Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-161/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4601/2020 nömrəli iş üzrə xx.xx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Lizinq verən qismində çıxış edən İddiaçı ASC ilə lizinq alan qismində çıxış edən X5 arasında 06 avqust 2014-cü il tarixdə AL-1283 saylı daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən “Samand Soren” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NAACD1FE4EF805197 ban, 49459 mühərrik nömrəli, qara rəngli avtomobili lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə 48 ay müddətində hər ay 294,33 manat olmaqla cəmi 14 127,41 manat lizinq ödənişini icra etməyi öhdəsinə götürmüşdür. 06 avqust 2014-cü il tarixli AL-1283 saylı daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəlikləri dəfələrlə müxtəlif şəxslərə ötürülmüş, sonuncu dəfə - 22 dekabr 2014-cü il tarixd ə X cavabdeh və iddiaçı arasında bağlanmış AL-1283(3) saylı “Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən həmin daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək AL-1283 saylı 06 avqust 2014-cü il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı “Samand Soren” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NAACD1FE4EF805197 ban, 49459 mühərrik nömrəli, qara rəngli avtomobilin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, habelə cavabdehdə n iddiaçının xeyrinə pul vəsaitinin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Samand Soren” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3 624 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı, cavabdehə qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli 2(001)5908/2016 saylı qətnaməsi ilə iddia t əmin edilərək 06 avqust 2014-cü il tarixli AL-1283 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand Soren” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçiyə (iddiaçıya) qaytarılması və cavabdehdən ümumilikdə 4 205,96 manat pulun tutulması qət edilmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş və iddiaçının mülkiyyətində olan “Samand Soren” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 sentyabr 2017-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3 624 manat ziyan dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Hətəmzadə) 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olun muşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Çünki o (iddiaçı), cavabdehin istifadəsində olmuş “Samand Soren” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 09 sentyabr 2017-ci il tarixdə iddiaçı şirkətin müvəqqəti duracağına yerləşdirilərkən onda qüsurun olduğunu və həmin zərərin məhz 3.624 manat təşkil etdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda isə onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə qeyd etmişdir ki, 09.09.2017-ci il tarixli təhvil-təslim aktında mübahisəli avtomobilin müəyyən hissələrinin əzilmiş və ya nasaz olduğunun göstərilməsi də fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, həmin aktın tərtib edilməsində cav abdehin iştirakı və həmin aktı öz imzası ilə təsdiq etdiyi ümumiyyətlə müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərə gəldikdə isə, onların hansı tarixə aid olduqlarını müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunmuşdur ki, iddia ərizəsində avtomobilin 09.09.2017-ci il tarixdə iddiaçı şirkətə qaytarıldığı göstərilsə də, fərdi sahibkar X3 möhürü ilə təsdiqlənmiş Qüsur aktı bundan təxminən 10 ay sonra – 05.07.2018-ci il tarixdə tərtib edilmiş, iddiaçının nümayəndəsi isə qeyd edilən uyğunsuzluğun məntiqli izahını verə bilməmişdir. Məhkəmə qətnaməsini Mülki Məcəllənin 748-1.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-790/2020 saylı iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) xx.xx 2020-ci il tarixli 2(103)-4601/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-790/2020 saylı iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsaslı hesab olunmasına imkan verəcək hər hansı mötəbər sübut təqdim etmədiyindən onun tələbinin təmin edilməsi mümkün deyildir. Qeyd edilmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddiasının faktiki əsası kimi istinad etdiyi halı - yəni, cavabdehin sözügedən avtomobili 09 sentyabr 2017-ci il tarixdə iddiaçıya qaytararkən onda qüsurun olduğunu və həmin zərərin iddia etdiyi kimi 3624 manat təşkil etdiyini sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)4601/2020 nömrəli iş üzrə xx.xx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi izahatında avtomobilin cavabdehdən şəxsən götürülmədiyini və hu səbəbdən təhviltəslim aktında cavabdehin imzasının olmadığını bildirmişdir. Həmçinin qüsur aktının iş məhkəməyə hazırlanan zaman tərtib olunduğunu və cavabdehə bununla bağlı xəbərdarlıq məktubu göndərildiyini məhkəmənin nəzərinə çatdırmışdır. Lakin məhkəmə nümayəndə tərəfindən qeyd olunanları nəzərə almamış və bununla bağlı qətnamədə heç bir qey d aparılmamışdır. Apelyasiya məhkəməsinə yol-nəqliyyat hadisəsinin baş verməsinə dair Nərimanov Rayon Polis İdarəsinin məktubu təqdim olunmuş və həmin məktubda Cavabdeh barəsində 07.07.2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə protokol tərtib edildiyi qeyd olunmuşdur. Lakin Bakı Apelyasiya Məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübuta münasibət bildirməmişdir. Həmçinin proses zamanı Mülki Kollegiya Cavabdeh tərtib olunmuş protokolun məhz yol-nəqliyyat hadisəsi nəticəsində yazılması ilə bağlı əlavə sübutun təqdim olunmasını tələb etmişdir. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Nərimanov RPİ-nin məktubunda yol-nəqliyyat hadisəsi nəticəsində İXM-nin 151.1-ci maddəsi il ə cərimə olunduğu qeyd olunmuşdur. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verməsi ilə bağlı İXM-də ayrıca maddə nəzərdə tutulmamışdır. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman hadisəni törətmiş şəxs “X7 Qanunun” tələbinin pozulması ilə bağlı məsuliyyətə cəlb olunur. İş üzrə zəruri olan bütün sübutların məhkəməyə təqdim olunmasına baxmayaraq apelyasiya məhkəməsi məlum olmayan səbəblərdən sübutları mötəbər qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4601/2020 nömrəli iş üzrə xx.xx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. M addə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Lizinq obyektinin təhvil verilməsi barədə aktda cavabdeh imza etmədiyindən, həmçinin qüsur aktı lizinq obyektinin iddiaçıya qaytarılmasından 10 ay keçdikdən sonra tərtib edildiyindən həmin lizinq obyektinə məhz cavab deh tərəfindən ziyan vurulması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC–nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -4601/2020 nömrəli iş üzrə xx.xx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.