Məhkəmə qərarları › İş №2(102)-1619/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1619/2020

12.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1619/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx.xx.2019-cu il ta rixli, 2(006)-******/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mirasda payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, ************* saylı evin 17 saylı mənzilin üç otaqdan ibarət hissəsinə İddiaçı miras payının ½ hissədə və Cavabdeh miras payının ½ hissədə müəyyən edilməsi, xx xxxx 2018ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, ************ ünvanda yerləşən 1154 nömrəli bağ evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə İddiaçı miras payının ½ hissədə və Cavabdeh miras payının ½ hissədə müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-******/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, ************ küçəsi, ***** saylı evin ****saylı mənzilin iki otaqdan ibarət hissəsinə İddiaçı miras payının ½ hissədə və Cavabdeh miras payının ½ hissədə müəyyən edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh, üçüncü şəxslər Bakı şəhəri 29 saylı Xüsusi notariat Kontorunun notariusu X3 və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasda payların müəyyən edilməsi” tələ binə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, ****************** saylı mənzilin iki otaqdan ibarət hissəsinə onun miras payının tanınması və xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, ************** ünvanda yerləşən ***** nömrəli bağ evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə onun və cavabdehin hər birinin miras payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş üçün əhəmiyyətli olan faktlarla və təqdim edilən sənədlərlə üzə çıxan ziddiyyətlər məhkəmə tərəfindən tam araşdırılmamış, və qiymət verilməmişdir. Sözügedən mənzilin yerli baxışının aparılmasına zərurət yarandığı halda, məhkəmə yerli baxış aparmamışdır. Nəticədə apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin s əbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Bakı şəhəri 29 saylı Xüsusi notariat Kontorunun notariusu X4 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli mənzil üzərində payların müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, mənzilin otaq sayını texniki pasporta əsasən müəyyən etməklə yanlışlığa yol vermişdir. Belə ki, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsində, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsində; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçı sının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2003cü il tarixli Qeydiyyat Vəsiqəsində; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003-cü il tarixli arayışında və xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsində mübahisəli mənzilin 4 otaqdan ibarət olduğu göstərilmişdir. Yalnız Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2003-cü il tarixli texniki pasportda mənzilin 5 otaqlı olduğu göstərilmiş, məhkəmə həmin otaq sayını qətnamədə əks etdirmiş, bölgünü ona görə aparmışdır. Bundan əlavə, iddiaçı əvvəl iddia tələbində mənzilin 2 otağının cavabdehə miras qismində verildiyini qalan 2 otağının ona verilməli ol duğunu bildirmişdir. Mübahisəli mənzilin 2 otağının cavabdehə bağışlanması ilə bağlı notariat işində iddiaçı və tərəflərin anaları, həmçinin miras qoyanın arvadı olmuş X5 da notariusa yazdığı xx.xx.2004-cü il tarixli ərizəsində 4 otaqlı mənzilin 2 otağının cavabdehə bağışlanmasına etiraz etmədiyini bildirmişlər. Apellyasiya kollegiya hesab etmişdir ki, bölgü mənzilə dair qeydiyyat vəsiqəsinə uyğun aparılmalı, mübahisəli mənzilin iki otaqdan ibarət hissəsinə tərəflərin 1/2 hissədə miras payı müəyyən edilməlidir ki, çıxarılmış qətnamənin icrası mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəll ənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159- cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası haqlı olaraq bölgünü Qeydiyyat vəsiqəsinə uyğun həyata keçirmişdir. Çünki xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsində, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsində; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsində; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003-cü il tarixli arayışında və xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsində mübahisəli mənzilin 4 otaqdan ibarət olduğu göstərilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar