Məhkəmə qərarları › İş №2(102)-1595/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1595/2022

18.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1595/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şıxalıyev Çingiz Mirzə oğluna və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlundan (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Şıxalıyev Çingiz Mirzə oğlu və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1890/2021 nömrəl i iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının 12.2 metriliyində inşa etdikləri ət satışı dükanının onların öz hesablarına sökülməsinə və ərazinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasın ı xahiş etmişdir.

2. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 5 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev, iş № 2(014)-269/2021) iddia təmin edilmişdir.

3. Cavabdeh X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov, iş № 2(107)-1890/2021) cavabdeh Şıxalıyev Çingiz Mirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia edilməmişdir.

5. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 9.1, 9.2, 57.2, 69.4, 69.5, 69.5.1, 69.7.1, 69.7.3, 69.7.4-cü maddələrində, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.2, 9.3, 88-ci maddələrinin tələblərini pozmuşdur. Qətnamə qəbul edildikdən sonra iddiaçı ərizə ilə Fövqəladə Hallar Nazirliyini Tikintidə Nəzarət Dövlət Agentliyinə müraciət edilmiş, Agentlik tərəfindən verilmi ş 23.12.2021-ci il tarixli cavabdan məktubunda qeyd edilmişdir ki, “Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində ət-satış dükanı 2004-cü ildə inşa edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu bəndinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti işlərinin dayandırılması və tikinti obyektinin sökülməsi yalnız Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərə dair tətbiq edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 1-6-cı bəndinə uyğun olaraq “Azərbaycan Respublikası nın Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq, bu qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış tikinti obyektlərinə də şamil edilir. Odur ki, obyektin sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi səlahiyyətləri xaricindədir”.

7. Agentliyinin cavabına əsasən, apellyasiya instansiya məhkəməsi iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması əsası ilə birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməkdə haqlı olmamışdır. Hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ birbaşa İ ddiaçı səlahiyyətləri daxilindədir və bu iddianı verməkdə iddiaçı subyektiv hüquqa malikdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh Şıxalıyev Çingiz Mirzə oğlu kassasiya şikayətinə verdiyi etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

9. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

10. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

11. Maddə 262.3. İş in məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

12. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

13. Maddə 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Maddə 417.1.5 K assasiya məhkəməsi işə baxarkən... apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib,... bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

15. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

16. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (maddə 2.1).

17. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:...inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia, maddə 2.2.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir (maddə 2.0.1). Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

20. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Baxılan iş üzrə iddiaçı inziba ti orqandır və mübahisə qanunsuz tikilinin sökülməsi ilə əlaqədar olmaqla ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir. 22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarının 10.2-10.4-cü bəndlərinə müvafiq olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azə rbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məcəllənin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar ında ifadə edilmiş hüquqi mövqeləri nəzərə almadan, hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq mülki məhkəmə icraatı qaydasında verilmiş həmin iddiaya mahiyyəti üzrə baxmışdır.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 261.0.1-ci və 417.1.5-ci maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilməlidir.

25. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək üçün səlahiyyətli orqana müraciət edə bilər.

26. Nəzərə alınmalıdır ki, “ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən müəyyən istisnalar nəzərə alınmaqla “Şərəhsalma və Tikinti Məcəlləsi” 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir.

27. Həmin Qanunla “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktların Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlaması, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız 16-18-ci fəsillərində nəzərdə tutulmuş müddəaların şamil olunması qərara alınmışdır.

28. Yuxarıda da qeyd olunduğ u kimi “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü ma ddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. 29. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir.

30. İstinad olunan qanunvericilik aktları ilə dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1890/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar