Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1609/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 Cavabdeh İB-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Enerji X3 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 Ca vabdeh İB-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Enerji X3 cəlb edilməklə) əsassız hesablanmış borcun silinməsi və hesabdan silinmiş pul vəsaitinin iddiaçıya qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)565/2025 nömrəli iş üzrə 3 fevral 2025- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ARDNŞ İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən sayğacın obyektdə ilkin quraşdırılması barədə İQ-1300964 nömrəli, 08 yanvar 2014-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən G-250 EK-220 markalı Elster tipli zavod n ömrəsi 75123660 olan sayğac sanatoriyanın qaz ölçü qovşağında (qazanxanada) quraşdırılmışdır. Podratçı "xxxx" MMC tərəfindən sanatoriyanın qazanxanasının qazlaşdırılması barədə 2019-cu və 2020-ci illərdə texniki icra sənədləri tərtib edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktına əsasən sanatoriyanın qaz xətti mənbəyə qoşulmuşdur. 2. “Sayğacın istismara yararlığı haqqında” xx.xx.2013-cü il tarixli ŞT-2587-2-DY saylı akta əsasən, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasına məxsus “Elster” markalı 75123660 zavod nömrəsi olan sayğaca baxış keçirilərkən sayğacın yararlı olması müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respu blika Uşaq və Yeniyetmələr üçün X9 Hüquqi Şəxsi (istehlakçı) ilə Cavabdeh (paylayıcı) arasında AMX-1459/21 nömrəli, xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır.
4. Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli SS-29/164001025-10 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akta əsasən, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün sümük vərəm xəstəlikləri sanatoriyasına məxsus “Elster” markalı 75123660 zavod nömrəsi olan sayğac xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmışdır, xx.xx.2022-ci il tarixdə sayğacın yoxlanılması haqqında akt tərtib edilmişdir. Sayğacın əvvəlki dövlət yoxlaması kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Həmin akt üzə sayğacın k orrektor hissəsinin xx.xx.2019-cu il tarixdən söndüyü qeyd edilmişdir. Aktın nəticə hissəsinə əsasən sayğacın xətasının normaya uyğun olmaması müəyyən edilmişdir.
5. Cavabdeh İB-nin “təbii X10nın pozulması” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X1 baxış keçirilərək akt tərtib edilmişdir və dəymiş ziyan hesablanmışdır. 6. “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 abonentin saldosuna əsasən, “qalıq və aktlar” bölməsində abonenə 2022-ci ilin iyun ayında 16.728,50 manat, 2022-ci ilin iyul ayında 2.790,75 borc hesablanmışdır. Həmin borc ödənişlər hesabına abonentdən tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 abonent koduna 2022-ci ilin iyun ayında hesablanmış 16.728,50 manat və 2022-ci ilin iyul ayında hesablanmış 2.790,75 manat olmaqla, cəmi 19.519,25 manat borcun əsassız hesab edilməsi və həmin borcun əvəzi olaraq iddiaçının hesabından silinmiş 19.519,25 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Sanatoriya tərəfindən 130-A nömrəli, xx.xx.2021-ci il tarixli məktubla Cav abdehnə müraciət olunaraq 7 saylı X7 adında olan 75123660 nömrəli qaz sayğacının yoxlanılması və sanatoriyanın balansına keçirilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən sayğac quraşdırılana qədər və sayğac quraşdırıldıqdan sonra hər ay istehlak olunmuş təbii qazın dəyəri Cavabdehnə ödənilir. 2022-ci ilin may ayında cavabdeh tərəfindən sayğaca baxış keçirilmiş və iddiaçıya bildirilmişdir ki, sayğacda nasazlıq var və yoxlamaya aparılmalıdır. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS 29/1640-01025-10 nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G250 markalı 75123660 nömrəli rotor tipli “Elster” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laborato riyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Cavabdeh X4 Departamenti tərəfindən tərtib edilmiş Q-02431 nömrəli, xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus qaz sayğacının sıradan çıxmış hissələri yenisi ilə əvəz edilməlidir. xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən aktda qeyd olunan hissələr yeniləri ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yazılmış (fikslənmiş) fakturaların cəmi (263.952 m3 - mexaniki sayğac göstərici 263.871 m3, elektron sayğac göstəricisi 80 m3) üzrə xx.xx.2022-ci il tarixə 19.023,41 manat borc hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, xətdən çıxarılmış qaz sayğacı Metrologiya Departamentinin Sayğacların müa yinəsi laboratoriyasında yoxlanılarkən sayğacda aşkarlanan nasazlığın hansı səbəbdən yaranması və onun yaranmasında iddiaçının təqsirinin olub-olmaması araşdırılmamışdır. Cavabdeh X4 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən sayğac istismara yararlı hesab edilmişdir. Həmin arayışda növbəti yoxlama müddəti xx.xx.2025-ci il göstərilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən sayğac yenidən quraşdırılmışdır. İddiaçı və cavabdeh mülki hüquq münasibətlərindən çıxış edərək AMX-1459/21 nömrəli, xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlamış və bu zaman “Paylayıcı”nın “İstehlakçı”ya verdiyi qaz ın dəyərinin yalnız sayğac göstəricilərinə əsasən tam hesablanması barədə müqavilə şərti müəyyənləşdirmişlər (2.1.8). Lakin, xx.xx.2022-ci il tarixli aktda korrektorun xx.xx.2019-cu il tarixdə söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 263871 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə mövcud olmamış, həmin vaxt sanatoriyanın tikinti işləri davam etmiş, sanatoriyanın qaz xətti mənbəyə qoşulmamışdır. Digər tərəfdən, Cavabdeh X4 Departamenti tərəfindən tərtib edilmiş sayğacın istismara yaralılığı haqqında xx.xx.2013cü il və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, sayğac hər üç ildən bir yoxlanmalıdır. Cavabdeh tərəfindən xx. xx.2016-cı il və sonrakı illərdə sayğac dövlət yoxlamasına aparılmamışdır. xx.xx.2022-ci il tarixli aktda qeyd edildiyi kimi korrektor xx.xx.2019-cu il tarixdə sönmüşdürsə və bunun nəticəsində arxivlərin pozularaq mexaniki hissədən keçən 263871 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdırsa, xx.xx.2020-ci il tarixdə sanatoriyanın qaz xətti mənbəyə qoşulan zaman bu hal müəyyən edilməli idi. Cavabdeh tərəfindən qaz sayğacında sayğacın iddiaçının istifadəsinə verilməsindən əvvəlki dövrdə yaranmış nasazlığa görə borcun hesablanması qanunsuzdur. Bundan başqa, xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Bu müddət ərzində sayğacda hər hansı nasazlıq aşkar edilməmiş və bu barədə cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Əgər qaz paylayıcısı tərəfindən qazın dəyəri düzgün hesablanmamışdırsa, paylayıcı qazın dəyərini sonradan hesablayaraq istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (müqavilənin 3.5-ci bəndi). Bundan əlavə, xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, borc xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmışdır. Lakin borcun hansı səbəbdən məhz bu dövrə görə hesablanması və qaz sayğacı tərəfindən 263.952 m3 qazın az hesablanmasının hansı qaydada müəyyən edilməsi hesab-fakturada və xx.xx.2022-ci il tarixli aktda göstərilməmiş və əsaslandırılmamışdır. İddiaçıya məxsus qaz sayğacı sanatoriyanın ərazisindən kənarda yerləşir və iddiaçının nümayəndəsi tərəfindən sayğacın quraşdırıldığı əraziyə daxil olmaq mümkün deyildir. Digər tərəfdən, sayğacın daxilində olan nasazlığın iddiaçı tərəfindən müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, istehlak edilmiş təbii qaza görə borc ödənilmədiyi təqdirdə, qazın verilməsinin dayandırılması ehtimalı böyük olduğundan, həmçinin sanatoriyada yetkinlik yaşına çatmayanlar sümük vərəmi xəstəliyindən müalicə olunduqlarından, 2023-cü il üçün sanatoriyanın hesabına pul vəsaiti köçürülənədək, 2022-ci ilə görə ayrılmış vəsaitdən artıq qalan 24.929 manat növbəti il üçün iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında Cavabdehnə ödənilmişdir
9. Üçüncü şəxs Azərbaycan Respublikası Enerji X2 nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh tərəfindən iddiçıya 2022-ci ilin iyun və iyul ayları üçün hesablanmış borc düzgün hesablanmamışdır. Buna dair Azərb aycan Respublikası Enerji X3 tərəfindən rəy tərtib edilmişdir və məhkəməyə təqdim edilmişdir. O, iş materiallarına əlavə edilmiş həmin rəyin məzmununa uyğun izahat vermişdir. Əlavə bildirmişdir ki, istehlakçıya 2022-ci ilin iyun ayında - 16.728,50 manat, 2022-ci ilin iyul ayında hesablanmış 2.790,75 borc daha sonra abonentin ödənişlərindən tutulmuşdur. 10.Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən təbii X10nın pozulması haqqında müvafiq aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” hesabatlar mövcud qaydalara uyğun aparılmamışdır. Rəydə qeyd edilmişdir ki, baxış zamanı “Professor Gindes adına Respublika uşaq və yeniyetmələr üçün vərəm sana toriyası”nın qaz xətti üzərində G-250 markalı 75123660 nömrəli rotor tipli “Elster” qaz sayğacının, qazanxanada 2 ədəd 2035 kvt gücündə su qızıdırcı qazan qaz qurğularının quraşdırıldığı və istismar edildiyi müəyən olunmuşdur. Aidiyyəti səndlərdən məlum olur ki, müəssisənin qaz xətti üzərində istismarda olmuş G-250 markalı 75123660 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılaraq növbədən kənar dövlət yoxlamasına göndərilmiş və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Aktda sayğacın elektron hissəsinin söndüyü qeyd edilmişdir. Növbədən kənar dövlət yoxlanılmasına göndərilmiş qaz sayğacının Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli SS2 9/1640-01025-10 nömrəli laboratoriya rəyində sayğaca ilkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, impuls ötürücüsünün normal olduğu, sayğaca hava vurulduğu, sayğacdan hava keçmədiyi, rotorların kipləndiyi, sayğacın yuyulub təmizləndiyi, mexaniki hissənin işlək olduğu, sayğaca ehtiyat batareya quraşdırıldıqdan sonra korrektorun xx.xx.2019-cu il tarixində söndüyü, Pbaza = 1.01325 bar, Tbaza = 20°C, göstəricilər Vbt =81 m3, Vb=81 m3 olduğu, batareyanın yoxlanıldığı, gərginliyin 0 V olduğu, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 263871 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, impuls ötürücüsünün yoxlanıldığı, yoxlama zamanı verilən impulsların qeydə alındığı, impuls ötürücüsünün işlədiyi, korrektorun dövrəsində cərə yan şiddəti yoxlanıldığı, gözləmə rejimində cərəyan şiddəti yoxlanıldığı, sızmanın olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlanılmasının nəticəsi olaraq xx.xx.2022-ci il tarixində ******* nömrəli “Təbii X10nın pozulması haqqında” akt tərtib edilməklə 66914 m3 həcmində 16.728,50 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına əlavə edilmişdir. Hesabat ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq sayğacın mexaniki hissəsindən keçən qaz həcminin 263.871 m3, əmsal 1.5 qəbul edilməklə aparılmış və istehlakçının hesabına 66.914 m3 həcmdə (16728,5 manat dəyərində) qaz daxil edilmişdir. Abonent saldosu araşdırılarkən müəssisənin qaz xətti üzərind ə quraşdırılmış qaz sayğacının elektron hissəsinin işləmədiyi müddət ərzində (2021-ci ilin may, noyabr, dekabr aylarında həmçinin 2022-ci ilin yanvar, fevral, mart, iyun və iyul aylarında) sayğacın mexaniki göstəricisinə əsasən qaz paylayıcı tərəfindən müvafiq hesabat aparılaraq istehlakçının hesabına daxil edilmişdir. Bundan başqa, abonent saldosunun təhlili zamanı 07.2022-ci il tarixində Cavabdeh İB tərəfindən 11.163 m3 həcmində 2790,75 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına daxil edildiyi və bu barədə aidiyyəti üzrə müvafiq sənədlər təqdim edilmədiyi məlum olmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X10”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5- 2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bildirilir ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən təbii qazdan ististifadə qaydalarının pozulması haqqında müvafiq aktlar əsasında “d əymiş ziyanın bərpasına dair” hesabatlar mövcud qaydalara uyğun aparılmamışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “Abonent haqqında məlumat”dan göründüyü kimi 2022-ci ilin iyun ayı və 2022-ci ilin iyul ayı tarixlərinə iddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” X15 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bina 0121 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********10000) üzrə istifadə edilmiş 78.077 m3 qaza görə ümumilikdə 19.519,25 (1 m3 = 0,25 qəpik) manat qalıq borc məbləği abonentin saldo cədvəli məlumatlarında öz əskini tapır. O cümlədən: 2022-ci ilin iyun ayı üzrə 16.728,50 manat, 2022-ci ilin iyul ayı üzrə 2.790,75 manat. İş materiallarında olan sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. 12.Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 6 sentyabr 2024-cü il tarixli, e-2(011)-136/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia təmin edilmişdir. 13.Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sayğacın korrektor hissəsinin xx.xx.2019-cu il tarixdən nasaz olmasına baxmayaraq, xx.xx.2013-cü il tarixli yoxlama zamanı sayğac yararlı hesab edilmiş, daha sonra isə həmin nasazlıq da qeyd edilməklə xx.xx.2022-ci il tarixli akta əsasən sayğacın düzgün işləməməsi vurğulanmışdır. 14.Məhk əmə hesab etmişdir ki, sayğacın korrektorunun xx.xx.2019-cu il tarixdən nasaz olması halında, iddiaçıya 2022-ci ilin iyun və iyul aylarında cəmi 19.519,25 manat borcun hesablanması əsassız olmuşdur. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə (2022-ci ilin iyun ayına hesablanmış 16.728,50 manat borcla bağlı) göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçıya 2022-ci ilin iyul ayı üçün əlavə hesablanmış 2.790,75 manat borcun hesablanmasına dair müvafiq sənədlər də məhkəməyə təqdim edilməmişdir. 15.Məhkəmə ö z mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8- ci bəndinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”nın 1.3, 1.4, 4.1, 4.2, 4.8, 6.5-1, 6.5-2, 6.5-3-cü bəndlərinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 107, 119.1, 119.2, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar nəzərə alınmamışdır. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər mə hkəməyə təqdim edilməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı(iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
18. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X2 nümayəndəsi X5 izahatında bildirdiyinə görə, sayğac elə bir yerdə quraşdırılmışdır ki, oraya cavabdehin nümayəndələrindən kənar digər şəxslərin girişi qeyri-mümkündür. Ora qapalı bir sahədir və cavabdehin mülkiyyətindədir. Ora günün 24 saatı cavabdehin nümayəndəsi nəzarət edir, sutkalıq sayğac göstəricilərini kitaba qeyd edir və növbəti nəzarət edən nümayəndəyə təqdim edir. Hazırkı iş üzrə cavabdeh tərəf bildirir ki, sayğacın ekranı sönmüş və belə bir hal yaranmışdır. Ancaq mexaniki hissə işləmişdir. Hesabat sayğacın mexaniki göstəricilərinə əsasən əvvəlki aylarda aparılmışdır. Növbəti dəfə sayğacın sönməsinə görə cavabdeh tərəfindən sayğac növbəti yoxlamaya aparılmış və yaranmış hal müəyyən olunmuşdur. Bu cür hesabatın aparılması əsassızdır. Nümayəndə həmçinin suallara cavab olaraq bildirmişdir ki, istifadə olunmuş qazın əvəzi cavabdeh tərəfindən tələb olunub. Cavabdeh mexaniki göstəricilərə görə hesabat aparmış, lakin sonradan hesabatın aparılmasını doğru hesab etməyərək, elektron hesabat aparmışdır və təkrar saldoya qeyd etmişdir. Saldoda mexaniki göstərici əsasında olan göstəricilər fərqləndirilmişdir. Cavabdeh sayğacı təmirə aparmalı olduğu halda təmir etməmiş, əksinə elektron hesabatla təkrar hesablama aparmışdır. Cavabdeh mexaniki göstəricilər əsasında iddiaçıdan pulu artıq tutmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-565/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və S.R.Səlimova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. A pellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən əvvəlki aylar üzrə istehlak olunmuş və sayğacın mexaniki göstəricilərinə əsasən hesabatı aparılmış qazın dəyəri iddiaçı tərəfindən ödənilmiş, bundan sonra cavabdeh tərəfindən sayğacın elektron göstəricilərinə əsasən təkrarən hesabat aparılmış və 19.519,25 manat məbləğində borc iddiaçının abonent hesabına daxil edilmişdir. İddiaçının bildirdiyinə görə, istehlak edilmiş təbii qaza görə borc ödənilmədiyi təqdirdə, qazın verilməsinin dayandırılması ehtimalı böyük olduğundan, həmçinin sanatoriyada yetkinlik yaşına çatmayanlar sümük vərəmi xəstəliyindən müalicə olunduqlarından, 2023cü il üçün sanatoriyanın hesabına pul vəsaiti köçürülənədək, 2022- ci ilə görə ayrılmış vəsaitdən artıq qalan 24.929 manat növbə ti il üçün iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında Cavabdehnə ödənilmişdir. İddiaçının saldo məlumatlarına əsasən həmin məbləğ həqiqətən də cavabdehin hesabına ödənilmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X10nın 1.3, 1.4, 5.2-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə barədə ərizə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələb inin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir, halbuki iddiaçının təbii qazdan istifadə etmədiyi və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilmədiyini müəyyən etmək olardı. Qeyd edilən halı məhkəmə öz qətnaməsində qeyd etməsinə baxmayaraq tərtib edilmiş aktları əsassız hesab etmişdir. Məhkəmə kollegiyası etiraf edilməyən aktları əsaslı hesab etməyərək birliyə vurulmuş ziyanın həqiqiliyini araşdırmaqdan yan keçərək iddianın çox hissəsini təmin etmişdir. Belə ki, mülki iş materiaallarına əlavə edilmiş saldodan istehlak edilmiş təbii qazın göstəri cilərindən məlum olsa da ki abonent təbii qazdan qanuni şəkildə istifadə etməmiş və ya qeyd edilən bu hala dair sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə qətnaməsində cavabdehin kənar xəttdən istifadə etmə halını sübut edə bilməməsini qeyd edərək iddianı təmin etmişdir. Tərtib edilmiş aktlar həmçinin saldodan qeyd edilən göstəricilərin əslində iddianın əsassızlığını sübut etmişdir. Məhkəmə qətnaməsində bu günə qədər cavabdehə vurulmuş ziyanı nəzərə almamışdır.
24. Bundan əlavə, iddiaçının əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.
25. Həmçinin məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəlində hər şey aşkar surətdə görünsə də, məhkəmə qətnamə qəbul edərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X10 ilə tənzimlənir. X10 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. Maddə 13 (8-ci hissə (köhnə redaksiyada)) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlid ir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
32. Maddə 13. (8.1-ci hissə). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiy yəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsin in 6-cı hissəsində nəzərdə tutulmuş X10 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X10”
33. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
34. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
35. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya he sab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını cavabdeh tərəfindən əvvəlki aylar üzrə istehlak olunmuş və sayğacın mexaniki göstəricilərinə əsasən hesabatı aparılmış qazın dəyəri iddiaçı tərəfindən ödənilmiş, bundan sonra cavabdeh tərəfindən sayğacın elektron göstəricilərinə əsasən təkrarən hesabat aparılmış və 19.519,25 manat məbləğində borc iddiaçının abonent hesabına daxil edilmişdir. İddiaçının bildirdiyinə görə, istehlak edilmiş təbii qaza görə borc ödənilmədiyi təqdirdə, qazın verilməsini n dayandırılması ehtimalı böyük olduğundan, həmçinin sanatoriyada yetkinlik yaşına çatmayanlar sümük vərəmi xəstəliyindən müalicə olunduqlarından, 2023cü il üçün sanatoriyanın hesabına pul vəsaiti köçürülənədək, 2022- ci ilə görə ayrılmış vəsaitdən artıq qalan 24.929 manat növbəti il üçün iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında Cavabdehnə ödənilmişdir. İddiaçının saldo məlumatlarına əsasən həmin məbləğ həqiqətən də cavabdehin hesabına ödənilmişdir.
17. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apelly asiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
18. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayət inin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
20. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 fevral 2025-ci il tarixli, 2(103)-565/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.