Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-161/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Kalbalıyev Aslan Kalbalı oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, vəkili Vəkil1, məhkəmə aktı ilə maraqlarına toxunan 3-cü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil2, Cavabdeh3 və vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ndən məhkəmə aktı ilə maraqlarına toxunan 3-cü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) xx.xx.2019-cu il tarixli, 2(005)*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxx 2018-ci il tarixli hərracın nəticələrinə dair ***** saylı protokolun, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi və iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-*****/ 2019 nömrəli qətnaməsinin dəyişdirilməsi, Azərbaycan Respublikası X5 Komitəsindən 10000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə aktı ilə maraqlarına toxunan 3-cü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsızlığı və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri, ************** saylı binanın zirzəmi mərtəbəsində yerləşən 21,5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin (zirzəminin) hərrac yolu ilə satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi və həmin sahəyə dair verilmiş sənədlərin ləğv edilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmə aktı ilə maraqlarına toxunan 3-cü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozul muş, düzgün tətbiq edilməmiş, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, İdarə 3-cü şəxs qismində cəlb edilməmiş və İdarənin mövqeyi nəzərə alınmamışdır. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri,****************** ünvanında yerləşən və ümumi sahəsi 21,5 kv.m olan qeyriyaşayış sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Belə ki, müvafiq qeyri-yaşayış sahəsi dövlət əmlakı kimi "Dövlət əmlakının özəlləşdirilməsi haqqında haqqında" Azərbaycan Respublikası Qanununun təl əblərinə uyğun olaraq özəlləşdirilmişdir. Göründüyü kimi, müvafiq qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə uyğun qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bununla bağlı nə X5 Komitəsinin, nə də İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və bu hal nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən dövlət əmlakının satıcısı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi çıxış edir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, müvafiq qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə hər hansı əlaqəsi yoxdur və müvafiq qeyri-yaşayış sahəsi dövlət əmlakı kimi özgəninkiləşdirilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi X5 Komitə si və İdarə tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.6.5-ci bəndinin pozulduğunu qeyd etsə də nəzərə almamışdır ki, qeyri-yaşayış sahəsi hərraca çıxarılmamışdan əvvəl o halda iddiaçıya təklif oluna bilər ki, dövlət əmlakı olan müvafiq qeyri-yaşayış sahəsi barədə X5 Komitəsi ilə iddiaçı arasında qanunamüvafiq qaydada bağlanmış icarə müqaviləsi olsun. Lakin sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə X5 Komitəsi arasında bağlanmış icarə müqaviləsi olmadığından və həmin qeyri-yaşayış sahəsinə dair ilkin iddia üzrə cavabdehlərin hər hansı hüquqları olmadığından müvafiq qeyri- yaşayış sahəsi hərraca çıxarılarkən ilkin iddia üzrə cavabdehlə rə təklif edilməməlidir. Belə ki, dövlət əmlakı olmuş müvafiq qeyriyaşayış sahəsi hərraca çıxarılarkən bu barədə Komitənin mətbuat orqanı olan “Mülkiyyət” qəzetində, rəsmi internet saytında və özəlləşmə portalında qanunvericiliklə müəyyən edilmiş qaydada elan verilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları düzgün araşdırılmadan, ekspertiza keçirilmədən və ekspert və ya mütəxəssis rəyi olmadan əsassız olaraq iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan İdarə tərəfindən verilmiş müvafiq kassasiya şikayə tinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə təqdimat verilməsini xahiş etmişdir. Cavabdeh3 və vəkili Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası mübahisəli zirzəmi ilə bağlı qanunvericiliyi düzgün tətbiq etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi xidmət sahəsi deyildir. Digər tərəfdən apellyasiya kollegiyası nəzərə almamışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi yeri icra hakimiyyəti orqanının sərəncamındadır. Qanunvericiliyin tələblərinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı alqı-satqını yalnız X5 Komitəsi həyata keçirə bilər. Apellyasiya kollegiyası nəzərə almamışdır ki, cavabdeh tərəfindən əqdin etibarsızlığına əsas verən hər hansı normanın tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdeh Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Azərbaycan Respublikası X5 Komitəsinin səlahiyyəli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı o lmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkəmə aktı ilə maraqlarına toxunan 3-cü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil2 vermiş olduğu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və onun vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələl ər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Hazırkı işdə də əqdin subyekt tərkibinə aid edilən şərt pozulmuşdur. Ona görə ki, Azərbaycan Respublikası X5 Komitəsi ilə Cavabdeh3 arasında xx.xx.2018- ci il tarixli 4010 saylı alqı-satqı müqaviləsi bağlanılan zaman Azərbaycan Respublikası X5 Komitəsinin həmin müqavilənin predmetini təşkil edən mübahisəli zirzəmiyə dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 1.2-ci bəndinə görə, bu qaydalar bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdi rilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının qarşısının alınması məqsədini daşıyır. Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin 35.1-35.4-cü maddələrinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Qeyd olunanlardan da göründüyü kimi zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa bir məqsəd üçün istifadə olunm ası yolverilməzdir. Belə ki, baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini X5 Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hak imiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. Həmin Əsasnamə, onun 1-ci bəndindən göründüyü kimi xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmış və yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tə nzimləməkdədir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəsi gedən sahə binanın kanalizasiya və su boruları keçən zirzəmi olmaqla çoxmənzilli binanın mənzil fonduna daxildir və binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olaraq ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur, mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə X5 Komitəsinin səlahiyyətinə aid edilməmişdir. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası X5 Komitəsinin həmin zirzəmiyə dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. İddiaçı isə mübahisəli zirzəminin üzərində yerləşən qeyri-yaşayış mülkiyyətçisi olduğu üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Ona görə də kollegiya hesab etmişdir ki, Mülki Məcəllə nin 416.1-ci maddəsinə əsasən mübahisələndirilən hərrac, həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın nəticəsində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.5 və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilm iş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən əsaslı hesab edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, 10000 manat məbləğində pul vəsaiti X5 Komitəsindən tutularaq Cavabdeh3 ödənilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə aktı ilə maraqlarına toxunan 3-cü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayətində hərracın qanunvericilik çərçivəsində keçirildiyini, əmlakın satıcısı kimi X5 Komitəsinin çıxış etdiyini göstərsə də, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə qeyriyaşayış sahəsinin binanın kanalizasiya və su boruları keçən zirzəmi olmaqla çoxmənzilli binanın mənzil fonduna daxildir və binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olaraq ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsub olmasını, mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə X5 Komitəsinin səlahiyyətinə aid edilmədiyini düzgün qaydada əsaslandırmış, bu zaman hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Həmçinin Cavabdeh3 kassasiya şikayəti əsasında da hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı aşkar edilməmiş, Cavabdeh3 da kassasiya şikayətini alqı-satqının qanunvericilik çərçivəsində keçirilməsinə istinad etməklə, şikayətini əsaslandırm ağa çalışmışdır. Lakin kassasiya şikayətlərinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkəmə aktı ilə maraqlarına toxunan 3-cü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-161/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-161/2020
09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver