Məhkəmə qərarları › İş №2(102)-1594/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1594/2024

10.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1594/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X19 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs X19) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7274/202 3 nömrəli, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh MMC (şirkət) ilə X19 (sakin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 37 saylı müqaviləyə əsasən X19 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən qeydiyyatda olmaqla, Kommunal xidmətlər Müəssisəsi MMC-nin 252036 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlarından Şirkətin xeyrinə imtina edir. Müqavilənin 2-ci bəndinə əsasən sakin X19 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbəro v küçəsində yerləşən 13 saylı evdə, istifadə və sahiblik hüququ üzrə ona məxsus, faktiki 52,01 kv.m. sahədən ibarət olan mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəməyi, müqavilə təqdim olunduğu gündən 10 gün müddətində mənzili tam boşaldaraq (döşəmə, tavan, qapı, pəncərə saxlanılması şərti ilə) təhvil verməyi, Cavabdeh MMC isə həmin evi sökmək məqsədi ilə sakin X5 təhvil almağı və əvəzində müəyyən edilmiş qaydada sakin X9 ona məxsus "xxxx" ASC-də olan bank hesabına köçürmə yolu ilə 130.000 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.3-cü yarımbəndinə əsasən sakin X19 bu müqavilə üzrə təhvil verdiyi mənzilə dair 3-cü şəxslər (vərəsələr, ailə üzvləri, kirayəçi və icarəçilər və s.) tərəfindən ediləcək bütün iddialara dair məsuliyyət daşımaq, yaranacaq hər han sı tələbi qarşılamaq öhdəliyini üzərinə götürmüşdür.

2. Səlahiyyətli orqanlara ünvanlanmaqla xx.xx.2021-ci il tarixdə X20, X21 və X2 tərəfindən ayrı-ayrılıqda yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş ərizələrə əsasən qeyd edilən şəxslər ayrı-ayrılıqda ünvan 5 saylı fərdi yaşayış evinin sökülməsinə, satılmasına razıdırlar və kompensasiyanın X19 tərəfindən alınmasına etiraz etmirlər. 3. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, İT0000007 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X7 həmin bankda olan hesabına 130.000 manat məbləğində pul köçürülmüşdür.

4. Təhvil verən N.Y.Ağamalıyev və təhvil alan Cavabdeh MMC-nin direktor müavini R.Mirzəyev, menecerləri R.Bünyadov və A.Əhmədov tərəfindən imzalanmış xx.xx.2 021-ci il tarixli akta əsasən, X7 ünvan 1 ünvanında yerləşən mülkünə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu ünvanda faktiki sahəsi 52.01 kv.m olan mənzildən bütün əşyalar “Sakin” tərəfindən daşınmışdır. Mənzil giriş qapısı, həmçinin daxili pəncərəsi ilə birlikdə təhvil verilmişdir. Sanitar qovşaqdakı aksesuarlar “Sakin” tərəfindən götürülmüşdür. Su sayğacı müvafiq orqanın əməkdaşı tərəfindən təhvil götürülmüşdür. Su və qaz sayğacının təhvil götürülməsi üçün müvafiq orqanın əməkdaşlarına müraciət olunmuşdur. “Sakin” X19 bu mənzili bu vəziyyətdə sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verir. Mülkün video çəkilişi tam şəkildə akta əlavə olunur. 5. ünvan 2 ünvanında qeydiyyatda olan X10, X14 və Ə.Ələkbərov küçəsi 13 ünvanında qeydiyyatda X6 tərəfindən yazılmış və notarial qaydada təsdiq e dilmiş ərizələrə əsasən onlar ayrı-ayrılıqda İddiaçı doğulduğu gündən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşamasını təsdiq etmişlər.

6. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022ci il tarixli, 64 saylı arayışına əsasən ünvan 1 ünvanında İddiaçı, oğlu X23, qızı X15 və digər oğlu X16 qeydiyyatdadırlar.

7. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında” sərəncamından çıxarışa əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə qəsəbə daxilində boş istifadəyə yararsız olan sahələrdən X3 0,10 ha həyətyanı torpaq s ahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin surətinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış sahəsi 67,4 kv. m, köməkçi sahəsi 44,3 kv.m olan 4 otaq xx.xx.1999-cu il tarixdə, 39 saylı qeydlə mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı Cavabdeh MMC-yə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə X19 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il ta rixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə ünvan 3 ünvanda doğulmuş, orada böyüyüb həddi buluğa çatmış, evləndikdən sonra da ailə üzvləri ilə (oğlu – X23, qızı -X15 və kiçik oğlu - X16, yoldaşı rəhmətə gedib) həmin ünvanda qeydiyyatda olmaqla, yaşamışlar. Qardaşı Nazim də onlarla bir həyətdə qonşu olsa da, evlərinin giriş-çıxışı ayrı olmuşdur. Onun evinin təmirə ehtiyacı olduğundan məcburən ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq köçüb başqa ünvanda kirayədə yaşamağa başlamışlar. 2021-ci ilin oktyabr ayında evini təmir etdirmək istəyərkən cavabdehin işçiləri tərəfindən ona bildirilmişdir ki, pilot layihə var, onun evi də (həyətləri) plana düşür. Həmin vaxt onlar bild irmişlər ki, evləri plana düşənlərlə müqavilə bağlayaraq ya mənzillə təmin edəcəklər, ya da qarşılıqlı razılıq əsasında evin pulunu ödəyəcəklər. Həmin vaxt cavabdehin işçiləri onu özünü şirkətin müdiri kimi təqdim edən Rəfail Mirzəyev adlı şəxsin qəbuluna aparmışdırlar. Rəfail Mirzəyev də onu qəbul edərkən o, bildirmişdir ki, Nazim adlı qardaşı ilə bir həyətdə yaşayır, lakin onunla münasibəti yoxdur, onunla danışmır, aralarında nifaq var, bu kimi səbəblərdən hətta onunla üzbəüz gəlmək, onu görmək belə istəmir. Rəfail Mirzəyev onu dinləmiş, sonra isə bildirmişdir ki, ailə üzvlərinin sənədlərini onlara təqdim etsin. O da özünün və ailə üzvlərinin sənədlərini onlara təqdim etmişdir. Sənədlərə baxıldıqdan sonra onların surəti çıxarılaraq, götürülmüşdür. Həmçinin, onun əlaqə nömrələri götürülmü ş və ona da əlaqə nömrəsi verilmişdir. Rəfail Mirzəyev ona bildirmişdir ki, onların evinə növbə çatanda onun işçiləri onu da dəvət edəcək, onun yetkinlik yaşına çatan və qeydiyyatda olan ailə üzvlərinin hamısının imzası olmadan onların evinə dəyməyəcəklər. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun xəbəri olmadan cavabdehin işçiləri qonşuluqda yaşayan, onunla heç bir münasibəti olmayan qardaşı X19 ilə razılığa gələrək, faktiki olaraq X7 evini aldıqdan sonra, Nazimin evi ilə onu evinin arasında olan arakəsməni sökərək, onun evinə müdaxilə etmişlər. Belə ki, o, qardaşı X19 ilə bir həyətdə, iki ayrı-ayrı çıxışları olan evlərdə yaşamışlar. X7 evinin onun, onun evinin isə X7 evinə heç bir aidiyyəti olmamışdır. Vəkilinin sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdi m olunmuş cavabdehlə X19 arasında 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilə ikinci tərəf birinci tərəfin xeyrinə ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlardan imtina etmək niyyəti ilə bağlanmışdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış müqavilə onun maraqlarını, mülkiyyət hüquqlarını (istifadə, sahiblik və sərəncam) əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də onun həmin müqaviləni mübahisələndirmək hüququ yaranmışdır. Tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Bakı şəhəri, Yasamal rayon MKTB-nin 64 saylı MKİS-nin xx.xx.2011-ci il tarixli arayışına əsasən o, ailə üzvləri, oğlu – X23, qızı - X15, oğlu - X16 ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 13 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar, "xxxx" MMC t ərəfindən tərtib olunmuş Memarlıq Planlaşdırma layihə sənədindən görünür ki, ona məxsus hissə 1 mərtəbəli olmaqla, 1-otaqdan və mətbəxdən, həyətdə hamam və tualetdən ibarət olmaqla cəmi 29 kv.m təşkil edir. O, cavabdehin hərəkətləri barədə bütün dövlət orqanlarına, o cümlədən, hüquq-mühafizə orqanlarına müraciətlər, şikayətlər etmiş, qəbullarda olmuş, hər dəfə ona haqlı olduğu bildirilmiş, lakin məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göstərilənlərə əsasən onun hüquqları tikinti şirkəti tərəfindən kobudcasına pozulmuşdur.

11. Cavabdehin nümayəndəsi X33 məhkəmə iclasında iddianı qəbul etməmiş, iddiaçı mübahisəli evdə yaşamasını göstərsə də, bunu təsdiq edən sənədləri şirkətə təqdim etmədiyindən, şirkət orada faktiki olaraq yaşayan Nazim Ağamalıyevlə müqavilə bağlayaraq onun bank hesa bına 52 kv.m sahə üçün kv.m 2500 olmaqla 130000 manat pul köçürmüşlər. Əlavə olaraq izahatında bildirdi ki, ünvan üzrə qeydiyyatda çox şəxslər ola bilər və bu o demək deyildir ki, qeydiyyatda olanlara pul verilməlidir. Əsas meyar evdə yaşamaq və faktiki istifadə etməkdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X26) iddia təmin edilərək, Cavabdeh MMC ilə X19 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması X19 tərəfindən Cavabdeh MMC-yə 130.000 manat pulun qaytarılması qət edilmişdir.

13. Məhkəmə toplanmış süb utlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində qeydiyyatda olmuş, həmin ev statusuna görə özbaşına tikilidir, cavabdeh tərəf bu tikili iki otaqdan və bir girişdən ibarət olmasını göstərsə də, özünün tərtib edərək, razılaşdırdığı sxemə əsasən həmin ünvanda faktiki olaraq iki ayrı-ayrı ev, onların arasında isə giriş qapısı deyil, pəncərə formasında arakəsmə vardır. Ünvanda iki sanitariya qovşağının olması, birinin evin içində, digərinin isə həyətdə olduğu göstərilmişdir. Bu hallar məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakı ilə nümayiş etdirilmiş fleş kart və CD-də olan görüntülərlə də öz təsdiqini tapır. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə təqdim edilmiş fleş kartı və SD diskdə olan görüntülərə baxış keçiri lərkən yaşayış üçün yararsız vəziyyətdə olan evin bir ev deyil, faktiki olaraq 2 ev olması müşahidə edilmişdir. Cavabdeh tərəf sözügedən ünvanda iki sanitariya qovşağının olmasının orada iki ayrı-ayrı ev olmamasına dəlalət etmədiyini bildirsə də, məhkəmə bunu subyektiv mülahizə sayaraq hesab etmişdir ki, cavabdeh tərəf sökülən və söküldüyünə görə X12 verilən kompensasiyanı məhz bir evə görə olmaması ilə bağlı iddiaçı tərəfin dəlillərini təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən verilən vəsatət üzrə dəfələrlə cavabdehdən təhvil-təslim aktında əksini tapmış N.Ağamalıyevlə çəkilişi olan SD diskinin təqdim olunması tələb edilsə də, təqdim edilməmişlər. Qeyd edilən ünvan üzrə yalnız su sayğacı X7 adına olmuş, lakin digər xidmətlər, qaz və işıq onların atası Yaşar Ağamalıyevin adına olmuşdur. Cavabdeh tərəfindən X7 yalnız kommunal xidmətlərin ödənilməsi barədə qəbzləri və yaşayış yerinin qeydiyyatı ilə bağlı sənədləri təqdim etməklə kifayətlənərək yeganə olaraq onun həmin evdən istifadə və sahiblik hüquqlarının olmasını qəbul edərək, müqaviləni onunla bağlamağa üstünlük vermişdir. Cavabdeh X5 başqa iddiaçının da ailə üzvləri ilə orada qeydiyyatda olması barədə məlumatı olmuş, direktor müavini R.Mirzəyev bununla bağlı hətta 3-cü şəxslə də şifahi söhbət etməsini etiraf etmiş, sonuncunun qardaşı Fazilə torpaq sahəsi alaraq onun başqa yerdə yaşamasını onlara bildirsə də, buna dair sənədləri MMC-yə təqdim etməməsini də göstərmişdir. R.Mirzəyev bu iddiaçı ilə də bununla bağlı müəyyən söhbətlərinin olduğunu və evlə bağlı sənədlərin gətirməsini ona t əklif etməsini də etiraf etmişdir. Tərəflər hansı sənədlərin təqdim edliməsi barədə müəyyən anlaşmanın olmasını göstərsələr də, iddiaçı müəyyən sənədləri təqdim etməsini, cavabdeh tərəf isə iddiaçını bir neçə ay gözləmələrinə baxmayaraq heç bir sənəd təqdim etməməsini, buna görə də müqaviləni 3-cü şəxslə bağlamağa üstünlük vermələrini göstərmişlər. Həmçinin, MMC-nin direktor müavini izahatında hansı meyarla 3-cü şəxsə sökülən evin dəyərinin 3 qatını verməsinin səbəblərini izah edə bilməmişdir. Cavabdeh tərəfin izahatına əsasən 3cü şəxsə sökülən ev üzrə hər kv.m. üçün 2.500 manat olmaqla, 130.000 manat ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddianın əsassız olmasına dair izahatları inandırıcı olmamaqla bununla bağlı irəli sürülən dəlillər iddianın əsassız olması üçün ye tərli sübut kimi qəbul edilə bilməz. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Cavabdeh tərəfin iddiaçının sökülməsi nəzərdə tutulan evlə bağlı onun evə aidiyyətının olmasına dair söhbətlərinin, danışıqlarının olmasını və sonuncunun da 3-cü şəxslə aralarında mübahisəli vəziyyət olmaqla ünsiyyətlərinin olmaması barədə tam məlumatlı olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. 3-cü şəxsin təqdim etdiyi sənədlər də mübahisəli ünvanda tək onun istifadə və sahiblik hüququnun olmasını zənn etməyə belə kifayət etmirdi. Təqdim edilən sənədlərdən yalnız su sayğacı faktiki onun adına olması həmin ünvanda olan hər iki evin də ona aid olması anlamına gəlməyə əsas vermir. Digər kommunal xidm ətlər isə onun adına olmasa da onun bu xidmətlərə görə ödəniş aparması da bu qənaətə gəlmək üçün kifayət olmamışdır. 3-cü şəxs digər kommunal xidmətlər adına olan şəxs barədə belə MMC-yə rəsmi sənədlər təqdim etməmişdir. ən azı cavabdeh su sayğacından başqa digər xidmətlər üzrə abonent kimi adı qeyd edilən Yaşar Ağamalıyevin kim olmasını müəyyənləşdirməmiş, onun ölümü barədə şifahi məlumatı olsa belə, heç olmazsa ölümünü təsdiq edən sənədi 3-cü şəxsdən tələb etməmişdir. İddiaçının təqdim etdiyi sənədlər və mübahisəli ünvanla bağlı illər əvvəl ödənilən çoxsaylı ödəniş qəbzlərinin əslinin onda olması onun göstəricisidir ki, onun həqiqətən də sözügedən evlə birbaşa bağlılığı, aidiyyətı olmuş və sökülməsinə baxmayaraq, hüquq baxımından hazırda da vardır. 2016-cı ilə qədər iddiaçı ailəsi ilə fa ktiki olaraq mübahisəli ünvanda yaşamış və həmin ilin aprel ayında həyat yoldaşının vəfatı ilə əlaqədar, uşaqlarına baxılması ilə əlaqədar məcbur olaraq, qayınanasıgildə yaşamağa başlamışdır. Başqa sözlə, 2016-2017-ci illərdən sonra iddiaçının mübahisəli ünvanda daimi yaşaması faktı olmaması onun həmin evlə bütün əlaqələrinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçının və 3-cü şəxsin aralarında mübahisəli vəziyyət olması barədə tam məlumatlı olduğu halda sonuncu ilə mübahisələndirilən müqaviləni bağlamaqda bir növ tələsmiş, sökülən evlərin faktiki kimə aid olmasını müəyyən etməkdə səhvə yol vermiş, bununla da iddiaçının onun istifadəsində olan evi sökməklə həmin evin söküntüsü ilə bağlı kompensasiya məbləğini 3-cü şəxsə verməklə hüquqlarını pozmuşdur. Halbuki, cavabdeh müqav ilə bağlamaqda tələsməməli, hər iki qardaşın mübahisəli ünvanla bağlı istifadə və sahiblik hüquqlarının tam təsdiq edilməsi ilə əlaqədar öz aralarında müəyyən araşdırmalar aparmaq və ya onlara bu mübahisənin məhkəmə yolu ilə həll etmək təklifini verməli idi. Qeyd edilən təklif qəbul edilmədiyi təqdirdə, sonda yekun məhkəmə qərarının nəticəsi ilə müəyyən edilmiş şəxs və ya şəxslərlə müqaviləni bağlaması daha ədalətli və obyektiv olardı. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin X19 ilə aralarında bağladıqları 10 noyabr 2021-ci il tarixli, 37 nömrəli müqavilə nəticəsində İddiaçı istifadə və sahiblik hüququ ilə ona məxsus, istifadə və sahiblik hüququ olan evinin sökülməsi nəticəsində almağa ümid etdiyi kompensasiyadan məhrum olmuşdur. Onun hüququnun pozulm asında məsuliyyəti məhz cavabdeh MMC yuxarıda ətraflı sadalanan şəraitdə tələsik və iddiaçının evinə hüququ olmayan şəxslə müqavilə bağlamaqla pozmuşdur. Məhkəmə cavabdeh tərəfin mübahisələndirilən müqaviləni 3-cü şəxsə üstünlük verərək bağlamaları və əslində iddiaçının tələblərini 3-cü şəxsə yönəldilməli olmasına dair mövqeyinə də qiymət verərək hesab etmişdir ki, cavabdeh bu mövqeyi ilə də faktiki olaraq iddiaçının sökülən evlərə aidiyyətının olmasını təsdiq edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının sökülən evə aidiyyətı olmadığı təqdirdə 3-cü şəxsə qarşı hər hansı iddia qaldırmağı özü-özlüyündə əhəmiyyətsizdir. Lakin aidiyyətı olduğu təqdirdə belə 3-cü şəxsə qarşı iddiası olarsa bu da əhəmiyyətsizdir. Çünki işin araşdırılımış halları ilə sökülən evə birbaşa aidiyyətı təsdiq ed ilmiş iddiaçının hüquqlarının məhz cavabdeh tərəfindən 3-cü şəxslə mübahisələndirilən müqaviləni bağlamaqla və sökülən evlərə görə kompensasiya məbləğini də bütünlüklə sonuncuya verməklə kobud surətdə pozması tam təsdiq edilir. Başqa sözlə, iddiaçının hüquqlarını 3-cü şəxs MMC-ni düzgün olmayan məlumatlar verməklə, MMC isə bu məlumatlar və natamam sənədlər əsasında iddiaçının da hüquqlarını nəzərə almadan mübahisələndirilən müqaviləni bağlamaqla pozulmuşdur. Buna görə də iddiaçı müqavilənin məzmunu ilə rəsmi qaydada əldə edərək tanış olduqdan sonra hazırkı iddianı qaldırmaqda tam haqlı olmuşdur. Göstərilənlərlə əsasən, məhkəmə mübahisələndirilən müqavilənin etibarsız olması və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gəlmişdir. Bununla bağlı, məhkəmə hesab etmişdir ki, tərəf lər əvvəlki vəziyyətə qayıtdıqdan sonra cavabdeh artıq sökülməsinə baxmayaraq, iş materiallarında olan evlərin sxemlərinə və təqdim ediləcək, digər aidiyyətı və müvafiq sənədlər əsasında kompensasiyanın ədalətli surətdə ödənilməsi ilə bağlı istifadə və sahiblik hüququna malik şəxslərlə razılıq əldə etməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13-cü, 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 6.3-cü, 16.1-ci, 152.6-cı, 180-ci, 337-ci, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77ci, 80-ci, 88-ci, 106-cı, 217-ci, 218-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100.3-cü maddəsinə, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiy asının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına, “İnsan hüquqlarının və X18 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 sayl ı Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən işin hallarına qiymət verilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə mülki qanunvericiliyin tələblərini pozmaqla iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçının iddiasına əsasən o, ünvan 5 ünvanında onun sahiblik və istifadə hüququnun olmasını bildirsə də, məhkəmə sözügedən hüququn olub-olmamas ını araşdırmamış və yalnız iddiaçının mülahizəsinə əsaslanmışdır. Halbuki, iddiaçı özü etiraf etmişdir ki, həmin ünvanda 2016-cı ildən etibarən yaşamamış hazırda başqa ünvanda yaşayır. Məhkəmə qətnamə qəbul edərkən yalnız ərizəçi tərəfin təqdim etdiyi əsassız sənədlərə əsaslanmış və maraqlı tərəf kimi 3-cü şəxsin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Bununla da birtərəfli qaydada obyektiv olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində qanunvericiliyin mülkiyyət hüququ ilə bağlı normalarına əsaslanmışdır ki, halbuki hazırki iş üzrə məsələ istifadə hüququ ilə bağlı olmaqla yanaşı, iddiaçının istifadə hüququnun həmin mənzildən köçdüyü an bitməsinə əhəmiyyət verilməmişdir. Məhkəmə qətnaməsində müqavilənin etibarsız hesab edilməsinin təmin olunmasını qeyd edərək iddiaçının sahiblik v ə istifadə hüququn olmamasına diqqət yetirilməmişdir. Halbuki əvvəlcə iddiaçının iddianı qaldırmaq üçün hüququnun olub-olmaması araşdırılmalı idi. Həmçinin, məhkəmə iddia predmetindən kənara çıxaraq iddia ərizəsində tələb edilməyən məbləğ məsələsini də həll etmişdir. Onlar tərəfindən sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X30 (sədrlik edən və məruzəçi), X34 və X13) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

18. Məhkəmə kollegiyasının qənaətinə əsasən iddiaçının irəli sü rdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır, Belə ki, ünvan 5 ünvanında olan və artıq sökülmüş fərdi yaşayış evi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Həmin tikinti bir neçə otaqdan ibarət olmuş və vahid bir tikinti kimi istifadə edilmişdir. Sonradan həmin tikintinin otaqlarının iddiaçı və üçüncü şəxs arasında bölünməsi, habelə aparılmış bölgüyə uyğun yeni giriş qapısı olması, orada iki müstəqil tikintinin olması anlamına gəlmir. İddiaçı tərəfindən tikinti söküləndən sonra, yəni 2022-ci ildə aparılmış layihələndirmənin də hər hansı hüquqi əsası yoxdur. İddiaçı, onun qardaşı olan üçüncü şəxs və onların ailə üzvləri həmin evdə pasport qeydiyyatında olmuşlar. Bu səbəbdən iddiaçının hazırki iddia ilə müraciət etmək hüququnun olmasına onun həmin tikintiyə istifadə və sahiblik hüququnun olması prizmasından hüquqi qiymət verilməlidir.

19. Məhkəmə bildirmişdir ki, tərəflər mübahisələndirmirlər ki, sözügedən evdə məhz X19 və onun ailəsi yaşamış, evin söküldüyü dövrdə ona sahiblik etmiş və evin sökülməsinə öz razılıqlarını vermişdilər. Həmin dövrdə iddiaçı orada yaşamamışdır. İddiaçı özünün bildirməsinə görə, o, mübahisəli evdən həyat yoldaşı dünyasını dəyişəndən sonra (2016-cı il) köçmüş, lakin evə gəlib-getmişdir. 2021-ci ilin oktyabr ayında isə evini təmir etdirmək istəyərkən evin sökülməsi barədə ona məlumat verilmişdir. Lakin iddiaçının özü tərəfindən təqdim edilmiş və kommu nal ödənişləri əks etdirən sənədlərdə 2007-ci ilədək aparılmış ödənişlər əks etdirilmişdir. İddiaçının həyat yoldaşına aid ölüm haqqında şəhadətnamədə onun ölüm yeri kimi Abşeron rayonu, Saray qəsəbəsi göstərilmişdir. Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr də (su təchizatı istisna olmaqla. Belə ki, su sayğacı X7 adınadır) iddiaçının atası ilə bağlanmışdır. Evin sökülməsi ərəfəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda da sakin kimi X19 göstərilmiş və evdə olan bütün əşyaların onun tərəfindən daşındığı, bəzi əşyaların (giriş qapısı, daxili pəncərələr, sanitar qovşaqda olan aksessuarlar) ona təhvil verildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən ötən dövr ərzində evin sökülməsi zamanı ona məxsus olan hər hansı əşyanın məhv olunması da iddia edilməmişdir. Bununla belə, iddiaçı uzun illər bundan əvvəl (istisna deyil ki, 2007-ci ildən etibarən) daimi əsaslarla həmin evi tərk etmiş, onun evlə hər hansı hüquqi və fiziki bağlılığı qalmamışdır. Ev sökülən zaman da mövcud olmamışdır.

20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının həmin tikili üzərində 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş müddəalarına əsasən istifadə hüquqlarının yarandığı qəbul edilsə belə (hüququn anologiyasına əsasən), sonradan həmin evi daimi əsaslarla tərk edib, başqa ünvana yaşamağa getdiyindən, onun və ailə üzvlərinin bu evə olan hüquqları, o cümlədən istifadə və sahiblik hüququ itirilmişdir. Hazırda da mövcud deyildir. Bu baxımdan iddiaçı cavabdehlə üçüncü şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ni mübahisələndirmək üçün ümumiyyətlə hər hansı subyektiv hüquqa malik deyil. Bu da iddianın əsassız olduğunu şərtləndirir.

21. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, iddiaçının subyektiv hüququnun olması halı da müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, əqdin etibarsızlığı ilə bağlı qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsi z əqdlərdir.

22. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

23. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsind ə yanlış təsəvvür yaranır.

24. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

25. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

26. İşin hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilə bağlanarkən müqavilə tərəflərinin aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir. Müqavilənin 3.3.3- cü yarımbəndi isə müvafiq müqavilənin aldatma yolu ilə bağlanması deyil, X7 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edibetmədiyi müzakirə oluna bilər.

27. Kollegiya öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.2, 164.1, 165.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339.2, 339.3, 390.5, 404, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, 87-ci maddələrinə, “X44 haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsin dən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, sökülməsi nəzərdə tutulan və artıq sökülmüş ünvan 1 ünvanında yerləşən evdə həmçinin X24, oğlu X23, qızı X15 və digər oğlu X16 qeydiyyatda olmuşlar və hazırda qeydiyyatdadırlar. Mübahisəli yaşayış sahəsi statusuna görə özbaşına tikili olmuşdur. Cavabdeh tərəf tikilinin iki otaqdan və bir girişdən ibarət olmasını göstərsə də, özünün tərtib edərək razılaşdırdığı 13 saylı evin sxemindən görünür ki, həmin ünvanda faktiki olaraq iki ayrı-ayrı evin olması, onların arasında isə giriş qapısının deyil, pəncərə formasında arakəsməsinin olması aydın görünür. Daha sonra ünvanda iki sanitariya qovşağının olması da qeyd edilm işdir ki, bunlardan biri evin içində, digəri isə həyətdədir. İddiaçı sanitariya qovşağının həyətdə göstərilən hissəsinin ona məxsus olmasını və onun evinin sahəsini qardaşının evinin sahəsindən daha artıq olmasını bildirmişdir. 30. “İnsan hüquqlarının və X18 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. MMC ilə üçüncü şəxs arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Apelyasiya məhkəməsi Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad etmiş bu maddədə açıq-aydın qeyd edilir ki, mülkiyyətçi hüquqları mül kiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; burada onun həmin evdə daimi qeydiyyatda olmağı, orada kommunal xidmətlərin ödənişlərini həyata keçirməyi, yararsız vəziyyətə düşənə qədər yəni 2016-cı ilədək yaşamağı (bunu 3-cü şəxs və digərləri də təsdiq etmişdirlər) özünə aid otaqlarının olması (bunu cavabdeh etiraf da etmiş və sxemində də göstərmişdir) ona aid şəxsi əşyalarının olması və oradan istifadə etməyi əmlaka sahiblik etmək deməkdir. O bildirmişdir ki, məhkəmə MM-in 158.2-ci maddəsinə istinad etmiş, ancaq tamamilə əsassız olaraq tətbiq etmişdir. Burada mübahisəli əmlak özbaşına tikili olsa da orada valideynləri ailəsi yaşayıblar və sökülənə qədər də yaşamışlar.

31. İddiaçının qanunsuz müqavilə əsasında sökülməsi nə ticəsində kompensasiya ala bilmədiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olsa da, onun həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqların da cavabdeh tərəfindən pozulmasını nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunve riciliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edil mişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Zaur Əliyev (məruzəçi), Vidadi Məmmədov, Aqil Abbasov) 24 oktyabr 2023-cü il tarixli, 2(102)3769/2023 tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 nömrəl i, 04 may 2023cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

33. Kassasiya məhkəməsinin qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının tələbi mübahisələndirilən müqavilənin aldatma səbəbilə bağlanmasına deyil, onun razılığı olmadan bağlanmış müqavilə ilə əmlak (mənzil) hüquqlarının pozulmasına söykənir. İşə baxan məhkəmə də iddia tələbinə bu kontekstdə qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəni Mülki Məcəllənin 337.1, 358-ci maddələri əsasında yoxlamalı və məsələyə bu aspektdə hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7274/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X27 (sədrlik edən və məruzəçi), X8 və X28) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin olunmuş, Cavabdeh MMC ilə X19 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi İddiaçı məxsus 29 kv.m sahəyə aid hissədə etibarsız hesab edilmiş, 29 kv.m sahənin dəyərini təşkil edən 72500 (yetmiş iki min beş yüz) manat üçüncü şəxs X5 alınıb Cavabdeh MMC-yə verilməsi, 29 kv.m sahə naturada mövcud olmadığından bu sahənin dəyəri kimi qəbul edilən 72500 (yetmiş iki min beş yüz) manat Cavabdeh MMC-dən tutulub İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözüg edən yaşayış sahəsi daha əvvəl Fazil və Nazim Ağamalıyevlərin atası Yaşar Ağamalıyevə məxsus olmuş, sonuncunun sağlığında və hətta 2007-ci ildə ölümündən sonra iddiaçı ailəsi ilə birgə orada qeydiyyatda olmaqla yaşamışdır. Bir sözlə, mübahisəli ev üçüncü şəxsin öz vəsaiti ilə ərsəyə gətirdiyi bir iqtisadi dəyər olmamışdır. Adları çəkilən qardaşlar orada yaşadıqları dövrdə ayrı girişləri ilə faktiki olaraq iki ev mövcud olmuş, iddiaçı evin müvafiq hissəsindən özünə məxsus ayrıca sahə kimi istifadə etmişdir. Cavabdehin nümayəndəsi də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tikilinin 29 kv.m. hissəsinin iddiaçı tərəfin olduğunu bildirmişdir.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara uyğun gələn maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmişdir. Belə ki, iddia tələbinin əsası mübahisələndirilən müqavilənin iddiaçının razılığı və xəbəri olmadan bağlanmasına söykənir. Buna uyğun gələn maddi hüquq norması isə Mülki Məcəllənin 358-ci maddəsidir. Həmin maddəyə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

37. Təcrübədən də bəlli olduğu kimi, ilkin sənədləri vəfat etmiş şəxsin adına olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirildikdə həmin sənədləşmədə potensial vərəsələrin əmlak hüquqları nəzərə alınır. Əgər bir şəxsin dövlət reyestrindən qeydiyyatdan keçəcək daşınmaz əşyaya gözlənilən mülkiyyət hüququ təsbit olunarsa, həmin əşyaya əvəzli şəkildə sərəncam verilməklə onun başqa bir əmlaka çevrilməsindən əldə olunan iqtisadi dəyərə də (məsələn, hazırkı işdə olduğu kimi evin sökülməsi müqabilində ödənilən pula) eyni hüququnun olduğu qəbul edilməlidir.

38. Belə bir hüquq təsbit olunduğu təqdirdə həmin hüquqa və ya əşyaya sərəncam vermək səlahiyyəti hüquq sahibinə məxsusdur, əgər söhbət iki və ya daha artıq şəxsin birgə hüquq sahibliyindən gedirsə sərəncam onların birgə razılığı ilə mümkündür. Qabaqcadan verilmiş razılıq və ya sonradan bəyənmə halları istisna olmaqla, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncamı etibarlı sayıla bilməz.

39. Kollegiya mübahisəli yaşayış sahəsi sökülərkə n iddiaçının razılığının alınmadığını, cavabdeh tərəfindən iddiaçının sahiblik və istifadəsində olan fərdi yaşayış evinin söküntüyə məruz qalması və ona kompensasiya ödənilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.

40. Cavabdeh tərəfin izahatına əsasən 3-cü şəxsə sökülən ev üçün hər kv.m. görə 2.500 manat olmaqla, 130.000 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş plansxemdən, həmçinin tərəflərin mübahisələndirmədiyi hallar əsasında müəyyən edilir ki, mübahisəli ünvanda 29 kv.m sahəyə malik fərdi yaşayış evi iddiaçının sahibliyində olmuşdur və iddiaçı da hazırda müqaviləni faktiki olaraq yalnız həmin sahəyə aid hissədə mübahisələndirir. Ona görə də mübahisələndirilən müqavilə yalnız həmin hissədə etibarsız sayılmalı və Mülki Məcəlləni n 337.5-ci maddəsi tətbiq olunmaqla 29 kv.m sahənin dəyərini təşkil edən 72500 (yetmiş iki min beş yüz) manat üçüncü şəxs X5 alınıb Cavabdeh MMCyə qaytarılmalıdır.

