Məhkəmə qərarları › İş №2(102)-1594/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1594/2022

19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1594/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X, X və X qarşı, X İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1039/2021 nömrəli iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu Novxanı kənd sakini X9 və X5 Abşeron rayon AİK-nın 30.08.1999-cu il traixli 28 saylı qərarı 0.08 hektar torpaq sahəsi verilmişdir.

2. X6 18 mart 1999-cu ildə, X14 02 oktyabr 2016-cı ildə vəfat etmişdir.

3. Abşeron rayon Qeydiyyat şöbəsinin 21 oktyabr 2016-cı il tarixli 1213 nömrəli arayışından görünür ki, 1952-ci ildən 1999-cu ilədək Abşeron rayonu üzrə arxiv məlumatları yoxlanılarkən X6 barəsində həmin şöbədə nikah haqqında akt qeydi aşkar olunmamışdır;

4. Abşeron rayon İHB-nın Novxanı İƏD üzrə nümayəndəsinin 13 sentyabr 2017-ci il tarixli 1888 nömrəli arayışından görünür ki, mərhumə X10 bacı-qardaşı və övladı olmamışdır. 5. ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 26 iyul 2018-ci il tarixdə X14 və X4 adına qeydiyyata alınmışdır.

6. Cavabdeh X ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsi ilə onun X10 qardaşı olması faktı müəyyən edilmiş, habelə, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)-1122/2018 nömrəli qətnaməsi ilə X bacısı X7 qalan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilmiş, bərpa edilmiş müddətin başlanması qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablanmışdır. Birinci qətnamənin 24 noyabr 2017-ci il tarixdə qanuni qüvvəsini alması barədə qeydiyyat aparılaraq hakim tərəfindən imza və möhürlə təsdiq edilmiş, ikinci qətnamə üzrə isə 15 iyun 2018-ci il tarixdə icra vərəqəsi verilmiş və həmin tarixli məktubla icra edilməsi üçün ünvan 3at ofisinə g öndərilmişdir. Bundan sonra, X xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə xxx nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 02 oktyabr 2016-cı il tarixdə ölmüş X10 vərəsəsi - qardaşı X miras əmlakdan tam hissədə irs almalı olduğu qeyd edilərək ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsində X10 payına düşən torpaq sahəsindən ibarət miras əmlaka X adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnamə əsasında ünvan 1indəki 0.08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 31 iyul 2018-ci il tarixdə X və X4 adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

7. Bundan sonra İddiaçı Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il t arixli və 15 may 2018-ci il tarixli qətnamələrindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(105)-4184/2018 nömrəli qərardadı ilə hüquq və vəzifələrinə toxunan İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X X14 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizə baxılmamış saxlanılmış, X8 ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(105)3317/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)-1122/2018 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X cavabdehlər İddiaçı və ünvan 3at kontoruna qarşı X10 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 0.08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər ünvan 3at ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 31.07.2018-ci il tarixli, **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışa əsasən verilmiş 28.07.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin yanvar ayında tərəfindən vərəsəlik ilə əlaqədər ünvan 3at kontoruna daxil olarkən, ona həmin notariat kontorunun notariusu X12 tərəfindən məlumat verilmişdir ki, tərəfindən vərəsəlik açmaq istədiyi torpağın artıq 26.07.2018-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı alınıb və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Həmin şəhadətnamə X verilmişdir. Yuxarıda qeyd olunan 26.07.2018-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və X ünvan 3at kontoru tərəfindən verilmiş şəhadətnamə qeyri-qanunu və əsassızdır. Belə ki, bibisi X6 öz övladı əvvəllər soyadı X olan, sonradan isə soyadını dəyişən X14 ilə birlikdə yaşamışdır. 20 ildən çox idi ki, bibisi və bibisinin qızına o, baxırdı. Bundan başqa bibisinə verilən torpağın üzərində tikilən və X ilə qızı X yaşadıqları evi o, öz şəxsi vəsaitinə bir neçə il ərzində tikmişdir. 1999cu ildə X vəfat etmişdir. Bibisi qızı X isə ağır onkoloji xəstə olduğu üçün, onun bütün yaşayış üçün xərclərini və dərmanların vəsaitini o, ödəmişdir. Lakin 2016-cı ildə X14 ürək çatmamazlıqdan vəfat etmişdir. X21 və X10 ondan başqa qohumları qalmamışdır. Beləliklə tərəfindən bütün sənədləri yığarkən X vərəsəliklə əlaqədər 2016-ci ildə müraciət olunmuşdur. Lakin sənədlərdə müəyyən bir promlerlər yarandığı üçün tərəfindən hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Yeganə qohumluğu olduğu üçün 25 dekabr 2017-ci il tarixdə 2(012)8950/2017 saylı Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən ərizəsi təmin edilmişdir. Bundan sonra tərəfindən ƏMDK-nin DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə gedilərkən ona məlumat verilmişdir ki, həmin torpağın üzərinə Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. Məhkəməyə gedərkən ona məlumat verilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7184/2017 saylı 23 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuş və X X10 qardaşı faktını təsd iqlətmişdir. Bundan başqa X tərəfindən onu cavabdeh qismində qoyaraq, mirasın qəbul edilməsi və müddətin uzadılmasına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)- 1122/2018 saylı qətnaməsinə əsasən məhkəmə iddiaçı X xeyrinə qətnamə çıxarmışdır. Lakin tərəfindən 15 may 2018-ci il tarixli 2(012)-1122/2018 saylı və 2(012)-7184/2017 saylı 23 oktyabr 2017-ci il tarixli hər iki qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi hər iki apellyasiya şikayətinə baxaraq 13 noyabr 2018-ci il tarixli 2(105)-4184/2018 saylı qərardada əsasən 23 oktyabr 2017-ci il tarixli 2(012)-7184/2017 saylı qətnaməni ləğv etmişdir. Bununla X qardaşı oldu ğu faktını təsdiqləyən qətnamə ləğv olunmuşdur. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(105)-331/2018 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)- 1122/2018 saylı qətnaməsi də ləğv olunmuşdur. X13 Sahib oğlu tərəfindən vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ləğv olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən tərəfindən Abşeron Rayon Məhkəməsinə “İcrada dönüş lə” əlaqədər çıxarışı və vərəsə haqqında şəhadətnaməni ləğv olunması üçün müraciət olunmuşdur. Lakin hakim X tərəfindən həmin iş üzrə rəsmi qaydada məlumat verilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində qanunvericiliyində nəzərdə tutulmadığından ərizənin baxılması mümkün deyildir.

10. Məhkəmədə işə baxılarkən, X müst əqil tələblər irəli sürən üçüncü şəxs qismində, daha sonra verilmiş ərizəyə əsasən İddiaçı iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilmişdir.

11. Məhkəmədə işə baxılarkən, müstəqil tələblər irəli sürən üçüncü şəxs X cavabdeh İddiaçı qarşı “miras qoyanın vərəsəsi kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun 1964-cü il təvəllüdlü, 02 oktyabr 2016-cı ildə vəfat etmiş X10 qanuni vərəsəsi kimi tanınmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. X tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan, ləğv edilməsi tələb olunan şəhadətnamə və dövlət reyestrindən verilmiş çıxarış adına verilmiş şəxs olduğu üçün hesab edir ki, işə müstəqil tələb irəli sürən şəxs olaraq işə qarışmaq hüququ var. O, 02 oktyabr 2016-cı il tarixdə vəfat etmiş X10 yeganə vərəsəsi olaraq ondan miras qalmış əmlakdan tam hissədə irs almağı üçün adına Abşeron rayonu 1 nömrəli notariat kontorunda 28 iyul 2018-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən də ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən (miras qoyan) X10 payına düşən hissəsi onun mülkiyyətinə verilmişdir. Buna dair verilmiş Seriya RX, № ******* olan, 31 iyul 2018-ci il tarixli çıxarışda torpaq sahəsi ümumi paylı mülkiyyət kimi göstərilib və pay sahibləri olaraq da onun adı və X3 adı yazılmışdır. Çıxarışda payçı kimi adı yazılmış X6 isə onun ögey anası, bacısı X10 doğma anasıdır. X6 hələ bacısının sağ olduğu dövrdə 18 mart 1999-cu ildə ürəkdamar çatışmamazlığı səbəbindən vəfat etmişdir. Onların birgə ümumi mülkiyyətində olan sözügedən torpaq sahəsi isə X3 vəfatından sonra X1 və istifadəsində qalmışdır. X14 anasının yeganə vərəsəsi olaraq anasının vəfatından sonra torpaq sahəsini tam olaraq istifadəsinə keçirməklə ona sahiblik etsə də torpaq sahəsini həmin hissədə adına keçirməmişdir. Yəni torpağın anasından miras qalan hissəsini vərəsə olaraq qəbul etməsi barədə ərizə ilə notariusa müraciət etməmiş, mirası faktiki olaraq qəbul etmişdir. X10 vəfatından sonra da o, X10 qardaşı və yeganə vərəsəsi olaraq ondan qalmış mirası qəbul etmişdir. Buna dair də o, yuxarıda göstərdiyi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və dövlət reyesytrindən çıxarış verilmişdir. Bacısına anasından (X2) miras qalımış əmlakı (torpaq sahəsində olan payı) öz adına keçirə bilm əyi üçün də ünvan 3at kontoruna müraciət etmişdir. Lakin oradan ona miras əmlaka dair məhkəmədə mübahisənin olduğu bildirilməklə tələbinin icrasının mümkünsüz olduğu bildirilmişdir. Məhkəmədən də ona bildirilmişdir ki, İddiaçı Abşeron rayonu 1 sayl notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmas tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun adına verilmiş şəhadətnaməni və həmin şəhadətnamə əsasında adına dövlət reyestrində aparılmış qeydiyyata dair çıxarışın ləğvini tələb edir. X3 öldüyü günə qədər qızı X14 ilə birgə yaşaması, X3 ölümündən sonra ondan miras qalmış daşınar əşyaların (mebelinin, xalça, palazının, qab-qaşığının eləcə də büt ün digər əşyalarının) və torpaq sahəsində olan payının X10 istifadəsində qalması, X10 anasının vəfatından sonra həmin torpaq sahəsində tikilmiş tikiliyə köçüb öldüyü günə kimi həmin tikilidə yaşaması, kommunal ödənişləri etməsi torpaq sahəsinin X2 miras qalmış hissəsinin qızı X14 tərəfindən faktiki qəbul edildiyini təsdiq edir. İddiaçı iddia ərizəsini belə əsaslandırır ki, adına verilmiş şəhadətnamə və çıxarış əsassızdır, bibisi X6, qızı X14 ilə birlikdə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsində tikilmiş fərdi tikilidə birlikdə yaşayıb. 20 ildən artıq müddətdə də onlara o baxıb. Bibisinin və bibisi qızının yaşadığı həmin fərdi evi də güya öz şəxsi vəsaiti hesabına o tikib. Eləcə də onun iddiasına görə bibisi X2 və bibisi qızı X7 onların vəfatı ilə əlaqədar onl ardan miras qalmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə də onların yeganə qohumu o olduğu üçün onun vərəsəlik hüququ tanınmalıdır. Cavabdeh İddiaçı ağ yalandan ibarət idda ərizəsi ilə utanmadan özünü vəfat etmiş X3 və vəfat etmiş X10 yeganə sağ olan qohumu olduğunu iddia edir. Cavabdeh İddiaçı iddia ərizəsinin həqəti əks etdirmədiyini isə onun varlığı, yəni X10 ata bir ana ayrı qardaşı olaraq var olmağı təsdiq edir. Bunu cavabdeh İddiaçı özü də yaxşı bilir. Qaldırdığı iddiaların da məqsədi ondan vicdansızcasına pul ummaqdır. Yuxarıda sadalanalara əsaslanaraq cavabdeh İddiaçı iddiasının mirasqoyanların yeganə sağ olan qohumu olması barədə yazdıqlarının yalan olmasını, cavabdehin iddiasında saxtakarlıq etməsini ifşa edə bilməyi üçün nəhayət X6 ilə X7 miras q almış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə yeganə vərəsə olduğunu təsdiqlətmək üçün hazırki iddiası ilə məhkəmədə olan işə qarışmağını düzgün hesab edir.

13. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər X, ünvan 3at ofisinə və Cavabdeh2nə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması tələbləri, müstəqil tələb irəli sürən üçüncü şəxs X cavabdeh İddiaçı qarşı miras qoyanın vərəsəsi kimi tanınması tələbi barədə iddia ərizələrinə dair mülki iş üzrə iddianın təmin edilməsi, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə dair ünvan 3at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X 02 oktyabr 2016-cı ildə vəfat etmiş X10 qanuni vərəsəsi kimi tanınmağına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məhz məhkəmə qətnamələrinin icrası qaydasında, qətnamələr əsasında verilmişdir. Hansı ki, bu şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənədlər - Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(105)-4184/2018 nömrəli qərardadı ilə ləğv edilmiş, X X14 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)1122/2018 nömrəli qətnaməsi isə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(105)- 3317/2018 nömrəli qətnaməsi ilə ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X cavabdehlər İddiaçı və ünvan 3at kontoruna qarşı X10 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 0.08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardad və qətnaməsi isə ləğv olunmamış, qanunu qüvvəsini almışdır.

15. Bundan başqa məhkəmə qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin o zamankı dövr üçün hələ ləğv olunmamasına, məhkəmə qətnamələrinin icrası qaydasında verilməsinə baxmayaraq, həmin vaxt notarius tərəfindən miras qoyanın digər vərəsələrinin dairəsi yoxlanılmamışdır. Hansı ki, verilmiş şəhadətnamənin hazırda İddiaçı maraqlarına toxunduğu müəyyən edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi andan etibarsız hesab olunmalıdır.

17. Məhkəmə burada zəruri olaraq qeyd etmişdir ki, işin faktiki hallarına uyğun olar aq və qanunvericilikdə nəzərdə tutulduğu kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab oluna bilər, hüquqi nəticə olaraq şəhadətnamə ləğv edilə bilməz. Baxmayaraq ki, İddiaçı iddia tələbində həmin şəhadətnamənin ləğv edilməsi tələbini qoymuşdur, məhkəmə hesab edir ki, tələbin həmin qaydada qoyulması iddianın qeyd olunan hissədə təmin edilməsinə maneə deyildir, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli olması Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə uyğundur, müstəsna hal kimi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir.

18. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, 31 iyul 2018-ci il tarixdə X9 və Şükürov Bahadur Sahib oğlunun adına qeydiyyata alınmış daşınmaz əmlakın Dövlət reyestrindən ******** **74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilmişdir və məhkəmə yuxarıda qeyd edilən əsaslarla həmin şəhadətnamənin etibarsız hesab edilməli olduğu barədə hüquqi nəticəyə gəlmişdir, o zaman onun əsasında verilmiş sənəd, konkret olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədə qala bilməz, ləğv edilməli, bununla da iddia həmin hissədə də təmin edilməlidir.

19. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələb edilən əmlaka münasibətdə X miras qoyan X10 qanun üzrə vərəsəsi hesab olunmasına əsas olacaq hər hansı sübut müəyyən edilməmişdir, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bu halı istisna edir. X miras qoyan şəxsin qanun üzrə vərəsəsi hesab olunmasına əsas olacaq sübutlar yoxdur, onların qohumluq münasibətləri müəyyən edilməmişdir.

20. Məhkəmə şahidlərin ifadələri ilə bağlı qeyd etmişdir ki, mübahisə üzrə gəlinmiş nəticəyə uyğun olaraq şahidlərin ifadələrində qeyd edilənlər iddianın təmin edilməsi barədə nəticəyə gəlinməsinə əsas vermir, ona görə nəzərə alınmır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 1133.1, 1243.1, 1321.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57, 58, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.3, 217.4-cü, maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Qətnamədən cavabdeh X apellyasiya şikayəti vermişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1039/2021 nömrəli iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və F.Məmmədov) cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsi ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə dair ünvan 3at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, Şükürov Bahadur Sahib oğlunun adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində X10 payına düşən torpaq sahəsinə dair ünvan 3at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə olduğu halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında ş əhadətnaməni etibarsız hesab etmiş, hansı qanunda göstərilən, hansı müstəsna halları nəzərə alaraq iddia tələbindən kənara çıxmasını isə əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi işdə iştirak edən şəxsin verdiyi tələb üzrə qətnamə çıxarmamaqla, yuxarıda qeyd edilən prosessual hüquq normasının tələbini pozmuş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, yeni qətnamə qəbul edilməklə 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir.

25. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə 31 iyul 2018-ci il tarixdə X adına daşınmaz əmlakın dövlət reyestrində 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydə alındığından və həmin şəhadətnamə ləğv edildiyindən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, X miras qoyan X10 qanun üzrə vərəsəsi hesab olunmasına əsas olacaq hər hansı sübut yoxdur və qanuni qüvvəyə minmiş yuxarıda göstərilən məhkəmə qərarları bu halı istisna edir. X17 Sahib oğlunun miras qoyan X14 ilə qohumluq münasibətləri də müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştir akçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

32. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1)

33. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (maddə 1243.1)

34. Vərəsəliyə çağırılmış şəxslər m irasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. (maddə 1321.1) “Daşınmaz əmlakın dövlət reyetri haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (maddə 2.1)

36. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (maddə 2.3)

37. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün tələb olunan əsas lardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. (maddə 8.0.4) Mülki Prossesual Məcəllə

38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

40. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

42. Kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası h esab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Bundan başqa qeyd edilməlidir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması cavabdeh Şükürov Bahadur Sahib oğlunun X14 ilə qohumluq faktı təsdiqləndikdən sonra iddia ilə müraciət etmək hüququnu istisna etmir.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1039/2021 nömrəli iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar