Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1610/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1662/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Quba rayon X2 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə (cəmi 6 nəfər) 1.37 hektar ölçü də, eyni zamanda həmin qərarla X1 0.45 hektar ölçüdə torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Həmin şəxslərə göstərilən torpaq sahələrinə mülkiyyət hüquqlarını bildirən dövlət aktları verilmişdir. xx xxxxx 2002-ci il tarixdə E.T.Qulimova vəfat etmişdir. xx xxxx 2006-cı il tarixdə həmin torpaq sahələrinin Cavabdeh1 satılması barədə alqı-satqı müqavilələri bağlanmış və ona 1.8201 ha ölçüdə (1.37+0.45=1.8201 ha) torpaq sahəsinə mülkiyyət hüququnu bildirən xx xxxxxxxx 2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı1 və onun ailə üzvləri (cəmi 6 nəfər) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək mübahisəli torpaq sahələrinin onların mülkiyyətinə verildikdən sonra ailəliklə Rusiya Federasiyasına köçərək orada yaşamalarını, lakin buna baxmayaraq mübahisəli torpaq sahələri ilə əlaqələrini kəsməmələrini, onlara məxsus torpaq sahələrinə baxmasını Cavabdeh2 həvalə etmələrini, 2019-cu ildə torpaq sahələrindən istifadə etmək istədikdə onların Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmasını, halbuki, onların Cavabdeh2 bununla əlaqədar heç bir səlahiyyət verməmələrini əsas göstərməklə həmin müqavilələrin və onların əsasında Cavabdeh1 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-2436/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: X.Q.Tağıyev) Ağayevlərin iddia təl əbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə İddiaçı1 öz adından və digər iddiaçıların adından onların nümayəndəsi kimi apellyasiya şikayəti vermiş və şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 337, 152.1, 567-ci maddələrinə əsasən qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1662/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2436/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçılar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək alqı-satqı müqavilələrinin onların iradəsinə uyğun bağlanmamasını, iddia müddətinin ötürülməsi barədə məhkəmənin nəticəsinin qanunsuz olmasını, qətnamənin Cavabdeh2 həqiqətə uyğun olmayan izahatı əsasında və sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçıların ın izahatları İddiaçı1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verə n halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin olunması xahiş edildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə onlara torpaq sahəsini və anası E.T.Qulimovadan miras qalmış və vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etdiyi 0.45 hektar ölçüdə torpaq sahəsini - cəmi 1.8201 hektar ölçüdə torpaq sahəsini Cavabdeh2 satmış və bununla əlaqədar onların arasında xx xxxx 2002-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt Cavabdeh2, İddiaçı1 və daha 5 nəfərdən ibarət İ Nügədi kəndinin sakinləri tərəfindən im zalanmış və kənd İnzibati Ərazi vahidi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq olunmuşdur. Akta görə torpaq sahəsi 5 milyon manata satılır və satıcılar torpağı geri tələb edəcəkləri təqdirdə alıcıya 10 milyon manat ödəməlidirlər. Bundan sonra torpaq sahələri Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış, lakin həmin müqaviləni onun mülkiyyətçiləri olan İddiaçı1 və ailə üzvləri imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər İddiaçılar qanunda müəyyən olunmuş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiklərindən işə baxan məhkəmə kollegiyası iddia tələbinin rədd olunmasının qanuni olması barədə nəticəyə gəlmişdir. Kollegiya göstərilənlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1662/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1610/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1610/2021
17.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver