Məhkəmə qərarları › İş №2(102)-1627/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1627/2025

01.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1627/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (Maraqlı şəxs1 MMC, X6 və 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (Maraqlı şəxs1 MMC, X6 və 1 saylı Bakı Ərazi İ darəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli 2(103)-615/2025 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK ilə X6 arasında bağlanmış 10 iyun 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi üçün müqaviləyə görə Cavabdeh2 MTK Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030 məhəllədə tikilən Cavabdeh2 MTK-da 140 kv.m qeyri-yaşayış sahəsini X5 verməyi öhdəsinə götürmüşdür. X6 pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməklə son nəticədə həmin sahəni qəbul etməyi öz üzərinə götürmüşdür. 2. 02 oktyabr 2012-ci il tarixli 033 nömrəli müqaviləyə görə Cavabdeh2 MMC (Satıcı) Bakı şəhəri, X25 10A ünvanda tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 32 kv.m qeyri-yaşayış sahəsini X5 (Alıcı) satmışdır. 3. 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqaviləyə görə Cavabdeh2 MMC (Satıcı) Bakı şəhəri, X25 10A ünvanda tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 108 kv.m qeyri-yaşayış sahəsini İddiaçı (Alıcı) satmışdır.

4. Cavabdeh2 MMC-nin xx.xx.2015-ci il tarixli, 48 saylı arayışına əsasən İddiaç ı ünvan 2 ünvanda yerləşən 10 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. Göstərilən yaşayış sahəsi İddiaçı məxsusdur.

5. Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanan 18 oktyabr 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı bildirilir ki, 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 10/30 ünvanda yerləşən 22 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi tərəfinizdən istifadə olunduğu halda, 5 il müddətində şirkətə kommunal, işıq, qaz, su və istilik haqqı olaraq heç bir ödəniş edilməmişdir. 5 iş günü müddətində qeyd olunan məsələni həll etməsi tələb olunur. Əks halda, 24 oktyabr 2016-cı il tarixdən hüquq mühafizə orqanlarına mürac iət edilməklə, qeyd olunan qeyriyaşayış sahəsinin su, işıq və istilik təchizatı dayandırılacaqdır.

6. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 10 saylı hüquq məsləhətxanasının vəkili Vasif Mirzəyevə ünvanlanan 24 fevral 2018-ci il tarixli məktubunda bildirilir ki, Cavabdeh2 MMC-nin təsisçilərinin birgə yığıncağının protokollarında iclasa sədrlik edən sədr və iclas katibinin imzalarının həqiqiliyi və protokol surətləri xx.xx.2014-cü il tarixdə 7902, 7903 və 7905 reyestrlərlə qeydə alınaraq tərəfindən təsdiq edilmişdir. Sənədlərdən surət çıxarışlarının və imzanın həqiqiliyinin təsdiqi ilə bağlı notariat hərəkəti aparılarkən notariat kontorunda heç bir nüsxə saxlanılması “Notariat haqqında” Qanunda və “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatda nəzərd ə tutulmadığından notariat arxivində saxlanılmadığına görə, onların surətlərini ona təqdim etmək imkanları xaricindədir. 7. 29 iyun 2018-ci il tarixli icra müddətinin sonlandırılması barədə xəbərdarlıqa görə icarəçi "xxxx" MMC-nin direktoru X9, icarəyə verən fiziki şəxs İddiaçı Məhəmməd qızına bildirir ki, 30 avqust 2016-cı il tarixli icarə müqaviləsinə əsasən son altı aylıq 10 avqust 2018-ci il tarixə qədər ödəniş etmələrinə baxmayaraq, fəaliyyətlərini 31 iyul 2018-ci il tarixdən dayandırma qərarına gəlmişlər. Müqavilənin şərtlərinə uyğun olaraq xitam üçün ona bir ay əvvəldən xəbərdarlıq edirlər.

8. Cavabdeh2 MMC-nin X10 ünvanlanan 15 noyabr 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, onun xx.xx.2018-ci il tarixə kommunal, işıq, qaz, su və istilik haqqı üzrə istifadəsində olan Bakı ş əhəri, Nəsimi rayonu, X25 küçəsi, 10/30 ünvanda yerləşən 22 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 767 kv.m-dən ibarət olan 25, 26, 27 nömrəli mənzillərə görə 37.791 manat, ümumi sahəsi 291,5 kv.m ibarət olan 50 nömrəli mənzilə görə 14.976 manat, həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə görə 2916 manat, həmin binanın 3-cü mərtəbəsində ümumi sahəsi 726,42 kv.m ibarət olan qeyri-yaşayış sahəsində uzun müddət fəaliyyət göstərmiş və faktiki rəhbəri olduğu “Nigar” Tibbi Klinikasına görə 19.620 manat, ümumilikdə 75.303 borcu vardır. Göstərilən borc məbləğinin 5 gün müddətində Cavabdeh2 MMC-yə ödənilməsi ondan tələb edilir. Əks təqdirdə, 75.303 manat borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutu lmuş qaydada məhkəməyə müraciət ediləcəkdir. 9. "xxxx" Azərbaycan ASC-nin xx.xx.2021-ci il tarixli 0475 nömrəli ödəniş tapşırığına görə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına 75.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. 10. "xxxx" Azərbaycan ASC-nin xx.xx.2021-ci il tarixli 0137 nömrəli ödəniş tapşırığına görə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına 75.000 ABŞ dolları məbləğində pul ödənilmişdir.

11. Cavabdeh2 MMC-nin 16 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə, 1 saylı binanın kürsülü mərtəbəsində ümumi sahəsi 105,4 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərini müqavilə əsasında mülkiyyətçi Cavabdeh1 tərəfindən razılaşma yolu tam ödənilmişdir və heç bir borcu qalmamışdır.

12. Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllədə yerləşən 1 saylı binanın kürsülü mərtəbəsindəki qeyri-yaşayış sahəsi 16 avqust 2021-ci il tarixli binanın qeyri-yaşayış sahəsi tikintisi haqqında Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən şirkət müqavilə əsasında mülkiyyətçiyə verməyi, müqavilə əsasında mülkiyyətçi isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsinin dəyərini razılaşdırma yolu ilə ödəməyi (12 avqust 2021-ci il tarixli Protokol №02) “müqavilə əsasında mülkiyyətçi” öhdəsinə götürmüşdür. 13. 29 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, X25 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraq lı şəxs1 MMC-yə icarəyə vermişdir. 14. 11 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə görə İddiaçı Bakı şəhəri, X25 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs1 MMC-yə icarəyə vermişdir. 15. 643828 nömrəli Çıxarışa görə Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X15 və İddiaçı müştərək qaydada dəymiş zərərin əvəzi kimi 220.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nə zərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq iddiaçı X5 verilmiş, iddia tələbi cavabdeh X13 münasibətdə təmin edilməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-697/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi iddia tələblərinin təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbləri həmin hissədə təmin edilməmişdir. 18. "xxxx" ASC-nin 58798 saylı abunə haqqında məlumatlarına görə H.Əliyev 1030 ünvandakı **********01930 nömrəli abunə kodu İddiaçı məxsusdur.

19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1775/2023 saylı, xx.xx.20 23-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlər, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyi etibarsız hesab edilmiş, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X4 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyəti bərpa edilmiş və bu barədə məlumat kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş, cavabdeh X7 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.0 00 (on min) manat tutularaq iddiaçı X11 ödənilmişdir.

20. Cavabdeh2 MMC-nin 26 aprel 2023-cü il tarixli arayışında göstərilir ki, həqiqətən Cavabdeh2 MMC Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanda olan çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m qeyriyaşayış sahəsinə görə İddiaçı ilə heç bir müqavilə bağlamamış, İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC-yə ümumiyyətlə ödəniş edilməmiş və xx.xx.2015-ci il tarixdə İddiaçı adına cəmiyyətin direktoru tərəfindən heç bir sənəd hazırlanmamış və təsdiqlənməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya M əhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2-2(113)-1775/2023 saylı qətnaməsi – “xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X4 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavabdeh X7 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat tutularaq iddiaçı X11 ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birin ci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030cu məhəllə ünvanda yerləşən, sahəsi 105.40 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə, səlahiyyətli şəxslərin əməllərində cinayətin əlamətlərinin olması səbəbindən bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

23. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə C avabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin və xx.xx.2015-ci il tarixli 48 saylı arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq 140 kv.m. sahəyə münasibətdə "xxxx" MTK ilə X6 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış alğısatqı müqaviləsinə əsasən sonuncunun sahiblik və istifadəsinə verilmişdir. Daha sonra R.İbişzadə sözügedən sahənin 108 kv.m-ni xx.xx.2012-ci il tarixdə öz razılığı ilə ona satmış, bundan sonra R.İbişzadə tərəfindən MTK-ya verilmiş razılıq ərizəsi əsasında sözügedən sahəyə dair MMC ilə arasında xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış dır. Eyni zamanda MMC-nin həmin tarixdə direktoru olmuş Heydər İbrahimov tərəfindən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanda yerləşən 108 kv.m. qeyri-yaşayış sahəsi üzrə MMC-yə hər hansı borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair R.İbişzadə ona, Ş.Şahbazova və Y.Şahbazova qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 220.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2500/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, həmin qətnamədən cavabdehlərin verdiyi apellyasiya şikayətləri Bakı Apellyasiya Məhk əməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 697/2022 saylı qətnaməsi ilə təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2500/2021 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Apellyasiya məhkəməsinin sözügedən qərarı ilə bir daha mübahisələndirilən qeyri-yaşayış sahəsinin ona qanuni əsaslarla satıldığı və həmin sahənin onun qanuni əsaslarla sahiblik və istifadəsində olması halı müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanunu qüvvəsini almışdır. Eyni zamanda qeyd edilməlidir ki, R.İbişzadə Ş.Şahbazova, ona və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində MMC-nin nizamnamə kapitalının 50% payına sahib olan X19 üçüncü şəxs qismində göstərmiş və sonuncu tərəfindən onun hüquqlar ını şübhə altına alacaq hər hansı etiraz və ərizə məhkəməyə daxil olmamışdır. Göstərilən əsaslardan çıxış edərək, qeyri-yaşayış sahəsini etibarnamə üzrə nümayəndəsi X20 vasitəsilə Maraqlı şəxs1 MMC ilə bağlamış olduğu xx.xx.2021-ci il tarixli, 3M-1598 saylı icarə müqaviləsinə əsasən icarəçinin istifadəsinə vermişdir. Lakin hazırda məlum olmuşdur ki, MMC sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq, sonuncuya maliyyə arayışı vermiş, bunun əsasında qeyri-yaşayış sahəsi dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Sözügedən qeyriyaşayış sahəsi onun tərəfindən bir kimsəyə satılmamış, hər hansı formada özgəninkiləşdirilməmişdir. Belə olan təqdirdə, həmin əmlak artıq MMC-nin balansından çıxdığı və ona məxsus olmadığı üçün, MMC özünə məxsus olmayan əmlaka – hazırkı halda, qeyri-yaşayış sahəsinə dair hər hansı formada başqa müqavilə bağlaya bilməzdi.

25. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli 034 saylı müqavilə saxta və qanunsuzdur. Belə ki, Cavabdeh2 MMC xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 479 saylı Sərəncamı ilə Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllədə Cavabdeh2 MMC-nin mövcud istifadəsində olan 0,26 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evinin və ofis binasının layihələndirmə, tikinti və abadlıq işlərinin aparılmasına icazə verilmişdir. Həmin sərəncam və digər h üquq müəyyənedici sənədlər əsasında Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X25 küçəsi 1030 məhəllə ünvanda çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə heç bir müqavilə bağlanmamış və həmin qeyri-yaşayış sahəsi cavabdehə satılmamışdır. Adi gözlə də müəyyən etmək olar ki, xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilə saxtadır, həmin müqavilə Cavabdeh2 MMC-nin direktoru X8 tərəfindən imzalanmamışdır və cəmiyyətin möhürü ilə eynilik təşkil etməyən saxta möhür ilə təsdiqlənmişdir. Bundan əlavə, müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı İddiaçı tərəfindən cəmiyyətə heç bir məbləğdə və sait ödənilməmişdir. Göründüyü kimi, Cavabdeh2 MMC ilə İddiaçı arasında heç bir müqavilə bağlanmamış, xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilədə Cavabdeh2 MMC-nin rəhbərinin imzası, cəmiyyətin möhürü saxtalaşdırılmışdır. Bununla yanaşı bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanda yerləşən, sahəsi 105.40 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2021ci il tarixədək Cavabdeh2 MMC-nin balansında olmuş, hal-hazırda isə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Məhz həmin qeyri-yaşayış sahəsinin cəmiyyətin balansında olması bir daha iddia ərizəsində qeyd etməklə Cavabdeh2 MMC-də 50% paya malik olan təsisçi X24 Cavabdeh1 qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ün vanda yerləşən, sahəsi 105.40 kv.m qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun verilməsinə dair aparılmış qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-3119/2022 saylı qərardadı ilə xitam verilmişdir.

26. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-61/2024 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər olmaqla) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və qarşılıq lı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.

27. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 4/1975-5/1680 nömrəli rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin sonunda “Satıcı” Cavabdeh2 MMC-nin direktoru” qrafasındakı imzanın - X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi və həmin müqavilə ilə xx.xx.2015-ci il tarixli 48 nömrəli sənədin üzərində olan möhürün əksinin relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmaları, sözügedən müqavilə və sənədin üzərində olan möhürün əksinin öz aralarında eynilik təşkil etməməs i göstərilmişdir.

28. Birinci instansiya məhkəməsində ekspert X14 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1975-5/1680 rəyi tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan sənədlər əsasında tərtib edilmişdir. Nümunə vermək nə qədər çox olarsa, rəy vermək daha uyğundur. Nümunənin olmaması mümkün deyildir və 146-cı vərəqdə etibarnamənin nümunəsi var idi. Vəsatətdən sonra götürülmüş nümunələr təqdim edilib, iş materiallarında olan nümunəyə əsasən rəy tərtib edilmişdir.

29. X3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1975-5/1680 rəyi tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan sənədlər əsasında tərtib edilmişdir. O, möhürlər üzrə ekspertdir. Rəydə 3-cü bənddə eksperimental nümunədir və sərbəst nümunələr təqdim edilməsini istəmişdir. Lakin təqdim edilməmişdir. Eyniləşdirmə üzrə sual qoyulub və aşkar edilməyib. Vəsatətə əsasən rəyini tərtib etmişdir. 3-cü sual üzrə təhqiqat aparmamışdır, çünki aydın müəyyən edilir. 4-cü sual üzrə isə nümunələr təqdim edilərsə tədqiqat aparıla bilər.

30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-61/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin iddia tələbinə “maliyyə arayışını n etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir.

31. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Mehriban Əfəndizadə) xx.xx.2024-cü il tarixli, 2(005)-61/2024 nömrəli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh1 və Cavabdeh2 MMC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

32. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından hesab etmişdir ki, Azər baycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilən cavablar qeyri-müəyyən xarakter daşımır. Məhkəmə ilk iddia tələbində iddiaçının istifadəsində olan sahənin bir çox məhkəmələrin predmeti olmaqla işdə olan çoxsaylı məhkəmə qərarlarına istinad etməsinə qiymət verərək bu halların mövcud olmasını qeyd etməklə yanaşı, vurğulayır ki, həmin məhkəmə çəkişmələri zamanı xx.xx.2012-ci il tarixli 034 saylı müqavilədə tərəf kimi göstərilən Cavabdeh2 MMC tərəfindən edilmiş imzanın onun direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi, başqa sözlə, müqavilənin mülki qanunvericiliyin tələbləri nə uyğun olmaması məlum deyildi. İlk iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar əsaslı sayıla bilməz və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X25 küçəsi 1030 məhəllə ünvanda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilə etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Bu fakt məlum olana kimi ilk iddiaçının həmin müqavilədən istifadə etməklə bağladığı müqavilələr və digər razılaşmalar bağlandığı andan əhəmiyyətsizdirlər.

33. Məhkəmə ilk iddia üzrə hesab etmişdir ki, sahəsi 105.40 kv.m olan qeyriyaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin qanuni əsaslarla bağlanması müəyyən edildiyindən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsinə dair tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

34. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin etibarsız sayılması üçün irəli sürülən dəlillərin məhkəmə araşdırması zamanı təsdiqini tapdığı üçün təmin edilməsi qənaətinə gəlmişdir.

35. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 148.2, 14.2.1, 140, 152.1, 182.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.5, 339.1, 339.2, 339.3, 359.1, 351.2, 351.3, 340.1, 340.2, 354.1, 404, 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 78.1, 218.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. İddiaçı qətnamədən apellyasiya şikayəti və apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Apellyasiya şikayətinin əsasları ilkin iddia ərizəsi ilə eynilik təşkil edir.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) 21 yanvar 2025-ci il tarixli 2(103)-615/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(0 05)-61/2024 nömrəli iş üzrə 18 sentyabr 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanda yerləşən, sahəsi 105,4 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** nömrəli dövlət qeydiyyatının ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi və 200 manat ekspertiza xərcinin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin qənaəti qanuni olmamışdır. Sahəsi 105.40 kv.m və 108 kv. m göstərilən qeyri-yaşayış sahəsinin eyni sahə olması mübahisə predmeti deyil. İş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-697/2022 nömrəli 03 fevral 2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, mübahisələndirilən ünvan 8 ünvanda tikilən "xxxx" MTKda 140 kv.m qeyri-yaşayış sahəsi 340.200 manat məbləğinə xx.xx.2006-cı il tarixli müqaviləyə əsəsən Cavabdeh2 MMC-nin sədri C.Məmmədov ilə X6 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya satılmışdır.

40. Qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi 2006-ci il tarixdə X2, sonuncu da xx.xx.2012-ci il tarixdə həmin qeyriyaşayış sahəsinin 108 kv.m hissəsini İddiaçı satmışdır. Alğı-satqıdan sonra xx.xx.2012-ci il tarixdə yerdə qalan 32 kv.m sahəyə dair R.İbi şzadə ilə 033 saylı, satılan 108 kv.m sahəyə dair İddiaçı ilə 034 saylı müqavilələr bağlanmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan qətnamə ilə müəyyən edilmiş faktlar Cavabdeh2 MMC üçün preyudisial əhəmiyyət kəsb etməsə də, MMC-nin təsisçilərindən olan İlqar Əliyev həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmiş və qətnaməni mübahisələndirməmişdir. Digər tərəfdən Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanan 18 oktyabr 2016-cı il tarixli məktubla bildirilmişdir ki, 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 10/30 ünvanda yerləşən 22 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi tərəfindən istifadə ol unduğu halda, 5 il müddətində şirkətə kommunal, işıq, qaz, su və istilik haqqı olaraq heç bir ödəniş edilməmişdir. Ondan 5 iş günü müddətində qeyd olunan məsələni həll etməsi tələb olunur. Əks halda 24 oktyabr 2016-cı il tarixdən hüquq mühafizə orqanlarına müraciət edilməklə, qeyd olunan qeyri-yaşayış sahəsinin su, işıq və istilik təchizatı dayandırılacaqdır.

42. Məhkəmə hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində olmuşdur, MMC tərəfindən göndərilmiş bildirişdə məhz xx.xx.2012-ci il tarixli 034 saylı müqaviləyə istinad edilərək istifadəsində olan qeyri-yaşayış sahəsinə görə kommunal ödənişlər tələb edilmişdir.

43. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında müqavilə 16 avqust 2021-ci il tarixdə bağlanmışdır, ödənişlərə dair sonuncu tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 0475 nömrəli ödəniş tapşırığına görə Cavabdeh2 MMC-nin hesabına 75.000 ABŞ dolları məbləğində pul, xx.xx.2021-ci il tarixli 0137 nömrəli ödəniş tapşırığına görə də 75.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Həmin ödəniş tapşırıqlarının hər ikisinə nəzər yetirdikdə məlum olur ki, ödənişin təyinatı və əsas kimi “xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən verilən borc” göstərilmişdir, belə olan halda Cavabdeh1 tərəfindən sözügedən müqavilə üzrə qeyri-yaşayış sahəsinin alınması üçün ödəniş edilməsi də müəyyən edilmir.

44. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin satılmasına dair birinci dəfə müqavilə 2006-ci ildə MTK ilə X6 arasında bağlanmışdır və o, mülkiyyətçi olaraq 2012-ci il tarixdə öz iradəsinə uyğun şəkildə həmin qeyri-yaşayış sahəsinin 108 kv.m hissəsini İddiaçı satmışdır, həmin alğı-satqı müqaviləsinin Cavabdeh2 MMC ilə rəsmiləşdirilməsi isə formal xarakter daşımışdır, belə ki, təşəkkül tapmış işgüzar adətlərə uyğun olaraq belə münasibətlərin rəsmiləşdirilməsi bu qaydada həyata keçirilmişdir (hazırda da bu qaydada həyata keçirilir). Ancaq bu o demək deyil ki, əmlakın satıcısı məhz MMC və ya MTK-dır. Sonuncu həmin sahəni 2006-cı ildə R.Ə.İbişzadəyə satdıqdan sonra bu sahə ilə bağlı hər hansı sərəncam hüququnu itirmişdir. Yəni, MMC xx.xx.2021-ci il tarixdə həmin sahəyə dair Cavabdeh1lə alğı-satqı müqaviləsi bağlayarkən həmin əmlak barəsində səlahiyyətli şəxs olmamışdır.

45. Məhkəmənin qənaətinə görə, mübahisəli sahə də daxil olmaqla cəmi 140 kv.m. qeyri-yaşayış sahəsi 2006-cı ildə X1 sonra, həmin sahəyə dair MTK-nın (o cümlədən MMC-nin) hər hansı hüququ qalmamışdır, sonuncu yalnız kommunal xərclərin yığımı ilə məşğul olmuşdur. Hətta hesab olunsa belə ki, İddiaçı ilə bağlanmış müqavilə etibarsızdır, onda mübahisəli 108 kv.m qeyri-yaşayış sahəsinin sərəncam hüququ Cavabdeh2 MMC-yə yox, əmlakın əvvəlki mülkiyyətçisi Rəhman İbişzadəyə qayıtmalıdır. Sonuncunun isə belə bir iddiası yoxdur.

46. Məhkəmə hesab etmişdir ki, işin göstərilən halları o qədər aşkardır ki, mübahisəni həll etmək üçün hər hansı ekspertiza və digər araşdırmaya ehtiyac qalmır.

47. Göstərilənlərə istinad edən məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən digər şəxs ilə onun iradə ifadəsi olmadan hər hansı müqavilə bağ lana bilməzdi.

48. Məhkəmə daha sonra göstərmişdir ki, Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə görə hər hansı məbləğdə ödəniş etməsində israrlı olduğu təqdirdə, bununla bağlı MMC-yə qarşı əsassız varlanma iddiası qaldıra bilər. Çünki, bununla bağlı təqdim olunmuş ödəniş tapşırıqları borc müqaviləsi üzrə ödənişlərlə bağlıdır, digər tərəfdən isə həmin qeyri-yaşayış sahəsinə görə ödəniş edilib-edilməməsi hazırkı mübahisəyə təsir edən amil hesab olunmur, məhkəmə xx.xx.2021-ci il tarixli əqdin etibarlılıq şərtlərini yoxlayır. Yəni, həmin müqavilə üzrə Cavabdeh1 MMC-yə hər hansı məbləğdə vəsait ödəyib-ödəməməsi əqdin etibarlı olub-olmamasına təsir etmir. Əgər ödəniş edibsə, həmin vəsaiti kondiksiya (əsassız varlanma) qaydasında da geri tələb edə bilər və restitusiya qaydalarının tətbiq edi lməməsi pozuntu sayılmamalıdır.

49. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı Cavabdeh2 MMC (vəkil Cavabdeh1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh2 MMC-nin və Cavabdeh1 hüquqlarının müdafiəsinə təminat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hall arını düzgün müəyyən etmədən müvafiq maddi hüquq normalarının tələblərini pozmuş, işin hallarına, eləcə də sübutlara özünün qulluq mövqeyindən istifadə edərək qiymət vermiş, həmçinin xüsusi bilik tələb edən hallara ekspert kimi deyil, adi gözlə baxaraq rəy belə verməkdən çəkinməmişdir. Belə ki, apellyasiya instansiyasının mövqeyini diqqət yetirdikdə aşağıdakı hallarla bir daha təsdiq edir ki, məhkəmə axtarışda olan, hal-hazırda ad, soyadını dəyişdirərək (TC:**********8) X21 ilkin iddia üzrə İddiaçı mövqeyini təsdiqləmiş, yalnız onun tərəfindən təqdim edilmiş sübutları tədqiq etmiş və həmin sübutlara öz qulluq mövqeyindən yanaşaraq səhv qiymət vermişdir. Cavabdeh1 tam qanuni əsaslarla və vicdanlı alıcı olaraq Cavabdeh2 MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030cu məhəllədə yerləşə n 1 saylı binanın kürsülü mərtəbəsində yerləşən 105,4 kv.m olan qeyri-yaşayış sahəsini dəyərini ödəməklə əldə etmişdir. Lakin məhkəmə bütün bunlara göz yumaraq qərəzli və tələm-tələsik şəkildə, Cavabdeh1 konstitusiya ilə təminat verilmiş mülkiyyət hüququnu heçə alaraq və göstərilən maddi hüquq normalarını pozaraq, qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin, Cavabdeh1 tərəfindən sözü gedən müqavilə üzrə qeyri-yaşayış sahəsinin alınması üçün ödəniş edilməsinin müəyyən edilməməsi barədə qənaəti də tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan qəbzlərlə də müəyyən olunur ki, həmin müqavilə üzrə tam ödəniş aparılmış, o cümlədən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 65.000 manat məbləğində olmuş və məhz bundan sonra xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir.

52. Kassasiya şik ayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə qətnamədə göstərir ki, (57-ci bənd) sahəsi 105.40 kv.m və 108 kv.m göstərilən qeyri-yaşayış sahəsinin eyni sahə olması mübahisə predmeti deyil, Halbuki, bu halın araşdırılması, yalnız məhkəmə tikinti-texniki ekspertizası, o cümlədən daşınmaz əmlak üzrə mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olan bir haldır. Lakin məhkəmənin özü bir daha təsdiqləyir ki, işin göstərilən halları o qədər aşkardır ki, mübahisəni həll etmək üçün hər hansı ekspertiza və digər araşdırmaya ehtiyac qalmır. Qarşılıqlı iddia üzrə iddiaçı olaraq tərəflərindən birinci instansiya məhkəməsində də həmin halı mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(103)-208/2020 saylı qətnaməsi məhkəmə yə təqdim olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsinin hakimi Vahid Sadıqov bir baxışa işi yekunlaşdırdığından, yəni qətnamədə sadaladığı mövqeyinə xələl gətirməmək üçün özünün qulluq mövqeyini təsdiqləyərək qətnamə qəbul etmişdir. Həmçinin, hakim İddiaçı və Şahbaz Şahbazova göndərilmiş bildirişləri tədqiq edərək hüquqi qiymət vermiş, yenə də öz mövqeyinə xələl gəlməməsi üçün qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(103)-208/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş halları araşdırmamışdır. Halbuki, birbaşa preyudisial əhəmiyyət kəsb edən həmin qətnamə ilə müəyyən edilmişdir ki, nə Şahbaz Şahbazovun, nə də ki, İddiaçı sözügedən ünvanda heç bir daşınmaz əmlakı yoxdur. X30 isə öz qulluq mövqeyindən istifadə edərək qa nuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, bildirişlərdən daha aşağı sübut kimi qiymət vermişdir.

53. Apellyasiya instansiyası məhkəməsi həmçinin prosessual normaların tələblərini, məhkəmə təcrübəsinin vahidliyini pozmuş, sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməmiş, əksinə, iş materiallarında olan və işin həqiqi hallarını üzə çıxaran sübutları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

55. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

56. Maddə 337.1. Bu Məcəllədə müəy yənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

57. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

58. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

59. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

60. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığ ının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin madd i-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 77. “Məhkəmə qətnamə si haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasınd akı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

79. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli 2(103)-615/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar