Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1607/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin və müqavilənin etibarsız hesab edilməsi, əhəmiyyətsiz əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlu ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “etibarnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6673/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 fevral 2021-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, həmin tarixdən etibarən avtomobildən istifadə hüququ ilə bağlı müxtəlif şəxslərə müxtəlif tarixlərdə etibarnamələr verilmiş, 21 noyabr 2022-ci il tarixdə Cavabdeh1 avtomobildən istifadə hüququnu ehtiva edən və xx.xx.2032-ci il tarixinədək qüvvədə olacağı nəzərdə tutulmuş etibarnamə, 23 noyabr 2022-ci il tarixdə xx.xx.2023-cü il tarixinədək qüvvədə olması nəzərdə tutulmuş eyni səlahiyyəti ehtiva edən növbəti etibarnamə, 25 noyabr 202 2ci il tarixdə isə nəqliyyat vasitəsinə dair sərəncam hüququnu ehtiva edən və xx.xx.2023-cü il tarixinədək qüvvədə olacağı nəzərdə tutulmuş etibarnamələr verilmişdir. 2. 25 noyabr 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilə bağlanmış, avtomobil 10500 manata Cavabdeh2 satılmış, alqı-satqı müqaviləsini İddiaçı adından etibarnamə əsasında Cavabdeh1 imzalamış, avtomobil həmin tarixdə ** GC *** dövlət nömrə nişanı təhkim edilməklə Cavabdeh2 adına qeydiyyata alınmışdır. 3. "xxxx" MMC və Cavabdeh1 arasında 25 noyabr 2022-ci il tarixdə “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlandırılan yazılı sənəd imzalanmış, həmin sənədin məzmununa görə Cavabdeh1, “Daewoo Gentra” minik ma rkalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 ay müddətinə, hər ay 375 manat ödəmək şərti ilə icarəyə götürmüş, eyni tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən və xx.xx.2024-cü il tarixinədək qüvvədə olacağı nəzərdə tutulmuş etibarnamə verilmişdir. 4. "xxxx" MMC-nin direktoru X2r; o, Cavabdeh2 bacısıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək tərəfindən Cavabdeh1 adına verilmiş 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnamənin, həmin etibarnamə üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı **-EK-* ** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, avtomobilin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş, 2022-ci ilin noyabr ayında avtomobili Cavabdeh1 nisyə satmaq barədə sonuncu ilə razılıq əldə etmiş, avtomobilin dəyəri 8500 manat müəyyən olunmuşdur. 21 noyabr 2022-ci il tarixdə Cavabdeh1 və qardaşı Səid Dadaşov avtomobilə baxış keçirərək onu bəyənmiş, bundan sonra avtomobillə bağlı cərimələri ödəmiş, əlavə alqı-satqı xərcləri ödənilməsin deyə 25 noyabr 2022-ci il tarixdə avtomobilə sərəncamvermə hüququnu müəyyən edən etibarnamə verməklə avtom obili Cavabdeh1 təhvil vermişdir. Aralarındakı razılığa görə Cavabdeh1 avtomobilin dəyərinin 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyinə vəd vermişdir. Lakin sonradan qalan pul ödənilmədiyindən o, Cavabdeh1 pulunu tələb etmiş, cavabdeh onun tələblərinə məhəl qoymadığından 29 dekabr 2022-ci il tarixdə verdiyi etibarnaməni ləğv etmişdir. Sonradan müəyyən etmişdir ki, Cavabdeh1 avtomobili etibarnamə əsasında alqı-satqı yolu ilə öz yaxın adamı olan Cavabdeh2 adına keçirmiş, bundan sonra avtomobilə **-GC-*** dövlət qeydiyyat nişanı verilmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.2, 339.2 və 340-cı maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsin i müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
9. Birinci instansiya məhkəməsi iddiaçı həmçinin göstərmişdir ki, avtomobillə bağlı Cavabdeh1 etibarnamə vermiş, lakin qarşı tərəf pulla bağlı öhdəliyini icra etmədiyindən həmin etibarnaməni ləğv etmişdir. Sonradan Cavabdeh1 və qardaşı Səid Dadaşzadə ondan etibarnaməni bərpa etməyini xahiş etmiş, avtomobili satıb borcu ödəyəcəklərini bildirmişlər. İnanaraq Cavabdeh1 yenidən etibarnamə vermiş və sonuncu satmışdır. Lakin bundan sonra ona heç bir ödəniş edilməmişdir.
10. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, iddia ərizəsində göstərilənlərin ona heç bir aidiyyəti yoxdur. O, Cavabdeh1 yaxın adamı deyildir, avtomobil formal olaraq deyil, alqı-satqı yolu ilə almış, avtomobilə görə Cavabdeh1 pul ödəmişdir. Vicdanlı alıcıdır və Cavabdeh1 ilə iddiaçı arasındakı münasibətlərdən xəbəri olmamışdır. Cavabdeh1 iddiaçıya borcu varsa, iddiaçı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 ilə aralarında avtomobilin dəyərini 10000 manat kimi qiymətləndirmişlər və o, həmin məbləği Cavabdeh1 ödəmişdir. Cavabdeh1 onların avtomobilləri icarə müqaviləsi əsasında dəyərini hissə-hissə ödəmək şərtilə satdıqlarını bilib, həmin avtomobili onlardan bu şərtlərlə almaq istədiyini bildirmiş, buna görə də həmin gün 5000 manat ilkin ödəniş edilməklə, qalan məbləğin 24 ay ərzində ödənilməsi şərti ilə avtomobil 14000 manata Cavabdeh1 satılmışdır.
11. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (bacısı) X4 iddianı qəbul etmədiklərini bildirib izahatında göstərmişdir ki, onlar şəxsən cavabdehi tanımırlar. Avtomobili Cavabdeh1 10000 manata alaraq bacısı Cavabdeh2 adına rəsmiləşdirmişlər. Lakin həmin gün Cavabdeh1 özünə təcili pul lazım olduğu üçün maşını ucuz qiymətə satdığını, yenidən onlardan almaq istəyini bildirmiş, buna görə də direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh1 arasında müqavilə məzmunlu iltizam imzalanmış, avtomobil icarə yolu ilə Cavabdeh1 verilmişdir. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 etibarnamə verilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(001)2254/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Etibar Mustafayev)
13. Birinci instansiya məhkəməsi qeyd et mişdir ki, hazırkı iddia ərizəsi iki tələbdən ibarətdir: 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnamənin; həmin etibarnamə üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi.
14. Etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki hüquqda yalnız bir şəxsin iradə ifadəsi nəticəsində əmələ gələn əqd birtərəfli əqd hesab olunur. Belə əqdlərdən biri də etibarnamələrdir ki, bunlara dair qanunvericilikdə xüsusi etibarlılıq şərtləri müəyyən edilmişdir. Hazırkı halda mübahisəli etibarnamənin xüsusi etibarlılıq şərtlərinin pozulması ilə verilməsi müəyyən olu nmur. Belə ki, etibarnamə notarial qaydada təsdiq edilərək bir illik müddətinə verilmişdir.
15. İddiaçı etibarnamənin etibarsızlığını “alqı-satqı xərclərinin ödənilməməsi və əslində cavabdehlə nisyə alqı-satqısı müqaviləsinin bağlanması” ilə əsaslandırmış, iddiaya görə avtomobili cavabdehə təhvil veriləndən sonra aralarındakı razılığa görə Cavabdeh1 avtomobilin dəyərindən 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyinə dair vəd versə də, sonradan qalan pul ödəmədiyindən iddiaçı 29 dekabr 2022-ci il tarixdə verdiyi etibarnaməni ləğv etmişdir.
16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı bu iddia tələbini konkret maddi hüquq norması ilə əsaslandırmamışdır. Burada əqdlərə dair ümumi etibarsızlıq şərtləri nəzərdən keçirilə bilər.
17. Mülki hüqu qda arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan və ya belə bir hüquqi nəticəni əmələ gətirmək qabiliyyətindən məhrum edilə bilən əqdlərə etibarsız əqdlər deyilir. Yəni bağlanarkən etibarlılıq şərtlərinə əməl olunmadığı halda əqdlər etibarsız olur.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisələndirilən etibarnamə bu tip əqdlər üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi etibarlılıq şərtlərinə uyğun bağlanmışdır. Bununla yanaşı, etibarnamənin ümumi etibarlılıq şərtlərinin pozulması ilə əmələ gəlməsi də sübuta yetirilmir.
19. Belə ki, həmin etibarnamə fəaliyyət qabiliyyətli şəxs tərəfindən verilmiş, onun predmeti şəxsiyyətə zidd deyil, əqd imperativ normalara uyğundur, onu əmələ gətirən iradə ifadəsinin zədəli olmasına dair sübutlar mövcud deyil.
20. Birinci instansiya məhkəməsi iddiaçının əslində “nisyə alqı-satqı müqaviləsi bağlamaq niyyətində olması” dəlilinə münasibətdə isə qeyd etmişdir ki, bu halda Mülki Məcəllənin 340-cı və 347-ci maddəsinin dispozisiya şərtləri mövcud olmalıdır.
21. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
22. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
23. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlə rinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunu r..
24. Mübahisələndirilən etibarnamə üzrə iddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sərəncam hüquqlarını Cavabdeh1 vermiş və burada hər hansı başqa əqdin mövcud olması ilə bağlı heç bir mötəbər dəlilə əsaslanmamışdır.
25. Bununla yanaşı, iddiaçının razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmadığı işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır.
26. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnamə qanunvericilikdə əqdlər üçün müəyyən edilmiş həm ümumi, həm xüsusi etibarlılıq şə rtlərinə cavab verdiyindən onun etibarsız hesab olunması tələbinə dair iddia əsassızdır.
27. İddia tələbinin “avtomobilin alqı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsinə gəldikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş qanuni etibarnamə ilə hərəkət etmiş və üçüncü şəxslə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu müəyyən edilməmişdir.
28. Müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış olduğu sübuta yetməməklə yanaşı, müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir.
29. Birinci instansiya məhkəməsi gəldi yi nəticəni Mülki Məcəllənin 337, 340.1, 340.2, 347.1, 347.2, 347.3, 347.4, 347.5, 347.6, 347.7, 362.1, 362.2, 363.1, 363.3, 364.1, 364.2, 365, 366-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ə rizəsinin dəlillərinə uyğun onunla əsaslandırılmış və şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarını tam aydınlaşdırmamış, gəldiyi nəticə işin hallarına uyğun olmamış, Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin etməmiş, alqı-satqı müqaviləsinin Cavabdeh1 tərəfindən imzalanmadığının müəyyən olunması üçün ekspertiza təyin etməmiş, müqavilənin etibarsızlığının sübuta yetirilməsinə baxmayaraq, qanunsuz qətnamə çıxarmışdır.
32. Apellyasiya baxışında Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (atası) izahatında bildirmişdir ki, onda olan məlumata görə oğlu ilə iddiaçı avtomobilin 6500 manata oğluna satılması barədə razılığa gəlmiş, iddiaçı oğluna etibarnamələ r vermiş, avtomobilin qiymətinin 4500 manatını ödəmiş, maddi çətinliyinə görə qalan borcunu ödəyə bilməmiş, buna görə də Cavabdeh2 adlı faizə pul verən şəxsdən faizə pul götürmək məcburiyyətində qalmışdır. Cavabdeh2 adlı şəxslə oğlu arasında avtomobilin alqı-satqısı olmamış, oğluna avtomobilə görə 10000 manat pul vəsaiti ödənilməmişdir. Həmin müqavilə oğlunun faizə götürdüyü pul vəsaitinə görə bağlanmışdır. Oğlunun iddiaçını aldatmaq niyyəti yoxdur, imkanı olan kimi qalıq borcunu ödəyəcəkdir, oğlu özü faizə pul verənlər tərəfindən aldadılmışdır.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6673/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri təmin edilmiş, Bakı şəhəri 50 saylı notariat ofisində 7E20549 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 25 noyabr 2022-ci il tarixli etibarnamə və “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsində bağlanmış 25 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, İddiaçı 2300 (iki min üç yüz) manatın alınıb Cavabdeh1, Cavabdeh1 10000 (on min) manatın alınıb Cavabdeh2 ödənilməsi, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı (hazırda ** GC *** dövlət nömrə nişanlı) avtomobilin Cavabdeh2 və ya Cavabdeh1 alınıb İddiaçı təhvil verilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlar ının əvəzi qismində 150 (yüz əlli) manatın Cavabdeh1 alınıb İddiaçı ödənilməsi qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə)
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, avtomobilini 8500 manata Cavabdeh1 satmaq barədə sonuncu ilə razılaşmış, 25 noyabr 2022-ci il tarixdə avtomobili ona sərəncamvermə hüququnu təmin edən etibarnamə əsasında Cavabdeh1 təhvil vermiş, Cavabdeh1 avtomobilin dəyərinin 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyini öhdəsinə götürmüş, lakin sonradan öhdəliyini yerinə yetirməyərək avtomobili formal alqısatqı müqaviləsi əsa sında Cavabdeh2 satmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bilavasitə özünün bildirdiklərinə əsasən hesab etmişdir ki, mübahisələndirilən etibarnamə verilərkən tərəflərin (etibar edənin və etibar edilənin) aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir; yuxarıda qeyd olunduğu kimi iddiaçı, müvafiq etibarnaməni Cavabdeh1 məhz əmlakı satmaq məqsədilə verdiyini, yəni əmlakı ona satmaq niyyətinin olduğunu bildirmişdir – bu isə o deməkdir ki, Cavabdeh1 ona qarşı aldadıcı hərəkətlər etməsindən bəhs oluna bilməz. Xüsusilə qeyd olunmalıdır ki, əmlakın dəyərinin ödənilmədiyi iddiası əqdin aldatma yolu ilə bağlandığı qənaətinə gəlməyə əsas verə bilməz və belə yanaşma oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə də ziddir.
36. Bu kontekstdə apellyasiy a instansiyası məhkəməsinin mövqeyinə görə müvafiq etibarnamənin aldatma yolu ilə verilməsi deyil, başqa əqdi pərdələmək (yalan əqd) üçün verilib-verilmədiyi müzakirə oluna bilər.
37. Belə ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) ola biləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdi r. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.
38. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqavilən i pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
39. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin hallarından aşkar şəkildə görünür ki, iddiaçı ilə Cavabdeh1 avtomobilin nisyə alqı-satqısı barədə razılığa gəlmiş olsalar da, bu razılaşmalarını lazımi qaydada rəsmiləşdirməmiş, həqiqi iradələrini gizli tutaraq avtomobilin Cavabdeh1 sahibliyinə etibarnamə əsasında verilməsi yönündə sövdələşmişlər. Başqa sözlə, adı çəkilən tərəflər, əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən başqa bir hüquqi prosedur həyata keçirmiş, beləliklə də, alqı-satqı ilə bağlı razılaşmalarını iddiaçının təktərəfli iradə ifadəsi olan etibarnamə ilə pərdələmişlər.
40. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnaməni etibarlı iradə ifadəsi kimi qəbul etmək mümkün deyildir.
41. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi də etibarlı sayıla və Cavabdeh2 alqı-satqı üzrə vicdanlı alıcı hesab oluna bilməz. Çünki həmin müqavilənin formal olduğu, faizə götürülən pula görə bağlanmaqla müqavilə tərəflərinin həqiqi iradə ifadələrini əks etdirmədiyi Cavabdeh1 nümayəndəsi tərəfindən faktiki olaraq etiraf edilmişdir.
42. Digər tərəfdən, bir şəxsi n 10500 manata (yaxud 10000 manata) satdığı əmlakını eyni gün 14000 manata geri alması barədə müqavilə bağlaması (razılaşmaya gəlməsi), əmlakın zaman keçdikcə qiymətdən düşən (aşınan) əmlak olduğu da nəzərə alındığında, həmin alqı-satqının görünüş üçün həyata keçirildiyinə dair qənaət formalaşdırır.
43. Bu qənaət isə o nəticəyə gəlməyə əsas verir ki, mübahisəsi gedən avtomobillə bağlı Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bu yöndə hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan görünüş üçün bağlanmaqla (o cümlədən, həmin avtomobili iddiaçının mülkiyyətindən çıxarmaq məqsədilə) mülki qanunvericiliyin uydurma əqdlə bağlı müddəalarının dispozisiya əlamətlərinə uyğun gəlir.
44. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zərur i olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
45. Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
47. Apellyasiya instansiyası məhkəməsinin qənaəti belə olmuşdur ki, iddiaçının iddia tələbləri təmin olunmalı, Bakı şəhəri 50 saylı notariat ofisində 7E20549 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 25 noyabr 2022-ci il tarixli etibarnamə və “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
48. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi et ibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Cavabdeh1 aldığını bildirdiyi 2300 manat ondan alınıb Cavabdeh1, Cavabdeh2 Cavabdeh1 ödədiyini bildirdiyi 10000 manat Cavabdeh1 alınıb Cavabdeh2 qaytarılmalı, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı (hazırda ** GC *** dövlət nömrə nişanlı) avtomobil Cavabdeh2 (yaxud Cavabdeh1) alınıb iddiaçıya təhvil verilməlidir.
51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 324, 337, 339, 340, 359, 362, 385, 386.1, 390.5, 404, 567-ci, Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə” 2019-cu il 9 dekabr tarixli, “N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli və “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarlari ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
53. Kassasiya şikayəti Mülki Məcəllənin 337, 339, 340-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 "xxxx" MMC-nin direktoru Cavabdeh2 bacısı X1 4500 manat faizlə pul götürərək avtonəqliyyat vasitəsinin icarəsi haqqında müqavilə bağlanmış və həmin müqavil əyə görə də Cavabdeh1 24 ay ərzində hər ay 375 AZN olmaqla ümumilikdə 9000 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə Cavabdeh1 Cavabdeh2 bacısı X3 16 ay hər ay 375 manat olmaqla ümumilikdə 6000 manat ödəmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası çıxardığı qətnamədə ümumi məbləğin 9000 manat olmasına baxmayaraq, “qət etdi” hissəsində Cavabdeh1 10.000 manat tutulub Cavabdeh2 ödənilməsini göstərməklə saxtakarlığa yol vermişdir. Bu da onu təsdiq edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilə alqı-satqı məqsədilə deyil, faizlə pul götürmək üçün bağlanmışdır və bu da onu təsdiq edir ki, Cavabdeh2 və bacısı X5 ilə birləşərək faizə 4500 manat Cavabdeh1 verərək 9000 manat pul tələb edirlər. Həmin məbləğdən də 6000 manat ödənilmişdir. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilm iş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tə rəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqd i bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə mü qayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
56. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlayır.
57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəm iyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
60. İddia tələbi etibarnamənin və həmin etibarnamənin əsasında aparılmış alqı-satqı müqaviləsinin etibarsz ılığı barədədir.
61. Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 34-50-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.
62. İşdən görünür ki, alqı-satqı müqaviləsinin formal olduğunu, həmin müqavilənin faizə götürülən pula görə bağlanmaqla tərəflərinin həqiqi iradə ifadələrini əks etdirmədiyini Cavabdeh1 nümayəndəsi (atası) da faktiki olaraq etiraf etmişdir.
63. Eləcə də kassasiya şikayətində də bu fakt təsdiq edilir.
64. Məhkəmə kollegiyası ümumi məbləğin 9000 manat olmasına baxmayaraq Cavabdeh1 Cavabdeh2 xeyrinə 10000 manat tutulmasını qət etməklə apellyasiya instansiyası məhkəməsinin səhvə yol verməsi, Cavabdeh2 və bacısı X5 ilə birləşərək faizə 4500 manatı Cavabdeh1 verərək 9000 manat pul tələb etmələri, həmin m əbləğdən də 6000 manat ödənilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər hazırki iddia tələbini predmetinə aid deyil.
65. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin izahatına qiymət verilmiş, onların təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə g əlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6673/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.