Məhkəmə qərarları › İş №2(102)-1606/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1606/2024

01.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1606/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmadığından xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-119 /2024 nömrəli iş üzrə 01 fevral 2024-cü il tarixli qərardadından üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN 701A KOD 80100018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu Ərçivan kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətindədir.

2. X4 21 avqust 2019-cu il tarixli vəsiyyətnamə ilə əmlaklarını İddiaçı vəsiyyət etmişdir.

3. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, iddia ərizəsi və daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnamə çıxararkən m ərhum anası X3 məxsus Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə, o cümlədən harada yerləşməsindən asılı olmayaraq mərhum anası X3 məxsus əmlaklarına dair vərəsəliyin qəbul edilməsi üzrə müddətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Ərçivan qəsəbəsinin sakini X4 anasıdır. xx.xx.2020-ci il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində vəfat etmişdir. Anası ölkədə karantin olduğu vaxtda vəfat etmiş və həmin vaxtdan Astara rayonun Ərçivan qəsəbəsində olan anası X3 məxsus fərdi yaşayış evində yaşamaqla təsərrüfatını idarə etmişdir. Anasının Astara rayonun Ərçivan qəsəbəsində yerləşən miras əmlakının rəsmiləşdirilməsi ilə bağlı vərəsəlik hüquq u haqqında şəhadətnamə verilməsindən ötrü Astara rayon notariat ofisinə müraciət etmişdir. Notariu notariat hərəkətini aparmaqdan imtina edilməsinə dair 11 avqust 2022-ci il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətini təmin etməmişdir. Qərarda imtinanın əsası kimi mirasın faktiki qəbulu barədə hər hansı bir sübut təqdim edə bilməməyi qeyd olunub. Anası ona 21 avqust 2019-cu il tarixli vəsiyyətnamə vermişdir. O, anasına məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən miras əmlaklarını qəbul etmişdir, anasının ölümündən sonra 0.04 hektar torpaq sahəsində yerləşən, anasına məxsus yaşayış evində yaşayır.

6. Astara Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(018)-532/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X1 miras qalmış JN 701A KOD 801 00018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu Ərçivan kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin və digər daşınmaz əmlakların miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1243.3, 1246, 1248.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Qətnamədən üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci insansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Vaxtilə atası Moskvada olan evlərini sataraq Bakı şəhərində ayrı-ayrı ünvanlarda 3 ev almışdır. Atası 2013-cü ildə vəfat etmişdir. Atası vəfat edəndən sonra evləri vərəsəlik yolu ilə onun, qardaşının və nənəsi Vəciyənin adına keçmiş və reyestrdə onların hər birinin payları müəyyən olunmuşdur. Hazırda əmisi olan iddiaçı onlara məxsus olan hər 3 evdə nənəsi Vəciyənin payının hissəsindən pay tələb edir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-119/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadı ilə (C.İmanov (sədrliyi və məruzəsi ilə ), hakimlər P.Əhmədov və T.Kərimovdan ibarət tərkibdə) üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata, məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbayca n Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

12. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında vurğulanmışdır ki, oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatı nın aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

13. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən hazırkı iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi üçün əsas hesab edilmiş maddi hüquq norması qüvvədən düşmüş hesab edildiyindən, hazırkı işə məhkəmədə baxıla bilməz.

14. Məhkəmə kollegiyası iddiaçı tərəfə izah etmişdir ki, vərəsəliyin qəbulu ilə bağlı qanunla müəyyən edilmiş qaydada yenidən notariat ofisinə müraciət etmək hüququ vardır.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Az ərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına, MPM-nin 2.2, 372.7, 385, 387, 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə müvafiq araşdırma aparmış olsa idi, iddiaçının ümumiyyətlə həmin miras əmlaklarda payının (haqqının) olmadığını müəyyən etmiş olardı. Göstəri lən hal məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmamasını göstərir və hakim tərəfindən Konstitusiyanın bu normasının pozulmasını təsdiq edir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçı həm mirasın qəbulu üçün nəzərdə tutulan üç aylıq müddəti buraxmış, eyni zamanda miras əmlaklardan heç vaxt istifadə etməmiş və orada yaşamamışdır. Yəni, iddiaçı mübahisə obyekti olan miras əmlakları nə faktiki, nə də hüquqi qəbul etməmişdir.

18. Bundan başqa, onların iddiaçı ilə mübahisələri və məhkəməyə müraciəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu nun 26 dekabr 2023cü il tarixli qərarı qəbul edilməzdən əvvəl olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Üçüncü şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məq amda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. Maddə 1245. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

29. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə.

36. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...

37. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

38. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, ha kim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

39. Maddə

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məkəməsinin qərardadı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməməsinə görə ləğv edilməli, yeni qərardad çıxarılmaqla, digər əsasla iş üzrə icraata xitam verilməlidir.

43. Belə ki, apelyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən, hazırkı işə məhkəmədə baxıla bilmədiyi qənaətinə gəlmiş və iddiaçıya vərəsəliyin qəbulu ilə bağlı qanunla müəyyən edilmiş qaydada yenidən notariat ofisinə müraciət etmək hüququnu izah etmişdir.

44. İlk növbədə qeyd edilməlidir ki, həqiqətən də “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çox almasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.

45. Həmin qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Eyni zamanda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi müəyyən edilmişdir.

46. Lakin həmin qərardan irəli gələn hüquqi nəticələrin bundan əvvəl açılmış vərəsəlik işləri üzrə notariat icraatına şamil olunması barədə göstəriş yoxdur.

47. Qüvvədə olan “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir.

48. Adı çəkilən Təlimatın 99-cu bəndində deylir ki, vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etd irdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

49. Buna görə də iddiaçının vərəsəlyin rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etməsi, iddiaçı tərəfindən mirası qəbul etməsi araşdırılmadan ona vərəsəlik şəhadətnaməsi verilməsinə səbəb olmayacaq. Vərəsəlik Konstitusiya Məhkəməsinin adı çəkilən qərarı çıxarılanadək açıldığına görə, notarius Təlimatın 95-ci maddəsinin dispozisiya şərtlərindən kənara çıxa bilməyəcəkdir.

50. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, ü zərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.

51. İşə baxılarkən, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddialara baxılması üzrə məhkəmə təcrübəsi nəzərə alınmaqla, iş üzrə icraata xitam verilməli idi. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxı lır.

52. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.

53. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz f aktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur.

54. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.

55. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir.

56. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir.

57. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqs ədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).

58. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məc əllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

59. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.

60. Əks yanaşma yuxarıda sadalanan mülki pro sessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.

61. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyu lması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

62. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmşinin iddiaçıya, miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlak ın bölünməsi, ziyanın ödənilməsi və s. tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

63. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin təmin olunması barədə qətnamə çıxarmış, apelyasiya instansiyası məhkəməsi isə hazırki iş üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə zərurət olmaması əsası ilə iş üzrə icraata xitam vermişdir.

64. Yuxarıda şərh edilənlərə görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-119/2024 nömrəli iş üzrə 01 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş üzrə icraata bu qərarən əsaslandırıcı hissəsində göstərilən əsaslarla xitam verilməlid ir.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-119/2024 nömrəli iş üzrə 01 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar