 1991-1995ci illərin təsərrüfatbaşına 2-ci kitabın 31-32-ci səhifələri ilə X15 təsərrüfat başçısı olmaqla, adına 0.04 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir. 07.08.2013-cü il tarixli, reyestrdə 06 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surəti ilə müəyyən edilir ki, Ağsu rayonu, *********kəndində yaşayan X29 Ağsu rayonu, *********kəndində yerləşən mərhum baldızı X4 yeganə varisi olduğu üçün onun adına tikdirdiyi 8x9=72 kv.metrlik fərdi yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsini, ümumiyyətlə nəyi varsa hamısını oğlu X14 vəsiyyət etmişdir. Vəsiyyətnamə *********kənd ərazi dairəsi üzrə icra nümayəndəsi C6 tərəfindən təsdiq edilmiş, şahidlər X27 və X26 imzasın ın həqiqiliyi təsdiq edilmişdir. olan 25 oktyabr 2013-cü il tarixli, 463 saylı arayışla müəyyən olunur ki, Respublika Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı və 29 may 2008-ci il tarixli, 120 nömrəli qərarlarına müvafiq olaraq Ağsu rayon İcra Hakimiyyətinin 06 sentyabr 2013-cü il tarixli, 227 saylı arxiv arayışına əsasən ünvan 3 ünvanda qeydiyyatda olan X15 Ağsu rayonunun *********kəndində istifadəsində olan torpaq sahəsi 0.04 hektardır və normativ qiyməti 46.29 manatdır. X33 kitabında 16 dekabr 2013-cü il tarixdə, 1078 nömrə ilə qeydə alınmış, A476925 saylı torpaq sahəsinin planı və ölçüsündən də görünür ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün X17 400 kv metr torpaq sahəsi ayrılmışdır. Ağs u rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2016-ci il tarixli, ***** saylı arayışla müəyyən edilir ki, Ağsu rayon İcra Hakimiyyətinin *********kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus təsərrüfatbaşına kitablardan 2011-2015-ci iləəri əhatə edən 8-ci kitab 22-ci səhifədə X15 adına 0.04 ha həyətyanı torpaq sahəsi və həmin sahədə 1981-ci ildə tikilmiş ümumi sahəsi 30 kv.m olan fərdi yaşayış evi mövcuddur. Ağsu rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2(016)-816/2014 saylı qətnaməsinə əsasən iddiaçı X22 cavabdehlər X21 və AR DTXK-ın Ağsu rayon şöbəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair hüquq müəyyənedici sənədlərin etibarsız sayılması, torpaqdan istifadə hüququna xitam verilməsi, daşınmaz əmla kın başqasının qanunsuz sahibliyindən geri qaytarılması və torpaq sahəsindən çıxarılması tələbi rədd edilmişdir. Ağsu Rayon Məhkəməsinin 29 aprel 2015-ci il tarixli, 2(016)212/2015 saylı qətnamənin surəti ilə müəyyən edilir ki, ərizəçi X22 maraqlı tərəf Ağsu rayon Dövlət Notariat kontoruna qarşı qohumluq faktının müəyyən edilməsi və miras qalmış daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair ərizəsi qohumluq faktının müəyyən edilməsi hissəsində təmin edilmiş,qalan hissədə təmin olunmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2017-ci il tarixli, 2-1(086)-2321/2017 saylı qərarı ilə Ağsu rayon Aqrar İslahat Komissiyasının 13.01.1998-ci il tarixli 07 nömrəli qərarı X17 400 kv.m torpaq sahəsinin ayrılması hissəsində ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 2-1(107)370/2017 saylı qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyil 2017-ci il tarixli, 2-1(086)2321/2017 saylı qərarı ləğv edilmiş,iddiaçılar X29 və X12 cavabdeh Ağsu rayon İcra Hakimiyyətinə qarşı Ağsu rayon Aqrar İslahat Komissiyasının 13.07.1998-ci il tarixli, 07 nömrəli qərarın X17 400kv.m torpaq sahəsi ayrılması hissəsində ləğv olunması tələbinə dair iddia tələbi mümkün sayılmamışdır. Ağsu rayonu, *********kənd sakini X18 Ağsu rayon Dövlət Notariat kontorunda, 18.10.2017-ci il tarixdə, reyestrdə ****** nömrə ilə qeyd edilmiş ərizə ilə müəyyən edilir ki, 07.08.2013-cü il tarixdə X29 tərəfindən Ağsu rayon *********kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində tərtib edilən vəsiyyətnamə onun iştirakı və imzası olmadan tərtib edilmişdir. İddia tələbində iddiaçı Ağsu rayonun *********Kənd Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 07.08.2003-cü il tarixdə təsdiq edilmiş “X35 Ağsu rayonun *********kəndində yerləşən mərhum baldızı X19 qızının yeganə varisi kimi tək olduğu üçün onun adına tikdirdiyi 8x9=72.0 kv metr-lik fərdi yaşayış evini və 0.04 ha həyətyanı torpaq sahəsi üzərində ümumiyyətlə nəyi varsa hamısını öz oğlu Cavabdeh vəsiyyət etməsi barədə vəsiyyətnaməni” mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1231.0-1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi vəsiyyətnamənin qüvvədən düşməsi-etibarsız sayılması barədə iddianın axımı vəsiyyətnamə tərtib edildiyi gündın deyil, mirasın açıldığı gündən başlanır. Lakin, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə istinad etmiş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol verərək tərəflər arasındakı mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 oktyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar