Məhkəmə qərarları › İş №2(102)-1620/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1620/2025

13.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1620/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barədə mustəqil tələblər irəli sürməyən üçüncü şəxslər Masallı Regional “ASAN Xidmət” Mərkəzi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X4 ibarət tər kibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1184/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh1 (etibarnamə əsasında müqaviləyə imza edən - X20) ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv.m olan mənzilin alqısatqısına dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır, həmin mənzilin müqabilində Cavabdeh2 Cavabdeh1 satdığı tam hissəni 61433,70 manat qiymətinə almışdır;

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2973/2022 nömrəli qətnam əsi ilə X5 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X10 ilə alıcı X27 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanılmış və reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X14 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv olunması qət edilmişdir;

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2973/2022 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir;

5. AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2 023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 nömrəli mənzil üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş 4Ə-352 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir;

6. Cəlilabad Rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 622 nömrəli məktubuna əsasən X6 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin bağışlamasına dair xx.xx.2021-ci il tarixli, 4Ə-352 reyestr nömrəli müqavilə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 4Ə344 reyestr nömrəli müqavilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2973/2022 nömrəli qətnaməsi əsasında ləğv edilmiş və bu barədə müvafiq qeyd aparılmışdır;

7. Cəlilabad Rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 624 nömrəli məktubuna əsasən ünvan 4 küçəsi, 127 inzibati bina ünvanında qeydiyyatda olan İddiaçı ərizəsi əsasında mərhum anası X3 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmış və İddiaçı, Cavabdeh1 və X7 mərhum X5 qanun üzrə vərəsələri olması müəyyən edilmişdir;

8. AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev k üçəsi, ev 37, 31 nömrəli mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatda alınmış, lakin Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İlkin iddia üzrə İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilinin alqı–satqısına dair Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli müqavilənin e tibarsız hesab edilməsi, sonuncunun həmin mənzil üzərində xx.xx.2022-ci ildə qeydə alınmış mülkiyyət hüququnun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İlkin iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, anası X10 vəfat etdikdən sonra Rusiya Federasiyasının vətəndaşı olan, orada qeydiyyatda olmaqla yaşayan bacısı Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, yəni anasının ölümündən 8 ay sonra anasına məxsus ünvan 5 ünvanda olan yaşayış evinə dair bağışlama müqaviləsi əsasında öz adına çıxarış almışdır. Bundan başqa anasının adına olan ünvan 3 ünvanında yerləşən 0,015 ha həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X1. Həmin torpaq sahəsi X14 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasə n Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. O, həm bağışlama müqaviləsinin, həm də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2973/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bununla bağlı ərizəsi əsasında mərhum anasından qalmış əmlak barəsində qanun üzrə vərəsəlik işi açılmış və o, göstərilən ünvanlardakı mülklərə, yəni daşınmaz əmlaklara çıxarış almaq istəyərkən müəyyən olunmuşdur ki, bacısı Cavabdeh1 anası X5 ölümündən sonra onun adından Cəlilabad rayon 1 saylı notariat ofisində xx.xx.2021-ci ildə ba ğlanmış, reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi əsasında əldə etdiyi ünvan 1 ünvanda yerləşən mənzilini onun iddia ərizəsinə məhkəmədə baxılan zaman Masallı Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirmişdir. Həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmaqla hazırda mülkiyyətində olmuşdur. O, 2021-ci ildən, yəni anası X11 öldükdən sözügedən mənzildə yaşamış, bu günə kimi həmin mənzilə alıcı qismində gələn olmamış və kimsə ona mənzili aldığını bildirməmişdir. Bacısı saxta yolla mənzili öz xeyrinə özəlləşdirmək məqsədi ilə indiyə kimi mənzillə maraqlanmayan, mənzilə gəlib baxmayan Lənkəran rayonunda yaşayan Cavabdeh2 satmış dır. Rusiya Federasiyasının vətəndaşı olan Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti, 4, mənzil 25 ünvanında qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə məlumat olmamışdır. Həmçinin Şükürova X13 rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.

11. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə Masallı Regional “ASAN Xidmət” mərk əzində mübahisəli məzillə bağlı Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqının həyata keçirilməsi üçün hər hansı bir maneə olmamışdır. Mənzilin ipoteka yüklülüyü, vərəsəlik predmeti və alqı-satqıya mane olacaq digər hər hansı bir halın olmadığı müəyyən ediləndən sonra rəsmiləşdirilmişdir. Mənzil alınarkən tərəfindən baxış keçirilib, vəziyyəti qənaətbəxş olmaqla yanaşı həmin vaxt evdə kənar şəxs olmamışdır. Hazırda ailə vəziyyəti ilə əlaqədar qaynanası ilə birlikdə yaşadığından daimi olaraq mənzildə yaşamasa da, həmin mənzil onun mülkiyyətində olmuşdur. 2023-cü ilin 5-8 iyul ayında mənzilə gedib evə aid qalan əşyalarını qoymaq istəyərkən qapının açarının dəyişdirildiyini görmüşdür. Qapını döydükdən sonra dəqiqləşdirmişdir ki, evdə tanımadığı şəxs yaşamışdır. Hadisə barədə DİN-in 102 zəng mərkəzinə mənzili əsassız olaraq zəbt edən şəxsin oradan çıxarılmasını tələbi ilə məlumat verilmişdir. Lakin onlar bu mübahisənin məhkəmə qaydasında həll edilməli olduğunu bildirmişdirlər. Artıq yaşadıqları müddət ərzində işıq, qaz və sudan istifadə etməklə xeyli miqdarda borc yığılmışdır. Sonradan ona məlum olmuşdur ki, mənzili zəbt edən evi aldığı İlahə adlı şəxsin bacısı Aynurədir.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2071/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış və Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab ed ilməsi, Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir (hakim Rauf Əhmədov).

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmiş, əksinə məhkəmə araşd ırması zamanı sözügedən alqı-satqı müqaviləsi bağlandığı dövrdə ilkin iddia üzrə iddiaçının həmin mənzildə yaşadığı, alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2973/2022 nömrəli qətnaməsində göstərilən hallar da məhkəmə araşdırması zamanı nəzərə alınmışdır.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2-ci, 324.4, 324.5, 337.1, 337.4, 385.1, 442-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər.

17. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə qiymət verərəkən nəzərə almamışdır ki, təqdim olunan CD diskdə olan videogörüntü çəkilmiş, ev satışa çıxarılarkən Aynurə mənzildə olmamışdır. Bundan başqa Aynurəyə məhkəmə tərəfindən suallar verilərkən bildirmişdir ki, o, həmin mənzilə qapını açmaq üçün polis çağırmış və polis onlara qapını açıb evə girməyə yardımçı olmuşd ur. İddiaçıya məhkəmədə qarşı tərəf olan qarşılıqlı iddiaçının vəkili tərəfindən hansı polis tərəfindən belə hərəkətə yol verildiyi soruşulsa da cavab verməmişdir. Buradan aydın olmuşdur ki, o, həmin mənzilə özbaşına daxil olmuş və içəri girərkən polisə müraciət etməmiş və buna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Qeyd edilənlər bir daha onu təsdiq etmişdir ki, Şahid2 məhkəmə iclasında bildirdiyi ifadələr həqiqəti əks etdirməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə gəldikdə isə Cavabdeh1 nümayəndəsi Vəkil3 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktdan (elektron sistemə yerləşdirilib) məlum olmuşdur ki, mübahisəli binada və eyni blokda yaşayan qonşular X22 və X9 akta imza edərək, aktın tərtib olunduğu vaxta dək bu mübahisəli mənzilə Cavabdeh1 və onun əri Əliyev Elnurun olduğunu və onları qonşusu kimi tanıdığını bildirmişlər. Qeyd edilənə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsində bu sənədə hüquqi qiymət verilməmişdir. Həmin akt elektron kabinetə yerləşdirilsə də bu sənəddə olan qonşuların bildirdiyi fikrə və ziddiyətli olan məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsində olan ziddiyyətə aydınlıq gətirilməmişdir. Bundan başqa o da qeyd edilməli idi ki, Cavabdeh1 nümayəndəsi Vəkil3 tərəfindən xx.xx.2022-ci il tarixli akt məhkəmə iclasında təqdim edilsə də onun ifadəsinə aydınlıq gətirilməmiş, guya cavabdehin iştirakı olmadan məhkəmə prosesi aparılmışdır. Əgər elektron kabinetə diqqət yetirilsə məlum olar ki, həqiqətən də bu akt sistemə yerləşdirilmiş və məhkəmə iclasında təqdim e dilmişdir. İş materiallarında Cavabdeh2 mənzilin zəbt edilməsinə dair polisə müraciəti və təhqiqat araşdırması olmuşdur. Cavabdeh2 nümayəndə və vəkillə təmsil olunmasına baxmayaraq özü şəxsən məhkəmə prosessində iştirak etmiş, hakim və tərəflərin suallarını cavablandırmış, mənzili olduğu kimi təsvir etmişdir. Məhkəmə Cavabdeh2 alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsini ziddiyyətli məqam kimi qiymətləndirmişdir. Əslində Cavabdeh2 məhkəmədə sualları cavablandırarkən bu məqama aydınlıq gətirmişdir. Özü-özlüyündə bu fakt alqı-satqını bir daha təsdiqləmiş və Cavabdeh2 vicdanlı alıcı olduğunu sübut etmişdir. İşin obyektiv araşd ırılmasının təmin etmək üçün Cavabdeh2 həyat yoldaşı X23 şahid qismində dindirilmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsini bağlayan tərəflərin hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Lakin prosessdə onların tanışlığı barədə heç bir sübut olmamış, tərəf də onun yalan olduğunu sübuta yetirmişdir. Onların tanış olması barədə iş materiallarında nə də ki, məhkəmə prosessində heç bir hal olmamışdır. Şahid özü ifadəsində iş ilə əlaqədar oradan keçdiyini demişdir, çünki səyyar ticarətlə məşğul olmuş və Rusiya Federasiyasının 90% vilayət və şəhərlərində olmuşdur. Bu əsas verməmişd ir ki, tərəfin min bir əziyyətlə pul toplayıb aldığı mənzilin onun əlindən alınmasına səbəb olsun. Məhkəmə vicdanlı alıcı məsələsinə, İddiaçı mülkiyyətçi Cavabdeh2 mülkiyyət hüququnu pozmasına qiymət verməmişdir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2139/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2071/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılması qət edilmişdir (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev).

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 müqaviləni bağlayarkən onun icarə ifadəsi vicdanlılıq prinsipinə uyğun olmamışdır. Yəni, daşınmaz əmlak üzərində onun hüquqları qeydə alınsa da, məhkəmə mübahisəsinin getdiyi, iş məhkəmənin icraatında olduğu dövrdə həmin əmlakı özgəninkiləşdirilməsi həm qanunun tələblərinə, həm də vicdanlılıq prinsiplərinə zidd olmuşdur.

20. Kollegiya qeyd etmişdir ki, hazırkı mübahisə üzrə əsas araşdırılmalı xüsusat digər Cavabdeh2 vicdanlı olub–olmamasıdır. İlkin iddia ərizəsində əqdin etibarsızlığı tələbi irəli sürülsə də, ərizənin hüquqi əsaslandırma hissəsində ümumi normalar kimi Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5-ci normalarına istinad olunmuş, konkret olaraq əqdin hansı əsaslarla etibarsız hesab olunması, məsələn yalan və ya uydurma əqdi olması, yaxud digər əsaslara etibarsız hesab edilməli olması əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində də eyni normalara istinad edilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, həm iddiaçının, həm də birinci instansiya məhkəməsinin əsaslandığı hallar ona əsas vermişdir ki, işin halları Mülki Məcəllənin 340.1ci maddəsi baxımından qiymətləndirilməli, əqdin uydurma, yəni, ona uyğun hüquqi nəticə lər yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olub–olmaması araşdırılmalı və yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 vicdanlı alıcı olub–olmaması araşdırılmalıdır.

22. Əqdin etibarsızlığı ilə bağlı məhkəmənin gəldiyi qənaət 2 halla əsaslandırılmışdır: müqavilədə evin qiymətinin 61433,70 manat göstərilməsinə baxmayaraq Cavabdeh2 polis bölməsinə izahat verərkən evi 170000 manata aldığını bildirməsi və müqaviləni bağlayan tərəflərin hər ikisinin Rusiya Federasiyasının Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması.

23. Birinci instansiya məhkəməsi qeyd olunan xüsusatları bu cür əsaslandırmışdır ki, “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması mə lum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir.” Məhkəmə kollegiyası bu hal üzrə sübutetmə yükünün cavabdehin üzərinə qoyulması ilə razılaşmamışdır. Çünki əqdin etibarsızlığı tələbini irəli sürən şəxs iddiaçıdır və etibarsızlıq üçün əsas olan halları sübuta yetirmək də məhz onun vəzifəsidir.

24. Müqavilədə evin qiymətinin 61433,70 manat göstərilməsinə baxmayaraq Cavabdeh2 polis bölməsinə izahat verərkən evi 170000 manata aldığını bildirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu halı etibarsızlıq üçün əsas kimi qeyd etsə də, bu halın məhz hansı səbəbdən etibarsızlıq üçün əsas olması məsələsinə aydınlıq gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsində qiymətlə bağlı xüsusat araşdırılarkən iddiaçı tərəf də qe yd etmişdir ki, evin dəyəri 90000 – 120000 manat aralığındadır. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, evin dəyərinin cavabdehin ərizəsində müqavilədə göstərilən qiymətdən fərqli göstərilməsi müstəqil olaraq əqdin əhəmiyyətsizliyi, etibarsızlığına əsas verən hal kimi qiymətləndirilə bilməz.

25. Birinci instansiya məhkəməsinin əqdin etibarsızlığı üçün əsaslandığı digər hal isə “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması”dır və bu hal ilə bağlı cavabdehin özünün verdiyi izahata istinad olunmuşdur. İş materiallarının 125-128-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda Cavabdeh2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Yoldaşım ticarətlə məşğuldur, Rusiyaya gəlib-gedir. Bakıda da ticarətlə məşğul olub. Yoldaşım Novokuznetsk şəhərinə gəlib-gedirdi”. Göründüyü kimi Cavabdeh2 qətnamədə qeyd olunduğu kimi izahatında, “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması” barədə heç bir izahat verməmiş, ona verilən suallara cavab olaraq, həyat yoldaşının ticarətlə məşğul olduğunu, Rusiyaya gedib-gəldiyini və məhz sualda Novokuznetsk şəhərinin adı çəkildiyindən həmin şəhərə də gedib-gəldiyini qeyd etmişdir.

26. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə alqı-satqı ərəfəsində iddiaçının orada yaşamadığını təsdiq edən sübut kimi evin bəyənilib dəyərlə ndirilməsi ilə bağlı həmin evdə çəkilmiş fotoşəkillər və video çəkilişlər təqdim olunsa da, həmin sübutlar birinci instansiya məhkəməsində təqdim olunmadığından və iddiaçı tərəfindən bu sübutların araşdırılmasına etiraz edildiyindən məhkəmə kollegiyası tərəfindən sübut kimi qiymətləndirilərək araşdırılmamışdır.

27. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, Cavabdeh2 əldə etdiyi əmlakla bağlı üçüncü şəxslərin iddialarından xəbərdar olması öz təsdiqini tapmamışdır və buna görə də o, vicdanlı alıcıdır.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 144.1. 152.1. 157.2, 324, 337.1, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 27 oktya br 2004-cü il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)2139/2024 nömrəli qətnaməsini ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3332/2024 nömrəli iş üzrə 7 noyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı (qarşılıqlı iddia üzrə cava bdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2139/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Əhliman Xıdırov - məruzəçi, Elşanə Vəliyeva və Elşad Şamayev).

31. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.

32. Mübahisə predmeti ilə bağlı mübahisə Cavabdeh1 məlum olduqdan sonra mənzilin Cavabdeh2 satılması barədə müqavilə bağlandığı işin mübahisəsiz halıdır.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya inst ansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılıq şərtlərinə tam cavab verib-verməməsi məsələsini kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyədək olan vaxtda onların davranışlarını, aralarındakı şəxsi münasibəti nəzərə almaqla mənzil alqı-satqısı müqaviləsi bağlanması üçün həqiqi iradə ifadələrinin olubolmamasını kifayət qədər araşdırıb hüquqi qiymət verməli idi.

35. Mübahisələndirilən daşınmaz əmlakın alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli müqavilə ilə təsdiq edilmişdir ki, alqı-satqı müqaviləsi Cavabdeh1 nümayəndəsi X20 ilə Cavabdeh2 arasında bağlanmışdır. İş materialları ilə oda təsdiq edilmişdir ki, a pellyasiya instansiyası məhkəməsində iddiaçının nümayəndəsi Cavabdeh1 həyat yoldaşı Elnurun evin alıcısı Cavabdeh2 həyat yoldaşı Şaddıqla dost olduğunu ikisi birlikdə Rusiya Federasiyasının Novosibirsk vilayətində şərikli kafe işlətdiklərini bildirmişdir. İlkin iddia üzrə cavabdeh tərəf isə bunu təkzib etməmiş, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına hüquqi qiymət verilməsi üçün zəruri olduğu halda buna lazımi hüquqi qiymət verməmişdir.

36. Məhkəmələrdə izahat verən Cavabdeh2 və şahid qismində ifadə verən X23 aldıqları mənzili makler vasitəsilə tapdıqlarını bildirirlər. Kassasiya şikayətində Cavabdeh1 nümayəndəsi X2 Nüşabə Feyruz qızının həyat yoldaşı X8 atası olduğu bildirilir. Sübuta ehtiyacı olmayan haldır ki, daşınmaz əmlaka dair sərəncam verilmə si barədə etibarnamələr etibarnamə verən şəxsin əsasən əvvəlcədən tanıdığı, etibar etdiyi şəxs olur. Alqı-satqı müqaviləsi Cavabdeh1 nümayəndəsi X20 ilə Cavabdeh2 arasında bağlanıb.

37. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olduğundan daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 nümayəndəsi olmuş şəxslə Cavabdeh2 və onun həyat yoldaşı X16 arasında qohumluq münasibətinin olmasını araşdırmalı və Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına qiymət verərkən bu münasibətin təsirini də nəzərə almalı və bu münasibətin Cavabdeh2 vicdanlılığını şübhə altına alıb-almadığına hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

38. İş materialları ilə təsdiq edilmişdir ki, məhkəmə araşdırm ası zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, evin dəyərinin cavabdehin ərizəsində müqavilədə göstərilən qiymətdən fərqli göstərilməsi müstəqil olaraq əqdin əhəmiyyətsizliyi, etibarsızlığına əsas verən hal kimi qiymətləndirilə bilməz.

40. Kassasiya kolle giyası apellyasiya instansiyası məhkəməsinin göstərilən qənaəti ilə razılaşmamış və qeyd etmişdir ki, qeyd edilən halların varlığı mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərinin həqiqi iradə ifadəsinin müəyyənləşdirilməsi, yəni tərəflərin iradə ifadəsinin daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmasına yönəlməsinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Belə ki, əldə edən şəxs əldə etdiyi daşınmaz əmlakı hansı qiymətə aldığını dəqiq bilir. Əldə etmə qiymətinə dair fərqli rəqəmlər bildirməsi isə artıq onun əqd bağlamaq iradəsinin həqiqiliyini şübhə altına alır.

41. Həyat hadisələrinin mümkün axarı onu deməyə əsas verir ki, hər hansı bir şəxs daşınmaz əmlak əldə etdikdə, bu xüsusi iqtisadi dəyər kəsb etdiyinə görə əvvəlcə həmin daşınmaz əmlaka baxır, onu nəzərdən keçirir və sonra qərar verir.

42. Lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh2n mübahisə predmeti mənzil barəsində müqavilə bağlamazdan əvvəl mənzilə baxıb-baxmadığına alqı-satqı müqaviləsi bağlamağa yönəlmiş iradə ifadəsinin olub-olmamasını müəyyənləşdirmək məqsədilə, şahid ifadələrini də nəzərə almaqla lazımi hüquqi qiymət verməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırma aparması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələbinə cavab vermədiyinə görə maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.

44. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148, 152, 157, 324, 337, 340-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinc i icraat

45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1184/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Sabit Bəhrəmzadə və Xumar Mərdanova).

46. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, artıq qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzil üzərində Cavabdeh1 adına aparılmış qeyd əsassız olmuşdur (sonradan həmin məhkəmə aktına əsasən Cavabdeh1 adına aparılmış qeyd ləğv olunmuşdur). Ona görə də qiymət verilməli olan yeganə məsələ Cavabdeh2 vicdanlı alıcı olub-olmamasıdır.

47. Birinci instansiya məhkəməsi cavabdehlərin qabaqcadan tanış olma ları və məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş işin digər hallarına əsaslanaraq Cavabdeh2 vicdanlı alıcı hesab etməmişdir.

48. Kollegiya həmin qənaətlə razılaşmış və hesab etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi yalnız görünüş yaratmaq məqsədini güdmüşdür, həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir. Bu nəticə işin aşağıdakı halları ilə müəyyən olunmuşdur.

49. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində istinad olunan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 05/2109 saylı arayışından məlum olmuşdur ki, Cavabdeh1 Azərbaycana giriş-çıxışı yalnız xx.xx.2019xx.xx.20219-cu il tarixlərə təsadüf edir, yəni həmin tarixdən sonra o, arayışın verildiyi tarixədək ümumiyyətlə Azərbaycanda olmamışdır. Onun əri Elnur Əliyev isə xx.xx.2020xx.xx.2020, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə Azərbaycanda olmuşdur.

50. İddiaçı izahatlarında bildirmişdir ki, o, 2021-ci ilin mart-aprel aylarında Azərbaycana qayıtmış və həmin vaxtdan da mübahisəli mənzildə yaşamağa başlamış, 2022-ci ilin fevral ayında 3 aylıq Türkiyədə yaşayan bacısının yanına getmiş, may ayında qayıtdıqda isə mənzilin qıfılının dəyişdirildiyini görmüş, bununla bağlı polisə şikayət etmiş, özü qıfılı dəyişdirirək mənzilə daxil olmuşdur (c.1, i.v. 127).

51. İşdə olan Bakı şəhəri Nizami rayon Pİ 24-cü PB-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından görünmüşdür ki, İddiaçı Bakı şəhər BPİ-nə ərizə ilə müraciət edərək, bacısının əri Elnur Əliyevin mübahisəli mənzilin açarlarını dəyişdirdiyini və mənzili satmaq istədiyini, bundan narahat olduğu polisə müraciət etdiyini, lakin hazırda mənzildə yaşadığını, mənzilə daxil olmaqda heç bir maneənin olmadığını bildirmişdir.

52. Qərardan iddiaçının polisə konkret olaraq hansı tarixdə müraciət etməsini müəyyən etmək mümkün olmasa da, qərarın xx.xx.2022-ci il tarixdə qəbul olunmasını, müraciətin Bakı şəhər BPİ-nə daxil olunduqdan sonra araşdırılması üçün Bakı şəhəri Nizami RPİ 24cü PB-nə göndərildiyini (yəni, bunun müəyyən vaxt tələb etdiyini) nəzərə aldıqda, müraciətin 2022-ci ilin may ayında edilməsi müəyyən olunmuşdur.

53. Bundan başqa, Bakı şəhəri Nizami rayon Pİ 24-cü PB-nin təhqiqatçısının x x.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından görünmüşdür ki, bu dəfə Cavabdeh1 iddiaçıdan şikayət etmiş, şikayəti xx.xx.2022-ci il tarixdə 24-cü Polis Bölməsinə daxil olmuşdur. Həmin şikayətdə Cavabdeh1 bacısı İddiaçı 2022-ci ilin may ayında qanunsuz olaraq mübahisəli mənzilə daxil olduğunu, özlərinin (ərinin) sonuncu dəfə mənzildə 2022-ci ilin aprel ayında olduqlarını göstərmişdir.

54. Həmin araşdırma zamanı izahatı alınmış makler X17 izahatında göstərmişdir ki, 2022-ci ilin may ayında Elnur adlı şəxs mübahisəli mənzili ona göstərib, 155.000 manata satmaq istədiyini bildirmiş, o, mənzilə baxmışdır. Mənzildə mebel olmuş, Elnur otaqların birində olan mebelin baldızına məxsus olduğunu, gəlib götürəcəyini demişdir. Elnur ertəsi gün RF-na gedəcəyini, m ənzili almaq istəyən olsa onun atası ilə əlaqə saxlamasını tapşırmışdır. Lakin mənzilin qiyməti baha olduğundan müştəri olmamış, o, mənzilə heç bir müştəri aparmamış, mənzilin açarları onda olmamışdır.

55. Həmin araşdırma zamanı izahatı alınmış qonşu X24 izahatında göstərmişdir ki, təxminən 5 il əvvəl Cavabdeh1 onunla üzbəüz mənzildə qonşuluqda yaşamış, daha sonra RF-na getmişdir. 2022-ci ilin aprel ayında İlahənin qayınatası Füzuli həmin mənzilin açarlarını dəyişdirmiş, mənzilə kimsə daxil olarsa ona məlumat verməsi üçün öz əlaqə nömrəsini onun ərinə vermişdir. Təxminən 1 ay sonra həmin qapıda səs-küy eşitmiş, bayıra çıxdıqda, bir neçə nəfərin qapının qıfılını dəyişib mənzilə daxil olmaq istədiyini gördükdə, dərhal bu barədə Füzuliyə məlumat vermiş, daha sonra mənzildə baş verənlərlə bağl ı heç bir məlumatı olmamışdır.

56. Bundan başqa, Bakı şəhəri Nizami rayon Pİ 24-cü PB-nin təhqiqatçısının xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından görünmüşdür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq, evdə olmadığı zaman tanımadığı şəxslərin ona məxsus mənzilin qapısına müdaxilə edərək içəri daxil olduqlarını bildirmişdir.

57. Həmin araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, mübahisəli mənzili o, Elnur adlı şəxsdən almış, mənzil Elnurun arvadı İlahənin adına olmuş, mənzili almaq üçün Elnur və İlahəyə ümumilikdə 170.000 manat pul vermişlər. Buna baxmayaraq mənzildə İlahənin bacısı yaşayır və mənzili tərk etmir. Sonradan öyrənmişdir ki, mənzil mübahisəlidir və hazırda İddiaçı onun barəsində Nizami Ra yon Məhkəməsinə müraciət etmişdir.

58. Göründüyü kimi, mübahisəli mənzilin 2022-ci ilin may ayından iddiaçının faktiki istifadəsində olması yuxarıda istinad olunan işin halları ilə müəyyən olunmuşdur. Yəni, cavabdehlər arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mənzil iddiaçının istifadəsində olmuşdur və Cavabdeh2 və ya ərinin mənzilə baxması fiziki cəhətdən mümkün ola bilməzdi. Mənzili satmaq üçün Elnur Əliyevin müraciət etdiyi makler X17 mənzilə müştəri aparmadığını bildirmiş, cavabdehlər də məhkəməyə başqa makler təqdim etməmişlər.

59. Elnur Əliyevin sonuncu dəfə Azərbaycanda (o cümlədən Bakıda) xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olması nəzərə alınsa, onun yalnız bir maklerə - X12 müraciət etməsi müəyyən olunur, çünki, sonuncu izahatında bildirmişdir ki, Elnur ona ert əsi gün RF-na gedəcəyini demişdir. Elnurun xx.xx.2022-ci ildə RF-na getdiyi (qayıtdığı) mübahisə doğurmadığından, onunla makler arasında görüşün xx.xx.2022-ci il tarixdə baş tutduğu aydın olmuşdur.

60. Beləliklə müəyyən olunmuşdur ki, mübahisəli mənzil 2022-ci ilin may ayınadək Cavabdeh1 (ərinin və qayınatasının), həmin tarixdən sonra isə iddiaçının faktiki istifadəsində olmuşdur.

61. Bundan başqa, işin mübahisəsiz halları ilə müyyən olunmuşdur ki, alqı-satqı müqaviləsi Cavabdeh1 həmin şəhərdə verdiyi etibarnamə əsasında Cavabdeh2 qayınatası X20 tərəfindən imzalanmışdır. Cavabdeh1 ailəsi ilə RF-nın Novokuznetsk şəhərində yaşayır. Cavabdeh2 da izahatında ərinin Novokuznetsk şəhərinə gedib-gəldiyini etiraf etmişdir (c.1, i.v. 128).

62. Təkrar apelyasiya baxışında Cavabdeh2 nümayəndəsi-vəkili bildirmişdir ki, mənzili makler vasitəsi ilə tapdıqdan sonra cavabdehlərin münasibəti yaranmış və Novokuznetsk şəhərində behləşmişlər. Bundan sonra Cavabdeh1 etibarnamə vermişdir. Ancaq qabaqcadan tanış olmamışlar. Bu hallar Cavabdeh1 əri Elnurla Cavabdeh2 əri Şaddıqın qabaqcadan tanış olmaları, dost olmaqla Novokuznetsk şəhərində şərikli kafe işlətmələri barədə iddiaçının dəlillərinin əsassız olmadığını göstərmişdir.

63. Cavabdeh2 nümayəndəsi-vəkilinin göstərdiklərinə isə Kollegiya inandırıcı yanaşmamışdır, çünki bu dəlil ilk dəfə səsləndirilmişdir, daha əvvəlki məhkəmə proseslərinin heç birində belə bir hal barədə məlumat verilməmişdir.

64. Bundan başqa, cavabdehlər mübahisəli mənzilin 62.000 manata alınıb-satıldığını bildirdikləri halda, Cavabdeh2 24-cü PB-də verdiyi izahatında mənzili 170.000 manata aldığını göstərmiş, sonradan məhkəmədə bu ziddəyətə aydınlıq gətirə bilməmişdir. Mübahisəli mənzilin həmin dövrdə 62.000 manatdan daha baha qiymətə olması şübhə doğurmamışdır, çünki mənzil 4 otaqlı, təmirli və əşyalı vəziyyətdə olmuşdur. Kollegiya razılaşmışdır ki, hər hansı əqd üzrə qiymət tərəflərin razılığı ilə müəyyən olunur, yəni qiyməti müəyyən etməkdə əqdin tərəfləri sərbəstdirlər və bu müqavilə azadlığı prinsipindən irəli gəlir. Qiymətin az və ya çox göstərilməsinin də müxtəlif səbəbləri ola bilər (məsələn: vergidən yayınmaq, başqa şəxslərdə yalnış təəsüraft yaramaq və s.). Lakin hazırkı işdə cavabdehlər mübahisəli mənzilin təqribən iki dəfədən az qiymətə satılıbalınmasının səbəbləri ilə bağlı heç nə bildirməmiş, müqavilədə göstərilən qiymətin real razılaşdırılmış q iymət olmasında israrlı olmuşlar. Göründüyü kimi, mənzilin məhz həmin qiymətə satılıb-alınmasının ağlabatan əsasları olmalı idi. Lakin cavabdehlər buna dair heç bir ağlabatan dəlil təqdim etməmişlər.

65. Kollegiya onu da qeyd etmişdir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlansa da, Cavabdeh2 uzun müddət mənzilə faktik olaraq yiyələnmək üçün heç bir real addım atmamış, yalnız xx.xx.2023-cü il tarixdə polisə müraciət etmiş, mənzildən çıxarılma tələbini də hazırkı iddiaya qarşılıqlı olaraq vermişdir.

66. Göstərilənləri ümumiləşdirərək Kollegiya belə nəticəyə gəlmişdir ki, cavabdehlər qabaqcadan tanış olmuş və İlahə Əliyevə mübahisəli mənzilin ona bağışlanmasına dair müqaviləsinin etibarsız hesab olunacağına əmin olduqdan sonra, mənzili əlində saxlamaq m əqsədilə tanışı olan Cavabdeh2 ilə formal alqı-satqı müqaviləsi bağlamaqla, sonuncunun vicdanlı alıcı olması görüntüsünü yaratmaq məqsədini güdmüşdür. Ona görə həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir.

67. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148, 152, 157, 324, 337, 340-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

68. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

69. Kassasiya şikayətinin bir sıra dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən kifayət qədər araşdırma aparmadan işin faktiki və real hallarına qiymət verməyib, maddi və prosessual normaların tələbini pozmuşdur. Cavabdeh2 nümayəndə və vəkillə təmsil olunmasına baxmayaraq özü şəxsən məhkəmə prosessində iştirak etmiş, hakimin və tərəflərin suallarını cavablandırmış, mənzili olduğu kimi təsvir etmişdir. Məhkəmə Cavabdeh2 alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170.000 manat təşkil etməsini ziddiyyətli məqam kimi qimətləndirmişdir. Əslində Cavabdeh2 məhkəmədə sualları cavablandırarkən bu məqama aydınlıq gətirmişdir. Özü-özlüyündə bu fakt alqı-satqını bir daha təsdiqləmiş və Cavabdeh2 vicdanlı alıcı olduğunu sübut etmişdir. İşin obyektiv araşdırılmasının təmin etmək üçün Cavabdeh2 həyat yoldaşı X23 tərəfindən verilən vəsatətlə şahid qismində dindirilmiş, hakimin və tərəflərin suallarını cavablandırmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, guya məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsini bağlayan tərəflərin hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında video çəkiliş aparılıb. Həmin görüntülərə baxmaqla bu hissənin həqiqətə uyğun olmadığı məlum olacaq. Prosessdə onların tanışlığı barədə heç bir sübut olmayıb ki, tərəfdə onun yalan olduğunu sübuta yetirsin. Məhkəmə hesab etmişdir ki, əgər şahid Rusiya Federasiyasının, Kemerovo vilayətində olubsa onda onlar tanışdılar. Lakin onların tanış olması barədə iş materiallarında nə də ki, məhkəmə prosessində heç bir hal olmayıb. Şəxs özü ifadəsində iş ilə əlaqədar oradan keçdiyini demişdir. Çünki səyyar ticarətlə məşğul olur və Rusiya Federasiyasının 90 faiz vilayət və şəhərlərində olub. Bu əsas vermir ki, tərəfin min bir əziyyətlə pul toplayıb aldığı mənzilin onun əlindən alınmasına səbəb olsun.

70. Qanunun tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Lakin bu mərhələdə qarşı tərəfdən şahidin dəvət edilməsi ilə bağlı vəsatət daxil olmamışdır məhkəməyə. Artıq baxış mərhələsində şahid çağrılması barədə məhkəməyə müraciət etmişdir. Etiraz edib prosessual pozuntunu məhkəmənin diqqətinə çatdırsa da pozuntu davam etdirilmiş, şahidlər dindirilmişdir.

71. Məhkəmə vicdanlı alıcı məsələsinə, İddiaçı mülkiyyətçi Cavabdeh2 mülkiyyət hüququnu pozmasına qiymət verməmişdir.

72. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 140, 148, 152, 182-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 16-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 167-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

73. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

74. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin mə zmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

75. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

76. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

77. Maddə 157.2. Mülkiy yətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

78. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

79. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

86. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

88. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış və Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan, görünüş üçün bağlanmış uydurma əqddir. Uydurma əqd isə əhəmiyyətsizdir (§ 79).

89. Belə olan halda, həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış x x.xx.2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olmuşdur (§ 74-76).

90. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

91. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqi qət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

93. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

94. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-1184/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar