Məhkəmə qərarları › İş №2(102)-1621/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1621/2024

01.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1621/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Cavabdeh1 Həsənbala oğluna 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması, həmçinin digər Cav abdeh2 mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1950/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Röyal Məhərrəmov, Şəhla Məhərrəmova, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və X1 şəhər H.Ərəblinski küçəsin ev 21 ünvanında (bundan sonra-mübahisəli ünvan) qeydiyyatdadırlar.

2. Mübahisəli ünvan xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

3. Cavabdeh1 ilə X3 23 yanvar 2012-ci il tarixdə nikahlarını bağlamışlar. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehlərə 5000 manat kompensasiya ödənilməklə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda onunla birlikdə cavabdehlər qeydiyyatda olaraq yaşayırlar və son zamanlar onunla dözülməz kəskin münasibətlərə səbəb olmuşlar. İddiaçı mülkiyyətində olan evdən və yaşayış qeydiyyatından çıxmaq üçün qanunla nəzərdə tutulmuş 5000 manat kompensasiya məbləğinin cavabdehlərə verilməsini təklif etmişdir, lakin həmin təklifə cava bdehlər tərəfindən cavab verilməmişdir. İddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlər Şirvan şəhəri Ərəblinski küçəsi ərazisində iddiaçının mülkiyyətində olan 2 otaqlı, yaşayış sahəsi 50 m2 mənzilə uyğun şəraitli evlərdə ən azı 2-3 il yaşamaq imkanı verəcəyindən (həmin ərazidə sahəsi 50 m2 qədər 2 otağlı mənzillərdə, riyeltor arayışına görə aylıq kirayə haqlarının 130-150 manat civarında olması müəyyən edilmişdir) bu hal 3 il müddətində 5000 manatadək kompensasiya məbləği ilə cavabdehlərin mənzilə istifadə hüquqlarının əvəzləşdirilməsini mümkün edir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisələndirilən ünvanda yerləşən fərdi yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbində göstərilən 5000 manat kompensasiya məbləğinin mübahisəli ünvanda qeydiyyatda olan yalnız Cavabdeh1 verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdehlərin mübahisəli ünvandan məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(032)949/2023 saylı, 6 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim: Ceyhun Mustafayev) ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 5000 manat kompensasiya, iddiaçıya və onun ailə üzvlərinə (həyat yoldaşı və üç uşağı) davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. İddiaçı məhkəməyə sübut qismində həmin ərazidə kirayə haqqının 130-150 manat təşkil etdiyinə dair sübut təqdim etsə də, məhkəmə həmin sübutu mötəbər hesab etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışda Şirvan şəhərində 2 otaqlı mənzillərin orta aylıq kirayə haqqının 130-150 manat təşkil etdiyi qeyd edilmişdir.

10. Məhkəmə təklif olunan kompensasiyya məbləğini işin faktiki halları ilə müqayisə edərək, yəni cavabdehin 20 ildən artıq müddətdə mübahisəli evdə yaşamasını, bundan başqa Cavabdeh1 ailəli və üç uşağının olması faktını, habelə mübahisəli fərdi yaşayış evindən köçürüləcəyi təqdirdə Cavabdeh1 digər Cavabdeh2 azyaşl ı uşaqları ilə birlikdə təklif olan məbləğ müqabilində əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamalarının mümkünsüz olacağını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin olunmamalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddəllərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və o byektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Məlum vəziyyətlə əlaqədar dəfələrlə Şirvan şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciətlər edilmişdir. Müraciətdə bildirilmişdir ki, iddiaçının həyat yoldaşı rəhmətə getdikdən sonra o başqa bir qadınla ailə qurmuşdur. Onun Ərəblinski küçəsində 2 otaqlı evi var və sahəsi 96 kv.m.-dir. Həmin evdə oğlu Seymur, gəlini Mehriban 3 uşaqları ilə yaşayırlar. O isə həyətdə olan əl damında həyat yoldaşı ilə yaşayır. Oğlu Seymur və onun həyat yoldaşı Mehriban hər gün onları nalayiq söyüşlərlə söyüb təhqir edir. Gecəyarı oğlu Seymur gəlib qapını təpiklə vurur. O, onların hərəkətlərinə məhəl qoymur və istəmirik ki, aralarında daha ciddi hadisələr olsun. Onlar isə sakitlik vermirlər. Hər gün gəlini Mehriban ona söz atır, onun və yoldaşının əsəbləri ilə oynayırlar. O bir dəfə onların hərəkətlərindən polisə şikayət etmişdir. Gəlini Mehriban hər gün o qapının ağzından keçəndə söyür, təhqir edir, zibili, çirkli əskiləri gətirib onun qapısına atır. Kanalizasiya suyunu onun qapısına axıdır. Bir sözlə, nə oğlu və nə də gəlini onlarla yola getmir. Qohum-əqrəba iddiaçının evinə gələ bilmirlər. Oğlu və gəlinin onun iki göz evini zəbt ediblər. İmkan vermirlər ki, onun evində olan lazımi əşya, alətlərdən, cihazlardan istifadə edə. Hər gün onu polislə hədələyirlər. Oğlu və gəlini ona deyir ki, sizi çərlədib məhv edəcəyik. Onun üstünə hər cürə böhtanlar atırlar. Onun artıq 66 yaşı var. 2021ci il tarixdən təqaüdə çıxmışdır. 48 il halal zəhməti ilə dövlətə işləmişdir. Bu yaşında oğlu və gəlini onu s öyüb təhqir edir, şərəf və ləyaqətini alçaldırlar. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, ilk əvvəl cavabdeh İddiaçı 5000 kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etsə də, hazırda kompensasiyanın məbləğini artıraraq 7.500 manat verilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmasını tələb edir. Həmçinin digər Cavabdeh 2 onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığından mənzildən məcburi qaydada çıxarılmasını tələb edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1950/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı Həsəbala oğlu tərəfindən cavabdeh X9 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılmasını, Cavabdeh2 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə o lunan “bazar qiyməti ilə müvafiq kompensasiya”ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır.

16. Məhkəmə kollegiyası xüsusi mülkiyyətdə olan yaşayış mənzilində iddiaçı ilə cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının mümkün olmamasını, cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının qeyri-mümkünlüyünün təsdiqi kimi cavabdehin qanunsuz hərəkətləri mülkiyyətçi kimi qanunun ona verdiyi imkanlardan istifadə edə bilmə məsini, mülkiyyətçi kimi mülkiyyətində olan mənzildə sevinc hissi ilə yaşamaq hüququndan məhrum olmasını, iddiaçı tərəfindən təklif olunan məbləğlə cavabdehin başqa yerdə müəyyən müddət davamlı surətdə yaşamalarının mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildən çıxarılmasının təmin edilməməsini, cavabdehin 2012-ci ildən mübahisəli mənzilə köçərək yaşamasını təklif olunan kompensasiya məbləğinin az olması və cavabdehlərin ailəsi ilə birlikdə müəyyən müddətdə eyni şəraitli mənzildə yaşamasının mümkün olmamasını əsas göstərmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışıdır ki, iddiaçı yalnız oğlu Cavabdeh1 Həsənbala oğluna 7500 manat kompensasiya verilməkl ə istifadə hüququnun itirilməsini və mənzildən çıxarılmasını tələb etmiş, digər Cavabdeh2 onunla mənzilə dair heç bir hüquqi bağlılığı olmadığından mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə kompensasiya ödənilmədən çıxarılmasını tələb etmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, qayınata ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Belə olan halda, gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt – vətəndaş kimi qəbul edilməlidir. Mübahisədən də müəyyən edilmişdir ki, iddiaçı hələ mülkiyyətçi olmadığı vaxtda şəxsi razılığı əsasında cavabdehi (gəlinini) istifadə etdiyi mənzilə köçürmüşdür. İddiaçı mənzilin mülkiyyətçisinə çevrildikd ən sonra cavabdeh ilə mənzildən istifadəyə dair hər hansı bir razılaşmada olması müəyyən edilməmişdir. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin müddəalarının tətbiqi zərurəti yaranır. Belə olan təqdirdə Cavabdeh2 ilə iddiaçının oğlu arasında nikahın ləğv edilib-edilməməsindən asılı olmayaraq cavabdehin həmin mənzildə yaşaması üçün hər hansı bir hüququ yoxdur.

19. Məhkəmə kollegiya hesab etmişdir ki, İddiaçı Cavabdeh2 qarşı mülkiyyətində olan mübahisəli mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılması barədə iddia əsaslıdır və təmin olunmalıdır.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

22. Kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, mübahisəli mənzil mərhum X10 yaşadığı dövrdə əldə olunmuş vəsaitlə alınmışdır. Mübahisəli ev alındıqdan sonra X10 yaşadığı dövrdə mülkiyyət hüququ əsası ilə rəsmiləşməsə də, mənzilin alınmasında nikah dövründə toplanılmış vəsaitlə alınmışdır. Bu səbəbdən də mübahisəli olan mənzil miras əmlakı olaraq mərhum X6 vərəsələrinə aiddir. Cavabdehlər mübahisəli mənzil üzrə pay sahibi hesab olunurlar. Göstərilənlərə əsasən iş üzrə İddiaçı qarşı mübahisə predmeti olan “Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum X4 miras qalmış hissədən çatan pay tələbi ilə ”Sabirabad rayon 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Qeyd olunmuş faktiki əsasların məhkəmə tərəfindən nəzərə alınmaması mülki qanunvericiliyin vərəsəlik hüququna dair normalarının pozulması deməkdir. Eyni zamanda məhkəmə iddia tələbini təmin edərkən həmin evə köçən zaman mənzil üzərində mülkiyyət hüququnun olmaması, evə köçən zaman heç bir etirazın olmaması və cavabdehlərin mübahisəli evdə 1997-ci ildən hal-hazırki vaxta qədər yaşamaqları nəzərə alınmamışdır. Məhkəmə mülki işin faktiki hallarını araşdırarkən tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı i l tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı 26. “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə q eyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

27. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

28. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçis inin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

29. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müə yyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şi kayətində qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

42. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər formal olmaqla, qətnamənin ləğvinə əsas vermir.

43. Məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1950/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar