Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1603/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu üçün müəyyən olunmuş müddətin uzadılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2 025-ci il tarixli, 2(103)544/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Maştağa qəsəbəsi, Kooperativ küçəsində yerləşən 3 nömrəli mənzil X3 mülkiyyətində olmuşdur.
2. İddiaçı X3 nəvəsi, Maraqlı şəxs isə sonuncunun qızıdır.
3. X5 04 iyun 1995-ci il tarixdə, İddiaçı atası Rzayev X10 30 mart 1999-cu il tarixdə, iddiaçının əmisi X6 isə 22 aprel 2023-cü il tarixdə ölmüşlər.
4. Bakı şəhəri 17 saylı Notariat Ofisinin notariusu S.Məmmədovun 30 sentyabr 2023-cü il tarixli qərarına əsasən, İddiaçı Bakı şəhəri Maştağa qəsəbəsində yaşamış və vəfat etmiş X2 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair 23 avqust 2023-cü il tarixli ərizəsi ilə bağlı vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmənin səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı ev iddiaçının mərhum babası X4 məxsus olmu ş və onun vəfatından sonra miras əmlak kimi ona keçmişdir. Lakin o və digər vərəsələr mirası faktiki qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Belə ki, onların yəni vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz payından sərbəst şəkildə istifadə etmişlər. O, mərhum babasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmiş, daima ora-gedib gəlmiş, bütün kommunalları ödəmiş və digər vərəsələrlə birlikdə mirasın qəbulunda iştirak etmişdir. Lakin mirası rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. X1 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbulu üçün 23 avqust 2023-cü il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmiş, müraciətinə 30 sentyabr 2023-ci il tarixli notariat hərəkətin aparılmasından imtina edilməsi barədə qərarla cavab verilmişdir. O, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı babasının vərəsələri olan qohumları arasında bir dəfə də olsun mübahisə və ya anlaşılmazlıq olmamış, həmişə aralarında mehriban münasibətlər olmuşdur. Mərhum babası X2 miras qalan əmlakın (ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin) qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır.
7. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddiaya etiraz edə rək göstərmişdir ki, İddiaçı vərəsə deyildir. Sözügedən mənzildə üçüncü şəxs və qardaşı Firudin yaşamışlar. Firudinin 1 ilə yaxın olar ki, ölmüşdür. Firudinin ailəsi olmamışdır. İddiaçı başqa ünvanda yerləşən öz ata evində yaşamışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e2(008)- 625/2024 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi iddiaçının babası X4 məxsus olmuşdur. X5 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. İddiaçının atası Rzayev X10 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək babasının ölümündən sonra miras qalmış ünvan 3 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinin onun t ərəfindən qəbul edilməsi müddətinin buraxılmasını üzürlü səbəblərdən ötürüldüyü bildirərək, qanunvericiliklə nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmiş, üzürlü səbəb isə qanunu bilməməsi ilə izah etmiş olsa da, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, qanunu bilinməməsi üzürlü səbəb olmadığından iddia tələbi təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi bundan başqa hesab etmişdir ki, iddiaçı məhkəməyə babadan qalmış miras əmlakının qəbul edilmə müddətinin bərpa edilməsini xahiş etsə də, mülki işdən aydın olmuşdur ki, X3 ölüm anında birinci növbədən vərəsələri habelə iddiaçının atası sağ olmuşdur. Belə olan halda iddiaçı ilk növbədə atasının babasından miras qalmış əmlakını qəbul etməsi halını müəyyən etməli, məhz bu hal onun xeyrinə həll olunduğu təqdirdə d igər hərəkətləri edə bilər.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının 01 sentyabr 2***-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528, 529, 552, 553-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)-544/2025 nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 04 iyun 1995-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi olaraq ünvan 3 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə dair mirası qəbul etməsi üçün müəyyənləşdirilmiş müddətin tərəfindən ötürülməsi səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, müddətin buraxılmasının səbəbini isə qanunu bilməməsi ilə izah etmişdir.
15. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə əri zə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər.
16. Apellyasiya instansiyası məhkəməsi üzürlü səbəb olaraq qanunu bilməməsi ilə bağlı iddiaçının dəlili ilə razılaşmayan birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesa b edərək qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini də ötürmüşdür. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmiş, iddia müddəti isə tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur.
17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mirası faktiki olaraq qəbul etməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verd ikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi iddiaçı mirası faktiki olaraq qəbul etdiyi halda mirasın qəbulu müddətinin uzadılmasını deyil, atasının babasından, özünün isə atasından miras qalan əmlakı faktiki olaraq qəbul etməsinin müəyyən edilməsini tələb etmək hüququna malikdir.
18. Apellyasiya instansiyası məhkəməsi istinad olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan SSR Mülki Məcəlləsinin 73, 77, 78, 527, 528, 529, 532, 552, 553-cü, mülki Prosessual Məcəllənin 9.1, 9.3,14.2, 77.1, 88, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)-544/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan SSR Mülki Məcəlləsinin 73, 77, 78, 527, 528, 529, 532, 552, 553-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 220-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 26 dekabr 2023-cü il tarixli Qərarının pozulması ilə qəbul edilmişdir.
22. Belə ki, Azərbaycan Respublikasının 01 sentyabr 2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çаğırılmış vərəsə, vərəsəlik аçıldıqdаn sоnrа оnu qəbul еdənə qədər ölərsə, оnа çаtаsı mirаs pаyını аlmаq hüququ оnun vərəsələrinə keçir. İş mаtеriаllаrındаn göründüyü kimi, iddiaçının bаbаsı X5 04 iyun 1995-ci il tarixində vəfat etmişdir. İddiaçının atası Rzayev X10 isə 30 mart 1999-cu il tarixdə vəfat etmişdir. Rzayev Bəndəli Ağarza oğlu оnа çаtаsı mirаs pаyı аdınа keçirməmişdir. Оnа görə də, sоnuncuyа çаtаsı mirаs pаy Məcəllənin 554-cü mаddəsinə əsаsən hаzırkı iddiаçıyа keçmişdir. Bu hаllаrа irsi trаnsmissiyа dеyilir. Göründüyü kimi, iddiаçı bаbаsındаn аtаsınа qаlmış mirаsа birinci növbəli vərəsə оlduğundаn və digər də birinci növbəli vərəsələrin оlduğundаn mirаsdаn pаyın müəyyən еdilməsi bаrədə dеyil, iddiаnı məhz mirаsın qəbul еdilməməsinin üzrlü hеsаb еdib müddətin uzаdılmаsını хаhiş еtmişdir. Еyni zаmаndа, hаzırkı iddiаçının аtаsı nın birinci növbəli vərəsə оlduğunu mübаhisələndirən yохdur. Həmçinin, iş mаtеriаllаrındа оlаn sənədlərdən də görünür ki, iddiаçı faktiki оlаrаq mirаsı qəbul еtmişdir. Lаkin nоtаrius tərəfindən vərəsəlik şəhаdətnаməsinin vеrilməsindən imtinа еtməsi hаlı iddiаçını məcbur еdir ki, məhkəmədən müddətin uzаdılmаsını хаhiş еtsin. Bеlə ki, nоtаriusun qüvvədə оlаn qərаrı (vərəsəliк şəhаdətnаməsinin vеrilməsindən imtinа) iddiаçının mirаsа sаhiblik еtməsini mümkünsüz еdir.
23. Kassator həmçinin kassasiya şikayətində vəsatət verərək, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab olunmasına əsaslar olduğu üçün işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
24. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının v ə ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
29. Azərbaycan Respublikasının 01 sentyabr 2***-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mira sı qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
30. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, hazırkı mübahisə iddiaçının ikinci növbəli vərəsi kimi əmisindən miras qalmış əmlakla bağlı deyildir. İddia 04 iyun 1995-ci il tarixdə vəfat etmiş babasından miras qalmış əmlakın iddiaçı tərəfindən qəbulu üçün müəyyən edilən müddətin uzadılması ilə bağlıdır.
33. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsini düzgün tətbiq etməklə, həmin miras açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552 və 553-cü maddələrini hazırkı mübahisəyə tətbiq etmişdir.
34. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına görə mirasın qəbul edilməsi üçün müddətin üzrlü hesab edilməklə onun uzadılmasını vərəsə tələb edə bilər. Lakin hazırkı halda miras açıldığı zaman iddiaçı babasının vərəsəsi olmamışdır. İş materiallarından müəyyən olunur ki, miras qoyan X5 vəfat etdiyi zaman onun vərəsəsi ola biləcək iddiaçının atası Rzayev Bəndəli Ağarza oğlu sağ olmuş və sonuncu öldüyü 30 mart 1999-cu il tarixədək mirasın adına sənədləşdirilməsi üçün qanundan irəli gələn müvafiq hərəkətləri etməmişdir.
35. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı miras əmlakı faktiki qəbuluna da istinad edir ki, bu dəlil iddia tələbinə ziddir. Belə ki, miras faktiki qəbul edildiyi halda, onun qəbulu üçün müəyyən olunan müddətin uzadılmasına zərurət aradan qalxır. Mübahisəli hüquq münasibətləri yaran dığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin müddəalarına görə miras əmlakının faktiki surətdə idarə edilməsi və ya mirasa yiyələnməsi mirasın qəbulu hesab olunur ki, bunun baş verib-verməməsi hazırkı mübahisənin predmetini təşkil etmir.
36. Məhkəmə kollegiyası həmçinin iddiaçının irsi transmissiya institutuna istinadını əsassız hesab edir.
37. Belə ki, iddiaçının də qeyd etdiyi kimi, qüvvədən düşmüş Mülki Məcəllədə bununla bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin, irsi transmissiyanın anlayışı hazırda qüvvədə olan Mülki Məcəllənin 1252-ci maddəsində verilmişdir. Bu müddəaya görə, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarında izah etmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir.
39. Göründüyü kimi, irsi transmissiya vərəsənin mirası qəbul etmədən öldüyü halda miras qəbul etmək hüququnun onun öz vərəsələrinə keçməsidir. Hazırkı halda isə, qeyd olunduğu kimi, iddiaçının atası miras açıldığı tarixdə sağ olmuş və 01 sentyabr 2***-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin sonuncu cümləsində nəzərdə tutulan müddətdə həyatda olmuşdur.
40. Nəhayət, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının pozulması da müəyyən olunmur.
41. Belə ki, Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
42. Lakin, hazırkı mübahisədə Azərbaycan Respublikasının 01 sentyabr 2***-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 552 və 553-cü maddələri tətbiq olunmuşdur ki, həmin hüquq normaların qüvvədən düşmüş hesab edilməsi Konstitusiya Məhkəməsi tərəfindən qərara alınmamışdır.
43. Odur ki, məhkəmə kollegiyası ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)- 544/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.