41. Restitusiyaya görə Cavabdeh MMC də müqavilə üzrə aldıqlarını geri qaytarmalı olduğundan, lakin 29 kv.m sahə hazırda naturada mövcud olmadığından bu sahənin dəyəri kimi qəbul edilən 72500 (yetmiş iki min beş yüz) manat Cavabdeh MMC-dən tutulub İddiaçı verilməlidir. İddiaçı tərəf ona aid sahənin bu şəkildə, yəni 1 kv.m təxminən 2500 manat olmaqla qiymətləndirilməsinə etiraz etmədiyini bildirdi.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab olunduqda qətnamənin nət icə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Kassasiya şikayəti və qarşı etiraz Kassasiya şikayətinin dəlillərinə etiraz daxil olmamışdır. Kassasiya şikayətinin dəlilləri:

43. İddiaçı (Vəkil3 Cəfər qızı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7274/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin qismən - yəni 29 kv.m sahənin dəyərini təşkil edən 72500 (yetmiş iki min beş yüz) manat üçüncü şəxs X5 alınıb Cavabdeh MMC-yə verilsin hissəsində ləğv edilməsini, 29 kv.m sahə naturada mövcud olmadığından bu sahənin dəyəri kimi qəbul edilən 72500 manat pul vəsaitini Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kasassiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilmişdir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sökülməsi nəzərdə tutulan və artıq sökülmüş ünvan 6 ünvanında yerləşən evdə həmçinin X24, oğlu X23, qızı X15 və digər oğlu X16 qeydiyyatda olmuşla r və hazırda qeydiyyatdadırlar, ona məxsus 29 kv.m ərazi vardır. Mübahisəli yaşayış sahəsi statusuna görə özbaşına tikili olmuşdur. Cavabdeh tərəf tikilinin iki otaqdan və bir girişdən ibarət olmasını göstərsə də, özünün tərtib edərək razılaşdırdığı 13 saylı evin sxemindən görünür ki, həmin ünvanda faktiki olaraq iki ayrı-ayrı evin olması, onların arasında isə giriş qapısının deyil, pəncərə formasında arakəsməsinin olması aydın görünür. Daha sonra ünvanda iki sanitariya qovşağının olması da qeyd edilmişdir ki, bunlardan biri evin içində, digəri isə həyətdədir. İddiaçı sanitariya qovşağının həyətdə göstərilən hissəsinin ona məxsus olmasını və onun evinin sahəsini qardaşının evinin sahəsindən daha artıq olmasını bildirmişdir. “İnsan hüquqlarının və X18 haqqında” Avropa Konvensiyasına 1 say lı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. İddiaçının qanunsuz müqavilə əsasında sökülməsi nəticəsində kompensasiya ala bilmədiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olsa da, onun həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqların da cavabdeh tərəfindən pozulmasını nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata ke çirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri- mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam ko mpensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradı b yaratmadığını müəyyən etmək qalır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü döv lətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı a ndan etibarsızdır.

45. Cavabdeh (Vəkil4) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2(103)-7274/2023 nömrəli qətnaməsi tam şəkildə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kasassiya şikayəti onunla əsaslandırılmışdır ki, sübut etməyə ehtiyac yoxdur ki, ünvan 5 ünvanında olan və artıq sökülmüş fərdi yaşayış evi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Həmin tikinti bir neçə otaqdan ibarət olmuş və vahid bir tikinti kimi istifadə edilmişdir. Sonradan həmin tikintinin otaqlarının iddiaçı və üçüncü şəxs arasında bölünməsi, habelə aparılmış bölgüyə uyğun yeni giriş qapısı olması, orada iki ayrımüstəqil evin mövcud olması ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi sxem artıq tikili MMC tərəfindən söküldükdən sonra hazırlanmışdır. Buna görə də, həmin sxemin heç bir hüquqi əhəmiyyəti mövcud ola bilməz, həmçinin obyektiv səbəblərdən bu sxemin həqiqiliyini də müəyyən etmək mümkün deyildir. Sözügedən evdə məhz X19 və onun ailəsi yaşamış, MMC tərəfindən evin söküldüyü dövrdə ona sahiblik etmiş və evin sökülməsinə öz razılıqlarını vermişdilər. Həmin dövrdə iddiaçı orada yaşamadığını özü məhkəmə iclasında bildirmişdir. Həmçinin, İddiaçı bildirdiyinə görə, o, mübahisəli evdən həyat yoldaşı dünyasını dəyişəndən sonra - 2016-cı il tarixdə- köçmüşdür. Fərz etsək ki, həqiqətən iddiaçı mənzildən həyat yoldaşı vəfat etdikdən sonra köçmüşdür, o halda, hansı səbəbdən həyat yoldaşının 2015-ci il tarixli ölüm haqqında şəhadətna məsində ölüm yerinin Abşeron rayonu, Saray qəsəbəsi qeyd edilməsi cavabı mühüm əhəmiyyət kəsb edən sual yaradır. Eyni zamanda, məhkəməyə təqdim edilmiş sübutlar onun yalnız 2007-ci il tarixədək həmin evlə bağlılığının olmasını təsdiq edir. Həmin tarixdən sonra bağlılığının olmasını təsdiq edən sübutun mövcud olmamasını isə məhkəmə diqqətdən kənarda qoyaraq, iddiaçının həmin evə olan mülkiyyət hüquqlarının pozulduğu qənaətinə gəlmişdir. Özbaşına tikilinin sökülməsi zamanı MMC tərəfindən müqavilə məhz həmin evdə faktiki olaraq yaşayan şəxslə bağlanır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının həmin evdə qeydiyyatda olması heç də onun sahiblik və istifadə hüququnun mövcud olmasına dəlalət etmir. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Təcrübədən də bəlli olduğu kimi, ilkin sənəd ləri vəfat etmiş şəxsin adına olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirildikdə həmin sənədləşmədə potensial vərəsələrin əmlak hüquqları nəzərə alınır. Əgər bir şəxsin dövlət reyestrindən qeydiyyatdan keçəcək daşınmaz əşyaya gözlənilən mülkiyyət hüququ təsbit olunarsa, həmin əşyaya əvəzli şəkildə sərəncam verilməklə onun başqa bir əmlaka çevrilməsindən əldə olunan iqtisadi dəyərə də (məsələn, hazırkı işdə olduğu kimi evin sökülməsi müqabilində ödənilən pula) eyni hüququnun olduğu qəbul edilməlidir.” Həmin məsələyə münasibətdə bildirmək zəruridir ki, məhkəmənin də qeyd etdiyi kimi, yaşayış sahəsi dövlət qeydiyyatdan keçirildiyi halda və ya evə dair hər hansı ilkin sənədlər mövcud olduğu halda potensial vərəsələrin əmlak hüquqlarından söhbət gedə bilər. Mövcu d halda qanunvericiliklə həmin tikiliyə vərəsəlik hüququ müəyyənləşdirilmədiyindən iddiaçının da üçüncü şəxslə eyni hüquqa malik olması məsələsi məqsədəmüvafiq hesab edilə bilməz. Çünki sözügedən ev özbaşına tikilidir və heç bir ilkin qeydiyyat sənədi yoxdur. Məhkəmənin dəfələrlə nəzərinə çatdırılmışdır ki, iddiaçının və onun ailə üzvlərinin yaşayış evində olan qeydiyyatı formal xarakter daşıyır, belə ki onun özbaşına tikiliyə müvəqqəti olaraq, istifadə hüquqlarının yarandığı qəbul edilsə belə, hesab olunur ki, təqribən 2007-ci il tarixdən həmin evi daimi əsaslarla tərk edib, başqa ünvana yaşamağa getdiyindən, onun və ailə üzvlərinin bu evə olan istifadə və sahiblik hüququ itirilmiş, hazırda da mövcud deyil. Tikili sökülən zamanda iddiaçı və onun ailə üzvləri orada yaşamamışdı Mübahisəli t ikiliyə dair iddiaçının sahiblik və istifadə hüququ olmadığından cavabdehlə üçüncü şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləni mübahisələndirmək üçün ümumiyyətlə hər hansı subyektiv hüquqa malik olmamışdır. Bu isə iddianın əsassız olduğunu şərtləndirir. Qeyd olunanlar bir daha təsdiq edir ki, MMC tərəfindən yaşayış evi sökülən zaman İddiaçı həmin evə faktiki sahiblik etməmiş, həmin evdə yaşamamış, bunları istisna edən hal isə məhkəmə tərəfindən öz təsdiqini tapmamışdır. Halbuki Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, məhkəmə ilkin olaraq, iddianı qaldırmış şəxsin subyektiv hüququ olubolmaması məsələsini araşdırmalı idi. Məhkəmə isə qanunvericiliyin tələblərinə cavab verməyən, işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməyən, ziddiyyətli məqamları aradan qaldırılmay an qətnamə qəbul etmişdir. Cavabdeh MMC (şirkət) ilə üçüncü şəxs X19 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 37 saylı müqaviləyə əsasən X19 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən qeydiyyatda olmaqla, Kommunal xidmətlər Müəssisəsi MMC-nin 252036 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlarından Şirkətin xeyrinə imtina etmişdir. Müqavilənin 3.3.3-cü yarımbəndinə əsasən sakin X19 bu müqavilə üzrə təhvil verdiyi mənzilə dair 3-cü şəxslər (vərəsələr, ailə üzvləri, kirayəçi və icarəçilər və s.) tərəfindən ediləcək bütün iddialara dair məsuliyyət daşımaq, yaranacaq hər hansı tələbi qarşılamaq öhdəliyini üzərinə götürmü şdür. Göründüyü kimi, Cavabdeh MMC üçüncü şəxslərin mənzilə gələcəkdə hər-hansı tələb hüququ yarandığı təqdirdə, məsuliyyət daşımaqdan azad edilmişdir. Müqavilənin qeyd edilən şərtindən irəli gələrək hesab edirik ki, məhkəmə nəzərə almalı idi ki, iddiaçının tələbi müqavilənin digər tərəfi olan X12 qarşı irəli sürülməli idi. Digər tərəfdən məhkəmə öz qətnaməsi ilə qət etmişdir ki, “29 kv.m sahənin dəyərini təşkil edən 72500 (yetmiş iki min beş yüz) manat üçüncü şəxs X5 alınıb Cavabdeh MMC-yə verilsin. 29 kv.m sahə naturada mövcud olmadığından bu sahənin dəyəri kimi qəbul edilən 72500 (yetmiş iki min beş yüz) manat Cavabdeh MMCdən tutulub İddiaçı verilsin.” Halbuki, müqavilə X19 və Cavabdeh MMC arasında şərtləri razılaşdırılmaqla, bağlanmışdır. Məhkəmə həmin şərtləri eyni ilə İddiaçı münasib ətdə də, kv.m dəyərini 2500 manatla müəyyənləşdirə bilməzdi. Təsadüfi deyildir ki, Mülki Məcəllə ilə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Belə olan halda məhkəmənin cavabdeh üçün belə bir öhdəlik müəyyənləşdirməsi müqavilə azadlığı prinsipinə ziddiyyət təşkil edir. Məhkəmə əgər hesab edirsə ki, iddiaçının xəbəri olmadan “ona məxsus” mənzil sökülmüşdür, niyə deliktə aid normaları tətbiq etmədən və sökülmüş əmlakı qiymətləndirmədən, üçüncü şəxslə cavabdeh arasında bağlanmış müqaviləyə istinad edərək, həmin məbləği cavabdehdən tutulmasını qət edir? Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sə rbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Mülki Məcəllədə təsbit edilmiş müqavilə azadlığı prinsipinə əsasən mülki dövriyyə iştirakçılarının üzərinə onların iradəsinə zidd olaraq hər hansı bir müqavilə bağlamaq öhdəliyinin qoyulması yolverilməzdir. Ona görə də, qətnamədə qeyd edilən hallar qanuni və əsaslı olmadığından onun ləğvi üçün əsasdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticənin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla ə mlaka sahiblik edən şəxsə də mənsubdur.

49. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

50. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

51. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

52. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

53. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

54. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

55. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

56. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

57. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

58. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tər əflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh MMC-ti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7274/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar