Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1605/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X3 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh2 vəkili Abbasov Elxan Saleh oğlunun, maraqlarına toxunan şəxs Cavabdeh19 nümayəndəsi X2, vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı3-nin Cavabdeh2 və qeyrilərinə qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istfadə hüququnun tanınması” barədə ilkin, q arşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3-yə qarşı “öhdəliyin icra edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qərardadından maraqlarına toxunan şəxs Cavabdeh19 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2019 saylı, 19 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) ilkin iddia qismən təmin edilərək, İddiaçı3-nin direktoru YYY ilə Cavabdeh2 arasında bağlanmış «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 53 saylı, 22 aprel 2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh2 münasibətdə r estitusiyanın tətbiq edilməsi, İddiaçı3-dən 59.535 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh2 ödənilməsi, ilkin iddianın «etibarsız hesab edilən müqavilənin predmeti olan mənzilin üzərində İddiaçı3-nin sahiblik və istifadə hüququnun tanınması barədə hissəsinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7490/2017 saylı, 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.B.Məhərrəmova (sədrlik edən və məruzəçi), H.Ü.Həmidov və M.N.Tağızadə), Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2019 saylı, 19 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı3-nin Cavabdeh2 qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istfadə hüququnun tanınması” barədə ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı3 üzərində FFFdə İddiaçı3 tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 m2 sahəsi olan 2 otaqlı 12 saylı mənzilin Cavabdeh2 təhvil verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev) iddiaçı Cavabdeh19 cavabdeh İddiaçı3yə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, 23 noyabr 2013-cü il tarixli, 111 saylı müqaviləyə əsasən İddiaçı3-nin FFFdə inşa etdiyi çoxmənzilli yaşayış b inasının 5-ci mərtəbəsində sahəsi 94,2 kv.m. olan 2 otaqlı 12 №-li mənzil üzərində Cavabdeh19 sahiblik və istifadə hüququnun bərpa edilməsi, İddiaçı3-nin FFFdə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5ci mərtəbəsində sahəsi 94,2 kv.m. olan 2 otaqlı 12 №-li mənzildə təmir işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin Cavabdeh19 təhvil verilməsi vəzifəsinin İddiaçı3nin üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində İddiaçı3-dən Cavabdeh19 xeyrinə 10 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-786/2018 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia təmin edilərək, İddiaçı3 ilə Cavabdeh19 arasında FFFdə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair 23 noyabr 2013-cü il tarixli, 103 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3729/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Cavabdeh19 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı, 27.09.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh19 cavabdeh İddiaçı3-yə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7 86/2018 saylı, 22.02.2018ci il tarixli qətnaməsinin dəyişdirilərək, İddiaçı3-dən 117750 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh19 ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6818/2019 saylı, 06 may 2019-cu tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli) mülki işlər bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1696/2019 saylı, 15 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və V.Ə.İbayev), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7490/2017 saylı, 06 iyul 2017-ci il tarixli qə tnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-122/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və S.F.Hacıyev), Cavabdeh19 kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3729/2018 saylı 31.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli), Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin ed ilməsi, Cavabdeh19 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2019 saylı 19 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı3-nin Cavabdeh2 qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair ilkin iddiasının təmin edilməməsi, Cavabdeh2 qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı3-nin üzərinə FFFdə İddiaçı3 tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin Cavabdeh2 təhvil verilməsi vəzifəsinin qoyulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/201 7 saylı 27 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh19 cavabdeh İddiaçı3-yə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-786/2018 saylı 22 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İddiaçı3-dən 117750 manat məbləğində pul vəsaitinin tutularaq X1 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qərardadı (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli), Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qətnaməsindən Cavabdeh19 tərəfindən verilmiş k assasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı3 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddianı verərək Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasının 9cu mərtəbəsində inşa edilən 210 kv.metr sahəsi olan 26 saylı mənzilə, 16-cı mərtəbəsində inşa edilən 210 kv.metr sahəsi olan 54 saylı mənzilə, 7-ci mərtəbəsində inşa edilən 140,6 kv.metr sahəsi olan 19 saylı mənzilə, 7-ci mərtəbədə inşa edilən 210 kv. metr sahəsi olan 18 saylı mənzilə, 5-ci mərtəbəsində inşa edilən 210 kv.metr sahəsi olan 10 saylı mənzilə, 14-cü mərtəbəsində inşa edilə n 90 kv.metr sahəsi olan 45 saylı mənzilə, 16-cı mərtəbəsində inşa edilən 90 kv.metr sahəsi olan 53 saylı mənzilə, 16-cı mərtəbəsində inşa edilən 140,6 kv.metr sahəsi olan 55 saylı mənzilə, 5-ci mərtəbəsində inşa edilən 94,2 kv. metr sahəsi olan 12 saylı mənzilə, 7-ci mərtəbəsində inşa edilən 90 kv. metr sahəsi olan 17 saylı mənzilə, 6-cı mərtəbəsində inşa edilən 140,6 kv.metr sahəsi olan 15 saylı mənzilə, 5-ci mərtəbəsində inşa edilən 140,6 kv.metr sahəsi olan 11 saylı mənzilə, 15-ci mərtəbəsində inşa edilən 90 kv.metr sahəsi olan 49 saylı mənzilə İddiaçı3-nin sahiblik, istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 nümayəndəsi X7 İddiaçı3-yə qarşı «öhdəliyin icra edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair» qarşılıqlı iddia əri zəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq maraqlarına toxunan şəxs Cavabdeh19 həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib işin icraata götürülərək mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlarına toxunan şəxs Cavabdeh19 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin 19.06.2019-cu il tarixli qətnaməsi poçt vasitəsi ilə göndərilsə də, qətnamə təqdim olunmamış, bu barədə müvafiq poçt arayışı kassasiya şikayətinə əla və edilsə də, apelyasiya instansiyası məhkəməsi həmin fakta qiymət verməmişdir. Qətnamənin surəti poçt əməkdaşı tərəfindən keçmiş qonşuya verilmiş, xəbərnaməyə həmin şəxs imza etmişdir. Həmin ünvandan köçdükləri üçün qətnamə onlara çatdırılmamışdır. Qətnamənin alınmaması barədə apelyasiya instansiyası məhkəməsində işə baxmış hakimə və köməkçisinə dəfələrlə şifahi müraciətlər olunmuş, qətnamənin göndərildiyi bildirilmiş, məhkəmə tərəfindən poçt göndərişinin qəbzi təqdim edildikdən sonra təkrar poçt şöbəsinə müraciət olunmuş, oradan bildirilmişdir ki, poçt göndərişi səhvən başqa şəxsə təqdim olunmuş, bu barədə müvafiq arayış verilmişdir. Kassasiya şikayəti vermə müddəti kassatorun səhvi nəticəsində deyil, poçt şöbəsinin əməkdaşı tərəfindən pozulmuşdur. Ona görə apelyasiya instansiyası məhk əməsinin qərardadı ləğv edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında maraqlarına toxunan şəxs Cavabdeh19 nümayəndəsi X4 və vəkili Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 vəkili Abbasov Elxan Saleh oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların işti rakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, maraqlarına toxunan şəxs Cavabdeh19 nümayəndəsi X2, vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun, Cavabdeh2 vəkili Abbasov Elxan Saleh oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən maraqlarına toxunan şəxs Cavabdeh19 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Resp ublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilməd iyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. -130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. -130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. -405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti -qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. -408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müdd ətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. -408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 19 iyun 2019-cu il ta rixli qətnamə 28 iyun 2019-cu il tarixli məktubla rabitə orqanı vasitəsi ilə Hüseynova Günel Bayraməli qızına göndərilmiş və 23.07.2019-cu il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Hüseynova” adlı şəxs tərəfindən imza edilməklə qəbul edildiyindən həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddəti 23.09.2019-cu il tarix hesab olunur. Azərbaycan Respublikası MPM-nin: -135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. -135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. -135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apelyasiya instansiy ası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə cavabdeh tərəfindən kassasiya şikayəti məhkəməyə 17.12.2019-cu il tarixdə daxil olmaqla yanaşı, həmin kassasiya şikayətinə prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, qeyd olunan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin qətnamənin təqdim olunmaması ilə bağlı müvafiq poçt arayışının kassasiya şikayətinə əlavə edilməsinə dair dəlilini Ali Məhkəmənin Mülki Kollegiyası əsassız hesab edir. Belə ki, 17.12.2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayətinə “Qoşma”da yalnız “order” və “dövlət rüsumu haqqında“ qəbz qeyd olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Maraqlarına toxunan şəxs Cavabdeh19 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1605/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1605/2020
16.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver