Məhkəmə qərarları › İş №2(102)-162/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-162/2025

23.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-162/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri X44 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabd eh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri X44 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4107/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş X30, X24 və X13 23 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən evdə 2011-ci ilin noyabr ayından yaşayır.

2. Bakı şəhəri 9 saylı notariat ofis inin “Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X14 miras əmlakına dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində müraciət etmədiyindən, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.

3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X18r.

4. Azərbaycan Respublikası DİN ünvan 2 ünvanlanan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X25 barəsində Yasamal Rayon Polis İdarəsinın Qeydiyyat Məsələləri Bölməsinin kartotekasında heç bir məlumat yoxdur. 5. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş X6 xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, X19 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrinin olmadığını bildirmiş və paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. 6. 15 oktyabr 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X15 təsdiq etmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzil miras əmlakıdır, X14 vərəsələri: Cavabdeh2 (1/2 hissə) və Cavabdeh1 (1/2 hissə).

7. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ № 490016 saylı, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2011-ci il tarixdə ölmüşdür. 8. 60 saylı MKİS-in arayışından müəyyən olunur ki, X28 ünvan 3 ünvanda yerləşən mənzildə xx.xx.2011-ci ilədək (vəf at etdiyi tarix) qeydiyyatda tək olub.

9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X18r.

10. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X9r.

11. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.1986-cı il tarixdə ölmüşdür.

12. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ № 184185 saylı, xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2005-ci il tarixdə ölmüşdür.

13. Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilən 14 oktyabr 2006-cı il tarixli arayışın surətindən müəyyən olunur ki, X25 ilə X10 nikahı haqqında 24 mart 1987-ci il tarixli 136 №-li qeyd aparılmışdır. Nikah bağ landıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir.

14. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 30 sentyabr 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X21 28 yanvar 2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

15. İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 11 may 2012ci il tarixli ərizədən məlum olur ki, İddiaçı bacısı X22 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

16. X19 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 11 may 2012-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı bacısı X22 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

17. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 22 sentyabr 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X19 20 fevral 1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X11, anası X18r. X4 rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 68 №-li akt qeydinə əsasən vəfat etmişdir.

18. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X18r.

19. Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiqlənmiş Cavabdeh3 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrinin olmadığını bildirmişdir.

20. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqla rın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil X14 3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m xüsusi mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

21. Cavabdeh1 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 06 aprel 2012-ci il tarixli ərizədən məlum olur ki, Cavabdeh1 bacısı X22 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

22. X16 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 15 may 2012-ci il tarixli ərizədən məlum olur ki, X16 bacısı X22 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüquq u haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

23. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X44 1 Saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən evdən X14 adına olan paya dair çıxarışı vərəsəsi İddiaçı verilməsi xahiş olunmuşdur. 24. “Elektron notariat” X2 vasitəsilə “X12” AQİS-dən çıxarışdan müəyyən olunur ki, Cavabdeh4 X6 əri, Cavabdeh5 isə onun oğludur.

25. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil Cavabdeh1 (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m-nin ½ hissədə) xüsusi mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2023- cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Həmin mənzilə dair Cavabdeh2 adına da (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m-nin ½ hissədə) xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X44 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv olunması, notariusun qərarının ləğvi, buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik haqqında şəhadətnamənin yenidən verilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və xx.xx.2022 - ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış mübahisəli mənzili faktiki olaraq qəbul etməyini, həmçinin iddiaçının adına da vərəsəlik işi üzrə yeni şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış mübahisəli mənzili faktiki olaraq qəbul etməsi, həmçinin iddiaçının adına da vərəsəlik işi üzrə yeni şəhadətnamə verilməsi və bu zaman digər vərəsələr X6 və Cavabdeh3 paylarının iddiaçıya verilməsini nəzərə alaraq, 3/5 payın iddiaçının adına, 1/5 payın X7 adına, 1/5 payın isə Cavabdeh2 adına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum bacısı X28 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X3 miras qalmış mübahisəli mənzil üzrə digər bacıları Cavabdeh1 və Cavabdeh2 ½ hissə olmaqla, xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik işi üzrə iddiaçı 11 may 2012-ci ildə, bacısı Cavabdeh1 6 aprel 2012-ci ildə, digər bacısı Cavabdeh2 isə xx.xx.2012-ci il tarixdə 9 saylı notariat ofisinə mü raciət etmiş, daha sonra aralarında olan söz-söhbətə görə notariat kontoru tərəfindən araşdırma aparılmasını gözləmişdir. İddiaçı, bacısı xx.xx.2011-ci ildə vəfat etdiyi gündən bu günə kimi həmin ünvanda ailəsi ilə birlikdə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Vərəsəlik işində iddiaçının ərizəsi, doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi vardır. İddiaçıya məlum olmayan səbəblərə görə ona xəbər verilmədən və məlumatı olmadan notariat ofisi tərəfindən bacılarına, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixli V-56 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bunu bacıları xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı mübahisəli mənzilə gələrək bildirmişlər. Daha sonra nota riat ofisinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli notarial hərəkətlərini aparmaqdan imtina edilməsi barədə Qərar qəbul edilmişdir. Həmçinin X11, anası isə X18r, həmin nikahdan 6 övlad dünyaya gəlmişdir: iddiaçı, vəfat etmiş bacısı X28 (miras ondan qalıb), cavabdeh olan bacıları Cavabdeh1, Cavabdeh2, digər bacısı X19 (mirası qəbul edilməsi barədə ərizə yazmış və iddiaçının xeyrinə paydan imtina etmişdir, xx.xx.2019-cu ildə vəfat etmişdir) və sonuncu bacısı Cavabdeh3 (o, ümumiyyətlə, bütün paydan imtina etmişdir və qəbulundan da imtina etmişdir).

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum bacısı X14 vərəsələri ola b iləcək şəxslərin cavabdeh qismində işə cəlb edilməsinə etiraz etmədiklərini bildirmişdir.

30. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələblərini faktiki və hüququ baxımdan əsassız hesab edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, bacısı X28 xx.xx.2011-ci il tarixdə vəfat etdiyi gündən bu günə qədər mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Bu məlumat yalandır. Belə ki, bacısı mərhum X22 vəfat etmədən əvvəl onlar baxmış, vəfat etdikdən sonra 40 mərasimi də daxil bütün yas mərasimlərini cavabdehlər vermişdir. Yenə bacısına məxsus olan mübahisəli mənzilə o, vəfat etdikdən sonra cavabdeh sahiblik etmiş və bir neçə illər həmin mənzili idarə etmişdir. Sonra maddi vəziyyəti yaxşı olmadığı üçün qardaşının müvəqqəti olaraq orda yaş amasına icazə vermişdir. Eyni zamanda iddiaçının 12 il ərzində vərəsəliklə bağlı müraciət etməməsi də iddia ərizəsində qeyd olunanların əsassız olduğunu sübuta yetirir. Bundan əlavə, cavabdeh hesab edir ki, iddiaçı qanun ilə müəyyən edilmiş ümumi iddia müddətini də ötürmüşdür. Göründüyü kimi mirasın açıldığı vaxt olan xx.xx.2011-ci il tarixdən 12 ilə yaxın bir müddətdən sonra iddiaçı iddia qaldırmışdır və bununla da qanunla müəyyən olunan ümumi iddia müddətini buraxmışdır.

31. Şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, iddiaçı əmisinin oğlu, cavabdehlər isə əmisinin qızlarıdır. İddiaçının bir neçə evi olmuş, sonradan onları sataraq yenisini almışdır. Mərhumun yas mərasimi ilə bağlı xərcləri də Tamilla qarşılamışdır. Mübahisəli mənzil boş olduğuna görə, Tamilla iddiaçıya m üvəqqəti yaşamaq üçün təklif etmişdir. Bununla bağlı onunla da məsləhətləşmişdir. Hazırda da iddiaçı mübahisəli mənzildə yaşayır. Nazilə Məmmədova sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, Əminə ilə Tağının münasibətləri yaxşı olmamışdır, iddiaçı təqribən 2014-2015-ci ildən həmin mənzildə yaşayır, amma dəqiq məlumatı yoxdur. İddiaçı ilə münasibətləri yaxşıdır. O, mübahisəli mənzildə yaşamamış, amma həmin mənzilə gedib-gəlmişdir. Cavabdeh1 onunla payların bölünməsi barədə məsləhətləşmişdir.

32. Şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, tərəflər xala uşaqlarıdır. İddiaçı əvvəlcə kirayədə yaşayırdı. Tamilla iddiaçının ehtiyacı olduğuna görə müvəqqəti yaşamaq üçün mübahisəli mənzildə qalmasını təklif etmişdir.

33. Leyla Ağayeva sədrlik edənin suallarına cavab ol araq qeyd etmişdir ki, 2015-ci ildə iddiaçı mübahisəli mənzilə köçmüş, həmin vaxta qədər iddiaçının özünün köçmək barədə istəyi olmamışdır. Mərhumun yas və dəfn xərclərini Tamilla qarşılamışdır. 2015-ci ildə iddiaçını mübahisəli mənzilə yerləşdirmişlər. Tamilla da ona evi satıldıqdan sonra payını verəcəyini bildirmişdi. Mərhumun ölümündən sonra mənzildə heç kim yaşamayıb. Əminə evli olmuş, ondan sonra həyat yoldaşı da rəhmətə getmişdir. Mədinə miras üzrə paydan sağlığında yazılı şəkildə imtina etmişdir. Validə də miras paydan imtina etmişdir.

34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)456/2024 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri” X44 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “notariusun qərarının, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə “notariusun qərarının ləğvi” hissəsində xitam verilməsi qərara alınmışdır.

35. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-456/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-531 № ilə reyestrdə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mübahisəli mə nzil üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2023-cü il tarixli qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, mübahisəli mənzilə 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh3, 1/5 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh4, 1/10 hissədə Cavabdeh5 miras pay hüququnun müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

36. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən İddiaçı mərhum bacısı Əminə Hacıyevadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2012-ci il (təkrar xx.xx.2023-cü il) tarixdə notariusa müraciət etməklə mirası qəbul e tdiyini nümayiş etmişdir. Lakin Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu xx.xx.2023-cü il tarixli qərarı ilə miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin keçməsi əsası ilə notarial hərəkətlərin aparılmasından imtina etmişdir.

37. Belə olanda məhkəmə, mirasın qəbulu ilə bağlı hazırkı işin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilən hüquqi mövqedən çıxış edərək qiymətləndirilməsini düzgün hesab edir. Həmin qərarda qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühim konstitutsion hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

38. Məhkəmə, iddia tələbinin Əminə Hacıyevadan miras qalmış mübahisəli mənzilinin 3/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə Cavabdeh1 və 1/5 hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi hissəsində iddianı qismən əsaslı hesab etmişdir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə, digər vərəsə Mədinə Məmmədova xx.xx.2017-ci il tarixdə mirasdan imtina etmələri barədə notariusa müraciət et mişlər. Göründüyü kimi, onların mirasdan imtinası qanunvericiliklə müəyyən edilmiş müddət ərzində olmamış, üstəlik də cavabdeh Mədinə Məmmədova xx.xx.2012-ci il tarixdə mərhum bacısından miras qalmış əmlakla bağlı notariusa ərizə ilə müraciət etmişdir. Belə olanda məhkəmə hesab etmişdir ki, Cavabdeh3 və Mədinə Məmmədova qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr olduğundan, mirası qəbul etmiş vərəsələr hesab edilməlidir.

39. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh3 miras əmlaka payı 1/5 hissədə müəyyən edilməli, digər vərəsə X19 vəfat etdiyindən ona məxsus 1/5 hissə miras payı irsi transmissiya qaydasında sonuncunun vərəsələri olan cavabdehlər Cavabdeh4 və Cavabdeh5 arasında hər birinə 1/10 hissədə olmaqla bərabər bölüşdürülməli dir (1/5: 2 = 1/10).

40. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədə olsa da, mülki iş məhkəmənin icraatında olan zaman, yuxarıda qeyd edilən Qərarla həmin maddələr qüvvədən düşmüşdür. Qərarda o da qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Hazırkı mülki iş qərar qəbul olunan zaman məhkəmənin icraatında olduğundan məhkəmə bu qərarda qeyd edilən hüquqi tənzimlənmə əsas götürülməklə işə mahiyyəti üzrə baxaraq yekun nəticəyə gəlmişdir. Göründüyü kimi, notariat ofisinin məktubunda istinad edilən maddi hüquq norması qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmədə araşdırılan işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı qanun üzrə vərəsədir, iddiaçı mirasdan imtina etməmiş, o bacısının ölümündən sonra faktiki həmin əmlakı qəbul etmiş, (bu hal iş materiallarında olan 60 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 56 nömrəli arayışından, tərəflərin izahatları və şahid ifadələri, habelə notarial ərizə ilə təsdiq olunur) həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə əsasən, iddiaçının və cavabdehlərin miras əmlakında payı müəyyən edilməlidir. Bu baxımdan həmin Qərarda formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, tərəflərin vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, m irasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri əsasında hüquqi qiymət verilməlidir.

41. Məhkəmə Cavabdeh1n notariat orqanına müraciət edərkən bacısının başqa vərəsələrinin olmadığını (notarial ərizədə həmin qrafa boşdur) qeyd etməklə, iddiaçının mübahisəli mənzildən qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum olmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Belə ki, mirası rəsmi qaydada sənədləşdirən vərəsə cavabdehlər isə notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırkı iş üzrə iddiaçının iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmı şdır.

42. Məhkəmə hesab etmişdir ki, iddiaçının miras qalmış əmlakdan imtina etməsi halları aşkarlanmadığından, əksinə bacısının vəfat etməsindən sonra həmin ünvanda yaşamaqla, miras əmlaka payın alınması üçün ərizə ilə müraciət etməklə miras əmlakını faktiki olaraq qəbul etmişdir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı mərhum Əminə Hacıyevadan miras qalmış əmlaka dair vərəsəlik payından məhrum edilməklə, konstitusion hüquqları pozulmuşdur. Buna görə də cavabdehlərin adına verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir.

43. İddia tələbinin “iddiaçının adına yeni şəhadətnamənin verilməsi” tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlərə verilmiş şəhadətnamə etibarsız hesab edildiyindən, o cümlədən hazırkı qətnamə yeni şəhadətnamənin alınması üçün əsas olduğundan iddiaçının b elə tələblə müvafiq notariat orqanına müraciət etmək hüququ mövcuddur. Ona görə də məhkəmə, iddianın bu hissəsinə əlavə olaraq hüquqi qiymət verilməsini zəruri hesab etməmişdir.

44. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149-cu maddəsinə istinadən hesab etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli çıxarış ləğv edilməlidir.

45. Bundan başqa, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 digər vərəsələrin pay hüquqlarının müəyyən olunması ilə bağlı iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, etirazın bu hissədə heç bir hüquqi əsası mövcud deyil. Məhkəmə, mübahisə olduğu hallarda iddia tələblərinə qiymət verərkən, iddiaçının payını müəyyən etməklə yanaşı cavabdehlərin də miras əmlakdakı payını qeyd etməli, o cümlədən mərhumun ölümü ilə açılan miras kütləsini, vərəsələrin kimliyini, həmin mirasın vərəsələr arasında bölüşdürülməsi məsələsini də həll etməlidir.

46. İş materiallarından görünür ki, Cavabdeh1 iddiaçının 12 il ərzində vərəsəliklə bağlı müraciət etməməsi səbəbindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş ümumi iddia müddətini ötürdüyünü göstərməklə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, həmin Məcəllənin 384.0.4-cü maddəsinə uyğun olaraq mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü d ə bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Eyni zamanda o da qeyd edilməlidir ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin əldə edilməsi üçün xx.xx.2012-ci il tarixdə notariusa müraciət etmiş, lakin ona müvafiq şəhadətnamə verilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələblərinə iddia müddəti şamil olunmadığından, Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır.

47. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 149.2, 337.1, 372.1, 372.2, 373.1, 377.1, 384.0.4, 1133.1, 1134.1, 1151.1, 1159.1, 1159.2, 1160, 1243.2, 1252, 1255, 1256, 1261, 1269, 1300, 1318, 1321.1, 1322ci, Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 217.5-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9 (1-ci bənd), 55 və 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

48. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, qətnamənin miras əmlakdan Cavabdeh3, habelə X6 vərəsələri Cavabdeh4 və Cavabdeh5 payın müəyyən olunması hissəsində ləğv edilməsini, miras əmlaka dair İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin ayrılıqda 1\3 hissədə bərabər paylarını müəyyən edən yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, m iras qoyan X14 vərəsəsi olan bacısı Cavabdeh3 mübahisəli mənzili miras qismində qəbul etmək üçün miras açılandan sonra altı ay ərzində müvafiq notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. Bununla yanaşı Cavabdeh3 notariat qaydasında təsdiq edilmiş 7 avqust 2021-ci il tarixli ərizə ilə vəfat etmiş bacısı X14 ölümündən sonra ona çatan payı qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını, itirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olmadığını bildirmişdir. Bundan savayı Cavabdeh3 Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 6 avqust 2022-ci il tarixli 2V-531 nömrə ilə reyestrdə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə m übahisələndirilməmiş, hazırkı məhkəmə icraatında da iştirak etməmiş və miras payın ona verilməsini xahiş etməmişdir. Məhkəmə araşdırılması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, miras qoyan X14 digər vərəsəsi olan bacısı X19 da mübahisəli mənzili miras qismində qəbul etmək üçün miras açılandan sonra altı ay ərzində müvafiq notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. X19 26 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Sonuncu, sağlığında mübahisəli əmlakı miras qismində qəbul etmək üçün məhkəməyə müraciət etməmiş, müvafiq notariusun sərəncamını və ya hərəkətsizliyini mübahisələndirməmişdir. X6 vərəsələri də – Cavabdeh4 və Cavabdeh5 məhkəmə icraatı barədə məlumatlandırmalarına baxmayaraq, məhkəmə icraatın da iştirak etməmişlər, onlara miras payın ayrılmasını məhkəmədən xahiş etməmişlər, X6 vəfatından sonra və hazırkı məhkəməyə qədər müvafiq notariat ofisinə müraciət edib qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etməmişlər, notariusun hərəkət və ya hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirməmişlər. Göründüyü kimi, hazırkı vərəsəlik münasibətləri 26 dekabr 2023-cü il tarixli qərarı qüvvəyə minənə qədər yaranmışlar, hazırda məhkəmənin icraatında isə nə Cavabdeh3, nə də ki X6 və ya sonuncunun vərəsələri olan Cavabdeh4 və Cavabdeh5 ərizəsi əsasında olan mübahisələr mövcud deyil. Belə olan halda nə Cavabdeh3, nə də ki X19 həmin dövrdə qüvvədə olan qanunvericiliyinin müddəalarına müvafiq olaraq mirası qəbul etməmişlər, mirası qəbul etmiş sayılmalı deyillər. Həmçinin Cavabdeh4 və Cavabdeh5 da mübahisəli mənzilə dair müvafiq payda vərəsəlik hüququna malik deyillər.

50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) 2(103)-4107/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan apellyasiya şikayəti həddində dəyişdirilmədən saxlanılmışdır.

51. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən olunan və mübahisələndirilməyən hallarına görə ünvan 3 ünvanda yerləşən mənzil (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m) iddiaçının bacısı X14 mülkiyyətində olmuşdur. X28 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin 15 okt yabr 2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhum X14 miras əmlakı olan ünvan 3 ünvanda yerləşən mənzilin Cavabdeh2 (½ hissə) və (½ hissə) Cavabdeh1 vərəsəlik hüququ (payları) tanınmışdır. İddiaçı 11 may 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə İddiaçı bacısı X22 məxsus olmuş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində müraciət etmədiyi bildirilərək, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.

52. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında olan mövqeyinə uyğun olaraq, miras qoyanın ölümü ilə yara nan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

53. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə, digər vərəsə Mədinə Məmmədova xx.xx.2017-ci il tarixdə mirasdan imtina etmələri barədə notariusa müraciət etmişlər. Göründüyü kimi, onların mirasdan imt inası qanunvericiliklə müəyyən edilmiş müddət ərzində olmamış, üstəlik də cavabdeh Mədinə Məmmədova xx.xx.2012-ci il tarixdə mərhum bacısından miras qalmış əmlakla bağlı notariusa ərizə ilə müraciət etmişdir. Belə olanda məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh3 və Mədinə Məmmədova qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr olduğundan, mirası qəbul etmiş vərəsələr hesab edilməlidir.

54. Kollegiya qeyd etmişdir ki, mirası qəbul etmək hüququnun məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin - miras dan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülkihüquqi əqd başa düşülür ki, bunun nəticəs ində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Bundan başqa mirasdan imtina dönməz xarakterə malikdir. Bu o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. Mirasdan imtinanın dönməzliyi (qətiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraql ara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

56. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki iddia ərizəsi məhkəməyə təqdim olunan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədə olsa da, mülki iş məhkəmənin icraatında olan zaman, yuxarıda qeyd edilən Qərarla həmin maddələr qüvvədən düşmüşdür. Qərarda o da qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

57. Kollegiya apellyasiya şikayətinin digər vərəsələrin pay hüquqlarının müəyyən olunması ilə bağlı iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, apellyasiya şikayətinin bu hissədə heç bir hüquqi əsası mövcud deyil. Koll egiya hesab etmişdir ki, mübahisə olduğu hallarda məhkəmələr iddia tələblərinə qiymət verərkən, iddiaçının payını müəyyən etməklə yanaşı cavabdehlərin də miras əmlakdakı payını qeyd etməli, o cümlədən mərhumun ölümü ilə açılan miras kütləsini, vərəsələrin kimliyini, həmin mirasın vərəsələr arasında bölüşdürülməsi məsələsini də həll etməlidir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

59. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 149.2, 337.1, 372.1, 372.2, 373.1, 384.0.4, 1133.1, 1134.1, 1151.1, 1159.1, 1160, 1243.2, 1252, 1255, 1256, 1261, 1269, 1300, 1318, 1321.1, 1322ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9 (1-ci bənd), 55 və 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4107\2024 nömrəli 24 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-456\2024 nömrəli 09 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, qətnamənin miras əml akdan Cavabdeh3, habelə X6 vərəsələri Cavabdeh4 və Cavabdeh5 payın müəyyən olunması hissədə ləğv edilməsi, miras əmlaka dair İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin ayrılıqda 1\3 hissədə bərabər paylarını müəyyən edən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıQurban oğlu hazırkı iddianın qaldırılmasında qanunvericiliyinin müdəallarından suiistifadə etmək məqsədi güdür.

62. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, miras qoyan X14 vərəsəsi olan bacısı Cavabdeh3 ünvan 6 ünvanda yerləşən mənzili miras qismində qəbul etmək üçün miras açılandan sonra altı ay müddət ərzində müvafiq notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə fakti k başlamamışdır. Bununla yanaşı Cavabdeh3 notariat qaydasında təsdiq edilmiş 07 avqust 2021-ci il tarixli ərizə ilə vəfat etmiş bacısı X14 ölümündən sonra ona çatan payı qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını, itirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olmadığını bildirmişdir. Bundan savayı Cavabdeh3 Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli 2V-531 № ilə reyestrdə qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini mübahisələndirməmiş, hazırkı məhkəmə icraatında da iştirak etməmiş və miras payın ona verilməsini xahiş etməmişdir. Nərimanov Rayon Məhkəməsində eyni zamanda müəyyən olunmuşdur ki, miras qoyan X14 digər vərəsəsi olan bacısı X19 da ünvan 6 ünvanda yerləşən mə nzili miras qismində qəbul etmək üçün miras açılandan sonra altı ay müddət ərzində müvafiq notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. X19 26 fevral 2019-cu il tarixli 68 №-li akt qeydinə əsasən vəfat etmişdir. X1 mübahisəli əmlakı miras qismində qəbul etmək üçün məhkəməyə müraciət etməmiş, müvafiq notariusun sərəncamını və ya hərəkətsizliyini mübahisələndirməmişdir. X6 vərəsələri də – Cavabdeh4 və Cavabdeh5 məhkəmə icraatı barədə məlumatlandırmalarına baxmayaraq, məhkəmə icraatında iştirak etməmişlər, onlara miras payın ayrılmasını məhkəmədən xahiş etməmişlər, X6 vəfatından sonra və hazırkı məhkəməyə qədər isə müvafiq notariat ofisinə müraciət edib qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin veril məsini xahiş etməmişlər və notariusun hərəkət və ya hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirməmişlər. Göründüyü kimi, hazırkı vərəsəlik münasibətləri 26 dekabr 2023-cü il tarixli Qərarı qüvvəyə minənə qədər yaranmışlar, hazırda məhkəmənin icraatında isə nə Cavabdeh3, nə də ki X6 və ya sonuncunun vərəsələri olan Cavabdeh4 və Cavabdeh5 ərizəsi əsasında olan mübahisələr mövcud deyil. Belə olan halda nə Cavabdeh3, nə də ki X19 həmin dövrdə qüvvədə olan qanunvericiliyinin müddəalarına müvafiq olaraq mirası qəbul etməmişlər, mirası qəbul etmiş sayılmalı deyillər. Həmçinin Cavabdeh4 və Cavabdeh5 da ünvan 6 ünvanda yerləşən mənzilə dair müvafiq payda vərəsəlik hüququna malik deyillər.

63. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərinin dəlilini lazımi qaydada nəzərə almamış, fakt iki olaraq sadəcə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının mövcudluğunu üstün tutmaqla kifayətlənmişdir.

64. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8 qalmış miras əmlaka X5 başqa heç kim ünvan 6 ünvanda yerləşən mənzili miras qismində qəbul etmək üçün miras açılandan sonra altı ay müddət ərzində müvafiq notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır.

65. Birinci instansiya məhkəməsi isə İddiaçıQurban oğlunun buna subyektiv hüququ olmadığı halda onun başqalarının pa ylarını müəyyən etdiyi kimi iddiasını faktiki təmin etmişdir. Apellyasiya kollegiyası isə bu hallara da düzgün hüquqi qiymət verməmişdir.

66. Nərimanov Rayon Məhkəməsi hazırkı mülki işə baxarkən məhkəmə icraatı barədə xəbərdar olmuş, lakin məhkəməyə gəlməyən, məhkəməyə müvafiq ərizələri təqdim etməyən, notariusun hərəkət və ya hərəkətsizliyi mübahisələndirməyən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli miras əmlakda paylarını müəyyən etmişdir. Apellyasiya kollegiyası isə bu hallara düzgün hüquqi qiymət verməmişdir.

67. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 560, 1160, 1243, 1262-ci maddələrinə, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarı, «Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası MPM-nin 4.1, 13.7, 14.2, 217.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

68. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

69. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

70. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

71. Maddə

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

72. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

73. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

74. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

75. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

76. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

77. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdak ılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

78. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

79. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

80. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

81. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

82. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

83. Maddə 1261.Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasın dan başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

84. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

85. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

86. Maddə 9.Notarius ö z vəzifələrini yerinə yetirərkən: 87. 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;

88. Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

89. Maddə 59(birinci hissə).

90. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətn amə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı

91. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əl aqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsas ən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

97. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

98. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

99. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

100. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

101. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

102. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və onlara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticələr əsaslandırı lmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

103. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

104. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2024-cü il tarixli 2(103)4107/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar