Məhkəmə qərarları › İş №2(102)-1629/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1629/2024

14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1629/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X12 prosessual hüquq varisi İddiaçı, Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X20 qarşı iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız sayılması, pərdələnmış əqd, vicdanlı alıcı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar X22 (hüquqi varisi İddiaçı), və Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X20 qarşı “alğı-satqı müqaviləsinin etibarsız sayılma sı” barədə, iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1791/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı X12 hüquqi varisi İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X22 tərəfindən Lənkəran rayon 1 saylı Notariat Ofisinə 26 aprel 2019-cu il tarixdə verilmiş ərizəyə əsasən sonuncu Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyes tr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olmaqla ünvan 1 ünvanında yerləşən evi və torpaq sahəsini satmaq istədiyini bildirərək, bununla bağlı real vaxt rejimində həmin əmlak üzərində qadağanın olub-olmaması barədə məlumatın daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. 2. 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən satıcı X22 tam pay üzrə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 30000 manata sataraq alıcı Cavabdeh3 mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh3 əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 imzalamışdır. 3. 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən satıcı Cavabdeh3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 aprel 2019-cu ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa uyğun olaraq tam pay üzrə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 50.000 manata sataraq alıcı X18 mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh3 əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 imzalamışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2020-ci ildə verilmiş **********62-10302 re yestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində alıcı X18 tam pay üzrə xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır.

5. Rusiya Federasiyası "xxxx" KB MMC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Dağıstan Respublikası Xasavyurt şəhərində yaşayan Nümayəndə1 müraciətinə 05 iyul 2021-ci il tarixdə verilən cavab məktubuna əsasən sonuncu tərəfindən bankın Xasavyurt şəhərindəki əlavə filialının xəzinəsinə sonradan “Zolotaya Korona” və “Western Yunion” pul köçürmə sistemləri üzərindən köçürülmələrinin təmin edilməsindən ötrü 01 aprel 2019-cu ildən 15 noyabr 2019-cu il tarixinədək olan döv r üçün mədaxil orderləri barədə məlumatlar təqdim olunmuşdur. Ümumilikdə Nümayəndə1 tərəfindən “Zolotaya Korona” və “Wester Union” sürətli pul köçürmələri sistemləri vasitəsilə Cavabdeh2 hər növbəti ay üçün 45.450 rus rublu miqdarında pul göndərilmiş və Cavabdeh2 həmin məbləğləri mütəmadi olaraq yerli bankdan götürmüşdür.

6. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 01 dekabr 202-ci il tarixdə verilən arayışa əsasən X22 20 noyabr 2020-ci ildə ölmüşdür. 7. "xxxx" MMC-nin 06 oktyabr 2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin 2021-ci il vəziyyətinə orta bazar dəyəri 96.700 manat, likvid dəyəri isə 90.900 manat təşkil edir.

8. Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Ünvan Reyestrindən 24 aprel 2019-cu ildə verilmiş arayışa əsasən ünvan 1 ünvanı, keçmiş ünvan 2əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

9. İddiaçılar X22 və Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X20 qarşı “evin alğısatqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə 23 oktyabr 2020-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək 11 iyun 2020-ci il tarixdə Cavabdeh3 ilə X28 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evinin alğı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia təl əbi onunla əsaslandırılmışdır ki, Səmayə Nəsirova xəstəliyinə görə pul lazım olduğundan 2019-cu ildə gediş-gəliş etdiyi, yaxın münasibətdə olduğu Cavabdeh3 30.000 manat pul borc almış və bildirmişdir ki, həmin pulu bir il ərzində ona qaytaracaq. Bu danışıqdan sonra dəyəri 150.000 manat olan evinə dair cavabdehə etibarnamə verərək ondan 30.000 manat pul alıb Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurt şəhərinə müalicə almağa getmişdir. Yaşadıqları yerdə borc aldığı pulla müalicə almış, Nümayəndə1 isə işləyib, Mahirənin pulunu hissə-hissə göndərirmiş. 2020-ci ilin mart ayında pandemiya olduğundan Elşad işləyib pulu Mahirəyə göndərə bilməmişdir. Bununla bağlı Mahirə xanımla telefonla danışmışlar. Bu qısa müddət ərzində cavabdeh onlardan xəbərsiz evə dair əvvəlcə oğlu Cavabdeh2 etib arnamə vermiş, sonra həmin etibarnamə ilə evi öz adına rəsmiləşdirmiş, daha sonra isə hal-hazırda sonuncu şəxsə, yəni X20 50.000 manata, onun bütün əşyaları ilə birlikdə satmışdır. Bundan da faciəlisi odur ki, evi bütün əşyaları ilə satmışdır.

11. İddiaçı Nümayəndə1 həmin evdə qeydiyyatda olduğu halda onun imzası olmadan Lənkəran şəhər 1 saylı Notariat Ofisi bu alğı-satqını həyata keçirmişdir. Evin qiyməti əslində 150.000 manat olduğu təqdirdə cavabdeh öz şəxsi mənafeyi naminə evi satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ərizə ilə müraciət edilmiş və bəlli olmuşdur ki, cavabdeh etibarından sui-istifadə edərək evini özgəninkiləşdirmişdir. Həmin ev qısa müddət ərzində iki dəfə alğı-satqı olunmuşdur.

12. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 421 və 422-ci madd ələrinə istinad etmişlər.

13. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçılardan X22 20 noyabr 2020-ci il tarixdə öldüyü üçün İddiaçı onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.

14. Cavabdeh X28 iddiaya etiraz edərək göstərmişdir ki, o, evi Cavabdeh3 almışdır, bilsə idi almazdı. Çünki o, pul verib halal evini almışdır. Alğı-satqı notarial qaydada edilmiş, ona evlə bağlı hər hansı problem olduğu bildirilməmiş, bu səbəbdən də evi almışdır.

15. Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Toğrul Məmmədov)

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf mübahisə predmeti olan müqavilənin tərəflərin həqiqi iradəsini ifadə etməməsi ilə bağlı irəli sürdüyü hal ları sübut edə bilməmişdir. Belə ki sübutların tədqiqi zamanı iddiaçı qeyd edilən müqavilənin borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlandığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir.

17. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, tərəflərin həqiqi niyyəti borc müqaviləsi bağlamaq olmuşdursa, onlar notariusda sərbəst şəkildə iradələrini ifadə edib borc müqaviləsi bağlamaqla həmin borcun təminatı olaraq mübahisəli əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Lakin 26 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Səmayə Nəsirova mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə Cavabdeh3 satmış, 11 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən isə Cavabdeh3 mülkiyyətində olan həmin fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə vicdanlı alıcı X2.

18. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, qeyd edilən müqavilə üzrə tərəflər Cavabdeh3 və X28 olduğundan iddiaçılar həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışlar.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 146, 324.2, 337.1, 389.1, 389.2, 405, 406.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Birinci instansiya məhkəməsində ikinci iş üzrə icraat

20. İddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddia ərizəsi (iddia həcminin artırılması barədə ərizə) ilə Lənkəran Ra yon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayonu 1 saylı Notariat Ofisində bağlanılmış AN-İ №-0773959 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evində talananadək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64.472 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

21. Lənkəran rayon 1 saylı Notariat Ofisi və X28 iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə onlara məlum olmuşdur ki, 20 noyabr 2020-c i il tarixdə vəfat etmiş mərhum anaları X22 vəfat etməzdən əvvəl 2019cu ilin aprel ayında özünün uzun sürən xəstəliyinin müalicəsindən, həmçinin bankda olan və gecikən kredit borcunu bağlamaqdan ötrü pul lazım olduğundan, həmin vaxtlarda Lənkəran rayonunda fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialına yaxınlaşmışdır. Orada onu həmin filialın məsul işçisi Cavabdeh1 qəbul etmiş və bir müddət onu dinlədikdən ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evinin olduğunu, həmin evi banka ipoteka qoymağa hazır olduğunu öyrəndikdən sonra, Səmayə Nəsirovaya bildirmişdir ki, hazırda bankın ona kredit vermək imkanı yoxdur, lakin onun Cavabdeh3 adlı qohumu heç bir problem olmadan istədiyi qədər məbləğdə pul borcu verməklə ona kömə klik edə bilər. Anaları çətin maddi və mənəvi vəziyyətdə olması səbəbindən Cavabdeh1 bu təklifi ilə razılaşmış, sonra sonuncu qohumu kimi təqdim etdiyi X4 ilə Səmayə Nəsirovanı tanış etmişdir. Həmin söhbətlərdən yalnız üzün müddət keçdikdən sonra 2021-ci ildə tam təfsilatı ilə onlara məlum olmuşdur ki, vətəndaş Cavabdeh1 və onun qohumları hansı hiyləyə əl ataraq, anaları Səmayə Nəsirovanın və onun oğlu Nümayəndə1 etibarından suiistifadə edərək qanunsuz şəkildə onların külli miqdarda əmlakını mənimsəmişlər.

23. Cavabdehlərin bu qanunsuz hərəkətləri anaları X12 qəfil beyin infarktı keçirməklə ölümünə səbəb olmuşdur. Cavabdeh3 ilə görüşən anaları Səmayə Nəsirova uzun sürən xəstəliyinin müalicəsindən, həmçinin bankda olan və gecikən kredit borcunu bağlamaqdan ötrü pul lazım olduğunu bildirmişd ir. Cavabdeh3 isə analarına sələm kimi 30000 manat pul verə biləcəyini bildirərək, həmin pul məbləğinin faizi qismində hər ay üçün 1200 manat ödənilməklə bir il və ya daha çox müddət ərzində əsas pul borcun faizləri ilə birlikdə qaytarılmalı olduğunu bildirmişdir. Faizli borc (kredit) vermək səlahiyyətində olmayan Cavabdeh3 anaları Səmayə Nəsirovadan tələb etmişdir ki, borc müqaviləsi bağlamaq əvəzinə, verəcəyi pul borcunun qaytarılmasının təminatı kimi girov qismində mülkiyyət hüququ ilə Səmayə Nəsirovaya məxsus olan, içindəki qızıl-zinət və digər qiymətli əşyaları ilə birlikdə ümumi dəyəri təxminən 300.000 manat olan daşınmaz əmlakını, yəni, Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evin i müvəqqəti olaraq Cavabdeh3 adına veriləcək etibarnamə vasitəsilə onun sərancamına versin. Lakin sonradan, yəni 2021-ci ildə məlum olmuşdur ki, Cavabdeh3 yaşlı, savadsız və həmin zaman ağır xəstəlikdən əziyyət çəkən, maddi sıxıntı içində olan Səmayə Nəsirovanı aldadaraq etibarnamə alacağı adı ilə notariusa aparıb, orada Səmayə Nəsirovaya yalançı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-ni imzalatdırmışdır. Bu məqsədlə alğı-satqı müqaviləsinin bağlanmasından bir gün əvvəl, yəni 25 aprel 2019-cu il tarixdə Cavabdeh3 hətta öz oğlu Cavabdeh2 Lənkəran rayonu 1 saylı notariat ofisində müvafiq etibarnamə vermiş və həmin Cavabdeh2 sabahısı günü - 26 aprel 2019-cu il tarixdə anası X22 ilə yalançı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-ni Lənkəran rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X6 yanında bağlamışdır.

24. Bundan sonra 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək müddətdə, X12 həmin vaxt Rusiya Federasiyasında yaşayan lakin Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanındakı fərdi yaşayış evində daimi qeydiyyatda olan oğlu Nümayəndə1 aylıq faiz ödənişi qismində hər növbəti ay üçün 45450 rus rublu miqdarında, o zamankı valyuta məzənnəsinə əsasən 1.200 (bir min iki yüz) manat pul vəsaitini “Zolotaya Korona” və “Wester Union” sürətli pul köçürmələri sistemləri vasitəsilə göndərmiş və Cavabdeh2 həmin məbləğləri mütəmadi olaraq yerli bankdan götürmüşdür. Borcun əsas məbləğinin ödənilməsi isə bir ilin sonunda nəzərdə tutulurdu. Ümumilikdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək müddətdə Nümayəndə1 tərəfindən Cavabdeh2 409050 (dörd yüz doqquz min əlli) rus rublu, o vaxtkı məzənnə ilə 10800 (on min səkkiz yüz) manat miqdarında pul vəsaiti göndərilmiş və Cavabdeh2 tərəfindən yerli bankdan götürülmüşdür. Lakin 2019-cu ilin sonlarında, 2020-ci ilin əvvəllərində “COVİD-19” pandemiyası səbəbindən Nümayəndə1 tərəfindən borc pul üzrə aylıq faiz məbləğlərinin ödənilməsində problem yaranmış və ödənişlər bir neçə ay yubanmışdır. Bunu görən Cavabdeh2 onlardan tələb etmişdir ki, ona birdəfəlik 50.000 manat ödəsinlər. Sonra bu işə özünü onun atası kimi təqdim edən Bəşir Hacıyev adlı şəxs qarışaraq onlara demişdir ki, onların ağır vəziyyətini nəzərə alaraq əvvəlki ödənişlərdən əlavə onlardan 40.000 manat alacaqdır. Həmin pulu isə onlara onun tanışı olan başqa şəxs faizli borc şəklində verə biləcək və anası bundan ötrü həmin şəxsin adına da müvafiq etibarnamə verməli olacaqdır. Beləliklə, onların qohumu Cavabdeh3 da yalnız etibarnamə olduğuna onları inandırmaqla, əslində Bəşir Hacıyev və Cavabdeh2 planlaşdırmışdılar ki, evi istədikləri adama sataraq böyük və qanunsuz qazanc əldə etsinlər.

25. Bu söhbətlərdən çox müddət keçdikdən sonra yalnız 2021-ci ildə anaları Səmayə Nəsirova həmin şəxslərin qanunsuz hərəkətlərinə dözməyərək 2020-ci ilin noyabr ayında vəfat edəndən bir neçə ay sonra onlara məlum olmuşdur ki, Cavabdeh3 əvvəlcə onların Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanında yerləşən evlərini içindəki qızıl-zinət əşyaları və digər qiymətli əşyaları ilə birlikdə Səmayə Nəsirovaya imzalatdırılmaqla yalançı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-ni bağlaması yolu ilə öz adına mülk kimi keçirmiş, dah a sonra isə 11 iyun 2020-ci il tarixdə özünün etibarnamə əsasında nümayəndəsi qismində çıxış edən vəkil Cavabdeh4 vasitəsilə başqa bir şəxsə satmışdır. Onlarda olan məlumata görə evlərinin içində olmuş qızıl-zinət və digər qiymətli əşyalarını isə Cavabdeh4 naməlum yerdə yerləşdirmişdir. Yalnız bir neçə aydan sonra 2020-ci ilin sonlarında öyrənə bilmişlər ki, içindəki qızıl-zinət və digər qiymətli əşyaları ilə birlikdə ən azından 300000 manat dəyərində olan evləri vətəndaş X20 təxminən 50000 manata satılmışdır.

26. Beləliklə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Hacıyev Bəşir oğlundan ibarət bir qrup şəxs, X29 və Nümayəndə1 etibarlarından sui-istifadə etməklə, borc müqaviləsini pərdələmək məqsədi ilə onun əvəzinə “müəyyən müddət üçün” yalançı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-ni bağlam aqla, aylıq alaraq 1.200 manat, 9 ay ərzində 10.800 manat əlavə pul almaqla kifayətlənməyərək, ağına-bozuna baxmadan içindəki bahalı qızıl-zinət və digər əşyalarla birlikdə ümumi dəyəri 300.000 manat olan evlərini tamamilə başqa şəxsə qanunsuz olaraq 50.000 manata satmaqla və həmin pulu da mənimsəməklə, nəticə etibarı ilə 30.000 manat qanunsuz qazanc əldə etmişlər, onlara isə ümumilikdə təxminən 280.000 manat məbləğində maddi ziyan vurmuşlar.

27. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 340.2 və 351.1-ci maddələrinə istinad etmişlər.

28. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 iddiaya etiraz edərək göstərmişdir ki, evi Cavabdeh3 almış, alğı-satqını notarial qaydada etmişdir. Evlə bağlı hər hansı proble m olduğu ona bildirilməyib. Evi alanda ev boş idi, orada heç bir əmlak olmayıb.

29. Birinci instansiya məhkəməsində şahid X10 göstərmişdir ki, 2018-ci ildə Lənkəran Dövlət Universitetinə qəbul olunması ilə əlaqədar olaraq Lənkəran şəhərində kirayə ev axtarmışdır. X12 otaq kirayə verdiyini bildikdən sonra, onun yaşadığı Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvana getmiş və Səmayə xanımla onun evinin bir otağında kirayə qalması barədə razılığa gəlmişdir. 2018-ci ildən 2020-ci ilin mart ayına qədər orada qalmışdır. Onun qaldığı otaqda bir çarpayı, döşəmədə xalça olmuşdur. Evin zalında isə kondisioner, soyuducu, iri çil-çıraq, döşəmədə xalça, pəncərədə miz, divan, pəncərədə pərdə və jalüz, mətbəxdə künclük divan var idi. Səmayə Nəsirova qiymətli əşyalarını öz otağında, qab-qacağı isə ev in mansardında saxlayırdı. Səmayə Nəsirovanın barmağında qədimi üzük, boynunda isə boyunbağı var idi. Səmayə Nəsirova vəfat edən zaman pandemiya əlaqədar orada yaşamamış, orada olan əmlakları kimlərin apardığından məlumatı olmamışdır. Sonradan evin satılması ilə əlaqədar orada olan və özünə məxsus əmlakları aparmışdır.

30. Birinci instansiya məhkəməsində şahid X7 da, şahid X8 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir.

31. Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Mütəllim İsayev)

32. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf mübahisə predmeti olan müqavilənin tərəflərin həqiqi iradəsini ifadə etməməsi ilə bağlı irəli sürdüyü halları sübut edə bilməmişdir. Belə ki sübut ların tədqiqi zamanı iddiaçı qeyd edilən müqavilənin borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlandığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir.

33. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, əgər tərəflərin həqiqi niyyəti borc müqaviləsi bağlamaq olmuşdursa, onlar notariusda sərbəst şəkildə iradələrini ifadə edib borc müqaviləsi bağlaya bilərdilər.

34. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Səmayə Nəsirova ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evinin 26 oktyabr 2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas yoxdur.

35. Eyni zamanda iddiaçılar mübahisəli fərdi yaşayış evində talananadək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64.472 manat pulun alınaraq onlara ödənilməsini tələb etsələr də, həmin əmlakların mövcud olması və cavabdehlər tərəfindən talanmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçıların təşəbbüsü ilə dindirilmiş şahidlər həmin əmlaklardan cüzi bir qisminin evdə olmasını təsdiq etsələr də həmin əmlakların kimlər tərəfindən aparılması barədə məlumatları olmadığını bildirmişlər.

36. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146, 324.2, 337.1, 389.1, 389.2, 405, 406.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 88, 89.1 və 89.3-cü maddələri ilə əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

37. Həm birinci, həm də ikinci iş üzrə qətnamələrdən iddiaçı Nümayəndə1, iddiaçı X12 prosessual hüquqi varisi İddiaçı, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

38. İşdə iştirak etməyə cəlb edilməyən lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayətində işin faktiki hallarına istinad etməklə, əlavə olaraq qeyd etmişdir ki, Lənkəran rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Şəhər Ərazi İdarəsinin rəisinə ünvanlandırdığı 10 iyun 2021-ci il tarixli, 1455 saylı məktubda digər məsələlərlə bərabər, həmçinin göstərimişdir ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X12 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı, Nümayəndə1, Novruzova (Novruzsoy) Təranə Ələkbər qızı, X14 miras qoyanın qanun üzrə vərəsələridir. Həmin dövrdə və hazırki vaxtda da, Rusiya Federasiyasında müvəqqəti yaşayır və COVİD-19 koronavirus xəstəliyinin yayılması səbəbindən baş verən pandemiya üzrə karantin tədbirləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasına qayıda bilmədiyindən, yuxarıda göstərilən məhkəmə işinin mahiyyəti, gedişatı və nəticələrindən zamanında məlumatı olmamışdır.

39. İddiaçı Nümayəndə1, iddiaçı X12 hüquqi varisi İddiaçı apellyasiya şikayətini iddia ərizələrinə uyğun məzmunda əsa slandırmışlar.

40. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-22/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı əsasında hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

41. Apellyasiya baxışında iddiaçı, eyni zamanda digər iddiaçı Nümayəndə1 nümayəndəsi, həmçinin X12 prosessual hüquqi varisi İddiaçı hər iki mülki iş üzrə verilən apellyasiya şikayətlərini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli evi ikinci əldən alan X30 anasının uzaqdan qohumudur və onların problemlərindən məlumatlı olmuşdur. Hətta evi almağa baxmaq üçün gedərkən qonşular M.Şərifovun qabağını kəsmiş, evin başqa bir Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmişlər. Buna baxmayaraq Mayis Səfərov evi ucuz satılır deyə, almaq niyyətindən vaz keçməmişdir. Alğı-satqıdan sonra qardaşı Elşad Mayislə telefonla danışmış, evin geri qaytarılmasını xahiş etmiş, əvəzində Mayis 70.000 manat pul istəmişdir.

42. Apellyasiya baxışında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs bildirmişdir ki, Mahirə Orucova pandemiya şəraitində anası və qardaşının Rusiyadan gələ bilmədiklərindən istifadə edərək digər cavabdehlərlə birlikdə mübahisəli evi təcili satışa çıxarmış, evdəki əşyaları çıxartdıraraq evi boşaltdırmışdır. Hətta qonşular bildirirdilər ki, əşyaları evdən çölə çıxarıb kim istəyirsə, verirlərmiş.

43. Apellyasiya baxışında Cavabdeh4 iddiaya və şikayətə etiraz olaraq göstərmişdir ki, iddiaçıların mərhum anası ona təcili pul lazım olduğu üçün evini girova qoyub pul götürmək istəyib. Sonra bankda işləyən Rüfət Mahirəyə bildirib ki, belə bir məsələ var. Pul təcili lazım olduğu üçün Mahirə pulu verməyi öhdəsinə götürüb və aralarında alğı-satqı həyata keçirilib. Alğı-satqı müqaviləsi qanunun tələbinə uyğun həyata keçirilib. Sonra mənzilin satılmasını Cavabdeh3 ona tapşıraraq, adına etibarnamə vermişdir. Mənzilin Mayis Şərifova satılması proseduru ilə tam tanışdır. Mahirə evi təcili satmaq istəyirdi. Həmin vaxt Mayis evi almaq üçün ona müraciət etmiş və evə baxması üçün evin açarını Mayisə vermişdir. Həmin vaxt qonşular Mayisin qabağını kəsmiş və ona demişlər ki, bu ev Səmayənin evidir. Həmin zaman bu mənzillə bağlı Mayisə problem olduğunu, evin əvvəlki sahibinin övladlarının bu evlə bağlı şikayətlər verdiyini demişlər. Mayis evə gedəndə qonşular qabağını kəsdiyi üçün, ona zəng vuraraq məsələni soruşmuş, Mayisə izah etmişdir ki, müəyyən şika yətlər var, lakin problem yaranmayacaq.

44. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-490/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 320/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə mərhum X12 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair X22 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına 30 aprel 2019-cu il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilərək, iddia qalan hissədə təmin edilməmiş; Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə1 və iddiaçı X 12 prosessual hüquq varisi İddiaçı tərəfindən birgə, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh3 ilə X28 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid məti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X18 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilərək, mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50.000 (əlli min) manat pulun Cavabdeh3 tutularaq X20 ödənilməsi qət edilmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov, Pərviz Əhmədov)

45. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, X20 münasibətdə əqdin etibarsız hesab edilməsi məsələsində alıcı olaraq sonuncunun vicdanla hərəkət etməsi, hüquqdan sui-istifadə halına yol verib-verməməsi prizmasından yanaşılmalıdır. Belə ki qeyd olunan hissədə işin müəyyən olunan faktiki halları ondan ibarət olmuşdur ki, alıcı kimi X28 mübahisəli evi almamışdan əvvəl evin problemli olduğunu bilmiş, konkret olaraq evə baxmağa gedərkən qonşular onun qabağını kəsərək evin Səmayə Nəsirovaya məxsus olduğunu, evlə bağlı övladlarının şikayətlərinin olduğunu bildirmişlər. O isə öz növbəsində baxmaq üçün evin açarlarını ona vermiş satıcı Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 zəng edərək baş verənləri söyləmiş, sonuncu belə bir halların olduğunu təsdiq etmiş, lakin problem yaranmayacağına onu əmin etmişdir. Mübahisəli evin əvvəlki sahiblərinin şikayətçi olduqlarını bilə-bilə, evin real bazar dəyərindən 2 dəfə aşağı qiymətə alan alıcının vicdanlı alıcı kimi qəbul edilməsi yolverilməzdir. Alıcı olaraq Mayis Şərifovun mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Səmayə Nəsirova ilə qohumluq münasibətlərinin olması, həmin ailənin problem lərindən məlumatsız olmaması isə onun davranışlarının vicdanlı olmasını əlavə olaraq şübhə altına alır.

46. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

47. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mübahisəli fərdi yaşayış evinin əvvə lki mülkiyyətçisi ilə alıcı Mayis Şərifovun qohumluq münasibətlərinin olması, evi ona satan yeni mülkiyyətçi ilə əvvəlki mülkiyyətçi arasında mübahisənin mövcudluğundan məlumatlı olması və mübahisənin mövcudluğunu bilə-bilə evin real bazar dəyərindən 2 dəfəyə yaxın aşağı qiymətə alması, alıcı ilə satıcı arasında daşınmaz əmlakla bağlı alğısatqı müqaviləsi bağlananadək formalaşan münasibətlər olaraq, hazırki mübahisənin həlli zamanı xüsusi önəm daşımalıdır.

48. Apellyasiya instansiyası məhkəməsinin birinci iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, mərhum Səmayə Nəsirovanın mübahisəli fərdi yaşayış evini satmaq niyyətinin olması, bununla bağlı elan verməsi, Bakı şəhərində qeydiyyatda olmaqla daimi əsaslarla yaşayan Cavabdeh3 isə Lənkəran şəhərindən ev almaq istəyinin olması, tərəflərin məhz ev alğı-satqısı ilə bağlı bir-birini tanımaları iş materialları ilə müəyyən olunmur. Qeyd olunan halların mövcudluğu tərəflərin həqiqi iradə ifadələrinin mübahisəli evin alğı-satqısına yönəlik deyil, Cavabdeh3 tərəfindən Səmayə Nəsirovaya faizlə borca verilən pulun təminatı olaraq evin girov predmeti kimi çıxış etməsinə yönəlik olmasının birbaşa sübutudur.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, alğı-satqıdan sonra müqavilədə nəzərdə tutulduğu kimi 26 aprel 2019-cu ildə evin satıcı tərəfindən alıcının faktiki sahibliyinə verilməməsi, 26 may 2019-cu il tarixinədək isə həmin ünvandan qeydiyyatdan çıxmaması və bununla bağlı alıcı tərəfindən hər hansı bir tələbin irəli sürülməməsi, sonrakı mərhələlərdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək olan müddə tdə satıcının oğlu tərəfindən faiz məbləği olaraq Rusiyadan “Zolotaya Korona” və “Western Union” pul köçürmə sistemləri üzərindən alıcının tapşırığı əsasında hərəkət edən vəkalətli nümayəndəsi Cavabdeh2 adına müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi, Nümayəndə1 tərəfindən pul göndərilməsinin dayandırıldığı 2021-ci ilin əvvəllərinədək tərəflər arasında hər-hansı bir mübahisənin yaranmaması, tərəflərin iradə ifadələrinin mübahisəli fərdi yaşayış evinin alğı-satqısına yönəlik olmamasının əlavə sübutlarıdır.

50. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunan faktiki hallarını qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlmişdir ki, satıcı X 22 ilə alıcı Cavabdeh3 arasında 26 aprel 2019-cu ildə bağlanmış “Daşınmaz əmlakın alğısatqı müqaviləsi” yalan əqd olmaqla əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin, yəni alıcı olaraq Cavabdeh3 və satıcı olaraq Səmayə Nəsirovanın həqiqi iradə ifadələri əsas götürülməklə mübahisəyə hüquqi qiymət verilərək, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olması müəyyən olunur.

51. Apellyasiya şikayətinin dəlillərini mübahisəli fərdi yaşayış evində talananadək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64.472 manat pulun cavabdehlərdən tutulmasının təmin olunmaması hissədə tədqiq edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hissədə tələb olunan əşyaların mövcudluğuna dair sübutlar verilmədiyi ndən, talanmasında isə təqsirli şəxslər müəyyən olunmadığından, iddia həmin hissədə təmin oluna bilməz. Bununla yanaşı talanma faktına hüquqi qiymət verilməsindən ötrü xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməlidir.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 16,1, 152.1, 182.1, 324, 337, 340, 404, 421.1, 421.2, 425.1, 560, 668.1, 668.1.1, 777.1, 777.2, 782.2-ci maddələri ilə əsaslandırmışdır.

53. Eyni zamanda həmin iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin əlamətlərinin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad çıxarılaraq Lənkəran rayon prokurorluğuna göndərilmişdir. ç) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

54. Qətnamədən üçüncü şəxs X28 (vəkil Qanuni nümayəndə) və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkil Nümayəndə2) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

55. Üçüncü şəxs Mayis Şərifov (vəkil Qanuni nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

56. M.Şərifovun kassasiya şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən formal mülahizələrə əsaslanmışdır. Belə ki apellyasiya instansiyası məhkəməsi qətnaməsində onun evin köhnə mülkiyyətçisi Səmayə Nəsirova ilə qohumluq münasibətləri olmasına istinad etsə də, iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. İstər birinci, istər apellyasiya instansiyası məhkəməsində izahat verərkən bildirmişdir ki, o, sözügedən fərdi yaşayış evini alan zaman ona bildirilmişdir ki, evlə bağlı heç bir problem yoxdur və ərazi idarəsinə edilən müraciətin cavabında qeyd olunmuşdur ki, evə dair sənədlər tam qanunidir. Ondan sonra o həmin fərdi yaşayış evini mülkiyyətçidən notarial qaydada alğı-satqı əsasında almışdır. Onun evin köhnə mülkiyyətçisi Səmayə Nəsirova ilə heç bir qohumluq münasibəti yoxdur və iş materiallarında bu halı sübut edəcək bir dəlil yoxdur. Şirvan Apellyasiya Məhkəməsinin hansı səbəbdən bu qənaətə gəldiyi onlara hələ də məchul olaraq qalır. Buradan aydın olmuşdur ki, məhkəmə qətnamə qəbul edən zaman formal mülahizələrə əsaslanmışdır. Digər tərəfdən məhkəmə evin real bazar qiymətindən aşağı qiymətə alınması məsələsinə toxunaraq baş tutmuş əqdin legitimsizliyi b arədə şübhələrin olması məsələsinə toxunur. Mülki qanunvericilikdə müqavilə azadlığını nəzərdə tutan bir anlayış mövcuddur. Bu normada qeyd olunmuşdur ki, əqdin tərəfləri öz iradələri ilə qanuna zidd olmayan müqavilələr bağlaya bilərlər. Alğı-satqı olmamışdan öncə əmlakın mülkiyyətçisi əmlakına münasib gördüyü qiyməti bildirmişdir və o da bununla razılaşmışdır. Onunla köhnə mülkiyyətçi arasında bağlanan müqavilə tam qanuni və notarial qaydada təsdiq olmuşdur. Həmçinin alğı-satqı müqaviləsi bağlanana kimi onun evlə bağlı hər hansı mübahisənin olmasından məlumatı olmamışdır ki, bu səbəbdən də məhkəmə onu vicdanlı alıcı kimi tanımalı idi. Eləcə də onun vicdanlı alıcı olmaması ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür ki, iddiaçı isə bu halı sübut edə bilməmişdir.

57. Cavabdehlər Cav abdeh3 və Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

58. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətində maddi və prosessual hüquq normaları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin, habelə Konstitusiya məhkəməsinin qərarları sadalansa da, maddi və prosessual hüquq normalarinin pozulmasının nədən ibarət olması göstərilməmişdir.

59. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3615/2023 saylı, 18 sentyabr 2023cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X28 tərə findən verilmiş kassasiya şikayəti isə qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-490/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi “Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul etməklə, iddianın təmin edilməsi, Cavabdeh3 ilə X28 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X18 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ******* *** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50.000 manat pulun Cavabdeh3 tutularaq X20 ödənilməsi” hissəsində ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

60. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - apellyasiya instansiya məhkəməsi mərhum X12 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair Səmayə Nəsirova ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə hesab etmişdir ki, mərhum Səmayə Nəsirovanın mübahisəli fərdi yaşayış evini satmaq niyyətinin olması, bununla bağlı el an verməsi, Bakı şəhərində qeydiyyatda olmaqla daimi əsaslarla yaşayan Cavabdeh3 isə Lənkəran şəhərindən ev almaq istəyinin olması, tərəflərin məhz ev alğı-satqısı ilə bağlı bir-birini tanımaları iş materialları ilə müəyyən olunmur. Qeyd olunan halların mövcudluğu tərəflərin həqiqi iradə ifadələrinin mübahisəli evin alğı-satqısına yönəlik deyil, Cavabdeh3 tərəfindən Səmayə Nəsirovaya faizlə borca verilən pulun təminatı olaraq evin girov predmeti kimi çıxış etməsinə yönəlik olmasının birbaşa sübutudur. Alğı-satqıdan sonra müqavilədə nəzərdə tutulduğu kimi 26 aprel 2019-cu ildə evin satıcı tərəfindən alıcının faktiki sahibliyinə verilməməsi, 26 may 2019-cu il tarixinədək isə həmin ünvandan qeydiyyatdan çıxmaması və bununla bağlı alıcı tərəfindən hər hansı bir tələbin irəli sürülməməsi, sonra kı mərhələlərdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək olan müddətdə satıcının oğlu tərəfindən faiz məbləği olaraq Rusiyadan “Zolotaya Korona” və “Western Union” pul köçürmə sistemləri üzərindən alıcının tapşırığı əsasında hərəkət edən vəkalətli nümayəndəsi Cavabdeh2 adına müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi, Nümayəndə1 tərəfindən pul göndərilməsinin dayandırıldığı 2021-ci ilin əvvəllərinədək tərəflər arasında hər-hansı bir mübahisənin yaranmaması, tərəflərin iradə ifadələrinin mübahisəli fərdi yaşayış evinin alqı-satqısına yönəlik olmamasının əlavə sübutlarıdır. Odur ki satıcı X22 ilə alıcı Cavabdeh3 arasında 26 aprel 2019-cu ildə bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” yalan əqd olmaqla əhəmiyyətsiz dir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, həmin kassasiya şikayətində maddi və prosessual hüquq normaları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin, habelə Konstitusiya məhkəməsinin qərarları sadalansa da, maddi və prosessual hüquq normalarinin pozulmasinin nədən ibarət olmasi göstərilməmişdir; - cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində sadalanan maddi və prosessual hüquq normalarına münasibətdə hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir; - apellyasiya instansiyası məhkəməsi tərəfindən mərhum X12 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair Səmayə Nəsirova ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir; - bu baxımdan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin, Səmayə Nəsirova ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019- cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri əsassızdır; - üçüncü şəxs Mayis Şərifov tərəfindən verilmiş kassasiya şikayətinə gəldikdə işdən görünür ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh3 ilə Mayis Şərifov arasında bağlanmış 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə iddia tələbini təmin edərkən, İddiaçı və Cavabdeh4 izahatlarını əsas götürərək hesab etmişdir ki, alıcı kimi X28 mübahisəli evi almamışdan əvvəl problemli olduğunu bilmiş, konkret olaraq evə baxmağa gedərkən qonşular onun qabağını kəsərək evin Səmayə Nəsirovaya məxsus olduğunu, evlə bağlı övladlarının şikayətlərinin olduğunu bildirmişlər. Mayis Səfərov isə öz növbəsində baxmaq üçün evin açarlarını ona vermiş satıcı Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 zəng edərək baş verənləri söyləmiş, sonuncu belə bir halların olduğunu təsdiq etmiş, lakin problem yaranmayacağına onu əmin etmişdir. Mübahisəli evin əvvəlki sahiblərinin şikayətçi olduqlarını bilə-bilə, evin real bazar dəyərindən 2 dəfə aşağı qiymətə alan alıcının vicdanlı alıcı kimi qəbul edilməsi yolverilməzdir. Alıcı olaraq Mayis Şərifovun mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Səmayə Nəsirova ilə qohumluq münasibətl ərinin olması, həmin ailənin problemlərindən məlumatsız olmaması isə onun davranışlarının vicdanlı olmasını əlavə olaraq şübhə altına alır; - apellyasiya instansiyası məhkəməsinin Cavabdeh3 ilə Mayis Şərifov arasında bağlanmış 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin alğı-satqısı barədə Cavabdeh3 ilə Mayis Şərifov arasında 11 iyun 2020-ci il tarixdə “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlanarkən həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində satıcının mülkiyyəti kimi qeydiyyata alınmışdır; - bu halda alıcı olaraq Mayis Şərifovun həmin fərdi yaşayış evinin satıcıya məxsus olmasına güvənib etimad etməsinə hüquqi əsası olmuşdur. Çünki Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası müəyyən olunmuşdur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır; - belə olan təqdirdə qanunvericilik alıcının vicdanlı əldə edən olaraq hüququnu qoruma altına alır. Vicdanlı əldə edən o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir; - adı çəkilən qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini tə şkil etməməlidir; - “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır; - apellyasiya instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi ilə alıcı Mayis Şərifovun qohumluq münasibətlərinin olması, evi ona satan yeni mülkiyyətçi ilə əvvəlki mülkiyyətçi arasında mübahisənin mövcudluğundan məlumatlı olması və mübahisənin mövcudluğunu bilə-bilə evin real bazar dəyərindən 2 dəfəyə yaxın aşağı qiymətə alması, alıcı ilə satıcı arasında daşınmaz əmlakla bağlı alğı-satqı müqaviləsi bağlananadək formalaşan münasibətlər olaraq, hazırki mübahisənin həlli zamanı xüsusi önəm daşıması, bu halların isə əqdin legitimsizliyi barədə şübhələrin olmamasını söyləməyə, alıcının isə vicdanlı alıcı qismində qəbul olunmasına əsas verməməsi barədə nəticəyə gələrkən İddiaçı və Cavabdeh4 izahatlarına əsaslanmışdır; - apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə bağlı İddiaçı “mübahisəli evi ikinci əldən alan X19 anasının uzaqdan qohumu olması, onların problemlərindən mə lumatlı olması, hətta evi almağa baxmaq üçün gedərkən qonşuların onun qabağını kəsməsi, evin Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmələri, buna baxmayaraq Mayis Səfərovun evi ucuz satılır deyə almaq niyyətindən vaz keçməməməsi” barədə izahatına, habelə Cavabdeh4 “Mayisin evi almaq üçün Mahirənin nümayəndəsi kimi ona müraciət etməsi və evə baxması üçün evin açarını Maisə verməsi, həmin vaxt qonşuların Mayisin qabağını kəsmələri və ona bu evin Səmayənin evi olmasını demələri, həmin zaman bu mənzillə bağlı Mayisə problem olduğunu, evin əvvəlki sahibinin övladlarının bu evlə bağlı şikayətlər verdiyini, lakin problem yaranmayacağını bildirməsi” barədə izahatına istinad edilsə də, həmin izahatlarda göstərilənlərin başqa sübutlarla təsdiqlınib-təsdiqlənməməsi qanuni tələblərə uyğun olaraq yoxlanılmamış, eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı hallar araşdırılaraq düzgün hüquqi qiymət verilməmişdir; - apellyasiya instansiya məhkəməsi tərəfindən adı çəkilən şəxslərin izahatlarında göstərilən halların başqa sübutlarla təsdiqini tapıb-tapmaması araşdırılmamaqla yanaşı, həmin izahatlarda göstərilənlərə üçüncü şəxs X18 münasibəti belə öyrənilməmişdir; - göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Cavabdeh3 ilə Mayis Şərifov arasında bağlanmış 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin alğı- satqı müqaviləsinin nəticələrinin ləğv edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir; - üçüncü şəxs Mayis Şərifovun kassasiya şikayətində mübah isələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllini tapmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

61. Təkrar apellyasiya baxışında X28 göstərmişdir ki, ailəlidir bir övladı vardır. O, oğlunun ailə həyatı qurmaq istəməsi ilə bağlı ev almaq istəmiş, bununla bağlı şəhərdə ev alğı-satqısı ilə məşğul olan Bilal adlı şəxslə əlaqə saxlamış və ona həyət evi almaq fikri olduğunu bildirmişdir. Bir müddət sonra Bilal ona zəng edərək ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 221,1 kv.m olan evin satışda olduğunu bildirmişdir. O həmin evlə ilk dəfə 2020-ci ilin iyun ayında tanış olmuş, evin içində köhnə bir neçə əşya olmuşdur. O, evə baxdıqdan sonra evin qiym ətini Rüfət adlı şəxslə 50000 manata razılaşmış və 11 iyun 2020-ci il tarixdə Cavabdeh3 mülkiyyətində olan həmin evin alğı-satqısını onu təmsil edən Cavabdeh4 ilə aralarında Lənkəran rayon notariat ofisində AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi" bağlamışlar. Müqavilə bağladıqdan 10 gün sonra o, ailəsi ilə birlikdə evə köçmüşlər. Evdə yaşadığı müddətdə, yəni evə köçdükdən 20-30 gün sonra qonşuluqdakı şəxs ona Həcər Məmmədovanın qardaşının onun nömrəsini axtardığı bildirmiş o, isə öz növbəsində nömrəsini vermiş daha sonra onunla əlaqə saxlanmışdır. O, həmin zaman evin içinin videoları çəkərək evin boş olmasını barədə videonu Həcər Məmmədovanın qardaşına göndərmişdir. Həmçinin o, evi alan zaman nə iddiaçıları nə də cavabdeh Elnuru tanımamışdır. Onun bu mübahisəli məsələlərdən xəbəri olmamışdır. O evi alan zaman çıxarışda Cavabdeh3 əmlakın mülkiyyətçisi kimi bilmiş və dövlət sənədinə etibar edərək hər hansı bir qanun pozuntusundan şübhə etməyərək evi satın almışdır. Bundan əlavə, onun iddiaçılar X22, Nümayəndə1, X15 və X11 ilə hər hansı qohumluq münasibəti olmamış və evin alqı-satqısına kimi onları, ümumiyyətlə, tanımamışdır.

62. Apellyasiya baxışında Cavabdeh4 göstərmişdir ki, o mübahisəli ev satılana qədər Mayis Şərifovu tanımamışdır. Mayis Şərifova ev satıldıqda o, satıcı qismində Cavabdeh3 etibarnamə əsasında təmsil etmişdir.

63. Apellyasiya baxışında iddiaçıların şifahi vəsatəti əsasında şahid X14 göstərmişdir ki, o evin satıldığını bildikdən təxminən 20 gün sonra anasının xahişi ilə, qonşulardan cavabdeh Mayis Şərifovun te lefon nömrəsini əldə edərək ona zəng etmiş və ona almış olduğu evlə bağlı evin əvvəlki alıcısı Cavabdeh3 ilə aralarında problemlərin olduğunu bildirmiş, Mayis Şərifov isə ona bu barədə məlumatlı olmadığını, o, ev almaq üçün evlərin alğı-satqısı ilə məşğul olan “maklerə” müraciət etdiyini, “maklerin” ona bu evin satışda olduğunu bildirdikdən sonra, o, özünə məxsus evini 10 iyun 2020-ci il tarixdə sataraq 11 iyun 2020-ci ildə hazırkı evi Cavabdeh3 50.000 manata Lənkəran rayon 1 saylı Notariat Ofisində alğı-satqı müqaviləsi bağlamaqla aldığını bildirmişdir. O isə cavabında mənzilin qanunsuz olaraq anası Səmayənin aldadılaraq alındığını bildirmişdir. X26 hər hansı qohumluq münasibəti yoxdur, onu yalnız evin alıcısı kimi telefonla zəng edərək danışdıqdan sonra tanımışdır.

64. Şirvan Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1791/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Samir Mayılov)

65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın alğısatqı müqaviləsinin mövcudluğu onun etibarsız hesab edilə bilməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi mütləq şəkildə iddiaçının mübahisə edilən müqavilənin yaranma səbəbləri ilə bağlı arqumentlərini araşdırmalı, bunun üçün isə iddiaçı ilə cavabdehlər arasında yaranmış hüquq münasibətlərini ardıcıllığını izləm əli və sübutları hüquqi cəhətdən qiymətləndirməlidir.

66. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları və işin digər hallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdeh X28 vicdanlı alıcı olmuş yəni istər alğı-satqı müqaviləsindən qabaq, istərsə də, onun gedişində heç bir qanun pozuntusuna yol verməmiş, qeyd olunan evlə bağlı hər hansı bir mübahisədən xəbərsiz olmuş, müqavilənin bağlanmasından sonra ailəsi ilə birlikdə aldığı evə köçmüş, yalnız alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnu dövlət qeydiyyatına (mülkiyyət hüququ X18 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrə ilə dövlət reyestrində qeydiyyata alınmışdır) aldırdıqdan bir ay sonra evin əvvəlki alıcısı ilə satıcısı, yəni hazırkı iddiaçıların anası mərhum Səmayə arasında mənzilin alınması ilə bağlı mübahisənin olmasını Səmayənin qızı Həcərin ona telefon etməsindən sonra bilmişdir. M.Şərifovun vicdanlı alıcı olması, həm də, onunla müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin alğı-satqısı barədə Cavabdeh3 ilə Mayis Şərifov arasında 11 iyun 2020-ci il tarixdə “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlanarkən həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində satıcı Cavabdeh3 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu halda alıcı olaraq Mayis Şərifov həmin fərdi yaşayış evinin satıcıya məxsus olmasına güvənib etimad etməsinə hüquqi əsası olmuşdur. Çünki Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası müəyyən olunması, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reystrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşımaqla yanaşı, qanunvericilik alıcının vicdanlı əldə edən olaraq hüququnu qruma altına alır. Vicdanlı əldə edən o, şəxsdir ki, bu şəxs əmlakı özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Hazırkı işdə isə bu halların olması müəyyən edilməmişdir. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir

67. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara və Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq qeyd etmişdir ki, İddiaçı “mübahisəli evi ikinci əldən alan X19 anasının uzaqdan qohumu olması, onların problemlərindən məlumatlı olması, hətta evi almağa baxmaq üçün gedərkən qonşuların onun qabağını kəsməsi, evin Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmələri, buna baxmayaraq Mayis Səfərovun evi ucuz satılır deyə almaq niyyətindən vaz keçməməsi” barədə bildirdikləri məhkəmə baxışı iclasında öz təsdiqini tapmamış, əksinə cavabdeh X18 mübahisəli mənzili alğı-satqı qaydasında alana kimi, hətta alğı-satqı zamanı mənzillə bağlı iddiaçıların əvvəlki mülkiyyətçi ilə mübahisələrinin olması barədə məlumatlı olmadığı, həm iddiaçılar həm də, cavabdehlərin məhkəmə baxışı zamanı verdiyi izahatları ilə tam təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçıların mübahisələndirdiyi 11 iyun 2020-ci il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız sayılması üçün qanuni əsaslar mövcud olmamışdır.

68. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 324.1,324.5, 337.1, 337.2,337.3, 339.2, 389.1, 390.1, 394, 404.1.2, 404.2.2, 405, 406.1 və 567-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

69. İddiaçı X12 prosessual hüquq varisi İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi, işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

70. Şikayət belə əsaslandırılmışdır ki, X1 olduğu, Lənkəranda olan eyni şəraitli evlərin qiymətini əzbər bildiyi, (müqavilə bağlayarkən də Lənkəran, Şeyx Zahid küç., ev 44-də qeydiyyatda olub) 150000 manatlıq evi 50000 manata alarkən heç bir halda vicdanlı alıcı ola bilməyəcəyi halda məhkəmənin onu vicdanlı alıcı kimi tanımağa cəhd etməsi tamamilə əsassız, qərəzli və ədalətsizdir. İddiaçılar bütün halları sübut etdiyi və buna dair əsaslı arqumentlər gətirdiyi və işin faktiki halları, X18 bütün ifadələri onun vicdanlı alıcı olmadığını sübut etdiyi halda məhkəmə bərabərlik prinsipinin tələblərini kobudcasına pozmuşdur.

71. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs (Vəkil5) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

72. Maraqlı şəxs kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə 11 iyun 2020-ci il tarixli Lənkəran şəhərində yerləşən mübahisəli fərdi yaşayış evinin alğı-satqı müqaviləsi bağlanarkən əqdlərlə bağlı mülki qanunvericiliyin tələbləri pozulmuş, mülkiyyətçiyə heç bir məlumat verilmədən onun əmlakı dəyərindən dəfələrlə ucuz qiymətə özgəninkiləşdirilmişdir. 150000 manat dəyərində əmlakın 50000 manata satılması iradə ifadəsinin mövcud olmamasından xəbər verir. İfadə edilməli olan iradə mülkiyyətçinin iradəsidir ki, burada da mülkiyyətçinin iradəsi pozulmuşdur. Hazırda isə həm də onun vərəsələrinin hüquqları pozulmaqdadır. Bu baxımdan məhkəmə Mülki Məcəllənin 324.5-ci maddəsində qeyd olunan iradə ifadəsinin təfsirinə dair əsasları müəyyən etməmişdir. Eləcə də, mübahisəli əqdin etibarlılığına dair əsasların mövcud olmasını əsaslandıra bilməmişdir. Bu hal üzrə apellyasiya məhkəməsi Mülki Məcəllənin müvafiq maddələrini səhv təfsir etməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Cavabdehlər vicdanlı şəkildə hərəkət etmədikləri halda məhkəmə onların mövqeyini əsaslı hesab etmişdir. Cavabdeh3 hüquqdan sui-i stifadə etməklə iddiaçıya və hazırda onun vərəsələrinə, eləcə də kassasiya şikayətini verən şəxsə külli miqdarda ziyan vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Lakin hazırki mülki iş üzrə təqdim olunmuş sübut və faktlar mahiyyəti üzrə düzgün araşdırılmamış və nəticədə əsassız qətnamə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

73. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən ş əxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd ba rəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

74. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Kassasiya şikayətlərində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın M.Şərifova qarşı təmin edilməyən hissəsində olmuşdur. Bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

76. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Apellyasiya instansiyası məhkəməsi M.Şərifova qarşı iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

79. M.Şərifova qarşı iddia tələbi sonuncu ilə Cavabdeh3 arasında bağlanmış alğısatqı müqaviləsinin etibarsız sayılması barədədir. İşin müəyyən edilmiş hallarına görə M.Şərifov vicdanlı alıcı olmuşdur.

80. Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilm əyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

81. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun.

82. Hazırkı işdə isə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində göstərilən şərtlər işə mahiyyəti üzrə baxan məhkəmələr tərə findən müəyyən edilməyib.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK- ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarlar)

84. Buna görə də hazırki işin müəyyən edilən hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr M.Şərifovun vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh3 arasında bağlanmış evin alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməyərək düzgün nəticəyə gəliblər.

85. Həmçinin kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinin dispoziya şərtlərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi və əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bilməsi hallarının sübuta yetirilməsi yükü iddiaçının üzərinə düşür.

86. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 65-68-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

86. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi M.Şərifova qarşı iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

87. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

88. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər M.Şərifovun vicdanlı əldə edən olmaması ilə bağlıdır ki, onlar da apellyasiya instanasiyası məhkəməsi tərəfindən işdə olan sübutlar əsasında araşdırılmış və öz təsdiqini tapmamışdır.

89. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X12 prosessual hüquq varisi İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1791/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar