Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1608/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2(103)1029/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 5 mart 2013-cü il tarixli, 24 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin direktoru X6 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsini 140.000 manata Cavabdeh satmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 reyestrindən verilmiş 1 mart 2022-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda fəaliyyət göstərən İddiaçı 05/1427-14 qeydiyyat nömrəsi ilə 28 yanvar 2022-ci il tarixdə qeydiyyatdan keçmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(005)3040/2022 saylı qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsin in bağlanması” barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC (bundan sonra - üçüncü şəxs) ilə cavabdeh arasında bağlanmış 5 mart 2013-ci il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında mübahisəli avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahəsinin boşaldılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mənzil mülkiyyətçilərinin qanunvericiliklə ümumi birgə mülkiyyəti hesab edilən binanın texniki zirzəmisi üçüncü şəxs tərəfindən müva fiq icra hakimiyyəti orqanları ilə və mənzil mülkiyyətçiləri ilə razılaşdırmadan qanunsuz olaraq ayrı-ayrı şəxslərə saxta müqavilələr və maliyyə arayışları ilə satılmışdır. Cavabdeh qeyd olunan müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının texniki zirzəmisində yerləşən qeyri yaşayış sahəsini satın alaraq orada avtoyuma məntəqəsi yaratmışdır. Həmin avtoyuma məntəqəsinin dəfələrlə təhlükəli olduğu bildirilsə də, cavabdeh tərəfindən onun bağlanması ilə bağlı hər hansı tədbir görülməmişdir. Avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi binanın dayaqlarına kəskin şəkildə ziyan vurduğundan onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil. Sözügedən məsələ ilə bağlı iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Na zirliyi və İqtisadiyyat Nazirliyinə müraciət etmiş və həmin qurumların cavabları da iddiaçının mövqeyini dəstəkləsə də konkret addımlar atılmamışdır. Bununla yanaşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində avtoyuma məntəqəsinin bağlanılması ilə bağlı üçüncü şəxsə qarşı iddiaçı tərəfindən iddia qaldırılmış, həmin işə baxılanda məlum olmuşdur ki, üçüncü şəxs avtoyuma məntəqəsini cavabdehə satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının üçüncü şəxsə qarşı eyni məzmunda qaldırdığı iddia ərizəsi rədd edilmiş və həmin qətnamə ilə iddiaçıya konkret olaraq cavabdehə qarşı iddia qaldırmaq hüquqi izah edilmişdir. Həmin qətnamə ilə qeyd edilmişdir ki, "xxxx" MMC-nin cavabdeh qismində göstərildiyi iddia üzrə Bakı şəhəri, Xətai rayonu, F.Bayramo v küçəsi, 1156-cı məhəllədə yerləşən 1, 2, 3 və 4-cü yaşayış binalarının qeyri- yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya "xxxx" MMC tərəfindən hər hansı maneənin yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə "xxxx" MMC-yə yönəlmişdir. Belə olan halda mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyil. “Qətnamə”-dən həmçinin aydın olur ki, avtoyuma məntəqəsinin yerləşdiyi sahə texniki zirzəmisi və mənzil mülkiyyətçilərinin ümumi əmlakıdır. Texniki zirzəmidə fəaliyyət göstərən avtoyuma məntəqəsi binanın özülün ə kəskin zərər vurur ki, bu da orada yaşayan minlərlə insanın həyat və sağlamlığını sual altında qoyur.
6. Üçüncü şəxs iddiaya etiraz edərək göstərmişdir ki, üçüncü şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə 4 ədəd, 24 mərtəbəli yaşayış binası tikilmişdir və həmin binaların 1 və 2-ci mərtəbələrində qeyri-yaşayış sahələri, qalan mərtəbələrdə isə mənzillər yerləşir. Həmin binaların zirzəmisində qeyri-yaşayış və qaraj sahələri mövcuddur. Göstərilən ünvanda yerləşən 4 ədəd bina Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi ilə istismara verilmişdir. Binanın zirzəmi si tam şəkildə abadlaşdırılmış, 2 və 3 saylı binaların arasında, zirzəmi hissəsində yerləşən 226,0 kv.metr qeyri-yaşayış sahəsi üçüncü şəxs ilə cavabdeh arasında imzalanmış 5 mart 2013-cü il tarixli müqavilə ilə sonuncuya satılmışdır. Cavabdeh tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi tam abadlaşdırılmış, su-kanalizasiya, elektrik sistemləri quraşdırılmış və onlara texniki şərtlər alınmışdır. Qeyri-yaşayış sahəsində cavabdehə aid avtoyuma xidməti fəaliyyət göstərir. 1, 2, 3 və 4 saylı binalarda yaşayan bir qrup “işbaz”, həmin binalarda yaşayan sakinlərdən külli miqdarda yığdıqları pulları ört-basdır etmək üçün saxta sənədlər əsasında 28 yanvar 2022-ci ildə "xxxx" MMMC-ni yaratmış və öz fəaliyyətlərini qanunsuz olaraq davam etdirmişlər. Belə ki, iddiaçının üzvləri, başda Söhrab Əliyev və Mirzağa Ağayev olmaqla həmin binalarda qeyri-yaşayış sahələrinin sahiblərindən pul toplamağa başlamışlar. Onlar cavabdehdən də pul tələb edəndə, o, rədd cavabı vermişdir. Bundan sonra iddiaçının adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin ləğv edilməsini tələb etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(005)-3040/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı hazırkı iddia ərizəsində sözügedən qətnaməni təhrif etməklə məhkəməni aldatmağa çalışır. Bununla yanaşı iddiaçı saxtakarlığı davam etdirərək, müxtəlif dövlət qurumlarına şikayətlər etmişdir. Bundan əlavə 2013-cü ildə iddiaçı mövcud olmamış və üçüncü şəxs iddiaçı qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Binanın zirzəmisi əmlak kimi ayrıayrı şəxslərə satılmış v ə mübahisəli zirzəmi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olmuşdur.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 16 may 2022-ci il tarixli məktubdan görünür ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən araşdırma işləri aparılmış və müəyyən edilmişdir ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə X5 mütəxəssislər tərəfindən yerində araşdırma işləri aparılmış, nəticədə binaların zirzəmi hissəsində təyinatına uyğun olmayan 2 ədəd avtoyuma və 1 ədəd maşın söküntüsü ilə məşğul olan obyektin fəaliyyət göstərməsi təsdiq edilmişdir. Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X7 Agentliyinin əməkdaşlar tərəfindən sözügedən obyektə baxış keçirilmiş, obyektdə maye və təbii qazdan istifadə edilmədiyi müəyyən olunmuşdur. Nazirliyin X9 Xidmət inin əməkdaşlar tərəfindən iddiaçıya məxsus 24 mərtəbəli yaşayış binalarının zirzəmi mərtəbələrində vizual baxış keçirilərkən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılma sənədləri təqdim edilmədən avtomobil dayanacağının bir hissəsinin təyinat dəyişdirilərək 2 ədəd avtoyuma məntəqəsi, 3 ədəd avtoxidmət məntəqəsi, 1 ədəd idman zalı və 1 ədəd anbarın fəaliyyət göstərdiyi, həmçinin obyektlərin istismarının X9 Xidməti ilə razılaşdırılmadığı, elektrik təchizatının “X2 Qaydaları”-nın tələblərinə uyğun quraşdırılmadığı, yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığı müəyyən edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)3161/2023 saylı qətnaməsi ilə (hakim S.Əbilova) iddia təmin edilmiş, ca vabdeh ilə üçüncü şəxs arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması, habelə üçüncü şəxsdən 140.000 manat pulun tutularaq cavabdehə verilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi tərəflər arasında bağlanmış razılaşmanın etibarsızlığı ilə bağlı olduğundan, ümumilikdə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir. Belə ki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətin in əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
10. Məhkəmə işin faktiki hallarının məcmusuna əsasən qeyd etmişdir ki, mübahisələndirilən zirzəmi sahəsi iddiaçıya məxsusdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, üçüncü şəxsin cavabdeh qismində göstərildiyi iddia üzrə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 1, 2, 3 və 4-cü yaşayış binalarının qeyriyaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülk iyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya cavabdeh üçüncü şəxs tərəfindən hansı maneə yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə üçüncü şəxsə yönəlmişdir. Belə olan halda mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın olmamışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1, 2, 3 və 4-cü yaşayış binalarının texniki zirzəmiləri çoxmənzilli binanın paylı mülkiyyətçilərinin ümumi əmlakı olduğundan, cavabdeh tərəfindən idd iaçının hər hansı hüququnun pozulması müəyyən edilmədiyindən, pozulmamış hüququn bərpası və onun məhkəmə müdafiəsi də mümkün deyil. Məhkəmə 2 və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty və avtoyuma məntəqəsinin bağlanması” hissəsində iddia tələbini əsassız hesab etmiş. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” cilalanma və avtoyuma məntəqələrinin bağlanması tələbini irəli sürən iddiaçı həmin tələbini, iş üzrə üçüncü şəxsə qarşı yönəltmişdir. Halbuki həmin qeyri-yaşayış sahələrinə dair üçüncü şəxslərlə müvafiq müqavilələr bağlanmış və onlar tərəfindən həmin qeyri-yaşayış sahələrinə dair pay haqları tam məbləğdə ödənilmişdir. Həmin müqavilələr mövcud olduğu halda “Carbeauty" və avtoyuma məntəqəsinin bağl anması barədə iddiaçının tələbi təmin oluna bilməz.
12. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisələndirilən müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır. Belə ki, üçüncü şəxsin direktoru X6 ilə cavabdeh arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin bağlanmasında lazımi subyektlərin iştirakı olmamışdır. Belə olan halda müqavilənin etibarlı olması üçün həmin müqavilənin subyekt tərkibinə dair şərt pozulmuşdur.
13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin digər tərəfi hazırki iş üzrə üçüncü şəxs olmuşdur. Hazırkı mülki iş üzrə prosessual hüquqi baxımından statusu cavabdeh olsa da, üçüncü şəxs kimi mülki işə cəlb edilmiş və bununla da sonuncu məhkəmə iclaslarında iştirak etmiş, iddia ilə bağlı nümayəndəsi öz mövq eyini bildirmiş, bu baxımdan da üçüncü şəxs cavabdeh kimi cəlb edilməsə də, əslində mülki prosessual hüquq baxımından həmin statusda olmuşdur. Üçüncü şəxsin cavabdeh deyil, üçüncü şəxs kimi cəlb edilməsi hazırkı halda hüquqi əhəmiyyət kəsb etməmiş, yəni mübahisənin məğzini dəyişməmişdir.
14. Məhkəmə üçüncü şəxsin etirazının dəlili kimi istinad etdiyi “müqavilənin bağlandığı vaxt MMMC-nin olmadığı” barədə məsələyə münasibətdə qeyd etmişdir ki, məhkəmə təcrübəsində üçüncü şəxsdə qanuni əsaslarla müqavilə bağlayaraq mənzilin inşasının yekunlaşmasını gözləyən vətəndaşlar sonradan həmin mənzilə arxa tarixə tərtib edilmiş saxta müqavilələrin qurbanına çevrilməsi hallarına əksər hallarda rast gəlindiyi hər kəsə məlumdur. Bu baxımdan mülki işlərə baxılması təcrübəsi göstərir ki, üçüncü şəxsdə anal oji halların tez-tez təkrarlanması adi hal almışdır. Belə olan halda üçüncü şəxslə cavabdeh arasında mübahisəli əqd bağlanarkən vicdanlı hərəkət etməsi yəni müqavilənin məhz 2013-cü il tarixdə bağlanması inandırıcı deyil. Bundan əlavə həmin müqavilə 2013-cü il tarixdə bağlanmış olsa belə üçüncü şəxsin belə bir müqavilə bağlama hüququ mövcud olmamışdır. Çünki Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir.
15. İşin müəyyən olunmuş hallarına görə iddiaçı məhkəmədə iddia qaldıraraq mənzil mülkiyyətçilərinin hüquqlarının tanınmasını xahiş etmiş və həmin məhkəmə prosesində mübahisəli zirzəminin üçüncü şəxsə satıldığını öyrən mişdir. Hazırkı iddia isə 25 iyul 2023cü il tarixdə qaldırılmışdır.
16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddənin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.4, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 339.6, 354.2-ci maddələrinə, habelə Mənzil Məcəlləsinin 35.1, 35.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsində çoxmənzilli binanın ümumi əmlakına daxil olan sahələrə texniki mərtəbələr, mühəndis qurğuları olan zirzəmilər, həmin b inada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) aid edilmişdir. “AzDTN 2.7-2- Yaşayış binalarının layihələndirmə Normaların”-da verilmiş anlayışlara görə zirzəmi mərtəbəsi- mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən aşağıda olan mərtəbə; yeraltı mərtəbə - mərtəbə örtüyünün alt səviyyəsi hamarlanmış yer səthindən aşağı olmaqla, tam hündürlüyü boyu yerin altında yerləşən mərtəbə; Texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbə. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələrarası ola bilər. avtomobil duracağı- avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş (təmir və texniki xidmət istisna olunur) yeraltı və ya yerüstü tikili. Göründüyü kimi yaşayış binalarında yeraltı və ya yerüstü tikili kimi avtomobil duracağının yerləşdirilməsi nəzərdə tutulmuşdur və Mənzil Məcəlləsinin 35.1-ci maddəsində “çoxmənzilli binanın ümumi əmlakı”-na aid edilən “texniki mərtəbə” və ya “mühəndis qurğuları” olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən “avadanlıq (texniki zirzəmi)” ilə eyniləşdirilə bilməz. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2010-cu il tarixli 63 №-li əmri ilə, xx.xx.2010cu il tarixdən Respublika ərazisində qüvvəyə minmişdir. MSN 2.xx-xx-2000 normasının 4.2ci bəndinə əsasən dayanacaqlar (bu standartların tələblərinə uyğun olaraq) yer səviyyəsindən aşağıda və ya yuxarıda yerləşə bilər, yeraltı və yerüstü hissələrdən (yeraltı və yerüstü mərtəbələr, o cümlədən bu binaların damından istifadə etməklə) ibarət ola bilər. Həmin Normanın 4.4-cü bəndinə əsasən F 1.3 tipli (çoxmənzilli binalar) binalarda minik avtomobillərinin dayanacığının yerləşdirilməsi yalnız fərdi mülkiyyətçilərə daimi əsaslarla təhkim olunduğu təqdirdə (təcrid olunmuş bloklar olmadan) yol verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli zirzəminin satılmasına dair üçüncü şəxs və cavabdeh ilə müqavilə bağlayarkən səlahiyyətli şəxs olaraq çıxış etməmişdir. Üçüncü şəxs və cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 24 nömrəli müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən 226 kv.m olan qeyri-yaşayış sahəsini cavabdeh 140.000 manata satın almışdır. Cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi tam abadlaşdırılmış, su-kanalizasiya, elektrik sistemləri qur aşdırılmış və onlara texniki şərtlər alınmışdır, həmin qeyri-yaşayış sahəsində avtoyuma xidməti fəaliyyət göstərir. Şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə cavabdehin mülkiyyətində olan avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxs-məhdud məsuliyyətli cəmiyyət tərəfindən inşa olunduğunu nəzərə almamışdır. Qeyd edilənlərdən əlavə onu da nəzərə almaq lazımdır ki, həmin bina təşkilati hüquqi formasına görə "xxxx" (MTK) tərəfindən deyil, məhdud məsuliyyətli cəmiyyət (MMC) tərəfindən inşa edilmişdir. Məhkəmə MTK ilə MMC-nin inşa etdiyi binalarda olan sahələrdə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı münasibətlərə tətbiq edilməli olan normaları düzgün tətbiq etməmiş, MMC-nin inşa etdiyi binadakı sa hələrə mülkiyyət hüququnun yaranmasının fərqli əsaslara söykəndiyinin fərqinə varmamışdır. Məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasının, subyektiv hüququn pozulubpozulmaması, daha sonra cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunanlardan göründüyü kimi, üçüncü şəxsin cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamağa subyektiv hüququ olmuşdur. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, “.......2013-cü ildə iddiaçının mövcud olmadığını, şirkətin mülkiyyətçilər qarşısında heç bir öhdəliyinin olmadığını, zirzəminin əmlak kimi ayrı-ayrı şəxslərə satıldığını, mübahisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəyi olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsinə dair qətnam ə qəbul edilməsini xahiş etmişdir.” İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi binanın dayanıqlığına kəskin şəkildə ziyan vurur və onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil.” Həmin məsələyə münasibətdə qeyd etməsi zəruri hesab edilir ki, üçüncü şəxs tərəfindən inşa edilən hündürmərtəbəli binanın tərtib edilmiş eskiz layihəyə uyğun olaraq, müvafiq qurumların razılığı ilə həmin zirzəminin avtomobil dayanacağı kimi istismarına icazə verilmişdirsə, deməli həmin zirzəminin binanın dayanıqlığına təsir göstərməsi ilə bağlı hər hansı hal mövcud deyil.
19. Üçüncü şəxs də apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs tərəfindən inşa olunmuş ünvan 3 ünvanında yerləşən 4 ədəd hündür mərtəbəli yaşayış binası AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 529 saylı Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Binanın zirzəmisi tam şəkildə abadlaşdırılmış, 2 və 3 saylı binaların arasında, zirzəmi hissəsində yerləşən 226,0 kv.metr qeyri-yaşayış sahəsi üçüncü şəxs ilə cavabdeh arasında imzalanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə sonuncuya satılmışdır. Cavabdeh tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi tam abadlaşdırılmış, su-kanalizasiya, elektrik sistemləri quraşdırılmış və onlara texniki şərtlər alınmışdır, həmin qeyri-yaşayış sahəsində avtoyuma xidməti göstərir. Həmin ünvanda yerləşən üçüncü şəxsə məxsus hündürmərtəbəli yaşayış kompleksinin Eskiz Layihəsində zirzəmilər təyinatına görə avtomobil dayanacağı kimi nəzərdə tutulmuşdur. Etibarsız hesab edilən 24 saylı, xx.xx.2013-cü il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan hər hansı norma pozulmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2(103)1029/2024 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), K.Əkbərov və E.Kazımov) cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)-3161/2023 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmaqla iddia rədd olunmuşdur.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina üçüncü şəxs tərəfindən tikilmişdir. Üçüncü şəxsin nümayəndəsinin təqdim etdiyi binanın layihəsindən məlum olmuşdur ki, orada avtodayanacaq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə Dair Normativ Sənədlər Sistemi AzDTN 2.7-2 Yaşayış binaları, Layihələndirmə Normalarının 4.16-cı bəndinə görə yaşayış binasının hüdudları daxilində şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələblərinə uyğun avtomobil duracaqlarının təşkilinə yol verilir.
23. Mə hkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, çoxmərtəbəli binanın layihəsində avtodayanacaqlar nəzərdə tutulduğu halda birinci instansiya məhkəməsi hazırkı iş üzrə qeyri-yaşayış sahəsinin əslində texniki mərtəbədə olması (yerləşməsi) barədə qənaətə gəlməsi əsaslı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunur ki, məhkəmə sözügedən müqaviləni subyektiv tərkibinə dair şərtin pozulması əsası ilə etibarsız hesab edərkən qeyd etmişdir ki, zirzəmi iddiaçıya məxsus olduğu halda üçüncü şəxsin direktoru X6 ilə cavabdeh arasında həmin müqavilənin bağlanmasında lazımi subyektlərin iştirakı olmamışdır.
24. Birinci instansiya məhkəməsi “müqavilənin bağlandığı vaxt iddiaçının hüquqi şəxs kimi mövcud olmadığı” barədə məsələyə münasibətdə qeyd etmişdir ki, mübahisəli əqd bağlanarkən üçüncü şəxsin vicdanlı hərəkət etməsi, yəni müqavilənin məhz 2013-cü il tarixdə bağlanması inandırıcı deyil.
25. Məhkəmə kollegiyası bu barədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən müqavilənin məhz 2013-cü il tarixdə bağlanmasının “inandırıcı olmaması” barədə qənaəti işdə olan heç bir sübuta əsaslanmamış, tamamilə mülahizə xarakterlidir. Halbuki, MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh mübahisəli əqd bağlanarkən üçüncü şəxsin vicdanlı hərəkət etməməsi, yəni müqavilənin məhz 2013-cü il tarixdə bağlanmasının inandırıcı olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətin hansı sübuta əsaslanması müəyyən edilmir.
27. İddiaçı hazırda cavabd ehlə üçüncü şəxs arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş üzrə tələblərdən biri üçüncü şəxs ilə cavabdeh arasında bağlandığı qeyd olunan mübahisəli müqavilənin etibarsız hesab edilməsi olduğu halda iddia tələbində cavabdeh kimi yalnız müqavilənin tərəflərindən biri cavabdeh qoyulmuş, müqavilənin digər tərəfi olan üçüncü şəxs iddiaçı tərəfindən cavabdeh kimi müəyyən olunmamış, o yalnız rayon məhkəməsi tərəfindən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əs aslandırma ilə razılaşmamış və qeyd etmişdir ki, yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə iddia tələbinin əsaslılığı üzrə, yetərincə sübutlar verilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir.
30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5, 752, 759.1, 759.2-ci maddələrinə, Mənzil Məcələsinin 35.1-ci maddəsinə, habelə MPM-in 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (vəkili Vəkil5) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmi şdir.
32. İddiaçı kassasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırarkən heç bir hüquq normasına istinad etməmiş yalnız mülahizələri əsas götürmüşdür. Qətnamə yalnız Bakı şəhərində tikilən yüksək mərtəbəli binaların hansı qaydada satılması ilə bağlı mülahizə ilə əsaslandırılmış, yekunda səhv nəticəyə gəlinmiş və bina mülkiyyətçilərinin, orada yaşayan minlərlə sakinlərin həyatı təhlükəyə atılmışdır. İddiaçı onu da qeyd etmişdir ki, avtoyuma məntəqəsinin mərkəzi kanalizasiya xəttinə çıxışı yoxdur, bütün çirkab suları binanın özəl təməlinə axıdılır, bu isə 24 mərtəbəli binaların dayanaqlılığını zəiflədir və 1500 insanı ölüm təhlükəsi ilə üz-üzə qoyur. Bundan əlavə ikinci və üçüncü binanın liftləri həmin zirzəmiyə düşür, insanlar isə ailə üzvləri ilə suların içindən liftlərə yaxınlaşmaq məcburiyyətində qalır. Nəticədə bina sakinləri ilə bina sakinləri olmayan bu şəxslərlə böyük qalmaqal və insidentin yaranması, qarşıdurmanın baş verməsi istisna deyil. Binaların bütün texniki avadanlıqları burada yerləşir, sadəcə avtoyuma məntəqəsinin nəmişliyi yaxınlıq olan 242 ədəd elektrik sayğacında qısa-qapanma baş verməsi üçün kifayətdir və yanğın üçün aktiv bir mənbədir. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, binalar istismara verilərkən üçüncü şəxs tərəfindən cavabdehə satılan və mübahisələndirilən 226 kv.m yer qeyriyaşayış deyil, zirzəmi təyinatı kimi təhvil verilmişdir. Qeyri-yaşayış sahələri isə normativ aktlara uyğun olaraq 0 nöqtədən yuxarıda yerləşir, aşağıda deyil. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə dair normativ aktlarına əsasən çox mənzilli hündür binaların zirzəmisində çilingər, avtoyuma, yağ dəyişmə kimi fəaliyyətlər qəti qadağan edilir. Layihələndirmə normalarına görə avtomobil duracağı avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş (təmir və texniki xidmət istisna olunur) yeraltı və ya yerüstü tikilidir. Lakin belə işlər qadağan olduğu halda daha təhlükəli olan və daim suları binanın təməlinə axıdılan avtoyuma məntəqəsinin fəaliyyətinin hansı səbəbdən qadağan olunmamasına məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Halbuki, bu hal bina sakinləri üçün daha təhlükəlidir. İş materiallarında olan foto şəkillərdəndə müəyyən olunmuşdur ki, 4 ədəd 24 mərtəbəli binanın bütün kommunikasiya xətləri zirzəm i boyu bütün ərazidə, eyni zamanda satılan bu 226,0 kv.metr ərazidə yerləşir. Satılmış bu ərazi birdən artıq sahəyə xidmət edən, liftlərə yaxınlaşan avtomobil yoluna daxil edilib. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdehin kassasiya şikayətinə dair etiraz ərizəsində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
36. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
38. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət et mək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əm lakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı “müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması” hissələrində rədd edərkən düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib.
51. Ona görə də kassasiya instansiyası məhkəməsi həmin tələblər üzrə iddiaçının kassasiya şikayətinə əsasən əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, həmin hissələrdə apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. İddianın “avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” hissəsinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddianı bu hissədə rədd edərkən apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
53. Belə ki, hazırda iddiaçı sözügedən binanın zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin təhlükəli olduğunu, avtoyuma məntəqələrinin fəaliyyət göstərməsinin binanın özülünə, dayaqlarına kəskin şəkildə ziyan vurduğunu, orada yaşayan sakinlərin həyat və sağlamlıqları üçün təhlükə törətdiyini və sair göstərib, avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılmasını iddia edir.
54. Cavabdeh isə binanın avtodayanacaq hissəsində fəaliyyət gös tərən sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində hər hansı nöqsanların və zədələrin müşahidə olunmadığını, avtoyuma məntəqələrinin binanın dayaqlarına, habelə həmin binada yaşayan sakinlərin həyat və sağlamlıqlarına hər hansı ziyan vurmadığını göstərib iddiaya etiraz edir.
55. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı qeyd olunan hissədə də rədd edərkən, iddiaçının sözügedən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə iddia tələbinin əsaslılığına dair məhkəməyə yetərincə sübutlar təqdim etməməsinə və iddianın bu hissədə təmin edilməsi üçün əsasların olmamasına istinad etmişdir.
56. Əvvəla, işə əlavə edilmiş 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilə və eyni tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, üçüncü şəxs, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsini 140.000 manata Cavabdeh satıb.
57. Digər tərəfdən işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina üçüncü şəxs tərəfindən inşa olunub və həmin qeyri-yaşayış sahəsi binanın zirzəmi hissəsində yerləşir. Cavabdeh həmin qeyri-yaşayış sahəsinin bir hissəsindən avtoyuma məntəqələri kimi istifadə edir.
58. Daha sonra işdən, habelə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 16 may 2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə yerində baxış k eçirilərək müəyyən olunub ki, obyektdə maye və təbii qazdan istifadə olunmur. Lakin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan qeyri-yaşayış sahəsinin (avtodayanacağın) bir hissəsinin təyinatı dəyişdirilərək, oradan iki ədəd avtoyuma məntəqəsi; üç ədəd avto-xidmət məntəqəsi; bir ədəd idman zalı və bir ədəd anbar kimi istifadə olunur. Həmçinin həmin obyektin istismarının X9 Xidməti ilə razılaşdırılmadığı, elektrik təchizatının “X2 Qaydaları”-nın tələblərinə uyğun olmadığı, habelə obyektin yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilmədiyi müəyyən olunur.
59. Eyni zamanda, cavabdehin etiraz ərizəsindən və ona əlavə olunmuş “Azkommunlayihə” KLİ-in 8 fevral 2024-cü il tarixli “Texniki rəyin”-dən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə üçüncü şəxsə məxsus binanın avtodayanacaq hissəsində fəaliyyət göstərən cavabdehə məxsus sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsinə (zirzəmiyə) vizual texniki baxış zamanı nöqsanlar və zədələr müşahidə olunmamışdır. Avtoyuma məntəqələrində çirkab su quyularında su sızıntılarının baş verməməsi üçün mütəmadi olaraq quyuların tullantılardan təmizlənməsi və ildə bir dəfə texniki müayinə olunması tövsiyə olunmuşdur.
60. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair işə əlavə edilmiş sənədlər arasında (qeyd olunan məktub və texniki rəy arasında) ziddiyyətlər vardır.
61. Həmçinin “avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” tələbi ilə bağlı tərəflər arasındakı hazırkı mübahisə isə əslində avtoyuma məntəqələrinin fəaliyyət göstərməsinin sözügedən binanın özülünə, dayaqlarına ziyan vurub-vurmaması, orada yaşayan sakinlərin həyat və sağlamlıqları üçün təhlükə törətdib-törətməməsi və sair ilə bağlıdır.
61. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan avtoyuma məntəqələrinin fəaliyyətinin sözügedən binada yaşayan sakinlərin öz sahələrindən istifadə etmələrində hər hansı maneçilik yaradıb-yaratmadığını, nəticədə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmadığını araşdırmadan, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mübahisəli məsələyə dair işə əlavə edilmiş məktublarına diqqət yetirmədən, avtoyuma məntəqələrinin fəaliyyət göstərməsinin sözügedən binanın özülünə, dayaqlarına ziyan vurub-vurmadığını, orada yaşayan sakinlərin həyat və sağlamlıqları üçün təhlükə törədib-törətmədiyini və sair xüsusi bilik tələb edən bu sualları aydınlaşdımaq üçün öz təşəbbüsü ilə iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə kifayətlənərək iddianı mübahisələndirilən hissədə də rədd etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinin mənasına görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
62. Mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik t ələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər.
63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərar ında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.
65. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən “Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” tələbinin rədd olunması hissəsində ləğv edilməli, mü lki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı, qalan mübahisələndirilən hissədə qatnəmə dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2(103)-1029/2024 saylı qətnaməsi qismən - “Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” tələbinin rədd olunması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Ba kı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qatnəmə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.