Məhkəmə qərarları › İş №2(102)-1623/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1623/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1623/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1623/2023 (Açar sözlər: nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, öhdəliyin icrası, əmlakın boşaldılması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 2(107)-1355/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəli daşınmaz əmlak Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evidir.

2. Həmin torpaq sahəsi və fərdi yaşayış evi əvvəllər cavabdehə məxsus olmuş, lakin İddiaçı QSC ilə X1 arasında bağlanmış kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuş, kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrası təmin edilmədiyindən Şəki Rayon Məhkəməsinin 2(075)-3/2017 saylı, 15 mar t 2017-ci il tarixli qətnaməsinə əsasən digər əmlaklarla yanaşı həmin torpaq sahəsi və fərdi yaşayış evinə də tutma yönəldilmiş, onun hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh və orada yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılması qərara alınmışdır. Məhkəmə qətnaməsinin icrası təmin edilərkən əmlak "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir.

3. Bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətinə keçirdiyi mübahisəli əmlakı cavabdehə ilkin olaraq 5.000 manat vəsaiti İddiaçı QSC-yə notariusun b ankda açılan depozit hesabı vasitəsi ilə, qalan məbləği isə hər 3 aydan bir dəfə 2.500 manat olmaqla 10 ödəniş ödəmək şərti ilə cəmi 30.000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv edilməsi, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və əmlakın mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulma sı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmiş və müqavilə şərtlərini pozmuşdur. Alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdehə xx.xx.2022-ci il tarixində müqavilənin ləğv edilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

6. Şəki Rayon Məhkəməsinin e-2(075)-970/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir.

8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 152.1, 152.5, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 421.1, 421.2, 423, 567, 598.1, 598.2, 598.3, 600.1, 600.4, 601.1, 601.2, 646.2-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş et mişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı idi. İddiaçı həmin alqı-satqı müqaviləsi üzrə onun üzərinə götürdüyü öhdəlikləri icra etməməsini əsas göstərərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçının həmin müqavilələrin ləğv edilməsini tələb etmək səlahiyyəti vardırsa, o, həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin alqı-satqı müqaviləsindən yaranmış öhdəliklərlə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl həmin müqavilənin ləğv edilməsi, həmin müqavilədə göstərilən pul məbləğlərinin ona qaytarılması ilə bağlı ona hər hansı bildiriş göndərməmiş, eyni zamanda bununla bağlı xəbərdaqlıq müddətini gözləməmişdir. Bunun əksini sübut edəcək hə r hansı bir sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün səy göstərməmiş, eyni zamanda həmin qaydanı tətbiq etmək imkanı itirilməmişdir. İddianın əsaslı olduğu öz təsdiqini tapmır. Məhkəmə iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nəticəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1355/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş mülki işin 15-16-cı vərəqlərində yer alan bildiriş və qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müqavilənin ləğv edilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Hazırki iş üzrə iddia ərizəsi isə 6 aprel 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı bank tərəfindən göndərilmiş bildirişə cavabdeh tərəfindən cavab verilməsi üçün 2 aydan artıq gözlənilmiş, daha sonra məhkəməyə iddia verilmişdir. Göründüyü kimi, apellyatorun göstərilən arqumentləri əsassızdır.

13. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətind ə bu qətnamənin 17-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 22-ci bəndində göstərilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrinə, o cümlədən 600 və 601-ci maddələrinə istinad etməklə iddiaçının hazırki tələbində haqlı olduğunu göstərməklə düzgün nəticəyə gəlmişdir. Hazırki iş üzrə iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600 və 601-ci maddələri təşkil etdiyindən və həmin maddələrin tələbləri işin mahiyyəti üzrə həll edilməsi üçün yetərli olduğundan, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən bu qətnamənin 5-8-ci bəndlərində qeyd olunmuş cümlələrlə işin halları düzgün şəkildə əks etdirildiyindən apellyatorun həmin arqumentləri də əsassızdır.

14. Apellyasi ya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 152.1, 152.5, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 421.1, 421.2, 423, 567, 598.1, 598.2, 598.3, 600.1, 600.4, 601.1, 601.2, 646.2-ci maddələrə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin ilkin ödənişinin və daha sonrakı ödənişlərinin aqibəti barədə tələbində heç nə qeyd etməmişdir. Alqı-satqı üzrə etdiyi ödənişlərin ona qaytarılıb-qaytarılmaması hissəsi araşdırılmalı və qiymət verilməlidir. Bundan başqa müqaviləyə əlavə və dəyişiklə r və ləğv edilməsi tərəflərin qarşılıqlı razılaşması ilə mümkündür. Tərəflərdən biri razılaşmadıqda digər tərəfə təklif göndərir. Təklifə 30 gün müddətə cavab verilmədikdə məhkəməyə müraciət edə bilər. İş materillarından göründüyü kimi iddiaçı belə bir təklif göndərməmişdir. Birbaşa məhkəməyə müraciət etməklə qanunvericiliyin tələblərini pozmuşdur.

17. Kassator şikayətində Mülki Məcəllənin 601.1, 601.2, 421.1, 421.2-ci maddələrinin tələblərinin pozulmasına istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

18. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əh əmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəlləni n 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 2

6. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apelly asiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin alqı-satqı üzrə etdiyi ödənişlərin ona qaytarılıb-qaytarılmaması hissəsinin araşdırılmalı və qiymət verilməli olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin məsələ ilə bağlı ayrıca iddia qaldırmadığından, hazırki iş üzrə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmədiyindən, habelə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə bununla bağlı müraciət etmədiyindən kassasiya məhkəməsi tərəfindən həmin halın araşdırılması və hüquqi qiymət verilməsi mümkün deyildir.

37. Kassasiya şikayətinin dəlill ərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hər tərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1355/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar