Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1604/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(105)-2829/2021 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı İB Cavabdeh qarşı “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3.825,4 manat pul tələbinə dair” iddiası qismən təmin e dilərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 168,65 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən “təbii qazdan istifadə qaydasının pozulması haqqında” 20 yanvar 2018-ci il tarixli akt üzrə hesablanmış 927 manat, sayğac üzrə istifadə edilmiş qazın dəyərinə görə 55,70 manat olmaqla, cəmi 982,70 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. 18 yanvar 2021-ci il tarixdə iddiaçı qətnamədən kas sasiya şikayəti verib və 28 yanvar 2021-ci il tarixdə kassasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub. Kassasiya instansiyası məhkəməsi, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından iddiaçının kassasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki halda iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu, yəni ümumilikdə 982,70 manat olduğu halda iddiaçı həmin qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin mülki prosessual normaların tələblərinə uyğunluğunu yoxlamadan mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Halbuki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 404-1.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə görə, kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 409 -cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(105)-2829/2021 saylı qətnaməsindən İddiaçı İB verdiyi kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1604/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1604/2022
17.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver