Məhkəmə qərarları › İş №2(102)-1601/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1601/2020

11.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1601/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)9512/2019 saylı qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-524/2019) iddiaçı “İddiaçı-R” LTD MMC-nin cavabdehlər Cavabdeh1 qızı və qe yrilərinə qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli 45 saylı Sərəncamı ilə iddiaçı “İddiaçı-R” LTD MMC-nin istifadəsinə verilmiş N küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə olan 0,41 ha ərazidə Cavabdeh7 məxsus yaşayış evi üzrə texniki pasportda əks olunan tikililərdən əlavə texniki pasportdan kənar sahəsi 14,5 kv.metr olan əlavə tikili və 39,6 kv.metr sahədən ibarət qeyri-yaşayış obyekti (yuyucu) kimi istifadə olunan, Cavabdeh6 məxsus qeyri-yaşayış binasının ümumi sahəsinin həmin binaya dair verilmiş MC seriyalı ******* nömrəli Çıxarışda göstərilən sahədən 19,3 kv.metr artıq təşkil edən sahəsinin sökülməsi, iddia tələbinin cavabdehlər N qızı və qeyrilərinə münasibətdə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Cavabdeh7 kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli sərəncamı ilə N küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə olan fərdi yaşayış evlərinin sökülərək yerində yaşayış evlərinin layihələndirilməsi və tikintisi məqsədi ilə 0,41 ha ərazinin icarə əsasında “İddiaçı-R” LTD MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sakinlərin yerləşdirilməsinin müvafiq qanunvericiliyə əsasən MMC-nin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. xx xxxx 2016-cı il tarixdə sərəncamda müəyyən olunmuş 4100 kv.metr torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə MMC arasında icarə müqaviləsi bağlanmışdır. 2018-ci ilin sentyabr ayında “İddiaçı-R” LTD MMC–nin səlahiyyətli nümayəndəsi Cavabdeh1 qızı və qeyrilərinə qarşı (cəmi 7 nəfər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış binalarının layihələndirilməsi nəzərdə tutulmuş ərazidə cavabdehlər tərəfindən özbaşına tikililərin inşa edilməsini əsas göstərməklə həmin tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh7 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh7 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh7 münasibətdə iddia tələbinin təmin olunub ona məxsus yaşayış evi üzrə texniki pasportda əks olunmayan, sahəsi 14,5 kv.metr olan əlavə tikilinin və 39,6 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsini əsaslı hesab edərkən həmin tikililərin müvafiq icazələr alınmadan inşa edilməsini və bunun Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli sərəncamı ilə əlaqədar ərazidə MMC tərəfindən yaşayış evinin tikintisinin layihələndirilməsinin həyata keçirilməsinə imkan verməməsini əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, qətnamə iş materiallarına və qanunun tələblə rinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx xxxx 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh7 məxsusdur. Evin ümumi sahəsi 82,8 kv.metrdən ibarətdir. İş üzrə verilmiş ekspert rəyindən görünür ki, həmin ünvanda texniki pasportdan kənar 14,5 kv.metr əlavə tikili və 39,6 kv.metr qeyri-yaşayış sahəsi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (180.1) Tikinti mə qsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (180.4) 180.4-cü maddənin məzmunundan göründüyü kimi özbaşına tikilmiş bina və qurğu o zaman sökülə bilər ki, həmin bina tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmiş olsun, buna lazımi icazələr alınmasın və bina tikinti normaları və qaydaları pozulmaqla inşa edilmiş olsun. Həmin hallardan biri mövcud olduqda müvafiq icra hakimiyyəti orqanı və ya maraqlı tərəf özbaşına tikilinin sökülməsini məhkəmə qaydasında mübahisə edə bilər. Apellyasiya instansiyası məhkəməsi i ddianı əsaslı sayarkən həmin tikililərin mövcudluğunun MMC-nin hansı maraqlarına toxunmasını və onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasını araşdırmamış və işin həmin hallarına qiymət verməmişdir. Cavabdeh7 iddia etməsinə görə o, həmin evi hazırda mövcud olduğu vəziyyətdə almış və orada heç bir tikili inşa etməmişdir. Lakin işə baxmış məhkəmə kollegiyası tərəfindən həmin tikililərin nə vaxt inşa olunması və xx xxxx 2004-cü il tarixli sərəncamla həmin ərazi icarə hüququ əsasında MMC-yə verilərkən göstərilən tikililərin mövcud olub-olmaması yoxlanılmamışdır. İşdən görünür ki, İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli sərəncamı ilə həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək icra hakimiyyətinin başçısına tapşırılmışdır. Həm in sərəncama uyğun olaraq bağlanmış xx xxxx 2016-cı il tarixli icarə müqaviləsində isə icarəyə verilmiş torpaq sahəsində icarəyəverənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların və qurğuların sökülməsini tələb etmək hüququ yalnız icarəyə verən üçün, yəni Bakı şəhər İcra Hakimiyyəti üçün nəzərdə tutulmuşdur. Nə sərəncamda nə də icarə müqaviləsində nəzərdə tutulmadığı halda mübahisə predmeti olan tikililərin sökülməsi barədə iddia “xxxx” MMC tərəfindən irəli sürülmüşdür. İşdən görünür ki, ərazidə yaşayış binasının tikintisinin layihələndirilməsi barədə sərəncam xx xxxx 2004-cü il tarixdə verilmiş, lakin həmin vaxtdan keçən 15 ildən artıq bir müddət ərzində MMC tərəfindən sərəncamın icrası ilə əlaqədar heç bir iş görülməmişdir. Nəzərə alınmalıdır ki, MMC-nin icarəsinə yalnız torpaq sahəsi verilmişdir. Orada yerləşən tikililərin layihənin məqsədləri üçün sökülməsi sakinlərlə razılaşdırılmış qaydada həyata keçirilməlidir. Belə vəziyyətdə cavabdeh Nun orada mövcud olan əlavə tikililərdən istifadə etməsinin MMC-nin maraqlarına toxunması inandırıcı sayıla bilməz. Belə ki, həmin əlavə tikililər layihənin icrasına başlandıqdan sonra ümumi razılıq əsasında qanuni tikililərlə birlikdə sökülə bilər. Bakı şəhər İcra Hakimiyyəti sərəncamda nəzərdə tutulmuş torpaq sahəsində inşa edilən özbaşına tikililərin sökülməsi barədə səlahiyyəti özündə saxladığı vəziyyətdə MMCnin bununla bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmasına müvafiq hüquqi qiymət verilməli idi. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyətə malik olan yuxarıda göstərilən halları yoxlamamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar