Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1616/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: XXX-ın İddiaçıt Birliyi Cavabeh: X2 İddia tələbi: qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması Açar sözlər: özbaşına tikili, torpaqların özbaşına tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil, cavabdeh X3 və vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXX “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin 26 Bakı Komitssarları adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X6 İcraiyyə Komitəsi) xx xxx 1962-ci il tarixli qərarı ilə torpaq sahələri ayrılmışdır. XXX “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən X2 tərəfindən ərazisinin böyük bir hissəsi zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə XXX «Azneft» İB Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının balansında olan torpaq sahəsində və 2417 nömrəli neft quyusunun mühafizə zolağında ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin “Azneft” İB-nin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdeh X1 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ ərazisində yerləşir. Cavabdehin istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Rəyə tikilinin və yerləşdiyi torpaq sahəsinin faktiki yerləşmə sxemi də əlavə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən cavabdehin istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir. Cavabdehin istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Bakı şəhəri Sə bail Rayon Məhkəməsinin 2(009)-214/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər həmin qətnamədən apellyasiya şikayət verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, əmlakın onun xüsusi mülkiyyətində olması ilə bağlı məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv məlumatlar və hazırki günə olan sənədlər mövcuddur. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Teniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş qeydiyyat vərəqəsinə əsasən ünvan 1 xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4944/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev, V.M.Ağayev, E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsasladırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddiaçı, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikilinin özbaşına tikili hesab edilərək sökülməsini tələb edir – halbuki, həmin tikili qanunsuz tikili hesab oluna bilməz. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2005-ci il tarixdə verilmiş qeydiyyat vərəqəsinə ə sasən ünvan 1 xüsusi mülkiyyət kimi cavabdehin adına qeydiyyatdan keçmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ərazidə cavabdehin torpaq sahəsini zəbt edərək orada özbaşına tikinti aparması tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilməsinə baxmayaraq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı onların qanuni istifadəsində olan torpaq sahəsinin neft quyularının mühafizə zolağında cavabdeh tərəfind ən 100 kv.m torpaq sahəsinin zəbt edilərək özbaşına tikili inşa edildiyinə istinad edərək, həmin tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair hazırki iddianı irəli sürmüşdür. Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarına əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda məhkəmələr hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusunu müəyyən etməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibini müəyyən edən 9-cu maddəsinin tələblərinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kən d təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları;ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. Həmin Məcəllənin 22-ci maddəsinin tələblərinə görə sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onl arın ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınan və bu barədə müvafiq sübut hesab edilə bilən xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən, cavabdehin istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin də məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində də inşa edilən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin “Bibiheybət” NQÇİ ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin də məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu göstərilmişdir. Apellyasiya məhkəməsi qeyd edilən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verməmiş, həmin rəylərlə razılaşmaması barədə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamışdır. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticənin əsası kimi cavabdeh tərəfindən təqdim edilmiş həmin ünvan üzrə 1920-ci ildə inşa edildiyi qeyd edilən tikiliyə dair hüquqmüəyyənedici sənədlər əsasında cavabdehin mübahisələndirilən tikilinin mülkiyyətçisi olmasına istinad etmişdir. Halbuki iddia tələbi cavabdeh tərəfindən 100 kv.m sahənin zəbt edilərək qanunsuz tikili inşa edildiyi ilə əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan tikilinin iddiaçının sökülməsini tələb etdiyi tikili ilə eyni tikili olduğu müəyyən edilməmişd ir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi ilə özbaşına tikinti və onu nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanu nla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qan uni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1616/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1616/2021
10.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver