Məhkəmə qərarları › İş №2(102)-1617/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1617/2025

24.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1617/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə (11 saylı Şəmkir Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, bağışlama müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı xx.xx.2021ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab olunması, hə min müqavilə əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1558/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən həm iddiaçı, həm də cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əliyev Əşrəf Qulu oğlu ilə X6 xx.xx.1971-ci ildə nikaha girmişlər (Tərəflərin atası və anası).

2. Əliyev Əşrəf Qulu oğlu xx.xx.2005-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində ölmüşdür.

3. X1 rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan evdən ½ hissədə irs almışdır.

4. X3 Əliyev Əşrəf Qulu oğlu ilə onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə ilə verilən ümumi əmlak Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev olmuşdur. 5. 05 dekabr 2012-ci il tarixli vəsiyyətnamə ilə X9 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evini və bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir. 6. 08 dekabr 2014-cü il tarixli vəsiyyətnamə ilə X9 ona məxsus olan və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.

7. Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov kü çəsi, 34 saylı (yeni qaydalarla:AZ5700 ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış sahəsi 156.5 kv.m, köməkçi sahəsi 43.7 kv.m, 5 yaşayış otağından ibarət 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evinə dair X4 adına tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə Əliyev Əşrəf Qulu oğlunun adına tam mülkiyyət hüququ ilə tərtib edilmiş JN-727A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 2V-01-73 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı pa ya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə və Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V01-74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə.

8. Qeyd edilən əmlak bütövlüklə Şəmkir rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-415 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

9. Daşınmaz əmlakın 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsi ilə, X9 həmin ünvanda yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. 10. 02 mart 2021-ci il tarixli **********667 sa ylı ərizədə qeyd edilmişdir ki, İddiaçı qeydiyyatda olduğu X7 məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin qeydiyyatından çıxmağı öhdəsinə götürür. Cavabdeh1 məxsus evdə qardaşı İddiaçı yaşayır.

11. Şəmkir Rayonu 1 saylı Notariat Ofisində 2V-594reyestr nömrəli xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinə məlumat daxil olmamışdır.

12. X9 2021-ci ilin avqust ayında vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə verərək mərhum atası Əliyev Əşrəf Qulu oğlundan miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X4 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum anası Zərifə Baba qızının adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr sayl ı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası 2004-cü ildə, anası isə 2021-ci ilin avqust ayında vəfat etmişdir. Anası Zərifə sağlığında özünə məxsus olan əmlakı ona vəsiyyət etmişdir. Bunu cavabdeh qardaşı da bilirdi. O, həm iddiaçının, həm də anasının savadsızlığından istifadə etmiş və bağışlama müqaviləsi əsasında onun hazırda yaşadığı və mərhum valideynlərindən miras qalmış əmlakı öz adına keçirərək mülkiyyət hüququna d air çıxarış əldə etmişdir. Bağışlama müqaviləsi Şəmkir rayon 1 saylı notariat ofisində 02 mart 2021-ci ildə 4Ə-415 reyestr nömrə ilə qeydə alınmışdır. Bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına 09 mart 2021-ci ildə üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Mübahisə predmeti olan bağışlama müqaviləsi etibarsız hesab olunmalı, onun əsasında cavabdehin adına qeydə alınmış müvafiq çıxarış ləğv olunmalıdır. Çünki onun heç vaxt əmlakını cavabdeh qardaşına bağışlamaq niyyəti olmamışdır. 15.Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli (hakim Şəfəq Məmmədova) qətnaməsi ilə iddia rədd edilmişdir. 16.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 qardaşdırlar. Onların va lideynləri Əliyev Əşrəf Qulu oğlu ilə X6 xx.xx.1971-ci ildə nikaha girmiş və onların birgə nikah dövründə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev əldə edilmişdir. xx.xx.2005-ci ildə Əliyev Əşrəf Qulu oğlu vəfat etmiş, 2021-ci ildə isə X9 vəfat etmişdir. 17.Məhkəmə ilkin olaraq iddia tələblərinin “əvvəlcə mərhum atası Əliyev Əşrəf Qulu oğlundan miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X4 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum anası Zərifə Baba qızının a dına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması” hissəsinə münasibətdə bildirmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. 18.Belə ki, hazırda mübahisəsi edilən əmlak X9 ilə Əliyev Əşrəf Qulu oğlunun birgə nikah dövründə əldə edilmişdir. Əşrəf Əliyev xx.xx.2005-ci ildə vəfat etdiyindən, onun vəfatından sonra Zərifə Əliyeva ümumi əmlaka mülkiyyət hüququn əldə edilməsi ilə bağlı müraciət etmiş və haqlı olaraq ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Çünki sözügedən əmlak ümumi əmlak hesab edildiyindən digər vərəsələrin olub-olmamasından asılı olmayaraq, Zərifə Əliyevanın həmin əmlakda ½ hissədə payı mövcud olmuş və bununla bağlı 2V-01-73 saylı ş əhadətnamə verilmişdir. 19.Məhkəmə sözügedən əmlaka dair 2V-01-74 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə belə münasibət bildirmişdir ki, X9 xx.xx.2005-ci ildə Əliyev Əşrəf Qulu oğlundan qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, həmin ərizədə ondan başqa vərəsənin olmamasını bildirmişdir. İddiaçı tərəf hazırda həmin halı mübahisələndirərək, məhkəmədən şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. 20.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, 24 iyun 2005-ci il tarixli, 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. xx.xx.2023-cü il tarixdən Mülki Məcəllənin 1273-1-ci maddəsi qüvvədən düşməsinə baxmayaraq, vərəsəlik işi açılan zaman qüvvədə olmuşdur. 21.Məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən əmlakın digər ½ hissəsinə vərəsə hesab edilməsi üçün notariat ofisinə müraciət etməmiş və ya bununla bağlı hər hansı hərəkət etməmiş, yəni susmuşdur. Buna görə də miras əmlakın ½ hissəsi ilə bağlı X7 verilmiş 2V-01-74 saylı qanun üzrə vərəsə lik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilə bilməz. 22.Məhkəmə iddia tələblərinin “Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdehin adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə də əsassızdır. 23.Belə ki, vəsiyyətnamənin tərtib edilməsi kimi, bağışlama müqaviləsi də birtərəfli əqddir. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün bir tərəfin iradə i fadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqd hesab edilir. Yəni, mülkiyyətçi olan X9 ona məxsus olan fərdi yaşayış evini və torpaq sahəsini bağışlamaqla iradə ifadəsini bildirmiş və öz hərəkətləri ilə evin cavabdehin mülkiyyətinə keçməsini istəmişdir. 24.Məhkəmə hesab etmişdir ki, bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən onun əsasında verilmiş çıxarış da məhkəmə tərəfindən ləğv edilə bilməz. 25.Bundan başqa, məhkəmə onu qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsi bağlanan zaman, iddiaçı da evin qardaşı Cavabdeh1 bağışlanmasına razılıq vermiş, həmin ev ilə bağlı vəsiyyətnamənin olduğunu mübahisələndirməmişdir. 26.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 152.1, 666.1, 667.1, 1162, 1180.1,1222-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qardaşıdır. Ataları və anaları ölmüşlər. Anası dünyasını dəyişməzdən əvvəl özünə məxsus əmlakı ona vəsiyyət etmişdir. Bunu cavabdeh qardaşı da bilmişdir. Lakin qardaşı onun və anasının savadsızlığından istifadə edərək mərhum valideynlərindən miras qalmış və hazırda yaşadığı əmlakı öz adına bağışlatmışdır. Eləcə də, bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına 09 mart 2021-ci ildə çıxarış verilmişdir. Məhkəmənin gediş ində 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı ilə ona məlum olmuşdur ki, mərhum atası Əliyev Əşrəf Qulu oğlunun vəfatından sonra anası X2 rayon 2 saylı notariat ofisinə müraciət etmiş Əşrəfin ondan başqa vərəsəsi olmamasını göstərmişdir. Notariat kontoru da vərəsələrin dairəsini müəyyən etmədən təqdim olunan arayışla kifayətlənmişdir. Bu səbəbdən də vərəsəlik şəhadətnamələrini mübahisələndirmişdir. Məhkəmə isə təqdim etdiyi sübutları obyektiv qiymətləndirməmişdir. Halbuki, o, məhkəməyə iddia tələbilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Belə ki, hazırkı iddia üzrə cavabdeh, yəni qardaşı Cavabdeh1 2023-cü ildə onun mübahisəli mülkdən çıxarılmasına dair iddia qaldırmış, həmin iddiadan sonra ona məlum olmuşdur ki, mərhum atasından miras qalmış əmlaka görə mərhum anası Şəmkir rayon 2 saylı Notariat Kontoruna ərizə vermiş, həmin ərizədə tək vərəsə olmasını göstərmişdir. Atasından qalmış miras əmlaka qanun üzrə vərəsəlik müəyyən olunan zaman, notraiat kontoru vərəsələrin dairisəni düzgün müəyyən etməmişdir. Bundan sonra isə cavabdeh onu və anasını aldadaraq 2021-ci ildə mülkü bütövlükdə öz adına keçirmişdir. 29.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1558/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, 18 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Əliyev Əşrəf Qulu oğlunun 03 yanvar 2005-ci ildə ölümündən sonra Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində miras qalmış ½ hissə paya birinci növbə vərəsələrin, yəni arvadı X9, uşaqları İddiaçı və Cavabdeh1 hər birinin payları bərabər olmaqla 1/3 hissə müəyyən edilmiş, 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsi 1/6 hissədə, yəni İddiaçı atasından miras qalmış ½ hissə olmaqla ona çatası paya münasibətdə (ümumi əmladakı 1/6 hissə) etibarsız hesab edilmiş, 09 mart 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış İddiaçı atasından qəbul edtiyi 1/6 hissədə miras paya münasibətdə ləğv olunmuş, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində İddiaçı payı (ümumi əmlakda) 1/6 hissədə, X5 payı 5/6 hissədə müəyyən olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 30.Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əliyev Əşrəf Qulu oğlunun ölümündən sonra mübahisəli fərdi yaşayış evində ½ hissə payı miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsələrindən Zərifə Əliyeva (arvadı) mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən digər vərəsələrin dairəsini gizlətmiş və yeganə vərəsə olmasına dair notariat orqanına arayış təqdim etmişdir. Notariat orqanı miras əmlaka dair sonuncunun adına 18 iyul 2005-ci ildə fərdi yaşayış evinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Fərdi yaşayış evi bütövlükdə Zərifə Əliyevanın adına qeydə alındıqdan sonra o, öz əmlakı barədə 05 dekabr 2012-ci ildə oğlu Cavabdeh1, 08 sentyabr 2014-cü ildə isə oğlu İddiaçı vəsiyyətna mə qoymuşdur. Lakin buna baxmayaraq, Zərifə Əliyeva 02 mart 2021-ci ildə öz əmlakını oğlu X8 bağışlamışdır. 31.Məhkəmə kollegiyası hesab etmişdir ki, Əliyev Əşrəf Qulu oğlunun ölümündən sonra onun miras qalmış fərdi yaşayış evindəki ½ payına miras açılarkən oğlu Firdovsi və Cavabdeh1lər də vərəsliyə çağrılmalı və hər birinin miras payı müəyyən olunmalı idi. Çünki, sonuncular ataları Əşrəf Əliyevdən ½ hissə miras qalmış əmlakın qəbulundan imtina etməmişlər. Əksinə, mirasın qəbulu ilə bağlı Zərifə Əliyeva notariat orqanına müraciət edərkən onların vərəsə olmasını gizlətmişdir. Notariat orqanı da vərəsələrin dairəsini araşdırmadan miras əmlaka dair yalnız Zərifə Əliyevanın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da nəticə etibariylə digər vərəsələri onlara ça tası miras paylarından məhrum etmişdir. 32.Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 18 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Əliyev Əşrəf Qulu oğlundan miras qalmış ½ hissə paya vərəsələrin hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. 33.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Əliyeva Zərifə ərindən qalmış ½ hissə mirasda daxil olmaqla mülkiyyətində olan fərdi yaşayış evini 02 mart 2021-ci il tarixdə oğlu Fizulu Əliyevə baışlamışdır. İddiaçı bağışlama müqaviləsinin etibarsızlığını məhkəmədən xahiş etsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin müqavilə bütövlükdə deyil, yalnız iddiaçıya mirasdan çatası paya, yəni İddiaçı atasından miras qalmış ½ hissə olmaqla mübahisəli fərdi yaşayış evində ona çat ası 1/6 hissədə (ümumi əmlakda) etibarsız hesab edilməlidir. 34.X4 ərindən miras qalmış pay da daxil olmaqla, ümumi əmlakdakı 4/6 hissə payını oğlu Fizuli Əiyevə bağışlamasına münasibətdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə müqavilə etibarsız sayıla bilməz. X12 həmin əmlakdakı paya dair sərəncam vermək səlahiyyətində olmuşdur və sonuncunun bu cür davranışı onun sərbəst iradəsindən irəli gəlmişdir. Bu da onu deməyə əsas verir ki, anasının qardaşı Fizuli tərəfindən aldadılaraq evi ona bağışlaması barədə dəlili əsaslı və inandırıcı sayıla bilməz. 35.Belə olan təqdirdə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evində Cavabdeh1 (cavabdehin) payı 5/6, İddiaçı (iddiaçının) payı isə 1/6 olur. 36.09 mart 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömr əli çıxarışın ləğv olunmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan çıxarış qismən, yəni İddiaçı atasından qəbul edtiyi 1/6 hissədə paya münasibətdə ləğv olunmalıdır. 37.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1,1134.2, 1151.1, 1166, 1167, 1193, 1196, 1243.1-ci maddələrə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsində ləğv edilməsini, işə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin etməklə düzgün olmayan q ətnamə qəbul etmişdir. Çünki mərhum anası mərhum atasından qalan miras əmlakı öz adına keçirərkən, digər qanun üzrə vərəsələrinin olmasını gizlətmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsi etibarsız hesab olunmalıdır. Mərhum anasının atasından miras qalmış əmlakla bağlı adına tərtib edilmiş şəhadətnamə ləğv olunmalıdır. Mərhum anası notariata saxta sənəd təqdim etmiş, mərhum atanın ondan başqa vərəsəsinin olmasını gizlətmişdir. Cavabdeh notariat kontoru isə təqdim olunmuş arayışın mötəbərliyini yoxlamamışdır.

40. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin birinci hissələrinə, Mülki Məcəllənin 324.1, 337.1, 339.1, 1133.1, 1134.1, 1151.1, 1166, 1196, 1243.1-ci mad dələrinə istinadla əsaslandırılmışdır.

41. Cavabdeh (vəkili Nümayəndə2 Məmmədəli oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianı təmin edərkən MM-nin 26 dekabr 2023-cü il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçəndən sonra mirasın qəbuluna yol verilir. Ataları 2004-cü ildə rəhmətə gedib. Atalarının rəhmətə gedəndən sonra iddiaçı mirasın qəbulu üçün nə notariat kontoruna müraciət etmiş, nə də mirasın qəbulu üçün heç bir hərəkət etməmişdir. O, 2012-ci ilə kimi arvadından boşanmasından sonra mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdükdən sonra miras mülkə gəlmişdir. Mirasın qəbulunu iddiaçı adına keçirdikdən sonra gəlib mülkdə yaşamağa başlamışdır. İşə baxan məhkəmə bu hala da düzgün qiymət vermədən iddianı təmin etmişdir. Məhkəmə vərəsəlik açılan zaman qüvvədə olan Mülki Məcəllənin qüvvədə olan 1273.1-ci maddəsinin tələbinə də düzgün qiymət vermədən iddianı təmin etmişdir.

43. Bundan başqa, məhkəmə işə onun iştirakı olmadan baxıb yekunlaşdırmışdır. Belə ki, ona işə 27 oktyabr 2024-cü ildə baxılması ilə bağlı bildiriş verilsə də, işə 27 oktyabr 2024-cü ildə saat 17:00-da yox, 30 sentyabr 2024-cü ildə onun iştirakı olmadan baxılmış, nəticədə onun öz tələb və etirazını sübut etmək hüququ məhdudlaşdırılmışdır. Bununla da, MPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş hüququ məhdudlaşdırılmışdır.

44. Kassasiya şikayəti 26 dekabr 2023-cü il tarixə kimi qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsi, Mülki Məcəllənin 1273.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 77.1ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

47. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

48. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

49. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

50. Maddə 1167 Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (köhnə redaksiyada).

53. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

54. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 55. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:

56. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

57. Maddə 668.1.2. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

58. Maddə 668.1.3. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;

59. Maddə 668.1.4. Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazı lı surətdə keçirildikdə;

60. Maddə 668.1.5. Gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında b axılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

50. Maddə 138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.

51. Maddə 138.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.

52. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onla ra məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

53. Maddə 188.2. İşə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Gəlməmiş və işdə iştirak etməyə yeni cəlb edilmiş şəxslərə yeni məhkəmə iclasının vaxtı və yeri haqqında müəyyən olunmuş qaydada xəbər verilir.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallar a və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən qismən, cavabdeh tərəfindən isə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiya işin hallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıdakıları qeyd edir.

61. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə hər iki mübahisə tərəfi kassasiya şikayəti vermişdir və kassasiya şikayətlərinin dəlilləri işə baxan məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və təfsir edilməsi zamanı yol verilən pozuntularla bağlıdır. Bundan başqa, iş üzrə cavabdeh məhkəmə prosesinin vaxtı və yeri ilə bağlı mülki prosessual qanunveri ciliyin tələblərinə uyğun şəkildə məlumatlandırılmadığını və bu səbəbdən apellyasiya baxışında iştirak edə bilmədiyini göstərmişdir.

62. Bu səbəbdən kollegiya hesab edir ki, maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə bağlı hər iki kassasiya şikayətinin dəlillərinə birlikdə baxılaraq qiymət verilməlidir.

63. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi iddiaçı ilə cavabdehin valideynlərinin ümumi birgə mülkiyyəti olmuş, onların atası Əliyev Əşrəf Qulu oğlunun 03 yanvar 2005-ci ildə ölümündən sonra ½ hissə payı miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsələrindən Zərifə Əliyeva (mərhumun arvadı) mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmiş, bu zaman yeganə vərəsə olması na dair notariat orqanına arayış təqdim etmişdir. Notariat orqanı miras əmlaka dair sonuncunun adına 18 iyul 2005-ci ildə fərdi yaşayış evinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

64. Hazırda iddiaçı qeyd edilən şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına istinad edərək onun etibarsız hesab edilməsini xahiş etmişdir.

61. İddianı bu hissədə təmin edən Gəncə apellyasiya məhkəməsi ona istinad etmişdir ki, miras açılarkən digər birinci növbəli vərəsələr olan Firdovsi və Cavabdeh1lər də vərəsəliyə çağırılmalı və hər birinin miras payı müəyyən olunmalı idi. Lakin onların mərhum anası Zərifə Əliyeva notariat orqanına müraciət edərkən digər vərəsələrin olmasını gizlətmiş, notariat orqanı da vərəsələrin dairəsini araşdırmadan miras əm laka dair yalnız Zərifə Əliyevanın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da nəticə etibarilə digər vərəsələri onlara çatası miras paylarından məhrum etmişdir.

62. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

63. Kollegiyanın qənaətinə görə, işə mahiyyəti üzrə baxan məhkəmə ilk növbədə qeyd edilən şəhadətnamənin etibarsızlığını mübahisələndirmiş iddiaçının bununla bağlı subyektiv hüququnun olub-olmadığı məsələsini həll etməli idi.

64. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

65. Göründüyü kimi, qanunvericilik məhkəmə müdafiəsi hüququnu bütün hallar üçün deyil, yalnız qanunla qorunan hüquq və azadlıqların və maraqların qorunması məqsədilə müəyyən etmişdir.

66. Mülki prosessual qanunvericilikdə məhkəmə müdafiəsi hüququna bu şəkildə yanaşma onu ehtiva edir ki, məhkəmələr mahiyyəti üzrə işə baxarkən məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxslərin mübahisələndirdiyi hüquq münasibətinin onların qanunla qorunan hüquq və maraqlarını pozub-pozmadığını, bununla da həmin şəxslərin həmin hüquq münasibətini mübahisələndirmək üçün subyektiv hüququnun olubolmadığını müəyyən etməlidirlər.

67. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapmışdır. 68. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

69. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüq uq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

70. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Qərarında Konstitusiya məhkəməsi qeyd edir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər.

71. Hazırkı işin hallarını yuxarıda şərh edilən hüquqi mövqe baxımından təhlil edərək bu qənaətə gəlmək olur ki, iş üzrə İddiaçı 2005-ci ildə açılmış miras əmlakın qəbulu zamanı yol verilmiş qanun pozuntularına istinad edərək onun mərhum anasına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirdiyindən, bu iddianın təmin edilməsi ilə onun hansı pozulmuş hüququnun bərpa ediləcəyi müəyyən edilməlidir.

72. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.

73. Bu mənada nəzərə alınmalıdır ki, qeyd edilən hüquq münasibətləri onların yarandığı vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələbləri əsasında qiymətləndirilməlidir.

74. İddiaçı öz iddiasında onun vərəsə kimi hüquqlarının bərpa edilməsinə istinad etdiyindən, işə baxan məhkəmə tərəfindən ilk növbədə onun vərəsə kimi mirası qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməsi məsələsinə qiymət verilməlidir.

75. Mülki qanunvericilikdə mirasın qəbulunun iki üsulu müəyyən edilmişdir – mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edilməsi, miras əmlaka sahiblik etməklə və ya onu idarə etməklə mirasın faktiki qəbul edilməsi.

76. Bu qaydalara riayət edilməklə mirasın qəbul edilm əsi vərəsənin miras əmlak üzərində vərəsəlik hüquq münasibətlərindən irəli gələn hüquqlarının məhkəmə müdafiəsinə əsas verir.

77. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə işə mahiyyəti üzrə baxan məhkəmə ilk növbədə iddiaçının mübahisəli miras əmlakı mülki qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edib-etməməsi məsələsini araşdırmalı, əgər vərəsə miras əmlakı yuxarıda təsvir edilən qaydada qəbul etmişsə və bununla da, onun həmin əmlak üzərində qanunla təminat verilən hüququ yaranmışsa, iddianın mahiyyəti üzrə araşdırma aparılaraq qiymət verilməli idi. Lakin göründüyü kimi, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının subyektiv hüququ ilə bağlı belə bir dəyərləndirmə aparılmamışdır.

78. Lakin iş materialları ilə müəyyən edilir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən hallarla bağlı ətraflı araşdırma aparılmamışdır.

79. Bundan başqa, məhkəmələrin müəyyən etdiyi hallardan görünür ki, qeyd edilən şəhadətnamə verildikdən və mübahisəli fərdi yaşayış evi bütövlükdə Zərifə Əliyevanın adına qeydə alındıqdan sonra o, 02 mart 2021-ci ildə öz əmlakını oğlu X8 (cavabdehə) bağışlamışdır. Bu zaman iddiaçı notarial qaydada təsdiq edilmiş ərizə verərək həmin əmlakın bağışlanmasına razı olduğunu bildirmişdir.

80. Göstərilən hal həm iddiaçının mübahisələndirdiyi əqdin (2005-ci ildə verilmiş şəhadətnamənin) onun tərəfindən bəyənilməsi baxımından, həm də digər mübahisə predmeti olan bağışlama müqaviləsinin onun razılığı ilə imzalanması baxımından əhəmiyyətli olsa da, işə baxılması zamanı bu i stiqamətdə hər hansı dəyərləndirmə aparılmamışdır.

81. Həmçinin qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi 2005ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməklə bağlı gəldiyi nəticəni əsaslandırarkən digər hallarla yanaşı, həmin şəhadətnamənin verilməsi ilə iş üzrə cavabdeh olan Cavabdeh1 vərəsə kimi hüquqlarının pozulmasına da istinad etmişdir. Halbuki, cavabdehin bununla bağlı öz hüquqlarının pozulması barədə hər hansı tələbi və ya etirazı olmamış, ümumiyyətlə, tərəflər məhkəmə baxışı zamanı bu hala istinad etməmişlər.

82. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində onun məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması ilə bağlı isə kollegiya bildirir ki, iş materiallarından göründüyü kimi, apellyasiya i nstansiyası məhkəməsində birinci məhkəmə iclası 29 iyul 2024-cü il tarixdə baş tutmus, hər iki tərəf həmin iclasda iştirak etmiş, məhkəmə iclası 23 sentyabr 2024-cü il saat 16.00-a təxirə salınmaqla, bu barədə tərəflərə bildiriş verilmişdir. Qeyd edilən tarixdə məhkəmə iclası hər iki tərəfin iştirakı ilə davam etdirilməklə, onların izahatları dinlənilmiş, məhkəmə iclası işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə 27 sentyabr 2024-cü il saat 17.00-a təxirə salınmışdır. Lakin iş materiallarından görünür ki, məhkəmə iclası qeyd edilən tarixdə deyil, 30 sentyabr 2024-cü il tarixdə baş tutmuş, iş üzrə məhkəmə baxışı da həmin tarixdə yekunlaşmışdır. Bu tarixdə məhkəmə iclasının keçirilməsi barədə tərəflərə məlumat verilməsi iş materialları ilə müəyyən edilmir. Halbuki, mülki prosessual q anunvericiliyin tələblərinə görə, mübahisə tərəfləri məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməlidir.

83. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı kassasiya şikayəti təmin edilməməli, Cavabdeh1 kassasiya şikayəti isə qismən təmin edilməklə, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

84. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

85. Göstərilənlərə əsasən və MPM-in 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1558/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar