Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1622/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1622/21 (Açar sözlər: istilik sisteminin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil, Cavabdeh: “xxxx” MMC-nin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)6694/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 20 apre l 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdeh “xxxx” MMC (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, sonuncu tərəfindən qanunsuz kəsilmiş istilik sisteminin mənzilində bərpa edilməsi, kommunal xərclərin aylıq tarifinin əvvəlki qaydada müəyyən edilməsi, müalicə xərclərinə görə 120,50 manat, mənəvi zərərə görə 2.000 manat, hüquqi yardıma görə 1.200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3.351.50 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmçinin, cavabdeh məhkəmədə iddiaçıya qarşı qarşılıqlı iddia verərək, sonuncudan borca görə 6.039,69 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) ilk iddia baxılmamış saxlanılıb. Eyni zamanda həmin məhkəmənin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, İddiaçı 6.039,39 manat pulun tutulub “xxxx” MMC verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı “xxxx” MMC ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və vaxtında icra etməyib. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı məxsus olan mənzilə 04 dekabr 2018-ci il tarixdə istilik sisteminin verilməsi bərpa edilib. Ona görə də i ddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən və məruzəçi, X.A.Mərdanova və E.M.Həsənova) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2020ci il tarixli qətnaməsi İddiaçı 6.039,39 manat borcun tutulub “xxxx” MMC verilməsi hissəsində dəyişd irilərək, həmin məbləğin 5.804,61 manat müəyyən edilməsi qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etsə də, İddiaçı “xxxx” MMC xeyrinə tutulacaq borcun məbləğini düzgün müəyyən etməyib. Belə ki, İddiaçı 2018-ci ilin noyabr ayı üçün istilik sistemindən istifadəyə görə borc məbləği hesablanıb. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləğinin tutulması hissəsində dəyişdirilməli, İddiaçı tutulmalı olan borc məbləği 5804,61 manat müəyyən edilməlidir. Çünki İddiaçı məxsus mənzilə istilik sisteminin verilməsi 2018-ci il dekabr ayından bərpa edildiyindən, ondan noyabr ayı üçün hesablanmış borcun tutulması ədalətli deyildir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Mə cəllənin 14.2.1, 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izah atları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh “xxxx” MMC vəkili Könül Zamanova kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsi ndə əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsində göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya in stansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın rədd olunması xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və p rosessual hüquq normalarının tələblərini pozmasını, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış 01 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən, icraçı sifarişçi üçün bu müqavilənin 11-cı maddəsində göstərilən xidmətləri yerinə yetirməyi, sifarişçi isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı icraçıya ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin 6-cı bəndindən görünür ki, icraçı xidmətlərin qiymətlərini bazar qiymətlərinin təsiri nəticəsində yuxarı və ya aşağı tərəfə dəyişə bilər. Bu zaman sifarişçi 10 gün əvvəlcədən məlumatlandırılır. Eyni zama nda qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, “xxxx” MMC İddiaçı mülkiyyətində olan mənzilin istilik təchizatının dayandırılması kimi hərəkətləri qanunsuz hesab edilərək, bu cür hərəkətlərə gələcəkdə yol verilməsi qadağan edilib və Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı evin, 163 saylı mənzilinə verilən kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsi “xxxx” MMC üzərinə vəzifə kimi qoyulub və kommunal xərclərin aylıq tarifi 01 yanvar 2013cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat məbləğin 2017-ci ilin aprel ayına kimi müəyyən edilməsi, istilik sisteminin kəsilməsi ilə bağlı iddiaçının çəkdiyi müalicə xərci olaraq 81,10 manat, mənəvi zərər olaraq 1.200 manat, hüquqi yardım ol araq 800 manat və ödənilmiş 30 manat dövlət rusumu olmaqla, cəmi 2.111.10 manat pul vəsaitinin “xxxx” MMC İddiaçı xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı “xxxx” MMC qarşı sonuncunun hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə gələcəkdə yol verilməsinin qadağan olunması vəzifəsinin qoyulması; habelə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı evin 163 saylı mənzilinə verilmiş kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsinin “xxxx” MMC üzərinə vəzifə kimi qoyulması; kommunal xərclərin aylıq tarif inin əvvəlki 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat müəyyən edilməsi; istilik sisteminin kəsilməsi ilə bağlı onun uşaqlarının xəstələnməsi ilə əlaqədar 81,10 manat müalicə xərclərinin, hüquqi yardımın göstərilməsi ilə bağlı “xxxx” MMC ödənilmiş 2.000 manat pul vəsaitinin, mənəvi zərərə görə 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC İddiaçı xeyrinə tutulması barədə iddiasının qismən təmin edilməsi, “xxxx” MMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı evin 163 saylı mənzilinə verilən istilik təchizatının dayandırılması qanunsuz hesab edilərək, mənzilin istilik sisteminin və təchizatının bərpa edilməsi vəzifəsinin “xxxx” MMC həvalə edilməsi və qalan hissədə iddianın rədd olunması qə t edilib. Sonradan həmin işə kasasiya qaydasında baxılaraq Ali Məhkəmənin Mülki Kollegiyasının 18 yanvar 2018-ci il tarixli qərarı ilə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Həmçinin cavabdeh tərəfindən verilmiş 15 yanvar 2020-ci il tarixli borc haqqında arayışa əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı evin, 163 saylı mənzilindən istifadə ilə bağlı hazırkı dövrə kommunal xidmətlər və istilik sistemindən istifadəyə görə cəmi 6.039,39 manat borcu yaranıb. Eləcə də cavabdeh tərəfindən iddiaçıya göndərilən 11 avqust 2018-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı sözügedən borc məbləğinin ödənilməsi üçün “xxxx” MMC tərəfindən müraciət edilib. İşə əlavə edilmiş 05 dekabr 2018-ci il tarixli müraciət dən görünür ki, İddiaçı “xxxx” MMC kommunal xidmət haqqının ödənilməsi üçün sonuncunun bank rekvizitlərinin ona göndərilməsini xahiş edib. Daha sonra işə əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən çoxmənzilli 20 saylı binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının 31 yanvar 2017-ci il tarixli protokolundan görünür ki, ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın saxlanması, cari təmiri və binaya göstərilən xidmətlərə görə ödənilməli olan məbləğ aylıq sahə mülkiyyətçilərinin mülkiyyətində olan sahənin 1 kv.metri üçün 0,80 manat, payızqış mövsümündə istilik xidmətlərinə görə hər 1 kv.metri üçün əlavə 0.50 manat müəyyənləşdirilmiş və həmin məbləğ sahə mülkiyyətçisi tərəfindən idarəedici təşkilatla bağlanmış müqavilə nin şərtlərinə uyğun olaraq idarəedici təşkilata ödənilməsi; sahə mülkiyyətçiləri tərəfindən hazırkı yığıncaqda qərar qəbul edildikdən sonra 15 gün ərzində idarəedici təşkilatla çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması 100 faiz səs çoxluğu ilə qəbul edilib. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi borc arayışında əks olunmuş rəqəmləri əsas götürərək, həmçinin cərimə borcunun məbləğini azaldaraq müvafiq nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəlikl ərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi iddianı əsaslı sayıb qeyd etmişdir ki, İddiaçı, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməyib. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirib. Bununla belə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi borc məbləğinin hesablanmasında yanlışlığa yol verib. Belə ki, işin müəyyən edilmiş hallarına görə İddiaçı oğluna məxsus olan mənzilə 04 dekabr 2018-ci il tarixdə istilik sisteminin verilməsi bərpa edilib. Bununla belə iş materiallarında olan borc arayışından görünür İddiaçı 2018-ci ilin noyabr ayı üçün istilik sistemindən istifadəy ə görə borc məbləği hesablanıb. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləğinin tutulması hissəsində dəyişdirilməli, İddiaçı tutulmalı olan borc məbləği 5804,61 manat müəyyən edilməlidir. Belə ki, İddiaçı məxsus mənzilə istilik sisteminin verilməsi 2018-ci il dekabr ayından bərpa edildiyindən, ondan noyabr ayı üçün hesablanmış borcun tutulması ədalətli sayıla bilməz. Kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri onlar arasında 01 yanvar 2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən əmələ gəlib. Belə ki, həmin müqavilənin Vİ bəndinə görə, icraçı, yəni cavabdeh xidmətlərin qiymətini bazar qiymətlərin in (inflyasiya nəticəsində xidmətlər və malların, qaz, su, elektrik, tullantıların daşınması qiymətlərinin qalxması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maaşların artırılması, xidmət sahəsinin genişlənməsi) təsiri nəticəsində yuxarı və ya aşağı tərəfə dəyişə bilər. Bu zaman sifarişçi, yəni iddiaçı 10 gün əvvəlcədən məlumatlandırılır. Bu müqavilə müqavilənin İİ bəndində göstərilən xidmətlərə mütəmadi tələbatı nəzərə alaraq müddətsiz bağlanır və tərəflərin hər ikisinin qarşılıqlı razılığı olmadan bir tərəfli qaydada ləğv oluna bilməz. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və yuxarıda qeyd olunanları nəzərə alıb apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb belə qənaə tə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-6694/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1622/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1622/2021
20.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver