Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1609/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin icbari sığortalanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)7290/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmuş və 05 iyul 2019-cu il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə, Müdafiə nazirinin 16 sentyabr 2019cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Sığortalı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış Hərbi qulluqçu ların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən Nazirliyin hərbi qulluqçuları, o cümlədən İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalanmışdır.
3. Həmin müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 13 yanvar 2020-ci il tarixdə 6600 manat sığorta məbləği ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçıya 5 illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir, 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Müdafiə nazirinin müvafiq nömrəli məxfi əmrinə əsasən “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olaraq xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində N il müddətində xüsusi şəraitdə xidmət keçmiş, Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, 30 yanvar 2020-ci il tarixd ə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq, ikinci dərəcəli müharibə əlili vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ikinci dərəcəli əlil olduğuna görə iddiaçıya 2020-ci ildə “kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin” subyekti olması nəzərə alınmadan, qanunsuz şəkildə digər hərbi qulluqçular kimi cəmi 6500 manat məbləğində sığorta pulu ödənilmişdir ki, bu da iddiaçını qane etmir və qanunvericiliyin tələblərinə ziddir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olduğuna görə 5 illik pul təminatı məbləğində sığorta pulu ödənilməli idi. Bununla əlaqədar, iddiaçı cavabdehə 31 yanvar 2022-ci il tarixində rəsmi şəkildə müraciət edərək, “kəşfi yyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olması nəzərə alınmaqla ona 5 illik pul təminatı məbləğində sığorta pulunun ödənilməsini xahiş etmişdir. Cavabdehin 14 fevral 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən 13 yanvar 2022-ci il tarixində 6600 manat sığorta məbləği Sizin bank hesabınıza köçürülmüşdür. Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılır və bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Şirkət arasında imzalanmış müvafiq müqaviləyə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası yalnız “Hər bi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. Buna görə də Sizə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür”. Lakin, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə çağırıldığına, hərbi qulluqçu statusunu əldə etdiyinə, dövlət tərəfindən şəxsi icbari sığorta edildiyinə, həqiqi hərbi xidmət zamanı sağlamlığını itirdiyinə və bunun nəticəsində əlil olduğuna görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə sığorta ödənişini almaq hüququ vardır. İddiaçıya sığorta ödənişini məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirməlidir. İddiaçı N ildən artıq müddətdə kəşfiyyat subyekti olmuş və dövlətin mənafeyi üçün x arici ölkədə məxfi tapşırıqları icra etmiş, bu dövrdə sağlamlığını əhəmiyyətli dərəcədə itirərək əlil olmuşdur. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olarkən sağlamlığını itirərək əlil olduğuna görə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya 5 illik pul təminatı məbləğində cavabdeh tərəfindən sığorta pulunun verilməsindən imtinası qanunsuz, əsassız, ədalətsizdir, iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyində və onun tərəfdar çıxdığı beynəlxalq qanunvericilikdə təsbit olunmuş hüquqlarını kobud şəkildə pozur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(006)3083/2022 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Qanunun 1.1, 8.1-ci, Hərbi qulluqçuların dö vlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1, 3, 4, 6-cı, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.2, 20.11-ci, Mülki Məcəllənin 897.2, 897.3, 907.1, 907.2-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, icbari sığortalar üzrə sığorta hadisəsi hesab edilən hallar ödənilməli olan sığorta haqqı, sığorta ödənişinin həddi və hətta sığortaçı belə qanunla müəyyən edilsə də, icbari sığortalanmanın həyata keçirilməsi üçün imperativ olaraq sığorta etdirən müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanması və qanunla müəyyən edilmiş sığorta ödənişinə uyğun müvafiq sığorta haqqının ödənilməsi təl əb olunur.
8. Məhkəmə baxışı zamanı təqdim edilmiş sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, “sığortaçı” “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qüvvədə olan Qanununa əsasən “sığorta olunan”ların icbari şəxsi sığortasının həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa uyğun olaraq hər bir hərbi qulluqçu 11000 manat məbləğində sığorta edilir, sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında – yəni 110 manat müəyyən edilir və “Sığortalı” tərəfindən “Sığortaçı”nın bankdakı hesabına ödənilir. Müqavilənin 5-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına baxmayaraq, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda 60 faiz nisbətində sığorta ödənişi verilir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hərbi qulluqçu statusu ilə yanaşı, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmuşdur. Bu baxımdan iddiaçıya sığorta ödənişinin məhz “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş həddə ödənilməli olması qanunla nəzərdə tutulsa da, hazırkı halda sığorta ödənişinin həmin Qanunla müəyyən edilmiş təminata uyğun olaraq verilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqavilədə isə sığorta təminatı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna uyğun olaraq deyil, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanuna uyğun olaraq hesablanmışdır.
10. Mülki Məcəllənin 897.2, 897.3 -cü maddələrinə əsasən icbari sığorta müqaviləsinin qanunla müəyyən edilmiş şəkildə bağlanmaması qanunvericiliklə sığortaçının deyil, sığorta etdirənin məsuliyyətinə aid məsələdir. Hazırkı iş üzrə isə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta müqaviləsi ilə müəyyən edildiyindən və həmin müqavilələr əsasında sığortaçı sığorta olunanı “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması birbaşa olaraq sığortaçını sığorta olunan qarşısında məsuliyyətdən azad edir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(006)-3083/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi bar ədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-7290/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışınskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və Q.A.Əsgərovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(006)3083/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliy i, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Hərbi qulluqçuların statusu haqqında Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Siğorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta qaydası və sığorta müqaviləsi ilə müəyyən ed ildiyindən və həmin müqavilələr əsasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması, iddiaçıya iddia edilən Qanunda nəzərdə tutulan təminatın verilməsini mümkünsüz edir. Belə ki, nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olması sübuta yetirilmədiyindən onun mülki məsuliyyəti müəyyən edilmir. Bundan əlavə, mülki qanunvericilik məhz qanunun tələblərinə cavab verməli olan sığorta qaydaları əsasında sığorta münasibətlərin tənzimlənməsini ehtiva etdiyindən, iddiaçının iddia etdiyi oxşar qanunlara (analogiya) və qanunvericiliyin iyerarxiyasına istinadən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən 5 illik pul təminatı məbləğində sığorta ö dənişinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi dürüst müəyyən edilməli olan qaydaların mövcud olmaması səbəbindən də mümkün deyildir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatının və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməsi müvafiq qanunda göstərilsə də, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığorta qanunları ilə müəyyən edilməmişdir. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-7290/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3, 20.1, 20.11, 20.12-ci, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 10.3, 10.5-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 1.1, 3, 4, 6-cı maddələrinin tələbləri pozulmuşdur.
16. Belə ki, iddiaçı X1 və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən subyekt olması işin mübahisələndirilməyən halıdır. İddiaçıya münasibətdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığort ası haqqında” Qanun tətbiq edilə bilməzdi. Belə ki, adıçəkilən Qanunun 1997-ci ildə qəbul olunsa da, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu 2004-cü ildə qüvvəyə minmişdir. Bu Qanun yeni qəbul olunduğundan, daha üstün hüquqi qüvvəyə malikdir və hazırkı mübahisəyə də bu Qanunun müddəaları tətbiq olunmalıdır. Eyni zamanda bu Qanun iddiaçıya münasibətdə daha çox sahəvi xarakter daşıdığından, yenə də bu Qanunun müddəaları tətbiq olunmalı idi. Bu qanuna uyğun müqavilənin olmamasına görə iddiaçı günahladırıla bilməz, cavabdeh isə həmin Qanun normasına uyğun olaraq sığorta ödənişini ödəmək məsuliyyətindən azad edilə bilməz.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdı r.
18. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və cavabdeh Şirkət arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə yalnız 1 müqavilə bağlandığına və sığorta məbləği 11000 manatla məhdudlaşdığına görə sığorta hadisəsinin baş verdiyi halda sığortaçı Şirkət tərəfindən yalnız Qanuna və müqaviləyə uyğun olaraq müəyyən edilmiş faiz nisbətlərində sığorta ödənişi verilir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına, eyni zamanda analoji işlərlə bağlı məhkəmə təcrübəsinə uyğu n olmuşdur. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etmək lə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: 22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 23. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin h ərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bil ən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. 907.1-ci maddəsinə əsasən icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. 907.2-ci maddəsinə əsasən icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
28. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası razıdır ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanun sahə normativ hüquqi aktı olmaqla, iş üzrə tərəflər arasındakı münasibətlərə tətbiq edilməlidir.
29. Lakin, hazırki halda sığorta etdirən qismində çıxış edən müvafiq icra hakimiyyəti orqanı və cavabdeh arasında sığorta müqaviləsinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan həddə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun bağlanması iddiaçının cavabdehdən sığorta ödənişini birinci qanuna uyğun tələb etmək imkanının qarşısını alır.
30. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq sığorta, o cümlədən icbari sığorta münasibətləri müqaviləyə əsaslanır və müvafiq müqavilə mövcud olmadığı halda, sığortaçıdan sığorta ödənişinin tələb olunmasının əsası da mövcud olmur.
31. Hazırki işdən müəyyən olunur ki, Müdafiə Nazirliyi ilə cavabdeh Şirkət arasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun sığorta müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra edərək, iddi açıya sığorta ödənişini vermişdir.
32. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının xidmət etdiyi Nazirliyi və cavabdeh Sığorta Şirkəti arasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş həddə icbari sığorta müqaviləsinin bağlanılmaması Mülki Məcəllənin 897.3-cü maddəsinə əsasən sığortaçının deyil, sığorta etdirənin məsuliyyətinə səbəb ola bilər.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəf kassasiya məhkəməsinə ərizə ilə müraciət edərək, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinin və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsini xahiş etmi şdir.
34. İddiaçının həmin vəsatəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında həll edən məsələlərin siyahısı göstərilmişdir. X6 130-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respubli kası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
35. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə qanuna uyğun olaraq müqavilə münasibətlərinin yaranmamasından irəli gəldiyindən və qanunların şərhində zərurət olmadığından, iddiaçının qeyd olunan vəsatəti təmin olunmamalıdır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-7290/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.